Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə7/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   2   3   4   5   6   7   8   9   10   ...   107

 
20 
“Biz sizə daha öncə öz aramızda razılaşaraq, erməni, gürcü və 
alban dillərində, həmin dillərin yazısı ilə məktub yazmışdıq. İndisə 
eyni şeyi təkrar edirik.” 
Artıq qeyd etdiyimiz kimi, sözügedən mətnlər elm aləmində 
“erməni qıpçaqcası” adı altında tanınmaqdadır. Bu həqiqətdən uzaq 
ifadənin geniş yayılmasının  əsas səbəblərindən biri Ukrayna 
ərazisində bir vaxt özləri kimi köçkün olan ermənilərlə iç-içə yaşa-
yan albanların (qıpçaqların) yerli erməni məhkəməsinin xidmətlə-
rindən istifadə etməsi və onun bütün sənədlərini ana dillərində 
tərtib etmələri, bir qismini isə erməni dilindən tərcümə etmələri 
olmuşdur. Elə bu da həmin mətnlərin tədqiqatçılarını çaşdırmışdır. 
Halbuki, sözügedən sənədlərin bir qisminin erməni dilindən 
tərcümə olduğu həmin sənədlərin üzərində qeyd edilmişdir. Elə bu 
fakt da mətnləri ilk dəfə ətraflı tədqiq edən görkəmli rus şərqşünası, 
əslən karaim türklərindən olan A.Krımskini yanıltmış və o, məslə-
hətçiləri qismində  çıxış edən erməni köməkçilərinin təlqin və 
təşviqi ilə bugünkü Ukrayna ərazisində yaradılmış mühacir alban 
ədəbiyyatının dilini “erməni qıpçaqcası” kimi təsbit etmiş, həmin 
ədəbiyyatın yaradıcılarının isə guya ana dillərini unudaraq, qıpçaq 
türkcəsinə keçən ermənilər olduğunu söyləmişdir.  
Şübhəsiz ki, onun bu fikri yanlışdır. Əgər sözügedən ədəbiyya-
tın yaradıcıları gerçəkdən də dillərini unutmuş ermənilər olmuşsa, 
bəs, çox sayda erməni mətnlərini öz “yeni” dillərinə necə tərcümə 
etmişlər? Bilmədiyin, unutduğun bir dildən çox sayda tərcümə et-
mək mümkündürmü? Və niyə guya “tərcümə” edilən əsərlərin bö-
yük  əksəriyyətinin müəllifi erməni yox, məhz albanlardır? Söhbət 
tanınmış hüquqşünas və ilahiyyatçı alim Mxitar Qoş, onun şagirdi 
Vardapet Vanağan, Vanağanın  şagirdi, tanınmış tarixçi Kirakos 
Gəncəli, Albaniya katalikosu Nerses və s. bu kimi məşhur alban 
müdriklərindən gedir.  
Elm aləmində “Erməni qıpçaqcası” adlandırılan yazıların və 
ədəbiyyatın gerçəkdən də albanlara məxsus olduğunu təkzibedil-
məz şəkildə sübut edə bilməmiz üçün hər hansı bir alban müəllifi-
nin həmin dildə, yəni qıpçaq türkcəsində və erməni (əslində alban) 


 
21
əlfbası ilə yazılmış sadəcə bircə  sətirini  əldə etməmiz yetərli idi. 
Bizim isə əlimizdə hər hansı bir alban müəllifin bircə sətri yox, çox 
sayda tanınmış alban müəllifinin əsərləri, eləcə də çox məşhur bir 
albanın, ayrıca bir “Alban salnaməsi” yazmış böyük alban maarif-
çisi Mxitar Qoşun “Törə bitiki” (Qanunlar toplusu) adlı kitabının 
bütöv bir parçası, eləcə də Kirakos Gəncəlinin “Tarix” kitabının II 
fəslinin böyük bir hissəsi kimi təkzibedilməz dəlillər var. 
Yanlış olaraq “erməni qıpçaqcası” adı altında tanınan alban yazılı 
ədəbiyyatı nümunələrinin toplanıb nəşr edilməsində görkəmli türkoloq alim 
Aleksandr Qarkavetsin xidmətləri ölçüyəgəlməz dərəcədə böyükdür.  
 
Mxitar Qoşun “Törə bitiki”, Vanağanın, Kirako-sun əsərləri, 
eləcə də alban dilində (qıpçaq – qarqar dilində) dövrümüzədək çat-
mış müxtəlif dualar, lüğətlər ən azı V əsrdən Albaniyanın (Quzey 
Azərbaycanın) dövlət, ədəbiyyat və təhsil dili olmuş qıpçaq – qar-
qar dilinin qrammatika, fonetika və leksikasını öyrənmək baxı-
mından son dərəcə zəngin material verməkdədir. 
Yeri gəlmişkən qeyd edək ki, erməni müəlliflərinin yazdığına 
görə, guya bu dilin və yazıların sahibləri özlərini türkcə “ermə-


 
22 
nilər” adlandrmışlar və sözügedən əsərləri yaradanlar ana dillərini 
unudub qıpçaq dilinə keçmiş ermənilərdir. Bunun belə olmadığını 
irəlidə görəcəyik. 
Ermənilər, ümumiyyətlə, albanların guya artıq V – VI əsrlərdə 
erməniləşdiyini söyləyirlər. K.V.Treverin və  İ.A.Orbelini kimi 
alimlərin fikrincə isə albanların erməniləşməsi VIII - X əsrlərdə baş 
vermişdir. Z.Bünyadov və F.Məmmədova isə bu iddiaları inkar 
etsələr də, albanlarn artıq XII əsrdə erməni dilində yazdıqlarını söy-
ləyir və dolayısı ilə “erməniləşmə”nin başlanğıcınıı  həmin dövrlə 
bağlayırlar. 
XII – XIII əsrlərə aid alban müəlliflərinin, o cümlədən Mxitar 
Qoş  və Kirakos Gəncəlinin  əsərlərinin tədqiqi bu iddiaların heç 
birinin doğru olmadığını ortaya qoymuşdur, yəni bu iddialar digər 
erməni saxtakarlıqları kimi uydurmadan başqa bir şey deyil. Bizim 
alimlərimizin də  təqribən eyni mövqedən çıxış etməsinə, sadəcə 
vaxt məsələsində erməni alimlərindən fəqli mövqe sərgiləməsinə 
gəlincə isə, bu, məlumatsızlıqdan qaynaqlanmışdır. Məhz məlu-
matsızlıq ucbatından Azərbaycan tarixşünaslığında albanların guya 
qafqazdilli olmaları barədə kökündən səhv bir fikir də möhkəmlən-
mişdir. Bu yanlış fikrin qızğın tərəfdarlarından biri də  Fəridə xa-
nımdır. 
Həm Mxitar Qoş, həm də Kirakos Gəncəli özlərini alban adlan-
dırıblar, Albaniyadan “bizim ölkə”, “bizim Alban ölkəsi” və ya “bi-
zim Şərq ölkəsi” deyə söz açıblar.  
Məsələn, “Törə bitiki” nin XIII əsrdə Smbat Sparapetini tərə-
findən erməni dilinə edilən tərcümə mətnindən Mxitar Qoşun belə 
yazdığı məlum olur: 
“Biz bu işə erməni təqviminin 633–cü ilində - bundan bir dövr 
(532 il) çıx, bizdə (albanlarda – B.T.) kiçik təqvim adlanan (alban 
təqvimi – B.T) təqvimin 101–ci il edəcək, - rum tarixi ilə... Bizim 
xanlıqda  (Alban xanlığında – B.T.)  dərəbəyliyin hökm sürdüyü, 
Xaçında bəzi bəylərin – Əsən adlanan bəy və  oğlu Vaxtanqın 
Xayterk adlanan qalada oturub başqa bəylərə hökm etdikləri, 
Kilikiyada böyük bəy Rubenin hakim olduğu dövrdə, müzəffər 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə