Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
  1   2   3   4   5   6   7   8   9   ...   26


 

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

Ə

lyazması hüququnda 



 

Qaracayev Teyyub Yaşar oğlu 

 

“Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının 

vəziyyəti və formalaşdırılması istiqamətləri” mövzusunda  

 

MAG STR D SSERTAS YASI 

 

xtisasın şifri və adı:  

 

060401“Dünya iqtisadiyyatı” 

xtisaslaşma:   

 

 

“Beynəlxalq iqtisadi münasibətlər” 

 

Elmi rəhbər:   

 

 

 

Magistr proqramının rəhbəri: 

dos. Ş.V.Bayramov   

 

 

dos. M.R.Cəmilov 



 

Kafedra müdiri: 

prof.Ş.H.Hacıyev 



 

 

BAKI - 2015 


 

MÜNDƏR CAT 



 

Giriş 

I FƏS L. Q YMƏTL  KAĞIZLAR BAZARININ FORMALAŞMASININ 

NƏZƏR -METODOLOJ  ƏSASLARI 

1.1.  Qiymətli kağızlar bazarının mahiyyətivə funksiyaları....................................6 

1.2.  Qiymətli kağızlar bazarının təsnifatı və strukturu...........................................9 

1.3.  Qiymətli kağızlar bazarının infrastrukturu və dünya təcrübəsi.....................28 

 

II FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA Q YMƏTL  KAĞIZLAR 

BAZARININ FORMALAŞDIRILMASI XÜSUS YYƏTLƏR  VƏ MÜAS R 

NK ŞAF MEYLLƏR  

2.1.  Azərbaycanda qiymətli kağızlar bazarının yaranması və təşkili 

xüsusiyyətləri...........................................................................................................38 

2.2.  Azərbaycanda qiymətli kağızlar bazarının inkişafının müasir mərhələsi......49 

2.3.  Azərbaycanda qiymətli kağızlar bazarının dövlət  tənzimlənməsi 

xüsusiyyətləri...........................................................................................................56 



III FƏS L. AZƏRBAYCAN RESPUBL KASINDA Q YMƏTL  KAĞIZLAR 

BAZARININ  NK ŞAF  ST QAMƏTLƏR  

3.1.  Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı sahəsində mövcud 

problemlər və həyata keçirilən islahatlar.................................................................65 

3.2.  Azərbaycanda qiymətli qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq 

təcrübəyə uyğun təkmilləşdirilməsi istiqamətləri....................................................72 

 

Nəticə və təkliflə

stifadə edilmiş ədəbiyyat siyahısı 

Резюме


/Resume 


 

Giriş 



Tədqiqat  işinin  mövzusunun  aktuallığı.  Hazırki  islahatların  aparıldığı 

şəraitdə  maliyyə  bazarının  bütün  seqmentlərinin  inkişafı  və  təkmilləşdirilməsi 

məsələsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  da  maliyyə  bazarının  bank  sistemi  ilə 

paralel  olaraq  iqtisadiyyatda  pul  axınlarının  ötürücüsü  kimi  real  sektorun 

canlanmasında  əhəmiyyətli  rol  oynamasından  irəli  gəlir.  Xüsusilə  də, 

Azərbaycanda  neft 

sektorunda 

cəmləşmiş  gəlirlərin 

digər  sektorlara 

istiqamətləndirilməsi  probleminin  mövcudluğu  ölkəmizin  maliyyə  bazarının 

inkişafına  xüsusi  əhəmiyyət  verilməsinə  zəmin  yaradır.  Maliyyə  bazarının 

müvəffəqiyyətlə formalaşması isə iqtisadi və hüquqi islahatların aparılması yolu ilə 

bazar  infrastrukturunun  yaradılması  ilə  mümkündür.  Yaradılan  bazar 

infrastrukturunun  ən  vacib  seqmentlərindən  biri  qiymətli  kağızlar  bazarıdır. 

Qiymətli  kağızlar  bazarı  iqtisadiyyatın  maliyyələşdirilməsinin  dövlət  büdcəsi  və 

bank  sistemi  ilə  yanaşı  ən  mühüm  variantlarındandır.  Bu  bazar  kapitalın  səfərbər 

edilməsini həvəsləndirməklə maliyyə resurslarının iqtisadiyyatın müxtəlif sahələri 

və  sferaları  arasında,  perspektivli  və  rentabelli  şəkildə,  dinamik  inkişaf  edən 

istehsalların xeyrinə yenidən bölgüsünü təmin edir.  

Bazar  iqtisadiyyatı  və  ona  keçid  şəraitində  olan  ölkələrdə,  həmçinin 

respublikamızda  iqtisadiyyat  qarşısında  duran  əsas  vəzifələrdən  biri  də  qarşılıqlı 

borc  problemlərinin,  həmçinin  müssisələr  arasında  ödəməmələr  məsələsinin  həll 

olunmasıdır. Çünki, qarşılıqlı borc probleminin mövcudluğu özüylə bərabər yeni-

yeni  problemlər  də  doğurur.  Müəssisə  vergiləri  ödəyə  bilmir,  çünki  mal  alıcıları 

aldıqları  mala  görə  borclarını  ödəmirlər.  Dövlət  isə  öz  növbəsində  vergi 

daxilolmalarının  azlığından  büdcə  planını  yerinə  yetirə  bilmir  və  iqtisadiyyatın 

bəzi  sahələrinə  dövlət  yardımı  gecikdirilir  və  ya  ümumiyyətlə  yardım  edilmir. 

Bütün  bunlar  isə  ümumilikdə  iqtisadi  həyata  öz  təsirini  göstərir  və  dövlət  istər 

iqtisadi, istər siyasi, istərsə  də  digər  sahələr  üzrə gücünü  itirir.  Müasir dövrdə bu 

problemlərin  həll  edilməsinin  mümkün  yolları  barədə  dövlət  dairələrində  və 

müəssisə miqyasında müvafiq tədbirlər görülür. Dövlət bu problemlərin həlli üçün 

qiymətli kağızlar bazarının inkişafını daha məqsədəuyğun hesab edir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə