Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

 
73
 
Bir perioddan ibarət olan bu mahnı iki dəstənin bir-biri ilə 
imitasiyası  şəklində ifadələnir.Burada  əsasən zabul intonasiyaları 
eşidilir. Birinci cümlə alterasiyalı segahın  şikəsteyi–fars, cavab 
cümlə isə mayə pərdəsində tamamlanır. Bu zaman verilən periodun 
təkrarı variant şəklində əks olunur. 
Birinci dəstənin melodiyanın sonunu burdon şəklində 
uzatması, ikinci dəstənin eyni melodiyanı buraya daxil etməsi üç 
ton səslənməsi meydana gətirir. Mahnının səsqatarında alterasiyalı 
segahın ikinci tetraxordu və ikinci tetraxorda daxil olan mayənin 
seksta pərdəsi əks olunur. Bütövlükdə tetraxordun özünün səslərinə 
K
2
 intervalı əlavə etməsi öz əhəmiyyəti ilə seçilir. 
Separadi kəndindən topladığmız digər bir mahnı  «Gedər bu 
dövran, daha gəlməz  ələ» adlı halay rəqs mahnısıdır (Bax əlavə 
15). Bu mahnı
8
6
 ölçüdədir. Burada sual və cavab cümlələri ilə 
birlikdə bir period əmələ gəlir. Melodiyada biz kvarta sıçrayışlarının 
ostinatolu səslərin olduğunu da müşahidə edirik. «Halay»ın birinci 
dəstəsi periodik sonluğu bitirərkən tonika səsini burdon şəkildə 
uzatması ikinci dəstənin eyni periodik cümləni buraya daxil edərək 
təkrarlaması ilə  əks olunur. Birinci və ikinci dəstənin 
melodiyalarının kəsişmə nöqtəsində  B
2
 intervalına rast gəlinir. 
Mahnıda  əsasən  şur intonasiyaları  eşidilir. Bu intonasiyalar mi şur 
məqamının səssırasına  uyğun olur. Burada mi şur məqamına 
məxsus orta tetraxordun üst apaırıcı tonu, üst mediantası  və alt 
aparıcı tonu müşahidə olunur. 
Nümunə 15. I və II sətr.                                     Tetraxord 
 
   
 
 
 


 
74
Məqamın mayə pərdəsinə aid olan üst aparıcı ton alterasiyalı 
şəkildə özünü göstərir.
 
Burada topladığımız  digər mahnı  «Tı toliş, mı toliş, çiki 
pəvəndi»  halay rəqs mahnısıdır ( Bax əlavə 16). Bu mahnıda  
8
6
 
ölçü müşahidə olunur. Mahnının melodik strukturu sual və cavab 
cümlələri ilə birlikdə bir period təşkil edir. «Halay»ın birinci dəstəsi 
tərəfindən oxunan melodiyanın cavab cümləsinin son tonika səsini 
uzatması burdon şəkilli polifonik səslənmə yaradır. Bu polifonik 
birləşmə ikinci dəstə tərəfindən təkrar melodiyanın sual cümləsinin 
oxunması zamanı baş verir. Burada polifonik səslərin kəsişməsində 
K
3
 intervalı əmələ gəlir. Mahnının melodiyası K

intervalı həcmində 
özünü göstərir. Səs ardıcıllaşmaları mayə pərdəsi ətrafında gəzişmə 
zamanı mayəyə doğru hərəkət edən səslər fonunda əks olunur. 
Burada yenə melodiyanın tədricən qalxması  və enməsi  əsas 
xüsusiyyətləri özündə daşıyır. Fərqli cəhətlərdən biri isə yuxarıya 
doğru tersiya və kvarta sıçrayışlarının olmasıdır. 
Nümunə 16. II və III sətr  
Tetraxord 
 
 
 
 
 
 
 
«Halay»da kuliminasiya pərdəsi melodiyanın əvvəlində özünü 
göstərir. Mahnının səs ardıcıllaşmalarında şur intonasiyaları eşidilir. 
Bu intonasiyalar lya şur məqamına məxsus orta və yuxarı 
tetraxordları  əhatə edir. Burada digər bir cəhət orta tetraxord və 


 
75
yuxarı tetraxordun ayrı-ayrılıqda diapazonlarına daxil olan melodik 
səs ardıcıllaşmalarının baş verməsidir. 
Separadi
 
kəndindən toplanan digər  mahnı «Mən bacısız necə 
qalım» halay rəqs mahnısıdır (Bax əlavə 17).  Bu mahnı 
8
6
 
ölçüdədir. Mahnını oxuyan  «Halay» qrupunun birinci və ikinci 
dəstələri eyni melodiyanı təkrarlamaq ilə öz ifalarını əks etdririlər. 
Bir cümlə  təşkil edən periodun sonluğu birinci dəstə  tərəfindən 
uzadılarkən  ikinci dəstənin melodiyası da unison şəkildə daxil 
olaraq səsaltı polifonik səslənmə yaradır. Burada əsasən rast 
intonasiyaları  eşidilir. Bu intonasiyalar mi rast məqamının 
səssırasına aid olur. Mi rast məqamına məxsus orta tetraxordun 
səsləri və alt aparıcı ton özünü göstərir. Melodiyada baş verən 
dalğavari hərəkətlər öz əhəmiyyətləri ilə seçilir. 
Nümunə 17. I və II sətr. 
     
 
 
 
Tetraxord. 
 
 
 
 
 
 
Bacıların repertuarından topladığımız maraqlı mahnılardan 
biri də  «Ay  şəvi lampəye kinə»   halay rəqs mahnısı 
8
6
 ölçüdədir  
(Bax  əlavə 18). Bu mahnı bir cümləli period şəklində mövcuddur.  
«Halay»ın birinci dəstəsinin melodiyanı sona yetirməsi zamanı 
tonikanın uzanması, ikinci dəstənin melodiyasının buraya variantlı 
təkrar  şəkildə daxil etməsi birinci səslə ikinci səs arasında unison 


 
76
səslənmə  əmələ  gətirir.  Bu unison səsinin daxil olması  səsaltı 
polifonik səslənmələrlə üzə çıxır. 
Nümunə 18. I və II sətr. 
 
 
 
     
Tetraxord 
 
 
 
 
«Halay»ın ikinci dəstəsi periodik sonluğu bitirərkən tonika 
səsini burdon şəkildə uzatması birinci dəstənin eyni periodik 
sonluğu daxil edərək təkrarlaması ilə  əks olunur. İkinci və birinci 
dəstənin melodiyanın kəsişmə nöqtəsində B
2
 intervalına rast gəlinir. 
Burada rast intonasiyaları  eşidilir. Rast intonasiyaları öz 
növbəsində re rast məqamının səssırasına uyğunluq təşkil edir. Re 
rast məqamının üst tetraxorduna aid olan üst aparıcı ton, üst 
medianta, üşşaq pərdəsi və alt aparıcı tonu öz əksini tapır.Üst 
tetraxordda üç bütöv ton ardıcıllaşması trixord prinsipini meydana 
gətirir (1t +1t). 
Separadi
 
kəndində rast gəldiyimiz digər mahnı  «Anam ağla, 
qəm saxlama» halay mahnısı oldu (Bax əlavə 19). Bu mahnı  ağı 
xarakterli layladır. Mahnının səslənməsi zamanı birinci dəstənin 
periodu bitirməsi, ikinci dəstənin isə  təkrar melodiyanı buraya 
daxili zamanı  X
4
 intervalı    əmələ  gətirir. Burada əsasən  şur 
intonasiyaları öz əksini tapır.  Şur intonasiyaları re şur məqamının 
orta tetraxorduna, mayənin alt aparıcı tonu və mayənin üst 
kvintasına əsaslanır.
 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə