Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

29 

 

əsasən  iri  maliyyə  sənaye  qrupları,  pensiya  fondları,  xüsusi  fondlar  və  iri 



investisiya şirkətləri çıxış edir. 

Əgər  qiymətli  kağızlar  bazarı  modelinə  bu  prizmadan  yanaşılsa 

Azərbaycanda formalaşan bazarın «Avropa» modelinə yaxınlığını görərik. Belə ki, 

qiymətli  kağızlar  bazarının  əsas  iştirakçıları  əsasən  kredit  və  məhdud  bank 

fəaliyyəti ilə məşğul olan təşkilatlardır. 

Qiymətli kağızlar bazarının effektiv fəaliyyət göstərməsi və öz funksiyalarını 

yerinə  yetirməsi  üçün  qiymətli  kağızlar  bazarının  infrastrukturunun  yaradılması, 

fond  bazarında  bu  və  ya  digər  fəaliyyət  sahəsində  iştirak  edən  ixtisaslaşmış 

təşkilatların  olması  zəruridir.  Qiymətli  kağızlar  bazarının  iştirakçıları  dövlət, 

səhmdar  cəmiyyətləri,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları,  müxtəlif 

investisiya  təsisatları,  kommersiya  bankları,  fond  mərkəzləri,  digər  təsərrüfat 

subyektləri,  həmçinin  adi  vətəndaşlardır.  Məhz  bazarın  iştirakçıları  arasında 

iqtisadi  münasibətlərin  yaradılmasında  bazarın  infrastrukturu  önəmli  rol  oynayır. 

Qiymətli  kağızların  ifrastrukturu  dedikdə  bu  bazarda  fəaliyyət  göstərən  peşəkar 

iştirakçılar,  investorlar,  ticarət  aparmaq  üçün  nəzərdə  tutlan  elektron  sistemlər, 

ödəniş sistemləri və s. başa düşülür.  

Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  bazar  infrastrukturunun  

əsasını  təşkil  edir. Peşəkar iştirakçılar investorların bazara  çıxışını təmin  etməklə 

yanaşı  ticarətin  təşkilini,  ödənişlərin  keçirilməsini,  mülkiyyət  hüquqların 

ötürülməsinin qeydiyyatını həyata keçirir. Qiymətli kağızlar bazarının əsas peşəkar 

iştirakçıları aşağıdakılardır: 

1.  Broker fəaliyyəti 

Broker  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı  olub,  onun  əsas 

vəzifəsi  qiymətli  kağızlarla  alqı-satqı  əməliyyatlarını  həyata  keçirmək  istəyən 

müştərilər  üçün  qarşı  tərəflərin  təmin  olunmasında  agent  kimi  fəaliyyət 

göstərməkdən  ibarətdir.  Broker  fəaliyyəti  yalnız  hüquqi  şəxslər  tərəfindən  həyata 

keçirilə  bilər.  Beləliklə  broker  fəaliyyəti  dedikdə  tapşırıq  və  ya  komisyon 

müqaviləsi  əsasında  müştərilərin  marağına  uyğun  və  onların  hesabına  qiymətli 

kağızlar  bazarında  alqı-satqı  əməliyyatlarının  həyata  keçirilməsi  başa  düşülür. 



30 

 

Müştəri  qiymətli  kağızları  satmaq  və  ya  almaq  sifarişini  barədə  brokerə  tapşırıq 



verir.  Broker  müştərinin  sifarişini  ticarət  sisteminə  daxil  edərək  və  onun    üçün 

qarşı tərəfi taparaq həmin tapşırığı (sifarişi) icra edir. Broker öz hesabına bazarda 

əməliyyat  aparmır.  Broker  əməliyyatları  yalnız  müştərinin  tapşırığı  əsasında 

müştərinin hesabına həyata keçirir.  

2.  Diler fəaliyyəti 

Öz adıından  və ya öz hesabından qiymətli kağızlarla ticarət edən şəxs diler 

adlanır. Diler fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Onlar 

alış  və  satış qiymətləri  arasındakı  fərqə  müvafiq  olaraq gəlir götürmək  ümüdi  ilə 

qiymətli  kağızları  alır  və  satırlar.  Dilerlər  har  hansı  bir  başqa  şəxslərin  adından 

fəaliyyət  göstərmirlər.  Onlar  komisyon  gəlirdən  deyil,  öz  hesablarına  alqı-satqı 

əməliyyatlarından gəlir əldə edirlər.  

3.  nvestisiya fondlarının idarə olunması 

nvestisiyaların idarə olunması başqa şəxslər adından investisya fondlarının 

idarə olunmasıdır.  nvestorlar fondun müdriyyətini öz adlarından qiymətli kağızlar 

bazarında  investisiya  edilmək  üçün  maliyyə  vəsaiti  (pul) ilə təmin  edir.  Beləliklə 

investisiya  müdriyyətinə  qiymətli  kağızlar  bazarında  investisiya  yatırmaq  və 

investisiya  gözləyən  pulu  idarə  etmək  səlahiyyəti  verilir  və  onlara  sifarişçilərin 

hesabına  investisiyadan  ödənilir.    Azərbaycanda  investisiya  fondlarının  iki  növü 

mövcuddur: açıq və  qapalı investisiya fondları. 

Açıq  fondlar  açıq  tipli  səhmdar  cəmiyyəti  formasında  yaradılır  və  çoxsaylı 

investorlara  malikdir.  Qapalı  fondlar  isə  «investisiya  klubu»  formasında  yaradılır 

və yalnız məhdud sayda investorlar onun fəaliyyətində iştirak edə bilər. 

•  Açıq investisiya fondları buraxdığı səhmləri fondun səhmdarlarından geri 

satın  almaq  öhdəliyinə  (səhmdar  investorlar  öz  investisiyalarını  ləvğ  etmək 

istədikləri halda) malikdir.  

•  Qapalı  investisiya  fondlarıburaxdığı  səhmləri  fondun  səhmdarlarından 

geri satın almaq öhdəliyinə malik deyillər.  



31 

 

•  Hər bir investisiya fondu fondun təsisçilərinin ümumi yığıncağında qəbul 



edilən  və  özünün  nizamnaməsində  göstərilən  investisiya  bəyannaməsini  

hazırlamalı və təsdiq edməlidir.   

 

Cədvəl 1.2. Açıq və qapalı investisiya fondları 

Açıq investisiya fondları 

Qapalı investisiya fondları 

Xalis aktivlərinin dəyərinin 15 % -ə 

qədərini bir emitentin qiymətli 

kağızlarına investisiya qoya bilər 

Xalis aktivlərinin dəyərinin 25 %-ə 

qədərini bir emitentin qiymətli 

kağızlarına investisiya qoya bilər  

Xalis aktivlərinin 25 %-ə qədəri 

dövlət, yaxud bələdiyyə orqanları 

tərəfindən buraxılan qiymətli kağızlara 

investisiya edə bilər 

Xalis aktivlərinin 35 %-ə qədəri 

dövlət, yaxud bələdiyyə orqanları 

tərəfindən buraxılan qiymətli kağızlara 

investisiya edə bilər 

Bir emitentin qiymətli kağızlarının 

qanunvericiliklə müəyyən edilmiş 

qaydada qeydiyyata alınmış ümumi 

məbləğinin 15 %-ə  qədərini ala bilər. 

Bir emitentin qiymətli kağızlarının 

qanunvericiliklə müəyyən edilmiş 

qaydada qeydiyyata alınmış ümumi 

məbləğinin 25 %-ə  qədərini ala bilər.  

Qapalı investisiya fondu kimi yenidən 

təşkil oluna bilməz  

Açıq investisiya fondu kimi yenidən 

təşkil oluna bilməz  

Mənbə: A.Abbasov. “Qiymətli kağızlar və onlarla əməliyyatlar”.Dərslik.Bakı 2007 

 

nvestisiya  fondu  aşağıdakı  əmlaklara  sahib  ola  bilər:  Pul  vəsaiti,  qiymətli 



kağızlar,  investisiya  fondunun  əmlakının  dəyərinin  20  faizindən  artıq  olmamaq 

şərtilə, investisiya fondunun fəaliyyəti üçün zəruri olan digər daşınan və daşınmaz 

əmlaka  

Fondun  müdriyyəti  fondun  adından  investisiya  fondunun  aktivlərini  idarə 

edir.  nvestisiya fondunun müdiriyyəti istənilən təşkilati-hüquqi formada hüquqi və 

ya fiziki şəxs (müdir) kimi fəaliyyət göstərə bilər və investisiya fondundan ayrıdır 

və  eyni  bir  vaxtda    müqavilə  əsasında  bir  neçə  investisiya  fondunun  aktivlərini 

idarə  edə  bilər.  nvestisiya  fondu  depozitar  yaratmalıdır  və  bütün  qiymətli 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə