Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   18   19   20   21   22   23   24   25   26

78 

 

inkişafında  maraqlı  olmasalar,  demək  ki,  birja  yenə  əvvəlki  bazar  kimi  fəaliyyət 



güstərəcəkdir.  Fond  bazarının  inkişafı  ilə  bağlı  onun  institusional,  infrastruktur 

sistemin  təkmilləşdirilməsinə,  beynəlxalq  bazarlarla  daha  geniş  ticarət  əlaqələri 

yaratmaq  potensialının  gücləndirilməsinə  diqqət  artırılmalıdır.  Həmcinin  bazarda 

maliyyə  vasitəciliyi  fəaliyyətinin  artırılması,  korporativ  idarəetmə  mexanizminin 

genişləndirilməsi,  iştirakcıların  peşəkar  hazırlığının  yuksəldilməsi  məsələləri  də 

sistemli şəkildə həll edilməlidir.  

Ölkənin  fond bazarının inkişafı ilə bağlı mühüm  rol  oynayan  yerli  müəssisə 

və  təsərrüfat  subyektlərinin  fəallığı  amili  də  öz  həllini  tapmalıdır.  Mövcud  amil 

muəssisə  və  təsərrüfatların  maddi-texniki  bazasının  gücləndirilməsi,  maliyyə-

təsərrufat  fəaliyyətinin  genişləndirilməsi,  rəqabətqabiliyyətli  məhsul  istehsalına 

yönümlülüyün  artırılması  kimi  muhum  istiqamətlərlə  sıx  bağlıdır.  Bu  baxımdan 

yerli muəssisə və təsərrufatların idarəetmə sisteminin təkmilləşdirilməsi, onlar üzrə 

daha  səmərəli  dəstək  mexanizminin  muəyyənləşdirilməsi,  bu  sahədə  metodoloji-

standart  bazasının  beynəlxalq  tələblər  baxımından  təkmilləşdirilməsi  kimi 

kompleks tədbirlərin həyata kecirilməsi sürətləndirilməlidir. 

Ölkə  prezident  lham  Əliyevin  sərəncamı  ilə  təsdiq  edilmiş  “2011-2020-ci 

illərdə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının  inkişafı”  Dövlət 

Proqramının başlıca məqsədi müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata 

geniş  kapitalizasiya  imkanları  təqdim  edən  və  risklərin  etibarlı  idarə  edilməsini 

təmin  edən,  yüksək  səmərə  ilə  fəaliyyət  göstərən  qiymətli  kağızlar  bazarının 

formalaşdırılmasıdır.  Eyni  zamanda,  qiymətli  kağızlar  bazarı  ilə  bağlı 

məlumatlandırma və maarifləndirmə işlərinin aparılmasıdır 

Bu  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  həyata  keçirilməsi 

nəzərdə tutulur: 

-  qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  mexanizmlərinin  qabaqcıl 

beynəlxalq  təcrübəyə  uyğun  təkmilləşdirilməsi,  qiymətli  kağızlar  bazarının 

institusional  inkişaf  səviyyəsinin  yüksəldilməsi  və  onun  beynəlxalq  standartlara 

uyğunluğunun təmin edilməsi; 




79 

 

-  ölkə  iqtisadiyyatında  kapitallaşma  dərəcəsinin  yüksəldilməsinə  nail 



olunması,  iqtisadi  layihələrin  maliyyələşdirilməsində  qiymətli  kağızlar  bazarı 

vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin 

genişləndirilməsi; 

-  iqtisadi  subyektlərin  və  əhalinin  yığımlarının  fond  bazarında  səmərəli 

yerləşdirilməsi üçün investisiyaların qorunduğu və risklərin etibarlı idarə olunduğu 

müvafiq şəraitin yaradılması; 

- ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına 

inteqrasiya olunması üçün müvafiq şəraitin formalaşdırılması. 

Qiymətli  kağızlar  bazarının  səmərəli  fəaliyyət  göstərməsi  üçün  fond 

bazarında ticarətin artırılması və bunun üçün əlverişli mühitin yaradılması, mövcud 

kapital bazarı alətlərindən istifadənin genişləndirilməsi, o cümlədən: 

- yeni maliyyə alətlərinin buraxılışının təşviqi; 

-  müasir  kapital  bazarının  formalaşması,  ilk  növbədə  dövlət  istiqrazlarının 

likvid və dərin bazarının təmin edilməsi; 

-  qiymətli  kağızlar  bazarında  ticarətin  genişləndirilməsi  məqsədilə  qiymətli 

kağızlar  bazarlarından  maliyyələşməyə  hazır  olan  bir  sıra  dövlət  müəssisələrinin 

qiymətli kağızlarının fond birjasında təklif edilməsi və dövlət xətti ilə sərmayələrin 

qoyulmasında fond birjasında kotirovka olunan şirkətlərə üstünlük verilməsi; 

-  kiçik  və  orta  sahibkarlığın  kapital  bazarlarından  maliyyələşməsi 

imkanlarının  artırılması  məqsədilə  Bakı  Fond  Birjasında  alternativ  ticarət 

platforması yaradılması. 

Qeyd etmək lazımdır ki, BFB-nin 1-ci və 2-ci səviyyəli listinqinə daxil ola 

bilməyən  şirkətlərin  qeyri-katirovka  vərəqinə  daxil  edilirək  kapital  bazarına 

çıxışının təmin edilməsi bu məqsədin həyata keçirilməsini dəstəkləyir. 

Xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda və 

yerli  emitentlərinin  qiymətli  kağızların  xarici  kapital  bazarlarında  təklif  edilməsi 

üçün müvafiq hüquqi bazanin yaradılması; hazırda yerli broker şirkətlərinin xarici 

fond  bazarlarında  əməliyyat  aparması  və  xarici  peşəkar  istirakçıların  Azərbaycan 




80 

 

maliyyə  bazarına  maraq  göstərməsi  fonunda  prosesin  sürətlənəcəyindən  xəbər 



verir. 

Bunu  nəzərə  alaraq,  qiymətli  kağızlar  bazarında  vergiyə  cəlb  olunma 

şərtlərinin  qabaqcıl  beynəlxalq  təcrübə  əsasında  təkmilləşdirilməsi,  o  cümlədən 

qiymətli  kağızlardan  əldə  edilən  investisiya  gəlirlərinə,  qiymətli  kağızların  alqı-

satqısından  əldə  olunan  gəlirlərə  vergi  güzəştlərinin  tətbiq  olunması  gündəlikdə 

olacaqdır.  

Həmçinin  investisiya  fondlarının  fəaliyyətini,  şirkətlərin  fond  birjasının 

listinqinə çıxmasını təşviq edən əlverişli fiskal şəraitin yaradılması nəzərdə tutulur. 




81 

 

 



NƏT CƏ VƏ TƏKL FLƏ

 

Qiymətli kağızlar  bazarı ilə  əlaqədar  aparılan təhlilləri   ümumiləşdirərək  belə 

nəticəyə  gəlmək  olar  ki,  müasir  şəraitdə  maliyyə  bazarının  tərkib  hissəsi  kimi 

qiymətli  kağızlar  bazarı  maliyyə  resurslarının  hərəkətini  təşkil  etmək,  onların 

düzgün  istiqamətləndirilməsini  təmin  etmək,  dövlətin  maliyyə  və  pul-kredit 

siyasətinin əsas aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafinda 

mühüm  rol  oynayır.  Xüsusilə  də  bazar  iqtisadiyyatı  sistemli  ölkələr  üçün  bu 

bazarın inkişafı müstəsna əhəmiyyət kəsb edir.  

Hazırda  dünya  iqtisadiyyatında    məhsul  və  xidmətlərin  yarısından  çoxu  iri 

korporasiyalar  (səhmdar  cəmiyyətləri)  tərəfindən  istehsal  olunur.  Bu 

korporasiyaların əksəriyyəti istər açıq, istərsə də qapalı formada olmaqla səhmdar 

cəmiyyətləri  formasında  təsis  olunur.  Səhmdar  cəmiyyətləri  isə  öz  fəaliyyətlərini 

səhmlərin  satışından  formalaşan  nizamnazmə  kapitalına  əsasən  həyata  keçirirlər. 

Bu isə o deməkdir ki, səhmlərin reallaşması üçün səhm bazarı – qiymətli kağızlar 

bazarı  mövcud  olmalıdır.  Məhs  bu  bazarda  səhmlərin  satışından  əldə  olunan 

vəsaitlə  təsisçilər  nizamnamə  kapitallarını  formalaşdırır  və  fəaliyyətə  başlayırlar. 

Nəticədə bu müəssisələr məhsul istehsal etmək və ya xidmət göstərməklə ictimai 

tələbatın  ödənilməsində  iştirak  edir  və  bundan  həm  təsisçilər,  həm  ictimaiyyət, 

həm də vergi daxilolmalarının artması nəticəsində dövlət fayda götürürlər. 

Qiymətli kağızlar bazarının genişlənməsi və inkişaf etməsi isə ölkədə əlverişli 

investisiya  mühitinin  yaranmasına  və  tuxarıda  göstərilənlərin  daha  da  tez 

gerçəkıəşməsinə səbəb olur. 

Digər tərəfdən qiymətli kağızar bazarı borcların və ödəmələr problemlərini həll 

edərək istehsal və digər iqtisadi münasibətlərin fasiləsizliyinin təmin olunmasında 

mühüm rol oynayır. Bu sahədə isə əsas alətlər, artıq qeyd etdiyimiz kimi qiymətli 

kağızlar bazarının tərkib hissəsi olan veksel və istiqrazla keçirilən əməliyyatlardır. 

Belə  ki,  hər  hansı  bir  təsərrüfat  subyektinin  müəyyən  tələbatlarını  ödəmək  üçün 

müvəqqəti olaraq maliyyə vəsaitlərinə ehtiyacı varsa, qiymətli kağızlar bazarı ona 




82 

 

veksel və ya istiqrazlar buraxmaq yolu ilə bu ehtiyacı ödəmək və cari öhdəlikləri 



yerinə  yetirməklə  həmin  subyektin  fəaliyyətinin  fasiləsizliyini  təmin  etmək  kimi 

geniş imkanlar verir. 

Bu bazarın mövcudluğu dövlət üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu, əsasən 

dövlət  borcu  ilə  əlaqədar  yaranan  münasibətləri  əhatə  edir.  Dövlətin  öz 

funksiyalarını  yerinə  yetirməsi  zamanı  büdcə  vəsaitləri  və  digər  vasitələr  kifayət 

etmədikdə  dövlət  dövriyyəyə  müxtəlif  qiymətli  kağızlar  (xəzinə  vekselləri, 

qısamüddətli istiqrazlar və s.) buraxmaqla bu resurslara olan tələbatını ödəyir. 

Bunlardan  əlavə  qeyd  etmək  lazımdır  ki,  qiymətli  kağızlar  bazarındakı 

vəziyyəti  öyrənməklə  hər  hansı  bir  ölkədə  istehsal-iqtisadi  şəritin  nə  vəziyyətdə 

olduğunu  müəyyən  etmək  olar.  Məsələn,  fond  bazarında  dövriyyədə  olan 

səhmlərin  və  onlarla  aparılan  əməliyyatların  həcmini,  bazarda  onlara  formalaşan 

qiyməti  və  onlara  olan  tələbatı  öyrənməklə  ölkədə  fəaliyyət  göstərən  səhmdar 

cəmiyyətlərinin mənfəətliliyinə və beləliklə də ölkədə mövcud olan iqtisadi şəraitə 

qiymət vermək olar. 

Deyilənlərin nəticəsi olaraq onu da gördük ki, bazar iqtisadiyyatı ölkəsi olaraq 

Azərbaycanda  da  bu  bazarın  formalaşması  labüd  hadisələrdən  idi.  Çünki,  ölkədə 

geniş  surətdə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesinin  həyata  keçirilməsi, 

sahibkarlığın 

inkişafı, 

səhmdar 


cəmiyyətlərinin 

təsis 


edilməsi, 

borc 


münasibətlərinin  inkişafı  və  digər  iqtisadi  proseslər  qiymətli  kağızlar  bazarının 

mövcudluğunu əhəmiyyətli dərəcədə zəruri edirdi. Xüsusən özəlləşdirmə çekləri və 

opsionlarının buraxılışı bazar iqtisadiyyatına keçidlə əlaqədar dövlət mülkiyyətinin 

özəlləşdirilməsində 

mühüm 

rol 


oynamışdır. 

Dövlətimiz 

tərəfindən 

müstəqilliyimizin  müxtəlif  dövrlərində  həyata  keçirilən  tədbirlərin  nəticəsində 

republikamızda  artıq  qiymətli  kağızlar  bazarı  formalaşmışdır.  Bununla  əlaqədar 

müxtəlif  qanunlar  və  digər  hüquqi-normativ  aktlar  qəbul  olunmuş,  QKDK,  Milli 

Depozit  Mərkəzi,  Bakı  Fond  Birjası,  QKDK-nın  Naxçıvan  Muxtar  Respublikası 

üzrə  ərazi  darəsi  Azərbaycan  Fond  Bazarı  ştirakçılarının  Assosiasiyası  ctimai 

Birliyi kimi qurumlar təsis olunmuş, xarici təşkilatların dəstəyi ilə bir çox layihələr 



83 

 

həyata  keçirilmişdir.  Buna  baxmayaraq,  respublikamızın  fond  bazarında  hələ  də 



bəzi çatışmamazlıqlar qalmaqda davam edir. 

Fikrimcə,  ölkəmizdə  qiymətli  kağızlar  bazarının  inkişafı  və  mövcud 

çatışmamazlıqların aradan qaldırılmasına aşağıdakı tədbirlər kömək edə bilər: 

1. Qiymətli  kağızlar  bazarının  inkişafı  ölkədə  iqtisadiyyatın  müxtəlif 

sahələrinin və beynəlxalq aləmdə fond bazarının inkişaf sürəti ilə sıx bağlıdır. Bu 

baxmıdan,  həyata  keçirilən  tədbirlər  respublikamızın  fond  bazarının  beynəlxalq 

maliyyə bazarları sisteminə inteqrasiya olunmasına yönəldilməlidir. 

2. Fond  bazarının  dövlətlə  yanaşı,  həm  də  daha  çox  bazarın  peşəkar 

iştirakçıları tərəfindən tənzimlənməsi daha məqsədəuyğun olardı. 

3.  nformasiya  təminatı  yüksək  səviyyəyə  çatdırılmalı  -  qiymətli  kağızlar 

bazarı  investorlara  qoyulan  investisiyaların  riski  və  gətirə  biləcəyi  mənfəət 

haqqında tam informasiyanı təmin etməlidir. 

4. Müvafiq  qurumlarla  birlikdə  qiymətli  kağızlar  bazarında  vergitutma 

məsələlərinin  təkmilləşdirilməsi,  dünya  təcrübəsində  istifadə  olunan  və 

investisiyaların  artımı  üçün  əlverişli  mühitin  yaradılması  baxımından  tətbiq 

edilməsi  zəruri  hesab  olunan  vergi  güzəştlərinin  hazırlanmasının  həyata 

keçirilməsi. 

5. QKDK,  Milli  Depozit  Mərkəzi  kimi  qurumların  regionlarda  müxtəlif 

bölmələrinin açılması, respublikanın iri investisiya qoyuluşuna və bank sisteminə 

malik  mərkəzlərində  fond  birjalarının  təşkil  edilməsi.  nvestisiya  fondlarının 

yaradılmasının stimullaşdırılması. 

6. Mərkəzi  Bankın  pul-kredit  siyasətnin  həyata  keçirilməsi  və  kommersiya 

banklarının  maliyyələşdirilməsində  mühüm  rol  oynayan  veksellərin  tədiyyə 

vasitəsi  və  nağdsız  hesablaşma  aləti  kimi  fəaliyyətinin  genişləndirilməsi.  Bunun 

üçün ilk növbədə təbliğat işləri gücləndirilməlidir. 

7. Respublikamıza  xarici  kapitlaın  cəlb  olunması,  neft  və  qeyri-neft 

sektorunun  inkişafı,  dövlət  əhəmiyyətli  iri  layihələrin  maliyyələşdirilməsi  üçün 

avroistiqrazların  buraxılması,  eləcə  də  respublikamızda  dövlət  və  qeyri-dövlət  




84 

 

qiymətli  kağızlarının  dünyanın  ən  inkişaf  etmiş  fond  bazarlarına  çıxışının  təmin 



olunması. 

8. Korporativ  idarəetmə  sahəsində  xarici  təcrübədən  daha  geniş  istifadə 

edilməsi. 

9. Ayrı-ayrı  şərtlərlə  və  müxtəlif  investorlar  təbəqələri  üçün  dövlət  qiymətli 

kağızlarının  buraxılması,  Milli  Bankın  açıq  bazarda  dövlət  qiymətli  kağızları  ilə 

əməliyyatlarının genişləndirilməsi 

10. 

Pensiya  sistemində  islahatların  aparılması,  institusional  investorların 



diqqətinin daha çox cəlb edilməsi üçün tədbirlərin görülməsi və s.  

Qeyd edilən tədbirlərin həyata keçirilməsi ölkəmizdə daha da inkişaf etmiş 

və  təkmilləşmiş  qiymətli  kağızlar  bazarının  yaranmasına  və  iqtisadiyyatın  artım 

tempinin  sürətlənməsinə  şərait  yaradar.  Bununla  da,  ölkəmizdə  formalaşan  fond 

bazarı  regionun  ən  böyük  və  inkişaf  etmiş  fond  bazarına  çevrilə  bilər.  Çünki, 

bunun üçün respublikamızda geniş iqtisadi potensial və qeyri-neft təbii sərvətlərin 

hasilatı  və  emalı,  turizm,  kənd  təsərrüfatı  və  aqrar  sənaye  sahələri  və  s.  kimi 

perspektivli  və  yüksək  gəlirli  investisiya  qoyuluşlarına  şərait  yaradan  müxtəlif 

sahələr mövcuddur 



85 

 

 



ST FADƏ ED LM Ş ƏDƏB YYAT S YAHISI 

1.  Л.Красавин - Международные валютные и кредитные отнашения, M.2004 

2.  K.Şahbazov - Maliyyə resusları və maliyyə bazarı, B.2005 

3.  Qiymətli kağızlar bazarı (normativ sənədlər toplusu), B.2000 

4.  Э.Садыгов - Операции с ценными бумагами, Б.2002 

5.  М.Алексеев -Рынок щенных бумаг,М.2001 

6.  Т.Бердикова - Рынок ценных бумаг и биржевое дело, М.2006 

7.  Б. - Ценные бумаги, M.2004 

8.  М. Алексеев - Рынок ценных бумаг, M.2002 

9.  М.Агарков - Учение о ценных бумаг, M.2006 

10. Т.Бредников - Рынок ценных бумаг и бержевое дело, M.2000 

11. А.Каратуев - Ценные бумаги: виды и разновидности, M.2007 

12. Б. Калтынюк - Ценные бумаги, M.2001 

13. Е.Семенкова - Операции с ценными бумаги, M.2002 

14. А.Фельдман - Государственные ценные бумаги, M.2004 

15. В.Никифорова - Торговые  системы рынка ценных бумаг, M.2000 

16. Я.Миркил - Ценные бумаги и фондовый рынок, M.2001 

17. В. Галанов - Биржевое дело, M.2005 

18. Azərbaycan Respublikasının (AR) Mülki Məcəlləsi. Bakı  2000. 

19. Musayev A., Vəliyev N. “ Qiymətli kağızlar bazarı.” Dərslik. Bakı 1999. 

20. Cəbiyev  R.M.    “Azərbaycanda  bazar  infrastrukturunun  formalaşması  və 

inkişafı”. Bakı 2000. 

21. A.Kərimov, A.Babayev.” Qiymətli kağızlar bazarı”. Dərslik. Bakı 2003. 

22. A.Abbasov.  “Azərbaycanda  maliyyə  bazarının  formalaşması  və  bazar 

iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri”.  Bakı 2003 

23. A.Abbasov.  “Qiymətli  kağızlar  bazarının  formalaşması  və  inkişaf 

perspektivləri”.Bakı 2005. 

24. A.Abbasov. “Qiymətli kağızlar və onlarla əməliyyatlar”.Dərslik.Bakı 2007 




86 

 

25. N.Novruzov, X.Hüseynov.”Maliyyə”. Dərslik. Bakı 2007. 



26. E.Sadıqov  “Azərbaycanın  qiymətli  kağız  bazarı  və  onun  inkişaf 

perspektivləri”.  Sankt-Peterburq – 2003. 

27. R.Əsgərova. “Pul, kredit və banklar”. Dərslik. Bakı 2007. 

28. "Azərbaycan 2020: Gələcəyə Baxış"  nkişaf Konsepsiyası". (2012). Bakı 

29. "2011-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar 

bazarınıninkişafı" Dovlət Proqramı. (2011). Bakı. 

30.  Azərbaycanın statistik gostəriciləri. (2014). Bakı. “Səda” nəşriyyatı, 812 s. 

31. "Azərbaycanın sənayesi" /Statistik məcmuə/ sc@azstat.org; (13-14; 29-33; 66-

89; 91-107s.) 

32. www.scs.gov.az.  (2014).  Azərbaycan  Respublikası  Qiymətli  Kağızlar  uzrə 

Dovlət Komitəsinin 2010-2013-cu illər uzrə fəaliyyət hesabatları. Bakı. 

33. www.economy.gov.az –  qtisadi  nkişaf Nazirliyinin saytı. 

34. www.maliyye.gov.az – Maliyyə Nazirliyinin saytı. 

35. www.stateproperty.gov.az  –  Dövlət  Əmlakının  darə  Edilməsi  üzrə  Dövlət 

Komitəsinin saytı. 

36. www.bse.az – Bakı Fond Birjasının saytı. 

 



87 

 

 

РЕЗЮМЕ 

 

 



 

 

 



 

 

 



RESUME 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə