Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə6/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   2   3   4   5   6   7   8   9   ...   107

 
17
Qərbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın  Şirak 
vilayətinin Artik bölgəsinin XX əsrin 40-cı illərində adı dəyişdirilə-
rək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki 
Xpçaxvəng adlı kilsə  və monastrı (XII əsrdə tikildiyi söylənilir) 
göstərmək olar.
  
Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq - qarqarların 
çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının 
Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri 
də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank 
qədim yunan – Roma və  qədim erməni mənbələrində” (İrəvan, 
1987) adlı kitabının 66-67-ci səhifələrində yazır ki, Moksda Qarqar 
adlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və 
Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar 
dağının mövcudluğu da məlumdur. 
Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngə-
zur bölgəsində qarqarlara aid bir monastır kompleksi də qalmaq-
dadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə  məşhur 
olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən 


 
18 
sonra (1283-cü il) daha çox Məryəm kilsəsi və ya “Surb Sion” 
monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də 
Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir.  
Qarqarlar və onların yaşayış arealı barədə  əski erməni (hay) 
mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) 
alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar 
meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (VIII 
əsr) Qarqar düzənliyinin, Böyük Vardan (XIII əsr) isə Qarqar vila-
yətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sər-
kərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil 
olduğunu yazmışdır. 
Ümumiyyətlə,  əski yazılı qaynaqlarda qarqarlar və onların 
yaşayış arealı barədə yetərincə  məlumat bulunmaqdadır. Məsələn, 
Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə 
Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır. 
Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş 
əks olunmuşdur. Bu sırada XIX əsrdə indiki Dağıstanın Teymur-
xanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberni-
yasının Tionet və Axalsix uyezdlərində qeydə alınmış Qarqar – 
meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini, 
Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə 
də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kən-
dini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanır) və 
Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar. 
XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi Beyləqan yaxınlığında yer-
ləşən Qarqar şəhərini xatırlatmışdır.  İbn Xordadbeh (IX əsr) isə 
Şabran və  Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaq-
dadır. Deyilənlərə Qarabağ  ərazisindəki iki ayrı Qarqar çayını da 
əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də 
bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu 
məlumdur. Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söy-
ləmək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod 
dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir 
ərazidə yaşadıqlarını yazmışdır.  


 
19
Türk – alban dilində, yəni “erməni qrafikası” (əslində alban 
əlifbası) ilə yazılmış, fəqət türkcə (qıpçaq türkcəsində) olan xristian 
ədəbiyyatına gəlincə, bu ədəbiyyatın yaranması barədə V əsr ermə-
ni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya 
yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban 
dilinə tərcümə edilmişdi. VIII əsr erməni tarixçisi Gevond özünün 
“Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə 
yanaşı alban dilində  də  tədris edilirdi və alban dilində olan dini 
kitablar ciddi cəhdlə qorunurdular. 
Ermənistanın  əlyazmalar fondunda araşdırmalar aparan 
A.D.Ananyan isə müqəddəs Yeliseyin Şərq ölksində - Albaniyada-
kı fəaliyytindən bəhs edən erməni dilində bir sənəd tapmış və dərc 
etdirmişdir. Həmin sənədin erməni dilinə alban dilindən tərcümə 
edildiyini tərcüməçilərin özləri qeyd etmişdilər. 
 Həmin  ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini 
ədəbiyyata gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa 
bir  şey deyildir. Bu ədəbiyyatın qələmə alındığı  əlifbanın erməni 
əlifbası ilə eyni mənşəli olması, eləcə  də ortaq din xristian alban-
ların müəyyən bir hissəsinin zamanla erməniləşməsinə  səbəb ol-
muşdur. Bununla belə, çox sayda nümunəsi (onminlərcə  səhifə) 
Polşa, Rusiya, Avstriya, İtaliya, Rumıniya, Ukrayna və Ermənistan-
da qorunub saxlanmış  qıpçaqdilli alban ədəbiyyatını  tədqiqatlara 
cəlb etmək, onları dərindən öyrənmək ən azı Albaniyanın tarixini
Azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərin-
dən başa düşmək baxımından çox vacibdir. Biz "Kitabi-Dədə Qor-
qud" sayəsində Azərbaycanda oğuz-qıpçaq münasibətlərində oğuz-
ların rolundan xəbərdarıq.  İndi isə  qıpçaqdilli alban ədəbiyyatını 
araşdırıb proseslərə digər tərəfin də gözü ilə baxmağın vaxtı çatıb. 
Üstəlik də bu ədəbiyyatı Azərbaycan  ədəbiyyatının tərkib hissəsi 
kimi gözdən keçirməyin də vaxtı artıq çoxdan çatmışdır.  
Əldə olan təkzibedilməz sənədlər qıpçaq mənşəli qarqar dilinin 
Albaniyanın dövlət dili olduğunu və bu dildə beynəlxalq yazışma-
ların aparıldığını söyləməyə tam əsas verir. Məsələn, 505–ci ildə 
bugünkü  İran  ərazisində yaşayan xristianlara ünvanlanmış erməni 
dilində olan bir məktubda deyilir: 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə