Microsoft Word qafqaz albanlar-duzelishli doc



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə1/107
tarix30.10.2018
ölçüsü3,67 Mb.
#76555
  1   2   3   4   5   6   7   8   9   ...   107


 
1
  
 
 
 
BƏXTİYAR TUNCAY
 
 
 
 
 
 
 
 
QAFQAZ ALBANLARININ 
DİLİ VƏ ƏDƏBİYYATI 
  
  
 
 
 
 
 
 
 
 
 
Qanun Nəşriyyatı 


 

Az 2 
 
 
Müəllif kitabın nəşriyyat xərclərini öz üzərinə götürdüyü üçün türkçülüyə 
xidməti hər şeydən üstün tutan cənab Vahid Haşımova öz sonsuz təşəkkür və 
minnətdarlığını bildirir. 
 
 
 
Məsləhətçi:    
Yunus Oğuz 
Redaktorlar:  
Elman Cəfərli, Mirəli Mirsucayev 
Korrektor:    
Züleyxa Şahverdizadə 
 
 
 
 
Bəxtiyar Tuncay. 
QAFQAZ ALBANLARININ DİLİ VƏ ƏDƏBİYYATI 
Бакы: Qанун Няшриййаты, 2010, 368 сящ. 
 
 
 
 
 
 
 
 
      0400040010 
     À
Á 022051  
 
                                                                  
Аз 2 
© Ганун Няшриййаты, 2010 
© Б.Тунъай, 2010
 
 
Q
 


 
3
 
 
 
 
 
 
ÖN SÖZ 
 
Bəxtiyar Tuncay yanıma gəlib bildirəndə ki, Avropanın bir çox 
ölkələrinin kitabxana və əlyazma fondlarında çox sayda alban ədəbiyyatı 
nümunəsi qorunmaqdadır, onlar alban dilində, daha dəqiq desək, qarqar – 
qıpçaq türkcəsindədir, ermənilər onları müxtəlif dillərə  tərcümə edərək, 
qədim erməni abidələri kimi təqdim edirlər və bu əsərlərin içərisində XII 
əsrin məşhur alban ilahiyyatçı, tarixçi və hüquqşünası Mxitar Qoşun 
“Törə bitiki” əsəri də var, doğrusu, çox heyrət etdim. Əgər bu sözləri mə-
nə söyləyən adamı tanımasaydım və  qələminə  bələd olmasaydım, yəqin 
ki, inanmaz və  əhəmiyyət verməzdim. Fəqət Bəxtiyar Tuncayın ciddi 
tədqiqatçı olduğunu və boş söz söyləməyəcəyini bilirdim. Odur ki, həmin 
materialların  əldə edilməsi istiqamətində ona yardım etməyə  qərar verdim. 
Dərhal ölkəmizin Qazaxıstandakı səfiri cənab Qəndilovla əlaqə yaratdım və 
onun köməyi ilə lazım olan materialları  əldə etdim. Material düşün-
düyümdən qat-qat çox idi, hətta deyə bilərəm ki, külli miqdarda idi. 
Özümü qaranlıq meşəyə düşmüş kimi hiss edirdim, çünki mətnlər 
qıpçaq türkcəsində idi, bir qədər çətin anlaşılırdı. Amma onlarla ilk tanışlıq 
Mxitar Qoşun “Törə bitiki” əsəri haqqında söylənilənlərin doğru olduğunu 
göstərdi. Artıq heç bir şübhə yox idi. Qarşımızdakı mətnlər albanlara aid idi. 
Materialları Bəxtiyar Tuncaya verdim.  
Tez-tez  əlaqə saxlayırdıq.  İşin gedişi ilə çox maraqlanırdım. Və  hər 
görüşümüzdə də o mənə daha bir əsər və ya müəllif barədə məlumat verirdi. 
Beləcə, məlum oldu ki, materiallar içərisində Mxitar Qoşun təkcə adı çəkilən 
əsəri deyil, eyni zamanda tərtib etdiyi bir dua mətni də var. Bundan başqa 
Mxitar Qoşun müəllimi olmuş Tovuzlu Yovhannesin, şagirdi Vanağanın, 
onun  şagirdi, tanınmış alban tarixçisi Kirakos Gəncəlinin, eləcə  də haq-
larında Kirakosun “Tarix” kitabında məlumat verilən bir çox tanınmış alban 
müəllifinin ana dilində yazdıqları əsərləri də var. 


 

Artıq “Qafqaz albanlarının dili və ədəbiyyatı” adlı kitab hazırdır və 
əminəm ki, bu kitab Azərbaycan tarixşünaslığına, dilçiliyinə  və  ədə-
biyyatşünaslığına,  ən  əsası isə türkologiya və albanşünaslığa böyük bir 
töhfə olacaq. Əlbəttə, bu kitabda söylənilməsi mümkün olanların çox ki-
çik bir hissəsi söylənmişdir. Amma unutmayaq ki, bu, bir başlanğıcdır və 
gələcəkdə bu iş digər tədqiqatçılar tərəfindən də davam etdiriləcək və o 
zaman alban ədəbiyyatı, başqa sözlə, Azərbaycan  ədəbiyyatının alban 
qolu barədə təsəvvürlərimiz daha da genişlənəcəkdir. 
Təəssüflər olsun ki, əldə edə bildiyimiz nümunələr həmin  əsərlərin 
ermənilər tərəfindən təhrif edilmiş surətləridir. Onların  əsilləri Venesiya 
və Vyanadakı erməni mxitaristləri təşkilatlarının nəzarətində olan mo-
nastır və kilsələrdə, eləcə  də  İrəvanda, Matedaranda saxlanılır və başqa 
adamların onlarla tanış olmasına imkan verilmir. Bununla belə, əldə olan 
materiallar da alban dili və ədəbiyyatı barədə dolğun təsəvvür əldə etmək 
üçün tamamilə yetərlidir və müəllif bu kitabda onların sadəcə kiçik bir 
hissəsini təqdim edib.  
Oxucuların müzakirəsinə verilən  əsərlərin müəlliflərinin böyük ək-
səriyyəti barədə ən dolğun məlumatı Kirakos Gəncəlinin “Tarix” kitabın-
dan almaq olar. Sevindirici haldır ki, əldə etdiyimiz materiallar içərisində 
Kirakosun özünün də əsərlərinə rast gəlinib. Bunlardan biri
 
dini məzmun-
lu “Xosdovanitiun” (Tövbə duası)  əsəri, digəri isə “Tarix” kitabının II 
fəslinin böyük bir parçasıdır. Bunlardan ikincisi daha böyük əhəmiyyətə 
malikdir. Çünki əldə olan fraqment sözügedən  əsərin alban dilində 
qələmə alındığını və sonradan erməni dilinə tərcümə edildiyini sübut edir. 
Eyni sözləri Mxitar Qoşun “Törə bitiki” kitabı barədə də söyləmək olar. 
Məlumat üçün bildirim ki, ermənilər həm Mxitar Qoşu, həm Kirakos 
Gəncəlini, həm də bu kitabda haqlarında söz açılan, əsərləri təqdim edilən 
digər alban mütəfəkkirlərini bütün dünyaya erməni ədibləri kimi təqdim 
edirlər. Əminəm ki, bu kitab onların onillərdən bəri apardıqları təbliğatı 
yerlə bir etmək istiqamətində böyük bir addım olacaq.  
Azərbaycanda albanşünaslığın bir elm kimi əsası  hələ XX əsrdə 
qoyulmuşdur və bu işdə mərhum alimimiz Ziya Bünyadov və Fəridə xanım 
Məmmədovanın xidmətləri danılmazdır, misilsizdir. Bu gün tam əminliklə 
söyləmək olar ki, bu kitabın işıq üzü görməsi ilə albanşünaslıqda yeni bir 
era başlamış olacaq. Bu əsəri mübaliğəsiz türkologiya elminə  və milli 
tarixşünaslığımıza da mühüm bir töhfə hesab etmək olar. 


Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə