Microsoft Word mecmue-28-vuqar-end docx


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017)



Yüklə 6,84 Mb.
Pdf görüntüsü
səhifə4/234
tarix24.04.2018
ölçüsü6,84 Mb.
#40006
1   2   3   4   5   6   7   8   9   ...   234

ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

9

 



I. GENETİKA, SELEKSİYA VƏ TOXUMÇULUQ 

UOT 633.1

PAYIZLIQ BUĞDANIN YAXŞILAŞDIRILMASI ÜZRƏ BEYNƏLXALQ PROQRAM 

ÇƏRÇİVƏSINDƏ ƏKİNÇİLİK ET İNSTİTUTUNDA APARILMIŞ  

SELEKSİYA İŞLƏRİNİN YEKUNLARI 

C.M.TƏLAİ

1

, F.Ə.ƏHMƏDOVA

1

, A.İ.MORQUNOV

2

, A.A.ZAMANOV

1

 

1. Azərbaycan KTN Əkinçilik ET İnstitutu, AZ10, Pirşağı qəs., 98, Sovxoz №2, Bakı

talai_akinchi@mail.ru 

2. CIMMYT, a.morgounov@cgiar.org

Məqalədə dünyada və Azərbaycanda dənli bitkilərin əkin strukturu, buğdanın ümumi əkin sahəsi, son 

beş ildə ümumi buğda istehsalı, iri istehsalçı ölkələr, payızlıq və fakultativ buğdaların nəmlik rejimindən 

asılı olaraq əkin sahəsi, bioloji xüsusiyyətləri, IWWIP proqramı çərçivəsində introduksiya olunan payızlıq və 

fakultativ yumşaq buğda nümunələrinin təsərrüfat göstəriciləri, seçilmiş perspektiv xətlər, rayonlaşmış  və 

patentləşmiş sortlar haqqında ətraflı məlumatlar verilmişdir. IWWIP proqramı çərçivəsində son iyirmi ildə 

aparılan məqsədyönlü seleksiya işləri nəticəsində 3 sort (Tale 38, Qızıl buğda, Ləyaqətli 80) rayonlaşmış, 

seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir.  

Açar sözlər:  buğda,  əkin strukturu, əkin sahəsi, buğda istehsalı, sort, seleksiya, məhsuldarlıq, 

introduksiya, beynəlxalq pitomniklər, pas xəstəlikləri 



Ключевые  слова: пшеница, структура посева, посевная площадь, производство зерна, сорт, 

селекция, урожайность, интродукция, международные питомники, ржавчинные болезни 



Key words: wheat, sowing structure, area under crop, grain production, variety, breeding, 

productivity, introduction, international nurserles, rust diseases 

Dünya əhalisinin tədricən artması ölkələri ərzaq təhlükəsizliyinin təmin olunması məsələsinə 

daha ciddi və  həssaslıqla yanaşmaya sövq edir. Bu gün bəşəriyyətin qarşısında insanların  ərzaq 

məhsulları ilə etibarlı  şəkildə  təmin edilməsi kimi qlobal vəzifələr durur. Dövlətlər iqlim 

dəyişmələri, müxtəlif təbii kataklizmlər fonunda aqrar sektorda ölkələrarası qarşılıqlı  əlaqələrdə, 

innovativ istehsal texnologiyalarına dair təcrübə mübadiləsi sahələrində yeni metodların 

axtarışındadırlar. Kənd təsərrüfatının və  ərzaq təhlükəsizliyinin gələcəyi iqlim dəyişmələri ilə  sıx 

bağlıdır. Ekspertlər hesab edirlər ki, iqlim dəyişikliyi dünyada k/t-nın stabil istehsalına mənfi təsir 

edəcək.  İqlim dəyişmələri quraqlıq, daşqın, torpaqların deqradasiyası  və  səhralaşması kimi təbii-

iqlim anomaliyalarına gətirib çıxaracaq. Bu da k/t məhsullarının istehsalının azalmasına və  ərzaq 

təhlükəsizliyinə ciddi təhlükə yarada bilər.  İqlim dəyişmələri fonunda yerli şəraitə adaptasiya 

olunan yeni quraqlığa və  xəstəliklərə davamlı, yüksək məhsuldar və keyfiyyətli buğda sortlarının 

yaradılması  və  tətbiqi mühüm tədbirlərdən biri hesab olunur. Bu isə fundamental və  tətbiqi elmi 

araşdırmaların molekulyar-biogeosenoz səviyyələrdə aparılmasını tələb edir. 

Aqrar bölmənin  əsas strateji sahələrindən olan taxılçılığın, xüsusən də buğdanın hər bir 

ölkənin, o cümlədən Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təminatında xüsusi 

yeri vardır. Buğda əsas ərzaq bitkisi olaraq dünya əhalisinin böyük əksəriyyətinin qida mənbəyini 

təşkil etməklə həm istehsalına, həm də əkin sahəsinə görə dənli bitkilər içərisində aparıcı yerlərdən 

birini tutur. Belə ki, orqanizmin zülal və karbohidratlara, əvəzolunmayan amin turşularına olan 

tələbatının demək olar ki, yarısı çörək məmulatları hesabına ödənilir. Bundan başqa o, yağlar, 

vitaminlər (B

1

, B


2

, B


6

, C, E, PP), minerallar (K, Ca, Mg, P və s.) və müxtəlif bioloji aktiv ferment-

lərlə  də  zəngindir. Rəsmi statistikaya görə yer kürəsində  hər il insanların sayı 90 milyondan çox 

artır və buğda istehsalının hazırkı səviyyəsi ilə müqayisədə bu artımı qarşılaya bilmək üçün gələ-

cəkdə buğda istehsalının 840 milyon tona çatdırılması zərurəti yaranmışdır. Hal-hazırda dünyada 1 

milyarddan artıq insan və ya dünya əhalisinin 16%-i aclıqdan əziyyət çəkir. Beynəlxalq Ərzaq və 



:9-19 


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

10

 



Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozlarına görə artıq 2050-ci ildə qida məhsullarına olan 

tələbat 2 dəfədən çox artacaqdır. Bu məqsədlə 2050-ci ildə dünya əhalisinin ərzaq məhsullarına olan 

tələbatını ödəmək üçün 120 mln. hektar əlavə torpaq sahəsinin  əkin dövriyyəsinə  cəlb edilməsi 

nəzərdə tutulmuşdur. Bu baxımdan taxıl məhsulları ilə təminat önəmli yerlərdən birini tutacaqdır. 



Şəkil 1. Dünyada 2009-cu ildə ayrı-ayrı bitkilər üzrə əkin strukturu 

(mln. ha və faizlə ifadə edilmişdir), Mənbə: FAO, 2011. 

Dünyada kənd təsərrüfatına yararlı torpaqlar və otlaqlar 4,8 mld. hektardır. Bu da quru 

ərazinin 37 %-ni təşkil edir. Əkin altında olan torpaqların 30 %-i birbaşa bitkiçiliyə (28 %), yalnız 

2%-i çoxillik əkmələrə (bağlar, plantasiyalar) aiddir. Hər il dünyada bitkiçilik məhsullarının 

istehsalı üçün 1500 mln. hektar torpaq sahəsi ayrılır. Bunun da 15%-i buğdanın (225,44 mln. ha), 

11%-i çəltiyin (161,42 mln. ha), 11%-i qarğıdalının (159,53 mln. ha), 4%-i arpanın (54,13 mln. ha), 

2%-i darının (35,45 mln. ha), 3%-i sorqonun (43,74 mln. ha), 2%-i  digər dənlilərin (28,79 mln. ha) 

və 52%-i digər bitkilərin (791,51 mln. ha) payına düşür 

1 . Göründüyü kimi, ərzaq təhlükəsiz-

liyinin təmin edilməsi baxımından strateji bitki hesab olunan buğda dünya əkin strukturunda üstün 

mövqeyə malikdir. Bu baxımdan buğda dünyada digər kommersiya əhəmiyyəti kəsb edən 

bitkilərdən əkin sahəsinin böyüklüyünə və dünya ticarətindəki yerinə görə fərqlənir (Şəkil 1). 

Buğdanın insanlar tərəfindən becərilməsi qədim tarixə gedib çıxır. Buğda 8 min ildən artıqdır 

ki, Avropa, Qərbi Asiya və  Şimali Afrika kimi əsas sivilizasiyaların başlıca qida məhsullarından 

hesab olunur. Buğdanın yer kürəsinin 30

0

 və 60


0

 şimal, 27

0

 və 40


0

 cənub en dairələrində becərilməsi 

daha  əlverişlidir 

2 . Buğdanı bu en dairələrindən kənarda, qütb dairəsindən ekvatora yaxın 

yüksəkliklərdə belə becərmək mümkündür. CIMMYT tərəfindən iyirmi il ərzində aparılmış 

tədqiqatlarla müəyyən edilmişdir ki, buğdanın dünyanın isti regionlarında istehsalı texnoloji 

baxımdan yerinə yetiriləndir 

3 . 


Buğda ekoloji baxımdan geniş becərilmə spektrinə və digər dənli bitki növlərilə müqayisədə 

adaptasiya xüsusiyyətlərinə görə fərqlənir 

4 . Bununla belə, buğdanın becərildiyi quru ərazinin   

hissəsində düşən illik yağıntıların miqdarı orta hesabla 375-875 mm aralığında dəyişir. Onun illik 

atmosfer çöküntülərinin miqdarı 250 mm-dən 1750 mm arasında dəyişən  ərazilərdə belə

becərilməsi mümkündür 

5 . Optimal məhsul istehsalı vegetasiya müddətində kifayət qədər nəmlik 

ehtiyatının toplanmasını  tələb edir. Lakin yağıntıların həddindən artıq düşməsi yarpaq 

xəstəliklərinin, kök çürüməsinin geniş vüsət almasına və  nəticədə  məhsul itkisinə  gətirib çıxara 

bilər. Buğdanın qışa davamlılıq xüsusiyyətləri onu Şimali Amerika, Rusiya Federasiyası, Ukrayna, 

həmçinin  Şərqi, Mərkəzi və  Şimali Avropa, Türkiyənin  şərq və  İranın  şimal-qərb, Çin və digər 

müvafiq region ölkələrində becərilməsinə imkan verir. Bu baxımdan hər il dünyada müxtəlif nəmlik 

rejimlərində təqribən 75 mln. hektarda payızlıq və fakultativ buğdalar əkilir (Cədvəl 1).  

Digər bitkilər

791,51  (52%)

Buğda


225,44  (15%)

Qarğıdalı

159,53  (11%)

Çəltik


161,42  (11%)

Arpa


54,13  (4%)

Sorqo


43,74   (3%)

Darı


35,45  (2%)

Digər dənlilər

28,79  (2%)



Yüklə 6,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə