Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

45 

 

-  qiymətli  kağızlar  üzrə  beynəlxalq  hesablaşmalar  və  klirinq  sistemlərinə 



qoşulması; 

-  qiymətli kağızlar bazarında qeyri-qanuni fəaliyyətin qarşısının alınması; 

-  bazar iştirakçıları üçün sağlam rəqabət mühitinin yaradılması. 

Təcrübə  göstərir  ki,  qiymətli  kağızlar  bazarı  özəlləşmə  prosesinin  kütləvi 

şəkildə başlaması və dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi ilə 

əlaqədar dinamik inkişafına təkan verən vasitələrdən biridir. 

Özəlləşdirmə  prosesinin  sürətləndirilməsi  məqsədilə  2000-ci  il  16  sentyabr 

tarixdə  Azərbaycan  Respublikasının  Prezidenti  «Azərbaycan  Respublikasında 

dövlət  əmlakının  özəlləşdirilməsinin  II  Dövlət  Proqramının  təsdiq  edilməsi 

barədə»  Fərmanını  qəbul  etdi.  Bu  Qanunun  əsas  məqsədləri  aşağıdakılardan 

ibarətdir: 

-  Dövlət  əmlakının  özəlləşdirilməsi  haqqında  Azərbaycan  Respublikasının 

Qanununa uyğun olaraq «Dövlət əmlakının özəlləşdirilməsi»; 

-  qtisadiyyatın  quruluşunun  təkmilləşdirilməsi  və  konkurent  mühitin 

formalaşdırılması; 

-  Sahibkarlığın inkişaf etdirilməsi; 

-  Yerli və xarici kapital qoyuluşlarının cəlb edilməsi; 

-  Dövlət  əmlakının  çek  hərraclarında  satılması  vasitəsi  ilə  əhalinin  böyük 

hissəsinin özəlləşdirmə prosesinə cəlb edilməsi; 

-  Dövlət  əmlakının  özəlləşdirilməsinin  1-ci  proqramı  zamanı  özəlləşdirmə 

üçün  elan  edilmiş,  lakin  özəlləşdirilməmiş  müəssisələrin  özəlləşdirilməsinin 

yekunlaşdırılması. 

Bu proses ölkədə aparılan dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində 

iri  dövlət  müəssisələri  bazasında  yeni  səhmdar  cəmiyyətlərin  təsis  edilməsi, 

respublikanın  daxili  iqtisadi  infrastrukturunda  yeni  maliyyə  institutlarının 

yaranması,  xarici  investorların  respublikaya  marağının  artması  və  respublika 

iqtisadiyyatının  inkişaf  mərhələsini  xarakterizə  edən  amillərdən  biridir.  Lakin, 

qeyd  etmək  lazımdır  ki,  bu  proseslər  öz-özlüyündə  müxtəlif  problemlərlə 

qarşılaşır.  Bu  baxımdan  baş  verən  proseslərin,  o  cümlədən  qiymətli  kağızlar 



46 

 

bazarının  inkişafına  şərait  yaratmaq  üçün  respublikanın  beynəlxalq  qiymətli 



kağızlar bazarının çıxmasına imkan yaradan problemləri həll etmək lazımdır. 

Azərbaycan  Respublikasının  beynəlxalq  qiymətli  kağızlar  bazarına  çıxışı 

yuxarıda  qeyd  edilən  məsələlərlə  yanaşı,  Azərbaycan  beynəlxalq  maliyyə 

qurumları  arasında  nüfuzunun  və  Azərbaycan  dövlətinə  inamın  artması,  yerli 

müəssisələrin  beynəlxalq  bazara  çıxışına  şərait  yaradılması  əsas  məsələlərdən 

biridir. 

Son  illərdə  qiymətli  kağızlar  bazarında  fəaliyyətin  daha  səmərəli  həyata 

keçirilməsi  məqsədilə  görülən  mühüm  tədbirlərdən  biri  də,  Azərbaycanda  12 

fəaliyyət  növünün,  o  cümlədən  fond  birjasının  fəaliyyətinin  lisenziyalaşdırılması 

ölkə  prezidentinin  8  noyabr  1999-cu  il  tarixli  fərmanı  ilə  təsdiqlənən  qaydalar 

hesab  oluna  bilər.  Həmin  tarixdən  respublikada  Fond  birjasının  yaradılması  üzrə 

işlərə  başlanıb  və  2000-ci  ilin  fevralın  15-də  18  təsisçinin  iştirakı  ilə  keçirilən 

iclasda Bakı Fond Birjası yaradıldı (BFB). Birjanın təsisçiləri bir neçə iri bank və 

maliyyə  strukturlarıdır.  Bunların  sırasında  stanbul  Fond  Birjası  da  var.  BFB-nin 

əsas funksiyaları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş 

bütün  növ  qiymətli  kağızlar  üzrə  alqı-satqının  təşkil  olunmasından  ibarətdir. 

Bundan  əlavə,  BFB  öz  üzvlərinə  depozitar  xidmətləri,  həmçinin  dövlət  qiymətli 

kağızları  daxil  olmaqla  qiymətli  kağızların  bütün  saxlayıcıları  üçün  reyestrin 

aparılması  xidmətlərini  göstərmək  imkanındadır.  Alqı-satqı  iştirakçılarının 

qiymətli kağızlarının və pul vəsaitlərinin hərəkəti «ödənişə qarşı təchizat» (ÖQT) 

prinsipi üzrə həyata keçirilir. 

Fond  Birjasının  yaranması  Azərbaycanda  müasir  və  sivil  fond  bazarının 

inkişafında  mühüm  bir  addım  idi.  özünün  geosiyasi  yerləşməsi  sayəsində 

Azərbaycan  mühüm  regional  işgüzar  fəaliyyət  mərkəzidir.  Buna  görə  stabil  və 

inkişaf  edən  qiymətli  kağızlar  bazarının  mövcudluğu  Azərbaycanın  bütün 

regionunun iqtisadiyyatına investorların inamının artması üçün əsas şərtdir. 

Birja  üzvü  qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətlə  məşğul  olan,  bu 

fəaliyyəti  həyata  keçirmək  üçün  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi 




47 

 

tərəfindən verilmiş xüsusi razılığa (lisenziyaya) malik olan hüquqi və fiziki şəxslər 



ola bilərlər. 

Birjada qiymətli kağızlar üç səviyyəyə ayrılır: 

 

Ümumi listinq; 



 

kinci dərəcəli listinq; 

 

Prelistinq. 



Səhmin  ümumi  və  ya  ikinci  dərəcəli  listinqə  düşməsi  üçün  onu  buraxan 

müəssisənin özü ərizə verməli və həmin qiymətli kağızlar qoyulan tələblərə cavab 

verməlidir.  Məsələn,  buradakı  şərtlərə  görə  ümumi  listinqə  salınacaq  qiymətli 

kağızların  aylıq  dövriyyəsi  təyin  olunmuş  miqdardan  az  olmamalıdır.  II  dərəcəli 

listinqdə həmin şərtlər bir qədər yumşaqdır. Prelistinqdə isə istənilən müəssisənin 

səhmləri  salına  bilər.  Qiymətli  kağızların  güclənib-zəifləməsindən  asılı  olaraq 

listinq cədvəlində onların yeri dəyişə bilər. Komisyon haqqlarının dərəcələri isə hər 

bir səviyyə üçün fərqlənir. 

BFB-da aşağıdakı bazar sektorları vardır: 

 

Dövlət qısamüddətli istiqraz vərəqələri (DQ V); 



 

REPO; 


 

Korporativ qiymətli kağızlar; 

 

Müddətli əqdlər. 



III  mərhələ  2000-ci  ildən  indiki  dövrə  qədər  olan  müddəti  əhatə  edir.  Bu 

mərhələdə qiymətli kağızlar bazarının iştirakçılarının sayı həm  kəmiyyət, həm də 

keyfiyyət  baxımından  genişlənmiş,  birjada  əqdlərin  həcmi  artmış,  beynəlxalq 

əlaqələr genişlənmiş və yeni inkişaf meylləri meydana gəlmişdir. 

Ölkədə gedən iqtisadi islahatlar, strateji özəlləşdirmənin aparılması qiymətli 

kağızlar bazarının inkişafına təkan verib. Hazırda dövriyyədə dövlət qısamüddətli 

istiqrazları,  özəlləşdirmə  payları  və  opsionları,  səhmdar  cəmiyyətlərin  səhmləri, 

kredit  təşkilatlarının  depozit  sertifikatları  və  istiqrazları  veksellər  də  vardır. 

Qiymətli  kağızların  infrastrukturunun  əsasını  təşkil  edən  peşəkar  iştirakçılar  – 

broker,  diler  təşkilatları,  fond  birjaları,  depozitariya,  reyestrsaxlayıcılar  fəaliyyət 

göstərirlər.  Qiymətli  kağızlar  bazarında  institusional  qurumlardan  ən  dinamik 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə