Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   2   3   4   5   6   7   8   9   ...   26

13 

 

Zaman  keçdikcə  qiymətli  kağızların  yeni-yeni  formalarda  təzahür  etməsi  bu  işi 



çətinləşdirən amillərdən biridir. 

Qiymətli  kağız  bir  sıra  ictimai-zəruri  funksiyaları  yerinə  yetirir.  Bunlar 

aşağıdakılardır: 

1.  Qiymətli  kağızlar  iqtisadiyyatın  sahələri  və  sferaları,  əhali  və 

iqtisadiyyatın sferaları, əhali və dövlət, bu və ya digər iqtisadi subyektlər arasında 

pul vəsaitlərinin (kapitalın) bölgüsünü həyata keçirir. 

2.  Qiymətli kağızlar öz sahiblərinə kapital hüququ ilə yanaşı əlavə hüquqlar 

da təqdim edir. Məsələn, qiymətli kağız bu və ya digər idarəetmə prosesində iştirak 

edə bilər və s. 

3.  Qiymətli kağız kapitala görə mənfəəti təmin edir, eyni zamanda kapitalın 

geri qaytarılmasına şərait yaradır. 

Mövcud  müasir  dünya  təcrübəsində  qiymətli  kağızlar  iki  böyük  sinifə 

bölünür: 

I sinif – əsas qiymətli kağızlar 

II sinif – törəmə qiymətli kağızlar. 

Əsas  qiymətli  kağızların  əsasını  hansısa  bir  aktivə,  əmtəəyə,  pula,  kapitala, 

əmlaka, digər maliyyə və qeyri maliyyə aktivlərinə əsaslanan mülkiyyət hüququnun 

olması təşkil  edir. 

Əsas qiymətli kağızlar öz növbəsində 2 alt qrupa bölünürlər: 

1.  ilkin  qiymətli  kağızlar  –  bura  səhmlər,  istiqrazlar,  veksellər  və  s.  aid 

edilir; 

2.  ikinci  dərəcəli  qiymətli  kağızlar  –  ilkin  qiymətli  kağızların  əsasında 

buraxılan qiymətli kağızlardır (varrant, depozit sertifikatları və s.); 

Törəmə  qiymətli  kağızlar  isə  fyuçers  kontraktları  (əmtəə,  valyuta,  faiz, 

indeks və s.) və opsionlar hesab edilir. 

Qiymətli kağızların təsnifatı və qiymətli kağız növlərinin təsnifatı fərqlənir. 

Qiymətli  kağızların  təsnifatı-qiymətli  kağızların  onlara  məxsus  müəyyən 

əlamətlərə  görə  növlərə  bölünməsidir.  Qiymətli  kağız  növlərinin  təsnifatı  -  eyni 

növ qiymətli kağızlar qruplaşmasıdır ki, bu da qiymətli kağız növlərinin alt növlərə 



14 

 

bölünməsidir.  Qeyd  etdiyimiz  kimi,  qiymətli  kağız  müəyyən  əlamətlər  toplusuna 



malikdir. 

Zaman əlaməti: 

•  qiymətli kağızların zaman mövcudluğu: nə vaxt dövriyyə buraxılıb, hansı 

müddətə və ya müddətsiz; 

•  mənşəyi:  qiymətli  kağız  başlanğıcını  ilkin  əsasdan  götürür  (əmtəə,  pul) 

və ya digər qiymətli kağızlardan. 

Məkan əlaməti: 

•  milli  mənsubiyyəti:  qiymətli  kağız  millidir  və  ya  digər  dövlətə 

məxsusdur. 

Bazar əlaməti: 

•  buraxılış forması: emissiya olunub-olunmaması. 

•  mülkiyyət  forması  və  emitentin  növü,  yəni  qiymətli  kağız  bazara  kim 

tərəfdən buraxılıb: dövlət, şirkət, fiziki şəxs və s. 

•  risk  dərəcəsi:  risksiz,  az  riskli  və  riskli.  Qiymətli  kağızlar  çox  gəlir 

gətirdikcə,  onların  risk  səviyyələri  də  artır.  Qiymətli  kağızlara  verilmiş  zəmanəti 

dəyəri çoxaldıqca, onların risk səviyyələri azalır. 

•  gəlirliyi: qiymətli kağız əsasında gəlir ödənilir və ya yox. 

Bazarda  dövriyyə  xüsusiyyətlərinə  görə  qiymətli  kağızlar  2  qrupa  bölünür: 

bazar (dövriyyəli) və qeyri-bazar (dövriyyəsiz) qiymətli kağızlar. 

Bazar qiymətli kağızları birja və birjadankənar dövriyyə çərçivəsində təkrar 

bazarda alınıb-satıla bilər. Qeyri-bazar  qiymətli  kağızları  əldən-ələ  verilmir  və  

təkrar  dövriyyədə  iştirak  etmir. Bu  kağızlar  bazarda  satıla  bilməz  və  onların  

yalnız  emitentin  özü  tərəfindən  alınması  mümkündür. 

Emissiya qiymətli kağızları buraxılışlarla yerləşdirilən və qiymətli kağızların 

əldə  edilməsi  vaxtından  asılı    olmayaraq    bir    buraxılış    daxilində    hüquqlarının  

həyata    keçirilməsinin    həcmi    və    müddəti    eyni    olan    qiymətli    kağızlardır. 

Qanunda  onlara  səhm  və  istiqraz  vərəqəsi  aid  edilir. 



15 

 

Qeyri-emissiya  qiymətli  kağızları  isə  buraxılışlarla  yerləşdirilməyən  və  



qiymətli    kağızlar    üzrə    hüquqların    keçməsinin    həcmi    və    müddəti    müxtəlif  

olan    qiymətli    kağızlardır.  Onlara    veksel,  çek,  depozit    sertifikatları,  opsion, 

varrant, fyuçers, özəlləşdirmə  payları  aiddir. 

Hüquqi  baxımdan  qiymətli  kağızlar  3  hissəyə  ayrılırlar: təqdimatlı, adlı, 

order qiymətli kağızları. 

 

Cədvəl 1.1. Qiymətli kağızların təsnifatı 

TƏSN FAT ƏLAMƏT  

Q YMƏTL  KAĞIZ NÖVÜ 

Müddətinə görə 

Müddətli 

Müddətsiz 

Mənşəyinə görə 

lkin 


Təkrar 

Formasına görə 

Kağız və ya sənədli 

Kağız olmayan və ya sənədsiz 

Milli mənsubiyyətinə görə 

Milli 


Xarici 

stifadəsinə görə 

nvestisiya olunan 

nvestisiya olunmayan 

Sahib olma qaydasına görə 

Təqdim olunana 

Adlı 

Buraxılış forması 



Emisiya olunan 

Emisiya olunmayan 

Mülkiyyət forması 

Dövlət qiymətli kağızları 

Qeyri-dövlət qiymətli kağızları 

Dövriyyə xarakteri 

Bazar və ya sərbəst dövriyyəli 

Qeyri-bazar 

Risk səviyyəsi 

Risksiz  

Riskli 

Gəlirliyi 



Gəlirli 

Gəlirsiz 

Vəsait qoyuluşu forması 

Borc 


Sahibkar payı 

qtisadi mahiyyəti (hüquq forması) 

Səhm 

stiqraz 


Veksel və s. 

Mənbə: A.Kərimov, A.Babayev.” Qiymətli kağızlar bazarı”. Dərslik. Bakı 2003. 

 



16 

 

Təqdimatlı  qiymətli  kağızlar  öz  sahibinin  adı  ilə  qeydiyyatdan  keçmir  



və  bir  şəxsdən  digərinə  sadəcə  olaraq  təqdim  edilir. Adlı  qiymətli  kağızlarda 

onun  sahibinin  adı  qeyd  olunur. Order  qiymətli  kağızında  onu  ilk  dəfə  alan  

alıcının    adı    yazılır    və    belə    kağızın    ötürülməsi    yalnız    kağız    üzərindəki  

ötürücü  yazı – indossament  əsasında  aparıla  bilər. 

Təyinatlıq    əlamətinə    görə    qiymətli    kağızlar    2    hissəyə    bölünür: 

qısamüddətli    pul    bazarı    və    kapital  –  investisiya    bazarı    üçün    buraxılmış  

qiymətli  kağızlar. 

Müddətli  qiymətli  kağızlar  -  buraxılış  zamanı  müddəti  təyin  olunmuş 

qiymətli kağızlardır. Adətən müddətli qiymətli kağızlar üç alt qrupa bölünür: 

• 

qısamüddətli, dövriyyə müddəti - 1 il; 



• 

ortamüddətli, dövriyyə müddəti - 1 ildən yuxarı 5-10 il arası; 

• 

uzunmüddətli, dövriyyə müddəti -  10-30 il. 



Aparılan  əqd  və  sövdələşmə  üsullarına  görə  qiymətli  kağızlar  2  hissəyə  

bölünür: fond  və  ticarət  qiymətli  kağızları. 

Fond    qiymətli    kağızları    fond    birjalarında    dövriyyədə    olur    və  

emissiyanın  kütləviliyi  ilə  səciyyələnir. Onlara  səhmlər  və  istiqrazları  misal  

göstərmək  olar. Ticarət  qiymətli  kağızları  kommersiyayönlü  olub  əsas  etibarilə  

ticarət    əməliyyatları    üzrə    hesablaşmalar    aparmaq    və    ticarət    mallarının  

yerdəyişməsi  prosesinə  xidmət  göstərmək  üçün  nəzərdə  tutulmuşdur. Onlara  

kommersiya    vekselləri,  çekləri,  konosamentləri,  girov    şəhadətnamələrini    misal  

göstərmək  olar. 

Qiymətli  kağızlar  risk  səviyyələrinə  görə  risksiz, az  riskli və  riskli  kimi  

3    qrupa    bölünür.  Qeyd    etmək    lazımdır    ki,  qiymətli    kağızlar    çox    gəlir  

gətirdikcə    onların    risk    səviyyələri    də    artır.  Qiymətli    kağızlara    verilmiş  

zəmanətin  dəyəri  çoxaldıqca  onların  risk  səviyyələri  azalır. 

Müddətsiz  qiymətli  kağızlar  -  dövriyyə  müddəti  heç  cür  reqlament 

olunmayan, yəni ödənilmə anınadək dövriyyə olan qiymətli kağızlardır. 

Adlı  qiymətli  kağızlar  –  sadə  sənəd  formasında  və  (və  ya)  sahibkar 

reyestrində təsbit edilən qiymətli kağızlardır. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə