Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   2   3   4   5   6   7   8   9   ...   26

10 

 

lkin bazarlarda müxtəlif şirkətlər, mərkəzi hökumət, bələdiyyələr tərəfindən 



buraxılan  qiymətli  kağızlar  ilk  sahiblərinə  satılır.  Fəaliyyətin  bu  növü  qiymətli 

kağızların  yerləşdirilməsi  adlanır.  Bunun  hesabına  qiymətli  kağızları  emissiya 

edənlər  öz  ehtiyacları  üçün  istifadə  etmək  məqsədilə  maliyyə  resursları  cəlb 

edirlər. 

Təkrar  bazarda  pul  vəsaitlərinin  toplanması  baş  vermir,  vəsaitlərin 

investorlar  arasında  yenidən  bölüşdürülməsi  baş  verir.  Təkrar  bazar  maliyyə 

sisteminin effektiv fəaliyyəti üçün çox əhəmiyyətlidir. 

Qiymətli  kağızlarla  ticarətin  təşkili  üsuluna  görə  son  dövrlərdə  özünə  yer 

tapmış  konsepsiyaya  görə  qiymətli  kağızların  təkrar  bazarı  daxilində  aşağıdakı 

dörd səviyyəni fərqləndirirlər: 

-  Birinci  səviyyə  təkrar  bazarın  ən  vacib  elementlərindən  biri  olan  fond 

birjasıdır.  Burada  birjada  qeydiyyatdan  keçmiş  və  qiymətləndirməyə  buraxılmış 

qiymətli  kağızlarla  əqd  baş  verir.  Fond  birjası  qiymətli  kağızlar  bazarının 

likvidliyini və onun tənzim olunmasını təmin edir. Fond birjası qiymətli kağızların 

bazar dəyərini bazar qiymətini müəyyən edir qiymətli kağızlara olan tələb və təklif 

arasında  tarazlığı  əks  etdirməklə,  həmçinin  onlar  haqqında  lazımi  informasiyanın 

yayılmasını təşkil edir. 

-  kinci səviyyəyə birjadankənar bazar daxildir. Bu qiymətli kağızların alqı-

satqısının  birjadan  kənar  yerdə  və  birjada  qeydiyyatdan  keçməyən  qiymətli 

kağızlarla əməliyyatların həyata keçirildiyi bazardır. 

-  Üçüncü səviyyə – vasitəçilərin vasitəsilə və yüksək rüsumlar təyin etmiş 

fond birjalarını ötərək qeydiyyatdan keçirilmiş qiymətli kağızların alqı-satqısı baş 

verən birjadankənar bazardır. 

-  Dördüncü  səviyyə  ticarətin  vasitəçiləri  birləşdirən  kompüter  şəbəkələri 

vasitəsilə  keçirildiyi  kompüterləşdirilmiş  bazardır.  Bu  bazar  investorlara  sazişləri 

güclü kompüter sisteminin vasitəsilə imzalamaq imkanı verir ki, bununla da böyük 

komisyon  xərclərinə  qənaət  etmək  olar.  nvestor  istənilən  vaxt  şəbəkə  vasitəsilə 

istədiyi  qiyməti  fayla  göndərir  və  əgər  qarşılıqlı  təklif  alınarsa,  sövdələşmə  baş 

tutmuş hesab olunur.  



11 

 

Pul  vəsaitlərinin  investorlara  qaytarılmaq  prinsipinə  görə  borc  qiymətli 



kağızlar  bazarı  və  mülkiyyət  hüquqları  (pay  qiymətli  kağızlar  bazarı)  bazarını 

fərqləndirirlər. 

Borc qiymətli kağızlar bazarında sərbəst maliyyə vəsaitləri tədavül edir, yəni 

müəyyən  müddətdən  sonra  qaytarılmaq  şərtilə  müəssisələr  pul  vəsaitlərini  cəlb 

edirlər. Borc qiymətli kağızlar bazarı əsasən istiqraz və veksellərə təmsil olunur. 

Mülkiyyət  hüquqları  bazarında  səhmdar  şirkətlər  tərəfindən  buraxılan  və 

müxtəlif  səhm  növləri  ilə  təmsil  olunan  pay  qiymətli  kağızları  tədavül  edir. 

Şirkətin  kapitalı  müəyyən  paylara  bölünmüşdür  və  hər  bir  pay  bir  səhmə  uyğun 

gəlir.  Buna  görə  də  «pay  qiymətli  kağızı»  termini  yaranmışdır.  nvestor  səhm 

alaraq kapitalda bir pay əldə edir və səhmdara çevrilir. Səhmə görə ödənilən pullar 

şirkətin mülkiyyətinə çevrilir və o bu vəsaiti investorlara qaytarmağa borclu deyil. 

Bu vəsaitlər şirkətin əsas və dövriyyə vəsaitlərinin alınması və s. digər məqsədlərə 

sərf olunur, səhmdarlar isə bir mülkiyyətçi kimi şirkətin idarə edilməsində iştirak 

etmək və mənfəətin müəyyən hissəsini dividend şəklində almaq hüququ qazanır.  

Qiymətli  kağızlar  bazarını  digər  əlamətlərə  görə  də  təsnifləşdirmək  olar. 

Qiymətli kağızlar bazarı alətlərin növlərinə görə aşağıdakı bazarlara bölünürlər. 

-  səhm bazarları; 

-  istiqraz bazarları; 

-  veksel bazarları; 

-  opsion bazarları; 

-  depozit və əmanət sertifikatları bazarı. 

Eyni  zamanda,  emitentlərə  görə  qiymətli  kağızlar  bazarını  aşağıdakı 

bazarlara bölmək olar: 

-  korporativ qiymətli kağızlar bazarı; 

-  dövlət qiymətli kağızlar bazarı; 

-  beynəlxalq qiymətli kağızlar bazarı. 

Bundan  başqa,  investorlara  görə  də  qiymətli  kağızlar  bazarı  aşağıdakı 

bazarlara bölünürlər: 

-  institutsional investorların qiymətli kağızlar bazarı; 



12 

 

-  fərdi investorların qiymətli kağızlar bazarı. 



Eynilə,  ərazi  meyarına  görə  qiymətli  kağızlar  bazarının  aşağıdakı  növləri 

vardır: 


-  regional; 

-  milli; 

-  dünyəvi. 

Qiymətli  kağızlar  bazarı  işlədilən  ticarət  «texnologiyasına»  görə  aşağıdakı 

növlərə bölünür: 

-  kassa bazarları (spot); 

-  müddətli bazarlar (forvard, fyüçers, opsion, svop); 

-  auksion bazarları; 

-  diler bazarları. 

Qiymətli kağız  –  kapitalın pul və əmtəə  formalarından  fərqli  olaraq  elə bir 

formasıdır ki, o, həm bazarda əmtəə kimi təklif olunmaq, həm də mənfəət gətirmək 

imkanına  malikdir.  AR  Mülki  Məcəlləsinə  əsasən  -  qiymətli  kağız 

müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir 

sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa 

şəxsə  verilə  bilər.  Qiymətli  kağız  başqasına  verildikdə  onun  təsdiqlədiyi  bütün 

hüquqlar da keçir. 

Kapitalın bir forması kimi qiymətli kağızın özünəməxsus cəhətlərindən biri 

də  odur  ki,  onun  sahibi  konkret  olaraq  həmin  pul,  yaxud  əmtəə  formasında  olan 

kapitala  malik  olmasa  da,  onun  bütün  hüquqlarına  malikdir.  Hansı  ki,  həmin 

hüquqlar  qiymətli  kağız  formasında  ifadə  olunmuşdur.  Məhz,  qiymətli  kağız 

kapital  ilə  kapital  mülkiyyətini  ayırır.  Yuxarıda  qeyd  olunan  xüsusiyyətinə  görə 

qiymətli  kağızlar  iqtisadiyyatın  müasir  inkişafı  baxımından  böyük  rol  oynayan 

kapital münasibətlərinin genişlənməsində əvəzsiz paya malikdir. 

Qiymətli  kağızlar,  onun  əhatə  etdiyi  iqtisadi  münasibətlər  sferası  kimi  çox 

sahəli  və  mürəkkəbdir.  Bununla  yanaşı,  qiymətli  kağızlarla  bağlı  iqtisadi 

münasibətlər daim inkişaf etdiyinə görə onun mahiyyəti də qeyri sabit xarakter alır. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə