Microsoft Word mecmue-28-vuqar-end docx


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017)



Yüklə 6,84 Mb.
Pdf görüntüsü
səhifə6/234
tarix24.04.2018
ölçüsü6,84 Mb.
#40006
1   2   3   4   5   6   7   8   9   ...   234

ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

14

 



Azərbaycanda buğda seleksiyası proqramı  çərçivəsində yeni istiqamətlər  Əkinçilik ET 

İnstitutunun beynəlxalq əməkdaşlıq əlaqələrinin güclənməsi hesabına formalaşmışdır. İnstitut 1996-

cı ildən başlayaraq elmi-texniki əməkdaşlığa dair bağlanmış müqavilələrə  əsasən CIMMYT və 

ICARDA ilə buğda seleksiyası sahəsində genetik materialların introduksiyası  və mübadiləsini 

həyata keçirir 

8; 9; 10; 11 . Beynəlxalq mərkəzlərlə elmi əməkdaşlığın başlıca məqsədi Azərbay-

canın təzadlı aqro-ekoloji bölgələri üçün biotik və mühitin qeyri-əlverişli stres amillərinə dayanıqlı 

perspektiv xətlərin seçilməsi, seleksiya işlərinə cəlb edilməsi, bu əsasda yaradılmış və rayonlaşmış 

buğda sortlarının fermer təsərrüfatlarında tətbiqi və toxumçuluğunun təşkili olmuşdur.  

 

 



 

Əkinçilik ET İnstitutu tərəfindən 1996-2016-cı illər aralığında Beynəlxalq Seleksiya 

Mərkəzlərindən dənli bitkilərin 54151 nümunəsi introduksiya edilmiş, sınaqdan keçirilmiş  və 

qiymətləndirilmişdir. Bunlardan 28125-i həyat tərzləri yazlıq, payızlıq və fakultativ olan yumşaq 

buğdaların, 9408-i bərk buğdanın, 15441-i arpanın, 1081-i tritikalenin, 96-ı qarğıdalının payına 

düşür.  Şəkildən göründüyü kimi, daxil olan ümumi genetik materialların 

 hissəsini təşkil edən 

buğda nümunələrinin 8605-i IWWIP xəttilə alınmışdır (Şəkil 5). 

IWWIP proqramı  çərçivəsində introduksiya olunan müxtəlif təyinatlı pitomniklərdəki 

nümunələr həyat tərzlərinə görə əsasən payızlıq və fakultativ buğdalardır. Belə ki, payızlıq buğdalar 

sünbülləmə fazasına daxil olmaq üçün soyuq qış aylarında 30 gündən 60 günə  qədər 0

0

-5



0

temperaturda yarovizasiya dövrünü keçməlidir. Fakultativ buğdalara isə 3-15



0

C temperatur 

intervalında daha qısa yarovizasiya dövrünü (15-30 gün) keçməsi kifayət edir. Bu buğdalar yazda 

daha intensiv böyüməyə başlayır və çiçəkləmə fazasına daha tez daxil olurlar. Odur ki, bir çox 

bölgələrdə fakultativ buğda sortlarının səpinini qışda və ya yazda aparmaq olar.  

Son iyirmi ildə IWWIP proqramı çərçivəsində müxtəlif təyinatlı 10 yumşaq buğda pitomniki 

alınmış  və  tədqiq edilmişdir. Bura suvarma və yarım-quraq bölgələr üçün “Fakultativ və payızlıq 

buğdanın müşahidə” (FAWWON-IR; FAWWON-SA), “Payızlıq buğdanın beynəlxalq sort-sınağı” 

(IWWYT-IR; IWWYT-SA), “Payızlıq buğdanın müşahidə” (WWON-IR; WWON-SA), “Payızlıq 

buğdanın Şərqi Avropa regionu üzrə sort sınağı” (WWEERYT) və “Yarım-quraq bölgələr üçün elit 

sort-sınağı” (EYT-IR; EYT-SA) pitomnikləri daxildir. 

0

5000



10000

15000


20000

96

1081



15441

9408


19520

8605


Şəkil 5.  Beynəlxalq mərkəzlər tərəfindən 1996-2016-cı illər ərzində 

introduksiya olunmuş dənli bitkilərin rüşeym plazması 

(ədədlə).

 



ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

15

 



IWWIP proqramı çərçivəsində  daxil olan yumşaq buğda nümunələrinin ilk sınağı Abşeronda 

Əkinçilik ET İnstitutunun təcrübə bazasında, sonrakı ekoloji sınaqları isə respublikanın müxtəlif 

rayonlarında (Tərtər, Qobustan, Cəlilabad) həyata keçirilir. Tədqiq edilən nümunələr vegetasiya 

müddətində  həyat tərzlərinə, morfoloji əlamətlərinə, arxitektonikasına, sünbülləmə müddətinə, 

xəstəliklərə davamlılığına və vahid sahədən məhsuldarlığına görə qiymətləndirilmişdir 

12; 13; 14; 15; 16 .  

Beynəlxalq mərkəzlərdən alınmış buğda nümunələrinin bioloji xüsusiyyətlərindəki rənga-

rənglik, hətta, bəzi hallarda kəskin təzadlılıq, ekoloji sınaqlar zamanı onların Azərbaycan şəraitində 

adaptasiyasının da müxtəlifliyinə səbəb olmuşdur. 

Respublikanın müxtəlif regionlarında ekoloji sınaqların nəticələrinə  əsasən demək olar ki

introduksiya olunan materialların heç də hamısı yerli torpaq-iqlim şəraiti üçün uyğun olmamışdır. 

Əsasən Türkiyə, CIMMYT və ICARDA-nın birgə təsisçisi olduğu IWWIP proqramı çərçivəsində 

hazırlanmış  və ilk ekoloji sınaqları Türkiyədə keçirilmiş suvarma və yarım-quraq bölgələr üçün 

payızlıq və fakultativ yumşaq buğdanın müşahidə  və sort-sınağı pitomnikləri (FAWWON-IR, 

FAWWON-SA, IWWYT-IR, IWWYT-SA, WWON-IR, WWON-SA), CIMMYT və ABŞ-ın 

Oreqon Dövlət Universitetinin birgə proqramı ilə  tərtib edilmiş payızlıq buğdanın  Şərqi Avropa 

üzrə regional sort-sınağı (WWEERYT), payızlıq yumşaq buğdanın elit sort-sınağı (EYT-IR, EYT-

SA) pitomniklərindəki münunələr  əsasən orta gec sünbülləyən və gec sünbülləyən, orta və 

hündürboylu, orta məhsuldarlıqlı (301-500q/m

2

), pas xəstəliklərinə orta həssas və  həssaslıq 



reaksiyası göstərən qruplarda toplanmışlar. IWWIP pitomniklərinə daxil olan buğda nümunələrinin 

məhsuldarlıq göstəriciləri (270-1050q/m

2

) geniş intervalda dəyişmişdir (Cədvəl 2). 



Cədvəl 2.  IWWIP pitomniklərindəki yumşaq buğda nümunələrinin suvarmada bioloji 

xüsusiyyətləri və təsərrüfat göstəricilərinin variasiyası 



s/s Pitomniklərin adı 

Sünbülləmə 

müddəti (yanvarın 

1-dən) 

Bitkinin boyu,

sm 

Məhsuldarlıq, q/m

2

 

15-23


rd

 FAWWON-IR 

112-135 

90-126 


330-900 

15-23


rd

 FAWWON-SA 

110-136 

96-137 


270-800 

11-19


th

 IWWYT-IR 

115-134 

85-131 


335-1050 

10-18


th

 IWWYT-SA 

110-131 

91-129 


300-790 

13-14


th 

FAWWON 109-130 

90-132 

290-800 


9-10


th

 WWON-IR 

115-127 

73-127 


360-760 

8

th



 WWON-SA 

110-126 


100-132 

305-690 


10

th



 EYT-IR 

110-129 


92-131 

350-805 


9

th



 EYT-SA 

108-128 


88-128 

325-750 


10 

8

th



 WWEERYT 

110-125 


90-128 

275-780 


 

 

IWWIP proqramına məxsus pitomniklərdən seçilmiş 438 nümunə  həyat tərzlərinə görə 



payızlıq və fakultativ olmaqla qışa davamlı, orta gec sünbülləyən (yanvarın 1-dən 112-121 gün) və 

nisbətən gec sünbülləyən (yanvarın 1-dən 122-131 gün), pas xəstəliklərinə davamlı, orta və 

hündürboylu olmaqla yatmaya davamlı, yüksək məhsuldar (8 ton/ha-dan artıq) qruplara daxil 

olmuşlar. Seçilmiş bu nümunələrin yarıdan çoxu suvarılan və yarım-quraq bölgələr üçün fakultativ 

və payızlıq buğdaların müşahidə pitomniklərinə aiddirlər (Şəkil 6). IWWIP proqramına məxsus 

nümunələr CIMMYT xəttilə Meksikadan gəlmiş, qışlaması  zəif, tez sünbülləyən (yanvarın 1-dən 

85-100 gün), sarı  və qonur pas xəstəliklərinə orta həssas və  həssas (20 MS-90S), alçaq boylu və 

sünbüldə  dənləri tökülən  əksər yazlıq yumşaq buğdalarla müqayisədə Azərbaycanın torpaq-iqlim 

şəraitinə daha uyğun nümunələr olmuşlar.  



Yüklə 6,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə