11
ALBANLARIN DİLİ VƏ ƏLİFBASI
BARƏDƏ
Məlum olduğu kimi, Qafqaz Albaniyasında 26
soy və xalq
yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, sak-
lar, utilər (onları çox vaxt udinlərlə qarışıq salırlar), kəngərlər, çul-
lar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar,
bulqarlar,
hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk
soy və boyları idilər və ölkə əhalisinin böyük əksəriyyətini təşkil
edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Maza-
mua ərazisində udinlər, ciqblər, silvlər, herlər, qatlar (xınalıqlılar və
buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), saxurlar və
digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər
və ölkənin siyasi, iqtisadi və mədəni həyatında
önəmli bir rola sa-
hib deyildilər. Onlar bu gün də Dağıstanda və Azərbaycanın şimal-
dakı dağlıq ərazilərində yaşamaqdadırlar.
Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların,
özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak
etmiş soylardan biri olan albanların adı ilk dəfə miladdan sonrakı
yazılı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl IV əsrin son-
larında baş vermiş olaylarla əlaqədar yad edilirlər.
Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş
albanlar əsasən Quzey Azəbaycanda, o cümlədən Qərbi Azərbay-
canda (bugünkü Ermənistanda), eləcə də Dağıstanda
və bugünkü
Gürcüstanın Borçalıdan Tiflisə qədər uzanan geniş ərazilərində
məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını – qar-
qarları, utiləri, massagetləri, dondarları və sairə, eləcə də bir sıra
qafqazdilli tayfaları - udinləri, çilbləri, qatları, leqləri, ubıxları, her-
ləri və sairə öz ərafında birləşdirərək, tarixi mənbələrdə "Albaniya"
adı altında yad edilən dövlət qurmuşdular.
"Kitabi-Dədə Qorqud"da albanlardan türk xalqlarından biri
kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan al-
panların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim
Süleyman Əliyarov bu barədə yazır:
12
"Dədəm Qorqud" kitabının araşdırılması Azərbaycanda uzun
sürən etno-tarixi inkişafın yeni, "gözlənilməz" bir axarını üzə çıxar-
mışdır.
Drezden nüsxəsində 4-cü boyda Qazan xan ovda olarkən cəsus
öz taqavoruna belə bir xəbər gətirir: "Hey, nə oturursan? İtüni
ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu
ilə sərxoş olub yaturlar."
"Alpanlar" etnik adının başqa bir yerdə də işlənməsi bu an-
layışa diqqətlə yanaşmağı tələb edir. 7-ci boyda oxuyuruq: "Ağ-boz
atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum.
Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada iş-
lənən "alpanlar" sözünü "alplar" kimi oxumuşlar. Kitabın rusca
çapında isə alpın sinonimi olan "vityazi" şəklində çevrilmişdir.
Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaş-
dığı "alpanlar" sözünü "alplar" sözü ilə əvəz emişdir. Lakin ədalət
xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı
elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda
"alpanlar" yazıldığını bildirmişdir.
Kitabda "alpanlar" etnoniminə rast gəlinməsi onun Azərbay-
canda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ər-
səyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl IV əsrdən
etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda
yaşamışdır.
Qədim albanların adı bu gün Qubanın "Alpan" kəndinin adın-
da yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu
kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar.
Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli
xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və bu-
duqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə
danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki,
gülüncdür.”
Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdudlarını
aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ
burasındadır ki, VI əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük
13
ərazini əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıq-
ları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq -
aydın görünür ki, albanlar da iskitlər kimi Türküstanın son hüdud-
larına qədər, yəni Çinə qədər yayılmışdılar. Təsadüfi deyil ki, bu
gün qazaxların "alban" adlandırılan
qolu məhz Çindəki Uyğur
Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda və
Monqolustanda, eləcə də Qazaxıstanın Çinlə sərhəd bölgələrində
yaşayırlar.
Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından
iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi
Çokan Vəlixanovun "Seçilmiş əsərləri"nin 4-cü cildinin 326-cı
səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə mə-
lumatları isə Abromzonun "Qırğızıstan
arxeoloji və etnoqrafik eks-
pedisiyası" məcmuəsinin 1960-cı il, 4-cü buraxılışında dərc edilmiş
"Qırğızların etnik tərkibi..." adlı məqaləsində tapmaq olar.
Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 16-cı
səhifəsindəki 2-ci cədvəlində isə albanların özbək türklərinin etno-
genezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək
məlumat bulunmaqdadır.
Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr
etdiyi kitabının 41-ci səhifəsində albanların qaraqalpaq türklərinin
də etnogenezində iştirak etdiyini bildirir.
Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum
olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların
dili qıpçaq türkcəsi olub. Görünür, qədim Azərbaycanda oğuz türk-
cəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, "Ki-
tabi-Dədə Qorqud"da oğuzlarla yanaşı qıpçaqlardan
da gen - bol
danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu
danılmaz faktdır.
O da faktdır ki, alban əlifbası məhz qıpçaq -
qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat
və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet el-
mindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli
xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa
şeyi diktə edir.