Microsoft Word mecmue-28-vuqar-end docx


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017)



Yüklə 6,84 Mb.
Pdf görüntüsü
səhifə5/234
tarix24.04.2018
ölçüsü6,84 Mb.
#40006
1   2   3   4   5   6   7   8   9   ...   234

ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

11

 



Cədvəl 1. Müxtəlif nəmlik rejimlərində becərilən payızlıq və 

fakultativ buğdaların təqribi əkin sahəsi 



Nəmlik rejimi 

Sahə 

(mln.ha) 

<400 mm 

15,0 


400-650 mm 

29,0 


>650 mm 

16,0 


Suvarma

15,0


Cəmi

75,0


Qışı mülayim keçən ölkələrdə, məsələn Cənubi Asiyada (Hindistan, Pakistan, Nepal, 

Banqladeş), Şimali Afrikada, Yaxın Şərqdə və aşağı en dairələrində (Meksikada, Sonorada) yazlıq 

buğdaların (yarovizasiya dövrü tələb olunmur) payızda səpini aparılır və məhsul növbəti il yazda, 

aprel-may aylarında yığılır. Odur ki, payızda  əkilən və  qışda böyüyən yazlıq buğda bəzən səhv 

olaraq “payızlıq buğda” kimi adlandırılır. Analoji hal Azərbaycanın  əksər qışı mülayim keçən 

regionlarına da xasdır.  

Payızlıq buğdalar yazlıq buğdalarla müqayisədə əsasən dəmyə əkinlərində becərilir. Racaram 

və digərləri (1995) buğdanın becərildiyi qlobal rayonları səciyyələndirmək və rüşeym plazmalarını 

yaxşılaşdırmaq məqsədilə buğdalar üçün 12 ekoloji meqa-mühit müəyyən etmişlər 

6 . Hazırlanmış 

meqa-mühit konsepsiyasına əsasən  fakultativ buğdalar 7-9-cu, payızlıq buğdalar isə 10-12-ci meqa-

mühitlərdə becərilir. 7-9-cu meqa-mühitə tamamilə suvarılan, atmosfer çöküntüləri 600 mm-dən 

çox və 400 mm-dən az düşən, orta soyuq və dən dolma dövründə istilik stresi ilə müşayiət olunan 

regionlar, 10-12-ci meqa-mühitə isə suvarılan, atmosfer çöküntüləri 600 mm-dən çox və 350-400 

mm arasında düşən, soyuq, qışı  sərt keçən, dən dolma dövründə istilik stresi ilə müşayiət olunan 

regionlar və ölkələr daxildir. Bu meqa-mühitlərə Çin, Rusiya Federasiyası, Türkiyə, İran, Mərkəzi 

Asiya respublikaları,  Əfqanıstan,  Şimali Koreya, həmçinin Çilinin cənubu, Qərbi Asiya, Şimali 

Afrika, Cənubi Amerika regionu ölkələri daxildir. Bu meqa-mühitlərin başlıca biotik streslərinə 

qonur pas, sarı pas, unlu şeh, fuzarioz, sürmə, nematod və s. daxildir. 

Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi məlumatlarına əsasən hər il 

700 milyon hektardan artıq sahədə dənli bitkilər əkilir. Buğdanın dünyada əkin sahəsi illərdən və 

tələbatdan asılı olaraq 215-225 mln. hektar və ya ümumi əkin strukturunda payı 15% təşkil edir. 

Dünya üzrə buğdanın, o cümlədən onun ərzaq, yem, toxum və emal məhsullarına və istehsalına olan 

tələbat 1990-cı ildə 550 mln. ton təşkil edirdi. Ümumiyyətlə, keçən əsrin 60-cı illərindən başlayaraq 

buğda məhsullarına olan tələbat artmağa başlamışdır. İnkişaf etməkdə olan ölkələrdə buğdaya olan 

tələbat 1963-1976-cı illər aralığında 35% artmışdır. Bu ilk növbədə urbanizasiya prosesinin 

güclənməsi, digər dənlilərlə müqayisədə buğda və onun emal məhsullarına gündəlik həyatda 

üstünlük verilməsi ilə  əlaqədar olmuşdur. Lakin 1980-ci illərin ortalarından başlayaraq hal-

hazıradək bütün inkişaf etməkdə olan ölkələrdə buğdaya illik tələbat təqribən 2%-ə  qədər 

azalmışdır. 

Son beş ildə dünyada buğdanın ümumi istehsalı 674-729 mln. ton arasında dəyişmişdir 

1 . 


Ümumi buğda istehsalı 2012-ci illə müqayisədə orta hesabla 48 mln. ton və ya 6,6% artmışdır. İri 

istehsalçı ölkələr sırasına 2014-cü ildə Hindistan (94,5 mln. ton), Çin (126,2 mln. ton), ABŞ (55,4 

mln. ton), Rusiya Federasiyası (59,7 mln. ton), Fransa (39,0 mln. ton), Kanada (29,3 mln. ton) və 

digər ölkələr daxil olmuşdur. Avropa Birliyinə daxil olan ölkələr 2015-ci ildə ümumilikdə 156,4 

mln. ton buğda istehsal etmişlər. Bu da ümumi buğda istehsalının 21,5%-ni təşkil edir (Şəkil 2). 



ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

12

 



Azərbaycanda 2015-ci ildə 952,1 min hektar sahədə dənli və dənli-paxlalı bitkiləri əkilmişdir. 

Bunun 56,7%-i buğdanın (539,7 min.ha), 37,9%-i arpanın (361,0 min.ha), 3,87%-i qarğıdalının 

(36,9 min.ha), 1,53%-i isə digər dənli və dənli-paxlalı bitkilərin (14,5 min.ha) payına düşür. Şəkil 3-

dən göründüyü kimi, əkin strukturunda böyük paya malik olan buğda Azərbaycanda da strateji 

əhəmiyyət kəsb edir 

7 .  


Payızlıq buğdanın son beş ildə (2011-2015) Azərbaycanda  əkin sahəsi 539,5-689,1 min 

hektar, ümumi istehsal 1449,0-1892,2 min ton, orta məhsuldarlıq isə 24,0-31,3 sentner hektar 

tərtibində dəyişmşdir (Şəkil 4). 

100

200

300

400

500

600

700

800

674

713

729

726

719

2012


2013

2014


2015

2016


İLLƏR

Buğda


539,7

(56,7%)


Arpa

361,0


(37,9%)

Qarğıdalı

36,9

(3,87%)


Vələmir

2,20


(0,23%)

Düyü


1,20

(0,13%)


Darı

0,1


(0,017%)

Ərzaq paxlalıları

11,0

(1,16%)


Şəkil 3.  Azərbaycanda 2015-ci ildə dənli və dənli-paxlalı bitkilər üzrə əkin strukturu 

(min.ha və faizlə ifadə edilmişdir).

 

Mənbə: stat.gov.az



 

Şəkil 2. Dünyada son beş ildə ümumi buğda istehsalı (mln.ton).

 

Mənbə: UN FAO Statistic (http: //www.fao.org/es/ees/top/country.html) 




ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

13

 



 

 

Şəkil 4. Payızlıq buğdanın son beş ildə Azərbaycanda əkin sahəsi və 

təsərrüfat göstəriciləri. 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə  təsdiqlənmiş 

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol 

Xəritəsi”ndə seleksiya və toxumçuluq sahələrinin qarşısında da mühüm vəzifələr qoyulur. Bu 

vəzifələrə ilk növbədə biotik və abiotik amillərə davamlı və sabit məhsuldarlıq göstəricilərinə malik 

intensiv və yarım-intensiv tipli payızlıq və fakultativ buğda sortlarının yaradılması, ilkin 

toxumçuluğun təşkili kimi məsələlər daxildir. Mühitin qeyri-əlverişli amillərinə  və  xəstəliklərə 

davamlı, yüksək keyfiyyətliliyi ilə  fərqlənən qüvvəli buğdanın tələblərinə cavab verən yumşaq 

buğda sortlarının yaradılması olduqca vacibdir. Bu baxımdan Azərbaycanın konkret aqro-ekoloji 

bölgələri üçün effektiv seleksiya strategiyasının işlənib hazırlanmasında yerli kolleksiyalarla yanaşı, 

beynəlxalq seleksiya mərkəzlərindən (ICARDA, CIMMYT), o cümlədən Payızlıq Buğdanın 

Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram (IWWIP)  çərçivəsində introduksiya olunan genetik 

materiallar böyük nəzəri və praktiki əhəmiyyət kəsb edir 

8;  9;  10 . Proqramın təsisçiləri Türkiyə 

Respublikası Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, Buğda və Qarğıdalının Seleksiyası 

üzrə Beynəlxalq Mərkəz (CIMMYT) və Quraq Bölgələrdə Beynəlxalq Kənd Təsərrüfatı 

Tədqiqatları Mərkəzidir (ICARDA). Proqramın əsas məqsədi Mərkəzi və Qərbi Asiya regionu üçün 

payızlıq və fakultativ buğdanın genetik materiallarını yaxşılaşdırmaq və inkişaf etdirməkdir. 

Həmçinin IWWIP müstəqil  şəkildə dünyadakı seleksiya proqramları ilə buğda genetik 

materiallarının mübadiləsində də yaxından iştirak edir. IWWIP 1980-ci illərin ortasında Türkiyə və 

CIMMYT tərəfindən payızlıq yumşaq buğdanın seleksiyası üçün təsis edilmişdir. ICARDA 

Suriyadakı fakultativ buğda seleksiyası  fəaliyyətlərini inteqrasiya edərək 1991-ci ildən bu 

proqramın təsisçisi qismində iştirak edir. IWWIP-nin əsas fəaliyyətlərinə regiona uyğun payızlıq və 

fakultativ buğdaların seleksiyası üçün Türkiyənin fərqli aqro-ekoloji şəraitlərindən faydalanması, 

suvarma və quraq dəmyə bölgələri üçün genetik materialların yaradılması, region ölkələrinin milli 

seleksiya proqramlarına məxsus genetik materialların beynəlxalq sınaqlardan keçirilməsi və sair 

daxildir. Hər il proqram çərçivəsində yaxşılaşdırılmış buğda seleksiyası xətləri sifariş əsasında 50-

dən çox əməkdaşlıq edilən ölkələrin 100-dən artıq tədqiqat müəssisələrinə göndərilir. IWWIP 

tərəfindən yaxşılaşdırılan genetik materiallar həm hibridləşmədə valideyn cütləri kimi, həm də sort 

kimi istifadə oluna bilər. IWWIP proqramı çərçivəsində yaradılmış 65-dən artıq sort Azərbaycan, 

Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Tükiyə, Türkmənistan və 

Özbəkistanda rayonlaşmış, seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilmişdir.   



653,8

687,5

689,1

609,8

539,5

1639,8

1846,5

1892,2

1449

1687,3

2,51

2,69

2,75

2,4

3,13

0,00

0,50

1,00

1,50

2,00

2,50

3,00

3,50

0

200

400

600

800

1000

1200

1400

1600

1800

2000

2011

2012

2013

2014

2015

Əkin sahəsi, min.ha

Ümumi istehsal

min.ha


Orta məhsuldarlıq, 

t/ha  


min.ha

t/ha


Yüklə 6,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə