5
Əsərin ən diqqətçəkici özəlliklərindən
biri də odur ki, burada Qərbi
Azərbaycandakı kilsələrin albanlara məxsusluğunu və ermənilərə heç bir
aidiyyatı olmadığını təkzibedilməz şəkildə sübut edən bəzi mühüm
faktlar ortaya qoyulmuşdur və özü də bu halda bilavasitə erməni mən-
bələrinə istinad edilmişdir. Şübhəsiz ki, bu kitab elm aləmində böyük bir
sensasiyaya səbəb olacaq, əski baxışların yenisi ilə əvəz olunmasının əsa-
sını qoyacaqdır. Mən bunu tam məsuliyyətlə söyləyirəm və əminəm ki,
onu oxuyan hər bir kəs sözlərimi təsdiq edəcəkdir.
Çox şadam ki, bu əsərin ərsəyə gəlməsində mənim də cüzi
bir xid-
mətim olub. Ümidvaram ki, kitabda toxunulan mövzu və ortaya qoyulan
faktlar bir vaxt ali məktəblərin tədris planına salınacaq və gənc nəsilləri-
miz zəngin mədəniyyətimizin indiyə qədər gizli qalmış tərəfləri barədə
dolğun məlumat alacaqlar.
Fəzail Ağamalı
Tarix elmləri doktoru,
millət vəkili
6
GİRİŞ
E.ə IV əsrdə Azərbaycan ərazisində iki yeni dövlət peyda olur:
a
ntik mənbələrdə “Atropatena”, orta fars mənbələrində “Adərbayqan”,
sonrakı əsrlər ərəb mənbələrində isə “Azərbaycan” adlandırılan bugünkü
Azərbaycan və antik mənbələrdə “Albaniya”, erməni mənbələrində “Ağ-
van”,
orta fars, ərəb, türk və gürcü mənbələrində “Aran” adlandırılan Al-
baniya dövləti.
Bunlardan ikincisinin adı barədə tarixi mənbələrdə müxtəlif maraqlı
fikirlər mövcuddur. Tarixi rəvayətə görə, e.ə II əsrdə (bəzi mənbələrə
görə I əsrdə) həmin dövlətin ərazisində Ərən (Aran) adlı bir hökmdar taxt
-taca yiyələnmiş və onun soyundan olanlar (Aranşahlar) bu ölkəni uzun
müddət idarə etmişlər. Ölkənin gürcü, fars və ərəb mənbələrində “Aran”
adlanmasının səbəbi də həmin Ərənin (Aranın) adı ilə bağlı idi. Ölkənin
erməni mənbələrində “Ağvan” (Ağuan) kimi adlandırılmasına gəlincə,
həm erməni
müəllifi Moisey Xorenatsi, həm də alban tarixçisi Musa
Kağankatlının yazdıqlarına görə, bu sözün kökündə “ağu” sözü durur ki,
bu da Albaniya əhalisinin dilində “xoşxasiyyət”, “mehriban”, comərd”
deməkdir. Hökmdar Ərənin məhz belə adam olması səbəbindən ona
“Ağu”, ölkəsinə isə “Ağuan-Ağvan” demişlər. Tarix elmləri doktoru,
qədim dillər üzrə böyük mütəxəssis Yusif Yusifov haqlı olaraq yazır ki,
“ağu” kəlməsi yuxarıda qeyd edilən anlamlarda yalnız türk dillərində
qeydə alınmışdır. Həmin kəlmə, “aği” (aqi, axi, aki) formasında
və eyni
mənada V.V. Radlovun “Qədim türk lüğəti”ndə də əksini tapmışdır.
“Albaniya” adına gəlincə isə, bu formaya antik mənbələrdə rast
gəlinir və bu toponim ölkənin əsas etnosunun – türk mənşəli alban xalqı-
nın adından qaynaqlanır.
Tarixi mənbələrdən belə məlum olur ki, Aranşahlar sülaləsindən
sonra bu ölkə başqa bir türk mənşəli sülalə - Parfiya Arsaklarının bir qolu
olan Albaniya Arsakları tərəfindən idarə edilmişdir.
V əsrdə Albaniya
7
hökmdarı olan və xristianlığı öz ölkəsində dövlət dini səviyyəsinə qaldı-
ran Cəsur Vaçaqanın da Arsaklar sülaləsindən olduğu məlumdur. O da
dəqiq məlumdur ki, Albaniya – Aran dövləti eyni ərazidə özündən əvvəl
mövcud olmuş Maskut (Massaget) xanlığının yerində peyda olmuşdu.
Antik mənbələr keçmişdə albanlara massaget (maskut) deyildiyini
söyləməkdədir. Maraqlıdır ki, Arsaklar sülaləsindən olan Sanatürk
(Sanesan) xan mənbələrdə bəzən massagetlərin, bəzənsə Albaniyanın
(Aranın) hökmdarı adlandırılır. Eyni zamanda ondan “çoxsaylı hun (türk)
ordusunun başçısı” kimi də söz açılmaqdadır. Sanatürkün 337-ci ildə
Araz çayının qərb sahilinə keçərək Ərməniyyə (Armeniya) torpaqlarına
girdiyi və Ərməniyyənin baş şəhəri Valarşapatı tutduğu,
bir il əlində
saxladığı məlumdur. Mövzu ilə bağlı Yusif Yusifov yazır:
“Sanatürk / Sanesan Armeniyanın paytaxt şəhəri Valarşapatı tutdu
və bir il Armeniyanı əlində saxladı. Qaynaqların biri Sanesanı “saysız –
hesabsız hunların” hökmdarı adlandırır. Sanatürk / Sanesan eyni zaman-
da Armeniyanın bu hissəsində yaşayan türk etnoslarını xristian təbliğat-
çılarının təcavüzündən qoruyurmuş. Lakin 338-ci ildə yunan (rum – B.T)
və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan
(Mamikonlar türk mənşəli idilər – Y.Y.) Sanatürkün dəstələrini məğlub
etdi, qalanını isə Paytakarana sıxışdırdı. II Şapur Albaniya taxtında Sa-
sanilərə sadiq hökmdar görmək istəyirdi. Onun zənnincə, belə hökmdar
Urnayr olmalı idi. Urnayrı II Şapurla qohumluq əlaqələri bağlayırdı”.
Urnayr II Şapurun bacısıyla evlənərək, onunla qohumluq əlaqələrinə
malik olsa da, o da Sanatürk kimi türk – Arsak sülaləsindən idi. Ərməniy-
yədə də eyni sülalə hakimiyyətdə idi. Beləliklə, fars - Sasani şahının yar-
dımı ilə Urnayr 359-cu ildə Albaniya xanı oldu, 371-ci ilə qədər hakimiy-
yətdə qaldı.
359–cu ildə II Şapur Ərməniyyəni himayə edən
və ondan Sasanilərə
qarşı sipər kimi istifadə edən Romaya qarşı hücuma keçdi. Amid
(Diyarbəkr) yaxınlığında böyük bir döyüş oldu. Həmin döyüşdə albanlar
Urnayrın başçılığı altında farsların yanında döyüşürdülər. Müharibə Sa-
sanilərin Ağrıdağ və ətrafını tutması ilə sonuclandı. Azərbaycanın (Adər-
bayqanın) Naxçıvan vilayəti Sasani ordusunun ordugahı rolunda çıxış
edirdi. Döyüşdə əsir düşən erməni sərkərdəsi Vasaq edam edildi. Ərmə-
niyyənin xanı II Arsak zindana salındı.
Tarixi mənbələrdən belə məlum olur ki, Urnayr 371-ci il mühari-
bəsində də romalılara qarşı farsların müttəfiqi kimi çıxış etmişdi. Fəqət