Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Pul  yığımlarının  yenidən  bölgüsü  mexanizmlərindən  biri  olmaqla  qiymətli 



kağızlar  bazarı  iqtisadiyyatın  digər  sferaları  ilə  sıx  əlaqədə  fəaliyyət  göstərərək, 

kapitalın sərbəst pul resurslarına malik sahələrdən inkişafını maliyyələşdirməkdən 

ötrü  imkanlarından  daha  geniş  maliyyələşməyə  ehtiyac  duyan  sahələrə  axınını 

təmin edir. Qiymətli kağızları sonradan, əlverişli şərait yarandıqda mənfəətli satışın 

mümkünlüyü investorları qiymətli kağızları almağa və bu yolla kapitalı ona ehtiyac 

duyan  müəssisələrə  verməyə  sövq  edir. Buna  görə də  qiymətli kağızlar bazarının 

rolu iqtisadiyyata müvəqqəti sərbəst pul vəsaitlərini cəlb etməkdən ibarətdir. 

Qiymətli  kağızlar  bazarının  iqtisadi  rolu  onun  fəaliyyətinin  məqsəd  və 

vəzifələrində, həmçinin onun funksiyalarında təzahür edir. 

Qiymətli  kağızlar  bazarının  zəruriliyini  müəyyən  edən  başlıca  məqsədi 

sərbəst  maliyyə  resurslarını  səfərbər  etmək  və  onların  bazarın  iştirakçılarının 

qiymətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar  vasitəsilə  yenidən  bölgüsünü 

təmin  etməkdən  ibarətdir.  Bu  məqsədə  nail  olunması  qiymətli  kağızlar  bazarının 

vəzifələrini müəyyən edir. Bunlara aşağıdakılar aiddir: 

 

konkret  investisiyaların  edilməsi  üçün  müvəqqəti  sərbəst  maliyyə 



vəsaitlərinin səfərbər edilməsi; 

 

dünya 



standartlarına 

cavab 


verən 

bazar 


infrastrukturunun 

formalaşması; 

 

qiymətli kağızların ikinci bazarının inkişaf etdirilməsi; 



 

mülkiyyət münasibətlərinin transformasiyası; 

 

bazar mexanizminin və idarəetmə sisteminin təkmilləşdirilməsi; 



 

dövlət  tənzimlənməsi  əsasında  fond  kapitalı  üzərində  real  nəzarətin 

təmin edilməsi; 

 

investisiya riskinin azaldılması; 



 

portfel strategiyasının formalaşdırılması; 

 

qiymətqoymanın inkişaf etdirilməsi; 



 

perspektiv inkişaf istiqamətlərinin proqnozlaşdırılması. 




 

Göstərilən vəzifələrin icrası qiymətli kağızlar bazarının konkret funksiyaları 



yerinə  yetirməsi  ilə  əlaqədardır.  Hər  bir  funksiyanın  isə  konkret  məzmunu 

mövcuddur. Bu funksiyalara aşağıdakıları aid etmək olar: 

-  yenidənbölgü  funksiyası  pul  vəsaitlərinin  (kapitalın)  qiymətli  kağızların 

tədavülü  vasitəsilə  müəssisələr,  əhali  və  dövlət  arasında,  sahələr  və  regionlar 

arasında  yenidən  bölgüsünü  ifadə  edir.  Məsələn,  mərkəzi  hökumətin,  yerli 

idarəetmə  orqanlarının  büdcə  kəsirinin  dövlət  və  bələdiyyə  qiymətli  kağızlarının 

buraxılması və yerləşdirilməsi vasitəsilə maliyyələşdirməsi zamanı müəssisələr və 

əhalinin sərbəst maliyyə resurslarının dövlətin xeyrinə yenidən bölgüsü baş verir. 

- maliyyə risklərinin sığortalanması funksiyası. Bu funksiya törəmə qiymətli 

kağızların, yəni fyüçers və opsionların və s. meydana gəlməsi nəticəsində mümkün 

olmuşdur.  Bu  funksiyanın  vasitəsilə  (qiymətli  kağızların  likvidliyinin  idarə 

olunmasının  ünsürlərini  tətbiq  etməklə)  kapitalın  qorunub  saxlanılması  və 

artırılması təmin edilir. 

-  tənzimləmə  funksiyası  isə  cəmiyyətdə  cərəyan  edən  müxtəlif  proseslərin 

konkret fond əməliyyatları vasitəsilə tənzimlənməsi ilə bağlıdır. Məsələn, qiymətli 

kağızlarla  əməliyyatların  keçirilməsi  vasitəsilə  tədavüldəki  pul  kütləsinin  həcmi 

tənzimlənir. Bu tənzimlənmə funksiyasının makroiqtisadi tərəfidir. Eyni zamanda, 

göstərilən funksiyanın mikroiqtisadi tərəfi də mövcuddur, yəni fond bazarı ticarət 

qaydalarının,  iştirakçıları  arasındakı  mübahisələrin  həll  edilməsi  qaydalarını 

yaradır, nəzarət və idarəetmə orqanlarını müəyyənləşdirir və s. 

-  uçot  funksiyası.  Bu  funksiya  bazarda  tədavül  edən  bütün  növ  qiymətli 

kağızların  xüsusi  siyahılarda,  yəni  reyestrlərdə  məcburi  qeydiyyatında,  qiymətli 

kağızlar  bazarı  iştirakçılarının  qeydiyyatında,  həmçinin  alqı-satqı,  girov,  trast, 

konvertasiya  və  b.  müqavilərlə  rəsmiləşdirilmiş  fond  əməliyyatlarının 

qeydiyyatında təzahür edir. 

-  uçot  funksiyasından  qiymətli  kağızlar  bazarının  informasiya  funksiyası 

irəli  gəlir,  yəni  bazar  ticarət  obyektləri  və  subyektləri  haqqında  informasiyanı 

yaradır və iştirakçılara çatdırır. 




 

-  nəzarət  funksiyası  –  bazar  iştirakçıları  tərəfindən  qanunvericiliyə  əməl 



olunmasına nəzarətin həyata keçirilməsini nəzərdə tutur. 

-  tələblə  təklifin  tarazlaşdırılması  funksiyası  fond  bazarında  qiymətli 

kağızlarla  əməliyyatlar  vasitəsilə  tələblə  təklif  arasında  tarazlığın  təmin  olunması 

deməkdir. Bununla da, bazar qiymətlərinin formalaşması, onların dinamikası üçün 

şərait yaranır. 

-  həvəsləndirmə  funksiyası.  Bu  funksiyanın  mahiyyəti  hüquqi  və  fiziki 

şəxsləri  qiymətli  kağızlar  bazarının  iştirakçısı  olmağa  sövq  etməkdən  (məsələn, 

müəssisənin idarə olunmasında iştirak hüququ, gəlir əldə etmək hüququ, kapitalın 

yığılması imkanı yaxud əmlaka sahib olmaq hüququnu verməklə) ibarətdir. 

-  kommersiya  funksiyası.  Hər  bir  digər  bazarda  olduğu  kimi,  qiymətli 

kağızlar bazarı da əməliyyatların keçirilməsindən mənfəətin əldə olunması və onun 

maksimumlaşdırılması üçün şərait yaradır. 

lk  iki  funksiya  qiymətli  kağızlar  bazarının  spesifik,  özünəməxsus 

funksiyalarına  aid  etmək  olar.  Qalan  funksiyaları  isə  ümumi  funksiyaları  kimi 

səciyyələndirmək olar. 

Qiymətli  kağızlar  bazarının  köməkçi  funksiyaları  da  mövcuddur  ki,  bunlar 

qiymətli  kağızların  özəlləşmədə,  antiböhran  idarəetməsində,  iqtisadiyyatın 

restrukturizasiyasında,  pul  tədavülünün  sabitləşdirilməsində,  antiinflyasiya 

siyasətində tətbiqi ilə əlaqədardır. 

 

 



1.2.

  Qiymətli kağızlar bazarının təsnifatı və strukturu 

 

Qiymətli  kağızlar bazarını,  onun  strukturunun  müxtəlif nöqteyi-nəzərlərdən 

təqdim  olunması  mümkünlüyündən  asılı  olaraq  müxtəlif  əlamətlər  üzrə 

təsnifləşdirmək olar. 

Qiymətli  kağızların  buraxılışı  mərhələsi  və  tədavülü  baxımından  qiymətli 

kağızlar bazarı ilkin və təkrar bazara bölünür. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə