Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə3/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   2   3   4   5   6   7   8   9   ...   107

 

bu dəfə müharibə romalıların qələbəsi ilə bitdi. Döyüşdə Urnayr 
yaralandı. Romalılar nəinki  Ərməniyyəni qaytardılar, hətta Adərbayqan 
(Azərbaycan) və Albaniyanın bəzi bölgələrini işğal edib Ərməniyyəyə 
qatdılar. Ermənilər isə Muşeq Mamiqonyan (Muşeq Mamikon) adlı 
erməni mənşəli Roma sərkərdəsinin başçılığı ilə işğal edilmiş ərazilərdə 
əhaliyə divan tutdu. Qadın – uşaq demədən minlərlə insanı  qırıb tökdü. 
Kəndləri,  şəhərləri oda verdi. Lakin bu uzun sürmədi, işğal olunmuş 
torpaqlar tezliklə geri qaytarıldı. 
Tarixi mənbələr dövrümüzədək türk – Arsak sülaləsindən olan sonra-
kı alban xanlarının da adını çatdırmışdır. Bunlardan biri də Arsvaqen 
(430-440) idi. Onun dövründə alban əyanlarının önəmli hissəsi xristian 
idilər. Mənbələrin yazdığına görə, onun hakimiyyəti dövründə Ərməniy-
yə və Albaniyaya (Arana) gələn suriyalı xristian maarifçisi Mesrop Maş-
tots öncə ermənilər üçün yeni əlifba düzəltmiş, daha sonra isə Albaniyaya 
(Arana) keçərək əski alban yazısını yenisiylə əvəz etmişdir. 
Arsvaqendən sonra onun oğlu, fars - Sasani şahı II Yəzdəgirdin bacı-
sı oğlu II Vace (440 - 463) Albaniya xanı oldu. O, Yəzdəgirdin təkidi ilə 
Albaniyada atəşpərəstliyi yaymağa çalışsa da, xalqın buna qarşı çıxması 
ilə istəyinə nail ola bilməmişdi. Sasani imperatorluğunda daxili çəkişmə-
lərdən istifadə edən II Vaçe sonradan siyasətini dəyişərək, xristianlara 
arxalanmağa, farslara qarşı çıxış etməyə başladı. Fəqət farsların yeni şahı 
Firuz alban tayfalarından onuyğurları (onoqurları) öz tərəfinə  çəkərək, 
onu hakimiyyətdən əl çəkməyə məcbur edə bildi. 
Bundan sonra 30 illiyə müstəqilliyini tam itirən Albaniya (Aran) 
həmin dövrdə fars canişinləri tərəfindən idarə edildi. 30 il sonra isə II Va-
çenin qardaşı, ölkədə farsların dinini, yəni zərdüştiliyi (atəşpərəstliyi) 
yaymağa boyun olan Qarabağ bəyi III Cəsur Vaçaqan (493 - 510) qohu-
mu, fars şahı Balaşın köməyi və  dəstəyi ilə Albaniyanın (Aranın) xanı 
oldu. Fəqət o, zərdüştiliyi yaymaq sözünə sadiq qalmayaraq, xristianlığı 
ölkənin dövlət dininə çevirdi. Onun dövründə bütün digər dinlərin nüma-
yəndələri təqib edilməyə başlandı. Kitabları yandırıldı. Vaçaqan 498–ci 
ildə Aquen məclisini çağıraraq, xristian dini qanunlarını  rəsmiləşdirdi. 
Ölkənin hər yerində  məktəb açaraq, albanların yeni əlifbası ilə alban 
dilində yazılmış dini kitabları öyrətməyə başladı. 
III Vaçaqan tarixə Albaniyanın türk – Arsak sülaləsindən olan so-
nuncu xanı və ümumiyyətlə son alban xanı kimi düşmüşdür. Arsaklardan 
sonra xristian albanların başına keçən fars (tat) mənşəli Mehranilər süla-


 
9
ləsi xristianlığı qəbul edərək, Girdiman ərazisində bəylik şəklində siyasi 
fəaliyyət göstərməkdə idilər.  Ən tanınmış nümayəndələri Cavanşir ol-
muşdur. Azərbaycanın ərazisi İslam xilafətinin tərkibinə keçdikdən sonra 
həm Ərməniyyə (Van gölü və ətrafı), həm də Aran, yəni Albaniya Azər-
baycana birləşdirildi. Bununla belə, albanlar bir müddət Qarabağ və Qər-
bi Azərbaycanda, əsasən də Zəngəzurda Azərbaycandan asılı muxtar bəy-
liklər şəklində siyasi yaşamlarını sürdürmüşlər. Sevad xanın və oğlu Se-
nekərim xanın dövründə (XI əsr) isə  Zəngəzur və Qarabağda Albaniya 
xanlığını  bərpa etməyə  və bir müddət müstəqil yaşamağa cəhd də 
etmişdilər. XVI əsrdə, dəqiq desək, Şah Abbasın dövründə isə onlara Qa-
rabağ ərazisində 5 məliklik (Xəmsə) qurmaq və dini ibadətlərini azad şə-
kildə icra etmək icazəsi verilmişdi. 
Albanların sonradan islamı qəbul edən əksər hissəsi Azərbaycan xal-
qınn etnogenezində yaxından iştirak etmişlər. Xristian dinində qalan çox 
kiçik hissəsi isə XIX əsrə  qədər dillərini qorumuş olsalar da, sonradan 
etnik şüurlarını tədricən itirmiş və ruslar tərəfindən Azərbaycana, o cüm-
lədən Qərbi Azərbaycan və Dağlıq Qarabağa kütləvi  şəkildə köçürülən 
ermənilərin içində ərimişlər.  
XII əsrin böyük alban mütəfəkkiri Mxitar Qoşun “Alban salnaməsi” 
və XIII əsrin böyük alban tarixçisi və ilahiyyatçısı Kirakos Gəncəlinin 
“Alban ölkəsinin qısa tarixi” əsərlərindən göründüyü kimi, albanlar 
müsəlman soydaşlarından fərqli olaraq, həmdinləri olan ermənilərə  və 
gürcülərə  həmişə xoş münasibət bəsləsələr də, XII – XIII əsrlərdə  də 
alban etnik kimliyini unutmamışdılar. Təsadüfi deyil ki, onların hər ikisi 
əsərlərini doğma alban dilində yazmışlar və onların ana dilində  qələmə 
aldıqları  əsərlərinin bəzi hissələri dövrümüzədək çatıb. Qərbi 
Azərbaycanın (indiki Ermənistan) Sisian rayonunun Urud kəndindən 
tapılan, XVI əsrə aid olan, albanlara məxsus qəbirlərin üstündəki 
kitabələr də bunu bütünlüklə təsdiq etməkdədir. O da danılmaz faktdır ki, 
alban katalikosluğu XlX əsrə  qədər mövcudluğunu sürdürmüş  və onun 
mərkəzi kimi Qarabağ ərazisi çıxış etmişdi.  
XVI – XVII əsrlərə aid çoxsaylı alban əlyazmalarını yaratmış mirzə-
lərin o dövrdə, hələ  də dillərini unutmadıqları, bəzi hallarda onu “tatar 
dili” adlandırdıqları müşahidə edilir. Bəzi əlyazmaların mətnlərinin məz-
munundan onların özlərini  “erməni” adlandırdıqları, erməni kimi düşün-
dükləri təəssüratı yaranır. Fəqət bu halda söhbət alban müəlliflərinin ori-
jinal əsərlərindən yox, erməni müəlliflərinin alban, yəni qıpçaq – qarqar 


 
10 
dilinə  tərcümə edilmiş  əsərlərindən gedir. Alban müəlliflərinin orijinal 
əsərlərində bənzər haldan əsər – əlamət belə yoxdur və ola da bilməz. Bu-
nunla belə, həmin əlyazmaların (XVI – XVII əsrlər) bəzilərinə ermənilər 
tərəfindən çox – çox sonralar (XX əsrdə) “erməni” sözü daxil edilmişdir. 
Bu da həmin  əsərlərin müəlliflərinin guya erməni olduğu təəssüratı 
yaratmaq üçün edilmişdir. Yəni erməni saxtakarlığı  hər yerdə olduğu 
kimi, burada da özünü göstərmişdir. 
Həmin materialları, eləcə də çox sayda digər albandilli mətnləri əldə 
etməmizə yardımçı olduğuna görə Ana Vətən Partiyasının sədri, millət 
vəkili cənab Fəzail Ağamalıya, eləcə də ölkəmizin Qazaxıstandakı səfiri 
cənab Qəndilova öz sonsuz təşəkkürlərimizi bildiririk. 
 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə