Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə9/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
1   ...   5   6   7   8   9   10   11   12   ...   107

 
26 
Bu əsərlər içində bizim üçün ən böyük önəm daşıyan material 
isə, təbii ki, Mxitar Qoşun “Törə bitiki”dir ki, bu barədə tam mə-
lumatı Qarkavets və Saparqaliyevin birlikdə nəşrə hazırlayaraq çap 
etdirdikləri “Tere bitiqi: Armyano – kıpçakskiy Sudebnik / Kıp-
çaksko – polskaya versiya Armyanskoqo Sudebnika 1519 – 1594 
qq.” (2003. Üst – üstə 792 səhifə) kitabından almaq olar. 
“Kitabi - Dədə Qorqud”da albanların oğuzlarla birlikdə yad 
edilməsi və Qazan xanın da onların başçısı kimi təqdim edilməsi, 
qıpçaqdilli alban ədəbiyyatı ilə yanaşı oğuzdilli alban ədəbiyyatının 
da mövcudluğu ehtimalını ortaya çıxarır. Məsələ burasındadır ki, 
İrəvandakı M.Maştots adına  Əlyazmalar Fondunda onlarla oğuz 
türkçəsində alban (erməni qrafikası ilə eyni köklü) əlifbası ilə yazıb 
- yaratmış  ədibin  əsərləri qorunur. Təmiz türk adları daşıyan bu 
ədiblərin  əksər  əsərləri həm Ermənistanda, həm də Azərbaycanda 
dərc olunmuş, fəqət onlar türkcə yazan erməni müəllifləri kimi 
təqdim olunmuşlar. Gerçək isə budur ki, sözügedən ədiblər alban-
dırlar və əsərləri də oğuzdilli alban ədəbiyyatı nümunələridir. Qeyd 
etmək lazımdır ki, “Koroğlu” dastanının da alban (oğuz türkcəsin-
də) variantı dövümüzədək ulaşmışdır. Fəqət bu variant elm aləminə 
“Koroğlu”nun erməni variantı kimi təqdim edilmişdir. Çox gümün 
ki, albanlar zamanla qıpçaq türkcəsini tərk edərək oğuz türkcəsinə 
keçmişlər və bu proses fərqli ləhcə  və  şivələrdə danışan ayrı-ayrı 
türk soy və boylarının oğuz türkcəsinə əsaslanan vahid Azərbaycan 
(türk) ədəbi dilinin yaranması ilə paralel getmişdir. 
Elmi ədəbiyyatda Mxitar Qoşun “Törə bitiki” (Qanunlar kitabı 
və ya Qanunnamə) əsəri yanlış olaraq, “Erməni qanunnaməsi” (rus-
ca: Armyanskiy sudebnik) və ya “Erməni – qıpçaq qanunnaməsi” 
adı ilə tanınmaqdadır. Eyni zamanda bu kitabın orijinalının guya 
erməni dilində olduğu və sonradan qıpçaq türkcəsinə (erməni 
qıpçaqcasına) tərcümə edildiyi bildirilir və sonra da təəssüflə qeyd 
edilir ki, guya erməni dilində olan orijinal itirilmişdir. Gerçəkdə isə 
belə bir “orijinal” heç vaxt olmamışdır. Əsərin orijinalı alban, yəni 
qıpçaq dilində olan “Törə bitiki”dir ki, o da dövrümüzədək məhz 


 
27
üç müxtəlif  əlyazma (Polşa, Avstriya, Fransa) nüsxəsi  şəklində 
ulaşmışdır. Ermənilərin “ermənicə  əlyazma” və ya “orijinal” kimi 
qələmə verdikləri isə Mxitar Qoşdan bir əsr sonra, yəni XIII əsrdə 
yaşamış Kilikiyalı Smbat Sparapetini tərəfindən yaradılmış “Qa-
nunnamə”  əsərindən müəyyən parçalardan başqa bir şey deyil. 
Məsələ burasındadır ki,  Smbat Sparapetinin istifadə etdiyi əsas 
mənbələrdən biri də Mxitar Qoşun “Törə bitiki” əsəri olmuşdur və 
o bu əsərin bəzi parçalarını erməni dilinə tərcümə edərək, öz əsə-
rinə daxil etmişdir. Lakin o mətnlər də dövrümüzədək tam şəkildə 
yetişməmişdir. 
Eyni zamanda, sözügedən əsər 1519-cu ildə Van arxiyepiskopu 
Kirkorun başçılığı ilə tərtib edilən və Polşa kralı Sziqmund tərəfin-
dən təsdiq edilən 124 maddəlik “Erməni qanunnaməsi”nə də ciddi 
təsir göstərmişdir.  
Haqqında söz açılan uydurma iddianın ilk müəllifi isə əsəri rus 
dilində nəşr etdirən V.Bastamyantsdır. Məhz o, əsəri tərcümə edər-
kən, onun guya “ermənidilli orijinal” əsasında dərc edildiyini iddia 
etmiş, əsərin adını da “Datastanagirk hayos” (Erməni Qanunnamə-
si) kimi tərcümə etmişdir. Maraqlıdır ki, orijinalın  əslində  qıpçaq 
türkcəsində olduğundan bixəbər olan və bu üzdən də erməni saxta-
karlığını axıra qədər anlaya bilməyən Ziya Bünyadov “Ön söz”də 
(söhbət V. Bastamyansın 1954–cü ildə  İrəvanda rus dilində  nəşr 
etdirdiyi “Armyanskiy sudebnuk Mxitara Qoşa” adlı kitabının “ön 
söz”ündən gedir) “Datastangirk hayos” əvəzinə bir neçə dəfə sadə-
cə “Datastangirk” (Qanunnamə) ifadəsinin işlədilməsindən, eləcə 
də Smbat Sparapetinin əsərində də həmin kitabın məhz “Datastan-
girk” kimi yad edildiyindən çıxış edərək,  əsərin  əslində “Qanun-
namə” adlandığını, ermənilərin ona “hayos” (ermənilərin) sözünü 
əlavə etdiklərindən şübhələnmiş və yazmışdır: 
 “Mxitar  Qoşun “Qanunnamə”sinin də taleyi Moisey Kalan-
katuklunun (Musa Kağankatlının – B.T.) “Alban tarixi”nin taleyinə 
bənzəyir. Məlumdur ki, Mxitar Qoşun başlıca əsərinin adı “Datas-
tangirk”, yəni “Qanunnamə” dir və onu müəllif təxminən 1184–cü 


 
28 
ildə tərtib etmişdir. Lakin Qoşun bu əsərinin naşirləri, nədənsə, əl-
yazmasında olmayan “hayos” sözünü onun adına  əlavə etmiş  və 
beləliklə, Qoşun özünün heç bir zaman yazmadığı yeni qondarma 
ad: “Datastangirk hayos, yəni “Erməni qanunnaməsi” adını uy-
durmuşlar.” 
Çox təəssüflər olsun ki, Ziya Bünyadov ümumiyyətlə nə “Da-
tastangirk”, nə  də “Datastangirk hayos” adlı orijinal əsərin olma-
dığını, bunu ermənilərin uydurduğunu başa düşməmiş  və erməni 
yalanlarına uymuşdur. Bununla belə, onun bu fikri erməniləri pis 
vəziyyətə salmış və onlar “hayos” (ermənilərin) ifadəsini əlavə et-
diklərini etiraf etmiş, fəqət  əsil həqiqəti isə gizlətməkdə davam 
etmişlər. Eynən Ziya Bünyadov kimi kitabın (“Törə bitiki”nin) ori-
jinalının alban (qarqar – qıpçaq) dilində olduğundan bixəbər olan 
Fəridə Məmmədova bu barədə belə yazır: 
“Alban hüquq elminin böyük əhəmiyyətə malik abidələrindən 
saylan Mxitar Qoşun “Qanunnamə”sində o dövrün hüquq norma-
ları kristallaşmış, alban cəmiyyətinin müxtəlif sinif və təbəqələrinin 
sosial və hüquqi münasibətləri öz əksini tapmışdır. 
Vaxtilə Z.M.Bünyadov Qoşun bu əsərininin başlığı barədə haqlı 
olaraq belə bir düzgün qənaətə  gəlir, bu əsər  əlyazma halında 
“Datastangirk – Qanunnamə” adı ilə tanınır; naşirlər onun adına 
“hayos” (erməni) sözünü əlavə edərək yeni ad yaratmışlar: “Datas-
tangirk hayos”, yəni “Erməni qanunnaməsi”. Buna, habelə Qoşun 
öz qanunnaməsini “alban kilsəsinin alicənab başçısı”, Albaniyanın 
katalikosu III Stepannosun təkidi və xahişi ilə yazması barədə artıq 
təsdiq olunmuş fakta, eləcə də “Qanunnamə”nin Roma imperiyası-
nın (Bizansın – B.T.) və Albaniyanın kilsə qanunları əsasında yazıl-
masına istinad edən Z. M. Bünyadov tamamilə haqlı olaraq belə bir 
nəticəyə  gəlmişdir ki, Mxitar Qoşun “Qanunnamə”  əsəri qədim 
erməni dilində yazılmış alban ədəbiyyatı nümunəsidir. 
Z. M. Bünyadovun çıxardığı nəticəni səhv sayan və onu təkzib 
etməyə “çalşan” A. Ş. Mnatsakanyan etiraf etməyə məcbur olur və 
təsdiq edir ki, Qoşun əlyazması “Mxitar Qoşun qanunnaməsi” kimi 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə