Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   2   3   4   5   6   7   8   9   10   ...   26

20 

 

Onu da qeyd etmək lazımdır ki, istiqrazlar emitent müəsissənin gəlirlərindən 



asılı olmayaraq qəti müəyyən olunmuş gəlir gətirmək qabiliyyətinə malikdir. 

stiqrazın nominal qiyməti və bazar qiyməti olur. Nominal qiymət istiqrazın 

üz  tərəfində  çap  edilir  və  borca  götürülən  məbləgi  əks  etdirir.  Nominal  qiymət 

istiqraz  gəlirlilyinin  hesablanmasında  əsas  kəmiyyət  hesab  olunur.  stiqraz  üzrə 

faiz  nominala  görə  müəyyən  olunur.  Bir  qayda  olaraq  istiqraz  yüksək  nominalla 

buraxılır. Onlar varlı investorlar üçün nəzərdə tutulmuşdur. Səhmdən fərqli olaraq 

istiqraz  üçün  nominal  qiymət  ən  vacib  parametrlərdən  biridir.  stiqraz  emisiyya 

olunan  gündən  tam  ödənilənədək  bazarda  müəyyən  qiymətlə  alınıb-satılır.    Bu 

istiqrazın  bazar  qiyməti  adlanır.  stiqrazın  bazar  qiymətinə  bir  sıra  amillər  təsir 

edir: 


•  istiqrazın ödənilmə müddətinin yaxınlığı 

•  istiqrazın verdiyi gəlirə görə. 

•  istiqrazın  bazar  qiyməti  həmçinin  risk  səviyyəsindən,  emitent  şirkətin 

maliyyə vəziyyətindən, istiqrazın təminatlılığından və s. digər amillərdən asılıdır. 

stiqraz səhmdar cəmiyyətin borc öhdəliyi olduğundan səhmə nisbətən daha 

üstün qiymətli kağız sayılır. Buna görə etibarlı qiymətli kağızlara maraq göstərən 

investorlar  səhmlərlə  müqayisədə  məhz  istiqrazlara  üstünlük  verirlər.  Emitentlər 

isə borc kapitalının bank krediti vasitəsilə cəlb olunmasına deyil, istiqraz buraxılışı 

variantına  ona  görə  çox vaxt üstünlük verirlər  ki,  bu  zaman  cəlb  edilmə  müddəti 

daha  böyük  olur.  nkişaf  etmiş  ölkələrdə  istiqrazlar  əsasən  10-15  il  müddətinə 

buraxılır. 

stiqrazların  emitentləri  rolunda  müəsissələr,  banklar,  hökümət,  federal 

idarəetmə orqanları, bələdiyyə və dövlət idarələri iştirak edə bilərlər. 

stiqrazları növlərinə görə aşağıdakı növlərə ayırırlar: 

•  Geri  çagrılan  istiqrazlar  emitentə  imkan  verir  ki,  onları  bağlama 

müddətindən  əvvəl,  istiqrazların  sahiblərindən  nominal  qiymətindən  bir  qədər 

yüksək qiymətə geri ala bilsin. 

•  Kumulyativ  stiqrazlar    üzrə  gəlir  onların  bağlanması  ilə  eyni  vaxtda 

ödənilir. 



21 

 

• Uzadıla bilən istiqrazlar qısa müddət üçün buraxılır. Bu istiqrazlar sahibinə 



geri  alınma  zamanı  onların  daha  uzunmüddətli  öhdəliklərə  dəyişmə  imkanı  verir. 

Emitent üçün çox əlverişlidir, bağlanma zamanı bir neçə ilə uzadıla bilər. 

• Bağlanıla bilən istiqrazlar  uzun müddət üçün buraxılır. Lakin müddət başa 

çatmazdan əvvəl də bağlanıla bilər. Bu cür istiqrazlar investorlar üçün əlverişlidir. 

• Konvertə olunan istiqrazlar sahibinə onların bağlanma müddətinə qədər bu 

istiqrazları adi və ya imtiyazlı səhmlərə dəyişdirmək imkanı verir. 

3) Bank sertifikatları. Sertifikat bütövlükdə qısamüddətli qiymətli kağızdır. 

Bu  kağız  bankın  yazılı  şəhadətnaməsi  olmaqla  bankda  pul  vəsaitinin  depozitə 

qoyulmasını  əks  etdirir.  Sertifikat  əmanətçinin  müəyyən  olunmuş  müddət  başa 

çatdıqdan  sonra  əmanət  qoyduğu  pul  vəsaitini  və  bu  vəsaitə  görə  faizini  geri 

alınmasına hüquq verən sənəddir. Bank sertifikatları investorlar üçün cəlbedicidir. 

Belə  ki,  inkişaf  etmiş  ölkələrdə  etibarlılığına  görə  bank  sertifikatları  dövlət 

qiymətli kağızlarından sonra ikinci yerdə durur. Səhm və istiqrazlarla müqayisədə 

bank  sertifikatları  üzrə  vəsaitlərin  qaytarılmasına  daha  çox  zəmanət  verilir.  Əgər 

emitent  bank  öz  ölkəsi  üzrə  “Əmanətlərin  sığortalanması  fondu”nun 

qeydiyyatından  keçmişdirsə  bank  ləğv  olunduqda  əmanətləri  qaytarmağa  imkan 

olmasa belə, bu fond əmanətçilərə həmin əmanətləri qaytarır. 

Ümumiyyətlə bank sertifikatlar belə təsnifləşdirilir: 

• 

depozit və əmanət sertifikatları  



• 

adlı və təqdimatlı sertifikatlar 

• 

müddətli və tələb olunanadək sertifikatlar 



Depozit  sertifikatı.  Depozit  sertifikatı  əmanətçidən  və  ya  əmanətçi  üçün 

banka daxil olmuş pul məbləğini (depoziti) və onun üçün faizləri bankdan almaq 

hüququnu  təsbit  edən  qiymətli  kağızdır.  Yəni,  bankın  hüquqi  şəxslərin  onda 

yerləşdirdiyi  depozitlərin  ödənilməsinə  olan  yazılı  şəhadətnaməsidir.  Depozit 

sertifikatı  müəyyən  müddətə  adlı  və  ya  adsız  qiymətli  kağız  kimi  buraxıla  bilər. 

Depozit  sertifikatları  birdəfəlik  və  ya  seriyalarla,  sənədli  formada  buraxıla  bilər. 

Bu sertifikatın nominal qiyməti yüksək olur.  



22 

 

Əmanət  sertifikatı  isə  bankın  fiziki  şəxslərin  onda  yerləşdirdiyi  əmanət 



qoyuluşlarının ödənilməsinə dair öhdəliyidir. Belə sertifikatın nominal qiyməti isə 

aşağı  olur.  Hər  iki  sertifikatın  buraxılış  və  tədavül  şərtləri  eynidir.  Fərq  yalnız 

ondadır  ki,  depozit  sertifikatları  hüquqi  şəxslər,  əmanət  sertifikatlərı  isə  fiziki 

şəxslər üçün tətbiq olunur.  

Müddətli  sertifikatlarda  sahibin  sertifikatı  aldığı  tarix  və  depoziti  faizlərlə 

birlikdə  geri  almaq  hüququnun  əldə  etmə  tarixi  göstərilir.  Adətən,  sertifikatların 

tədavül müddəti bir ildən çox olmur. Lakin istisnalar da ola bilər. 

Sertifikatda  tədavül  müddəti  göstərilməyibsə,  onda  bu  Tələb  olunanadək 

sertifikatdır.  Bu  sertifikat  təqdim  olunan  kimi  bank,  depozit  məbləğini  faizlərlə 

birlikdə ödəyir.  

Depozit  (əmanət)  müqaviləsindən  fərqli  olaraq,  müvafiq  hüquqları  təslim 

etməklə sertifikat bir şəxsdən digərinə keçə bilər ki, bu da onu qiymətli kağız edir. 

Təqdimatlı  sertifikatlar  üzrə  hüquqların  təslim  edilməsi  sertifikatın  əmanətçi 

tərəfindən digər şəxsə adi yolla ötürülməsi vasitəsilə baş verir. Adi sertifikat üzrə 

hüquqların  ötürülməsi  isə  müəyyən  qaydalara  əsasən  həyata  keçirilir.  Adlı 

sertifikat üzrə tələb hüquqlarının təslim edilməsi tsessiya adlanır və öz hüquqlarını 

təslim edən şəxslə (tsedent) onları əldə edən şəxs (tsessionari) arasındakı ikitərəfli 

razılaşma ilə sertifikatın əks tərəfində rəsmiləşdirilir.  

Sertifikatın  fəaliyyət  müddəti  bitəndə  və  onu  ödənişə  təqdim  edəndə,  bank 

sertifikatı dövriyyədən çıxarır və pul vəsaitini sertifikat sahibinə təqdim edir. 

Buraxılmış  sertifikatlar  mütləq  rekvizitlərə  malik  olmalıdırlar.  Bunların 

birinin olmaması  sertifikatı  yararsız edir. Bunlara  sertifikatın  adı, verilmə  səbəbi, 

vəsait  qoyuluşunun  məbləği  (rəqəm  və  yazı  ilə),  əmanətin  mütləq  qaytarılması 

haqda bankın şərtsiz öhdəliyi, əmanətin qoyulduğu tarix, əmanətçinin məbləği faizi 

ilə  birikdə  tələb  etdiyi  tarix,depozitə  görə  ödəniləcək  gəlir  dərəcəsi  (faizlə),  iki 

nəfər bank müvəkillərinin imzası, bankın möhürü aiddir. 

4)  Veksel.  Veksellər  orderli  qiymətli  kağızlardır,  veksel  verən  onların 

vasitəsi  ilə  müəyyən  şəxsə  müəyyən  məbləğ  ödəmək  barəsində  başqa  şəxsə 

(ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və ya hər hansı müəyyən şəxsə və ya 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə