Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Ona  görə  də  bu  bazarın  formalaşdırılması  nəinki  ölkədə  mövcud  olan  və 



iqtisadiyyatın  inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  göstərən  həmin  problemlərin 

həllinə  təsir  göstərər,  həm  də  iqtisadi  subyektlərin  iqtisadi  fəaliyyətə  daha  çox 

maraq göstərmələrinə və səmərəli işgüzar fəallığa cəlb olunmalarına imkan verər. 

Müasir  dövrdə  qiymətli  kağızlar  bazarının  iqtisadiyyat  üçün  bu  qədər  əhmiyyətli 

olmasına  və  dövlətin  bu  barədə  irimiqyaslı  islahatlar  aparmasına  baxmayaraq, 

ölkəmizdə bu sahədə aparılan tədqiqatlar hələ yetəri qədər deyildir. Bütün bunlar 

dissertasiya işinin mövzusunun aktuallığını şərtləndirir. 

Tədqiqatın  obyekti  və  predmeti.  Tədqiqatın  obyektini  Azərbaycanda 

formalaşmış  qiymətli  kağızlar  bazarı  və  onun  tərkib  elementləri  təşkil  edir. 

Tədqiqatın  predmeti  kimi  isə  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişaf 

xüsusiyyətləri və istiqmətlərinin öyrənilməsi çıxış edir. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Dissertasiya  işinin  əsas  məqsədi 

Azərbaycanda  qiymətli  kağızlar  bazarının  formalaşması  xüsusiyyətlərinin,  inkişaf 

meyillərinin və perspektivlərinin tədqiq edilməsi və qabaqcıl beynəlxalq təcrübəyə 

uyğun olaraq bu bazarın təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsindən 

ibarətdir.  Qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələr 

müəyyənləşdirilmişdir: 

−  Qiymətli  kağızlar  bazarının  mahiyyəti,  nəzəri  əsasları,  funksiyaları, 

təsnifatı və strukturunun öyrənilməsi; 

−  Qiymətli kağızlar bazarının formalaşması sahəsində dünyada mövcud olan 

modellərin müqayisəli təhlili; 

−  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  yaranması  və  təşkili 

xüsusiyyətlərinin tədqiq edilməsi; 

−  Azərbaycanda qiymətli kağızlar bazarının inkişafının müasir mərhələsinin 

təhlil edilməsi; 

−  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi 

xüsusiyyətlərinin tədqiq edilməsi; 

−  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafı  sahəsində  mövcud 

problemlər və həyata keçirilən islahatların təhlili; 




 

−  Azərbaycanda  qiymətli  qiymətli  kağızlar  bazarının  təkmilləşdirilməsi 



istiqamətləri və inkişaf perspektivlərinin araşdırılması. 

Tədqiqatın elmi yeniliyi. Dissertasiya işində Azərbaycanda qiymətli kağızlar 

bazarının  formalaşması  və  inkişafı  kompleks  tədqiq  olunmuşdur  və 

təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər və tövsiyələr irəli sürülmüşdür. 

Tədqiqatın informasiya bazası. Qiymətli kağızlar bazarı mövzusunda yerli 

və 


xarici 

tədqiqatçıların 

monoqrafiya, 

məqalələrindən, 

Azərbaycan 

Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi,  Bakı  Fond  Birjasının 

illik hesabat və analitik materiallarından geniş istifadə edilmişdir. 

Tədqiqatın  praktiki  əhəmiyyəti.  Hesab  edirəm  ki,  tədqiqat  işinin 

nəticələrinin  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  qabaqcıl  beynəlxalq 

təcrübəyə  uyğun  təkmilləşdirilməsi  istiqamətində  siyasətin  həyata  keçirilməsi  və 

dövlət  tənzimlənməsi  metodlarının  tətbiqi  zamanı  nəzərə  alınması  bu  sahənin 

inkişafına töhfə verə bilər. 

Tədqiqatın  strukturu.  Dissertasiya  işi  giriş,  3  fəsil,  8  paraqraf,  nəticə  və 

təkliflər, istifadə edilmiş ədəbiyyat siyahısı və xülasədən ibarətdir. 

Birinci fəsildə qiymətli kağızlar bazarının formalaşmasının nəzəri-metodoloji 

əsasları öyrənilmiş, qiymətli kağızlar bazarının mahiyyəti və funksiyaları, strukturu 

və təsnifatı, dünyada bu sahədə mövcud modellər tədqiq edilmişdir. 

kinci fəsildə Azərbaycanda qiymətli kağızlar bazarının yaranması və təşkili, 

müasir inkişaf meyilləri və dövlət tənzimlənməsi xüsusiyyətləri tədqiq edilmişdir. 

Üçüncü  fəsildə  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafı  sahəsində 

mövcud  problemlər  və  həyata  keçirilən  islahatlar,  qiymətli  qiymətli  kağızlar 

bazarının təkmilləşdirilməsi istiqamətləri və perspektivləri araşdırılmışdır. 




 

I FƏS L 



Q YMƏTL  KAĞIZLAR BAZARININ FORMALAŞMASININ  

NƏZƏR -METODOLOJ  ƏSASLARI 

 

1.1.

 

Qiymətli kağızlar bazarının mahiyyəti, funksiyaları 

 

 

Qiymətli  kağızlar  bazarı  qiymətli  kağızların  emissiyası,  buraxılması, 

tədavülü,  ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla  əqdlərin  bağlanması,  digər 

əməliyyatların  aparılması  üzrə  subyektlər  arasında  olan  hüquqi  və  iqtisadi 

münasibətlərin  məcmusudur.  Qiymətli  kağızlar  bazarı  qiymətli  kağızların  lazımi 

anda  pula  çevrilməsini,  yəni  likvid  duruma  gəlməsində  vasitəçilik  rolunu  üzərinə 

götürür.  Qiymətli  kağızlar  bazarı  iştirakçılar  arasında  qiymətli  kağızların 

buraxılması və tədavülünü əks etdirən iqtisadi münasibətlərin məcmusudur. 

Qiymətli  kağızlar  bazarının  fəaliyyətdə  olan  əsas  obyekti  qiymətli 

kağızlardır.  Qiymətli  kağızlar  bazarı  dünyanın  əksər  ölkələrində  bazar 

iqtisadiyyatının  mühüm  sektorlarından  biridir.  Bu  bazar  müxtəlif  iqtisadi  sahələr 

arasında  əlaqələndirici  rol  oynamaqla,  maliyyə  vəsaitlərinin  tarazlı  şəkildə 

yayılmasına şərait yaradır ki, bu da öz növbəsində həmin sahələrin bərabər surətdə 

inkişaf  etməsi  ilə  müşaiyət  olunur.  Digər  tərəfdən,  fəaliyyət  göstərən  hər  bir 

müəsissə öz inkişafı və genişlənməsi üçün əlavə investisiyalara ehtiyac duya bilər. 

Dünya  təcrübəsində  həmin  ehtiyacların  təmin  edilməsinin  ən  səmərəli  yolu 

müəsissə  tərəfindən  əlavə  səhmlər  və  ya  istiqrazların  buraxılmasıdır.  Bununla 

yanaşı,  qiymətli  kağızlar  dövriyyədə  olan  sərbəst  pul  kütləsinin  sterilizasiya 

edilməsi və inflyasiyanın qarşısının alınmasında da əvəzolunmaz rol oynayır. 

Qiymətli  kağızlar  bazarı,  digər  bazarlar  kimi  bitkin  texnoloji  silsilələrin 

mürəkkəb  təşkilati-iqtisadi  sistemi  kimi  çıxış  edir.  Burada,  bir  tərəfdən,  qiymətli 

kağızlar buraxan  emitentlər  (hüquqi  və  fiziki  şəxslər),  digər  tərəfdən  isə qiymətli 

kağızları  alan  investorlar  (hüquqi  və  fiziki  şəxslər),  həmçinin  qiymətli  kağızların 

tədavülünə və müxtəlif fond əməliyyatlarının keçirilməsinə yardım edən vasitəçilər 

mövcuddur. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə