Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

23 

 

bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi öhdəsinə götürür (sadə veksel). 



Başqa  sözlə,  veksel  qanunla  müəyyən  olunmuş  qaydada  tərtib  edilmiş,  üzərində 

göstərilmiş  müddətdə  və  yerdə  ödəniləcək  məbləğ  göstərilən  borc  öhdəliyidir. 

Veksel  öhdəliyinin  obyekti  kimi  yalnız  pul  vəsaitləri  çıxış  edə  bilər.  Vekselin 

səciyyəvi  əlamətləri  onun  şərtsizliyi,  mücərrədliyi,  müştərək  məsuliyyətliliyi, 

tədavül qabiliyyətliliyidir. 

Vekselin müxtəlif növləri mövcuddur və əsasən aşağıdakılar fərqləndirilir: 

•  Kommersiya  (əmtəə)  vekseli      kommersiya  əqdlərində  tətbiq  olunur. 

Kommersiya  vekseli vasitəsilə satıcı  alıcıya  möhlətlə satılmış  əmtəənin dəyərinin 

ödənilməsi  qaydasında  vekseli  qəbul  etməklə  kommersiya  krediti  verir.  Bu  həm 

borc öhdəliyidir həm də ödəmə vasitəsi. 

•  Maliyyə  vekseli.  Bunun    əsasında  əmtəə  alqı-satqısı  ilə  bağlı  olmayan 

maliyyə  əməliyyatları  durur.  Bu  veksel  kreditin  alınması  ilə  əlaqədar  maliyyə 

əqdini  rəsmiləşdirir.  Kreditorla  borcalan  arasında  kredit  müqaviləsi  bağlanmır. 

Sadəcə  borcalan  investora  vekseli  satmaqla  maliyyə  resursları  cəlb  edir.  Maliyyə 

vekseli vasitəsilə müəsissələr bir-birlərinə kredit verə bilər. 

•  Saxta  veksel.  Bu  cür  veksel  fırıldaqçılıq  əməliyyatlarının  keçirilməsi 

məqsədi  ilə  istifadə  olunur.  Onun  əsasında  nə  kommersiya  nə  də  maliyyə 

əməliyyatı durur. Veksel tədavülündə iştirak edən şəxs tərəfindən uydurulur. Saxta 

veksel  emissiyasında  məqsəd  vekselin  girovu  ilə  bankdan  kredit  almaq  yaxud 

əmtəə əqdləri və ya maliyyə öhdəlikləri üzrə veksellə hesablaşmaqdır.  

•  Dostluq  vekselləri.    Bu  veksellər  çox  sıx  münasibətlərdə  olan  və  bir-

birlərinə  etibar  edən  şəxslər  tərəfindən  yazılır.  Dostluq  vekselləri  heç  bir  real 

əməliyyata  əsaslanmır.  Onların  buraxılışında  əsas  məqsəd  maliyyə  çətinliyi  ilə 

üzləşən  tərəflərdən  birinə  yardım  etməkdir.  Bu  vekseli  alan  müəssisə  onun 

vasitəsilə malgöndərənlərlə hesablaşa yaxud nağd pul almaqdan ötrü banka girov 

verə bilər. Bu cür veksellərin risk dərəcəsi yüksək olur. 

•  Xəzinə  vekselləri.  Bu  dövlətin  borc  öhdəliyidir.  Xəzinə  vekselləri  kredit 

bazarında ən çox tədavül xassəsinə və likvidliyə malik olan, risk səviyyəsi də aşağı 




24 

 

olan qiymətli kağızlardır. Bu veksellərin dövriyyəyə buraxılması və ya çıxarılması 



dövriyyədəki pul kütləsinin tənzimlənməsinə effektiv şəkildə kömək edir. 

Bütün buraxılan veksellər sadə və köçürmə (ötürücü) veksellərə ayrılır. Sadə 

veksel  borcalanın  kreitora  müəyyən  məbləğin  müəyyən  yerdə  və  təyin  olunmuş 

müddətdə  ödəyəcəyi  yaxud  kreditorun  əmri  ilə  üçüncü  şəxsə  köçürəcəyi  haqda 

öhdəliyidir. Belə vekseli həmişə borcalan tərtib edir.  

Köçürmə  veksel  (tratta)  isə  kreditorun  vekseldə  göstərilən  məbləğin 

göstərilən  müddətdə  üçüncü  şəxsə  (remitent)  ödənilməsi  haqda  borclu  şəxsə 

(trassat) verdiyi əmrdir. Borc verən tərəf isə trassant adlanır.  

Vekseli alan remitent orada göstərilən trassatın ödəməni keçirəcəyinə əmin 

deyil. Ona görə borclunun vekseldəki məbləği ödəməyə razılığının olduğuna əmin 

olmaqdan  ötrü  veksel  aksept  olunmaqdan  ötrü  trassata  göndərilir.  Aksept  veksel 

üzrə  öhdəliyin  yerinə  yetirilməsi  haqda  yazılı  razılıqdır.  Aksept  tam  və  natamam 

ola  bilər.  Tam  aksept  bildirir  ki,  trassat  vekseldəki  məbləği  təyin  olunmuş 

müddətdə tam həcmdə ödəyəcək. Natamam aksept isə borclunun məbləğin yalnız 

bir  hissəsini  ödəməyə  razı  olduğunu  bildirir.Köçürmə  veksel  indossoment 

vasitəsilə bir şəxsdən digər şəxsə ötürülür.  

5)  Çek.  Çek  orderli  qiymətli  kağız  olub,  ifadə  etdiyi  pul  məbləğinin  çek 

sahibinə  ödənilməsi  barədə  çek  verənin  banka  verdiyi  və  heç  nə  ilə 

şərtləşdirilməyən yazılı sərəncamından ibarətdir. Hesab sahibinin kredit təşkilatına, 

çeksaxlayana  üzərində  göstərilən  məbləği  ödəməsi  barədə  verdiyi  əmri  özündə 

tərənnüm  edən,  müəyyən  olunmuş  formada  qiymətli  kağız  növüdür.  Başqa  sözlə 

çek, faktiki olaraq köçürmə vekselin, hesab sahibinin kommersiya bankına yazdığı 

bir  növü  kimi  ortaya  çıxır.  Çek  tədavülündə  də  Trassant,  trassat  və  remitent 

mövcuddur. Trassantla trassatın adı çekin blankında göstərilir. Remitentin adı isə 

çekverən  tərəfindən  çekin  məbləği  və  yazılma  tarixi  ilə  birgə  yazılır.  Vekseldən 

fərqli olaraq isə çek aksept tələb etmir. Çek üzrə ödəyici yalnız bankdır. Bundan 

başqa,  çek  tapşırıqla  yazıla  bilməz,  çünki  bank  onda  olan  imza  nümunəsindən 

fərqlənən imzalı çeki ödəməkdən imtina edir. 

Çeklərə hesablaşma çeki, bank çeki, pul çeki və yol çeki aiddir. 



25 

 

Hesablaşma çeki hesablardan nağdsız qaydada hesablaşmaların aparılmasını 



nəzərdə tutan çekdir. 

Bank  çeki  bir  bankın  başqa  banka  banklararası  hesablaşmaların  aparılması 

üçün təqdim etdiyi çekdir. 

Pul çeki müştərinin bankda olan hesabından nağd pul vəsaitini almaq üçün 

yazılı sərəncamdan ibarət olan çekdir. 

Yol  çeki  bir  məntəqədə  verilmiş  çekdə  imza  nümunəsi  göstərilən  çek 

sahibinə, çekdə yazılmış məbləği ödəməyi üzərinə götürən təşkilatın öhdəliyi olub, 

digər məntəqədə nağdlaşdırılan çekdir. Yol çeklərinin ödənilməsi sahibinin imzası 

əsasında  çekin  emitenti,  onun  filialı  və  yaxud  emitentin  göstərdiyi  digər  təşkilat 

tərəfindən həyata keçirilir. 

Digər  qiymətli  kağızlar  kimi  çeklərin  də  bəzi  növləri  vardır.  Onlar 

aşağıdakılardır: 

•  Adlı  çek  konkret  şəxsin  adına  yazılır  və  başqa  şəxsə  ötürülməsi  qeyri 

mümükündür. 

•  Orderli  çek  də  konkret  şəxsin  adına  yazılır,  lakin  belə  çeklər 

indossoment vasitəsilə digər şəxslərə ötürülə bilər. 

•  Adsız  çeklərin  üzərində  isə  ad  göstərilmir  və  digər  şəxslərə  adi 

təqdimedilmə ilə ötürülə bilər. 

•  Hesablaşma  çeki  nağdsız  hesablaşma  sferasında  fəaliyyət  göstərən 

çeklərdir. 

•  Aksept  olunmuş  çeklər  üzrə  bank  müştəriləri  cari  hesablarında  olan 

depozit  hüdudunda  çekləri  akseptləşdirə  bilərlər.  Yəni  bu  çeklərin  üzərində 

göstərilən  məbləğ  bank  tərəfindən  onun  depozitində  bu  məbləğ  olmasa  belə, 

müştəriyə ödənilən çeklərdir. 

Çeklərdən  bankdan  nağd  pulların  alınması  məqsədilə  (adlı  çeklər),  mal  və 

xidmətlərə  görə  hesablaşmalar  üçün  (orderli  və  adsız  çeklər),  nağdsız 

hesablaşmaları  ifadə  edən  alət  kimi  (hesablaşma  və  aksept  olunmuş  çeklər), 

qiymətli kağızlarla birja sövdələşmələri üçün istifadə olunur. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə