|
Mm-dən mühazirələrin kanspekti
|
səhifə | 1/79 | tarix | 23.12.2023 | ölçüsü | 1,17 Mb. | | #157440 | növü | Mühazirə |
| Mm-d n m hazir l rin kanspekti
MM-dən mühazirələrin kanspekti.
Mühazirə 1. Mülki müdafiənin əsasları, qüvvə və vasitələri.
Yaşadığımız planetdə elmi-texniki inkişafın irəliləməsinə baxmayaraq təbii fəlakətlər, texnogen qəzalar, irimiqyaslı ekoloji, bioloji problemlər, müharibələr, epidemiyalar zaman-zaman artır və mövcud olan heç bir müasir texniki qurğu əhalini bu bəlalardan qoruya bilmir. Demək, müasir insan potensial təhlükə əhatəsində yaşayır. Son 10 ildə dünyada dağıdıcı təbii fəlakətlərin sayi 3 dəfə, iqtisadi itkilər isə 9 dəfə artmışdır. Təbii fəlakətlərin miqyasının ildən-ilə artma səbəbi kimi təbiətə antropogen təsirlərin anbaan artması qeyd olunur. İqtisadiyyat obyektlərinin qeyri-rasional yerləşdirilməsi, yaşayış məntəqələrinin potensial təbii təhlükəli ərazilərdə salınması, ətraf mühitin monitorinqlərinin lazımi qədər səmərəli və əhəmiyyətli olmaması, təbii proseslərin və hadisələrin dövlət məmurları tərəfindən zəif müşahidə edilməsi, mühəndis qurğularının qəzalı vəziyyəti və s. insanları daim təhlükə ilə üzbəüz qoyur. Təhlükənin potensial olması onun mahiyyətcə gizli, zaman və məkana görə qeyri-müəyyən olmasındadır. Potensial təhlükə elə bir gizli qüvvədir ki, onun özünü büruzə verməsi üçün müəyyən şərait olmalıdır. Potensial təhlükənin real təhlükə halına keçməsi üçün imkan yaradan şəraitin parametrlərinə fövqəladə halların başvermə səbəbləri deyilir. Hazırda dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da mülki müdafiə sisteminin qarşısında iki mühüm məsələnin həlli durur. Birincisi əhalini və iqtisadiyyatı təbii fəlakətlərin, habelə istehsalatda, nəqliyyatda və məişətdə baş verən dəhşətli qəzaların nəticələrindən xilas etmək, ikincisi isə müharibə dövründə dinc əhalini və imkan daxilində iqtisadiyyatı qorumaqdır.
Mülki müdafiə ilk dəfə Fransanın Paris şəhərində 1931-ci ildə general Sant Pol tərəfindən, bir qurum kimi yaradilmışdı. 3 noyabr 1993-cü il tarixindən Azərbaycan Respublikası bu təşkilatın üzvidir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini mülki müdafiə xidmətlərinə, insanların və onların əmlakının xilas edilməsinə, təhlükəsizliyin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltməkdir.
Mülki müdafiəyə – əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirməklə nail olunur. Bu məqsədlə fövqəladə hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və qarşısını almaq, onların zədələyici, psixoloji təsirini neytrallaşdırmaq və zəiflətmək, iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, xəsarət almış insanları təhlükəsiz yerə köçürmək və s. kimi tədbirlər görülür. Mülki müdafiədə – bütün hakimiyyət orqanları, MM ixtisaslı dəstələri, əhali, nazirliklər və sahə mənsubiyyətindən və mülkiyyət formasından asılı olmayaraq bütün təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştirak etməlidir. Bu zaman əsas diqqət hadisənin nəticələrinin aradan qaldırılmasına deyil, həm də fövqəladə hal törədən səbəblərin aşkar olunmasına və qarşısının alınmasına yönəldilməlidir. Ölkəmizdə mülki müdafiə sisteminin müasir tələblər səviyyəsində formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıtdıqdan sonra təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili ücün konkret addımlar atmış, xilasedici mütəxəssislərin hazırlanmasını diqqət mərkəzində saxlamış, bununla bağlı mühüm qərarlar qəbul etmişdir. Bu gün mülki müdafiə sisteminin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, onun qanunvericilik bazasının möhkəmləndirilməsi də diqqət mərkəzindədir. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin təhlükəsiz şəraitdə yaşaması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Respublikamızın seysmik zonada yerləşməsi, təbii fəlakətlərin başvermə ehtimalının yüksək olması, həmçinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması prosesinin vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün 2005-ci il dekabrın 16-da Azərbaycan Respublikasında Fövqəladə Hallar Nazirliyi təşkil olunmuş, onun maddi-texniki bazası gücləndirilmişdir.
Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələrinə, texniki peşə və ümumtəhsil məktəbləri şagirdlərinə mülki müdafiənin öyrədilməsi vacib şərtdir.
Mülki müdafiə fənni – ali məktəblərdə əyani və qiyabi şöbələrin bütün tələbələrinə öyrədilməsi məcburi olan fənlər siyahısındasdır və tədris planlarına xüsusi fənlər kimi daxil edilir Hazırda Azərbaycan Respublikasının mülki müdafiə (MM) sistemi müharibə şəraitində yaranmış təhlükə və onun nəticələri , eləcə də təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi, maddi və mədəni dəyərlərin qorunması üzrə hazırlıq tədbirləri sistemindən ibarətdir:
1. Dövlətin mülki müdadafiə tədbirləri zamanında, yəni sülh dövründə - silahlanma proseslərinin, texnikanın və əhalinin müdafiə vasitələrinin inkişafını nəzərə almaqla həyata keçirilir.
2. Mülki müdafiə tədbirlərinin həyata keçirilməsi ölkə prezidenti tərəfindən faktiki hərbi vəziyyətin elan edilməsi anından başlayır.
Müasir şəraitdə mülki müdafiənin inkişaf istiqamətləri aşağıdakı şərtlərlə təyin olunur:
- dövlətin sərhəd ərazilərində münaqişəli vəziyyətin yaranması;
- kütləvi qırğın silahlarının mövcudluğu və təkmilləşdirilməsi, yeni növ silahların yaradılması;
- terror təhlükəsinin artması və həmçinin kütləvi qırğın silahlarının müəyyən bir növünün tətbiqi;
- müasir fiziki-kimyəvi prinsiplərə əsaslanan yeni növ yüksək dəqiqliyə malik silahların hərbi münaqişələrdə tətbiqinin artması;
- əhaliyə iqtisadi, siyasi, informasiya və başqa növ təsirlərin artması;
- təbii və texnogen xarakterli fövqəladə halların tez-tez baş verməsi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Mülki müdafiə sistemini aşağıdakılar təşkil edir:
- əhalinin mühafizəsini təmin edən gündəlik idarəetmə orqanları;
- MM məsələlərinin həllinə yönəldilmiş qüvvə və vasitələr;
- fövqəladə hallar ücun nəzərdə tutulmuş xüsusi fondlar, tibbi və maddi-texniki vasitələr və ehtiyatlar;
- rabitə, xəbərdarlıq və informasiya təminat sistemləri.
Bəşəriyyət özünün inkişafı boyu ətraf mühitlə sıx bağlı olub. XXI əsrdə o, yüksək sənayeləşmiş cəmiyyətin yaratdığı problemləri daha çox hiss etməkdədir. İnsanın təbiətə kəskin müdaxiləsi, bu müdaxilənin miqyasının genişliyi və müxtəlifliyi bəşəriyyət üçün qlobal təhlükələrlə nəticələnə bilər. Praktik olaraq planetimizin müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və bunlar kütləvi informasiya vasitələri ilə bizə növbəti faciə, təbii fəlakət, qəza, hərbi münaqişə və terror aktı kimi çatdırılır. Fövqəladə halların sayı ildən-ilə durmadan artır. Bu isə o deməkdir ki, fövqəladə hallar nəticəsində zərərçəkənlərin sayı da vurulan maddi ziyanın miqyasları kimi daim artmaqdadır.
Dostları ilə paylaş: |
|
|