Microsoft Word mecmue-28-vuqar-end docx


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017)



Yüklə 6,84 Mb.
Pdf görüntüsü
səhifə234/234
tarix24.04.2018
ölçüsü6,84 Mb.
#40006
1   ...   226   227   228   229   230   231   232   233   234

ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

458


 

duzlar torpaqda 0.01%-dən artıq olanda həmin torpaqlarda  bitki zəif inkişaf edir və yaxud az 

müddət  ərzində  tələf olmağa başlayır [1]. Məlumdur ki, duzun özünə görə müstəsna zəhərlilik 

(toksikant) xassəsi vardır. Məsələn, eyni kationa və müxtəlif aniona və əksinə, müxtəlif kationa və 

aniona malik tərtib edilən duz cərgəsinin hər üzvünün özünəməxsus zəhərli təsiri olduğu məlumdur. 

Kənd təsərrüfatı bitkilərinin kök sistemi əksər hallarda torpağın 0-30 sm, 0-50 sm və bəzən bir metr 

dərinliyə  qədər gedir. Məhz buna görə  də torpağa aqroekoloji qiymət verdikdə, duzların, nəinki 

onların üst qatlarda, eləcə  də torpağın 0-50 sm və 0-100 sm dərinliyində paylanmasını  və onun 

miqdarını düzgün bilmək lazımdır.   

Deməli qalın, zəif  şorakətləşmiş, zəif mədəniləşmiş, zəif  şorlaşmış açıq boz-çəmən 

torpaqların 0-100 sm dərinliyində quru qalığın orta miqdarı 0,25%-ə  bərabərdir. Aşağı qatlarda 

onun miqdarı əhəmiyyətli dərəcədə azalır. İkinci metrdə quru qalığın miqdarı təxminən 0,15% təşkil 

edir. Torpaq profilində CO

3

 ionunun miqdarı 0.003-0.006% arasında dəyişir. 



Torpaqların kimyəvi deqradasiyasında  şorakətləşmə  əsas amillərdən biri hesab edilir. 

Torpağın  şorakətləşməsi Mil-Qarabağ düzünün torpaqlarına az təsir edən proseslərdəndir. 

Şorakətlərdə və şorakətvari torpaqlarda mübadilə olunan natriumun mövcudluğu torpaqların bir çox 

kimyəvi və su-fiziki xassələrini müəyyən edir. Mübadilə olunan natriumun torpaqda mövcudluğu 

onun qələviliyini və sodanın yaranmasını da şərtləndirir, bu zaman torpaq kolloidləri suda yüksək 

disperslik və mütəhərriklik xəssəsi  əldə edir [2]. Natrium ilə doymuş torpaqlar plastikliyi və 

yapışkanlığı ilə səciyyələnirlıər. Belə torpaqlar rütubətlənən zaman şişir. Əksinə quru halda onların 

həcmi kəskin şəkildə azalır. Bu zaman torpaq səthində olan çatlar kipləşir və səthə yaxın bərkimiş 

horizontallar yaranır. Belə torpaqların səthi qalın qaysaq ilə örtülür. Həmin torpaqlarda kənd 

təsərrüfatı bitkilərinin becərilməsi çətinləşir.  Şorakətləşmiş bu torpaqlarda deqradasiya baş verir. 

Çətinliklə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da aşağı olur. Mil-Qarabağ düzündə 

bu xassəli torpaqlar mövcuddur. Ümumiyyətlə, şorakətləşmiş torpaqlar üçün yüksək hiqroskopiklik 

və  zəif suhopma qabiliyyətinin olması bitkilərin suyu mənimsəməsini çox çətinləşdirir. Torpaqda 

natrium kolloidlərinin artması qeyd olunan bu xüsusiyyətləri daha da inkişaf etdirir və torpaqların 

kimyəvi deqradasiyasını artırır [3]. 

Beləliklə, tədqiqat obyektinin torpaqlarında humusun miqdarı 0-71 sm-lik qatda 1.05-1.25%, 

ümumi azot 0.10-0.13%, fiziki gilin miqdarı profildə 43.38-57.74%, C:N nisbəti torpağın üst 0-26 

sm dərinliyində 6.8, karbonatlıq 15.73-22.80%, udulmuş  əsaslar cəmində Na-un miqdarı 9.11-

9.95% və quru qalıq 0.14-0.25% arasında dəyişmişdir. Belə torpaqlarda münbitliyi artırmaq üçün 

əraziyə üzvi və mineral gübrələrin verilməsi daha məqsədə uyğun hesab edilir. 



ƏDƏBİYYAT 

1. Əzizov Q.Z. Kür-Araz ovalığının meliorasiya olunan torpaq qruntlarının su-duz balansı  və onun

nəticələrinin elmi təhlili. Bakı: Elm, 2006, 260 s.

2. Блохин Е.В. Деградация почв степей при орошении //Мат-лы конференции. М,1998, т. 2, 55 с.

3. Гаджиев  А.И.  Деградация  почв-как  один  из  дестабилизирующих  факторов,  приводящая  к

чрезвычайных  ситуациям //Мат-лы II Международного  Симпозиума  «Экологические  и

технологические проблемы о чрезвычайных», Баку, 2002, с. 179-180

4. Ковда В.А. Основы учения о почвах. М.: Наука, 1973, кн. 1, 447 с.; кн. 2, 468 с.

5. Кузнетцова И.Н. Основы мелиорации. М.: Сельхозгиз, 1960, 633 с.

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ ОРОШАЕМЫХ СВЕТЛО-СЕРО-ЛУГОВЫХ ПОЧВ В 

СЕВЕРНОЙ ЧАСТИ КАРАБАХСКОЙ НИЗМЕННОСТИ 

С.Х.Омаров,  Я.Г.Касумова 

Институт Почвоведения и Агрохимии НАНА 

В  статье  изучены  проблемы  почвы  которые  возникают  при  неправилной  соблюдении 

агротехнических  и  агромелиоративных  правил,  а  также  потеря  питательных  веществ  в  результате  

саланизации.  Объектом  исследования  выбрано  Куро-Аразское  низменность.  Стало  известно,  что 

исследованные    орошаемые  лугово-серые  почвы    плохо  обоеспечены  гумусом.  Были  найдены  



ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

459


 

признаки засоления и оглеивание. 



THE CURRENT CONDITION IRRIGATED LIGHT  GRAY - MEADOW SOILS 

IN A NORTHERN PART OF THE KARABAKH LOWLAND 

S.Kh.Omarov,  Y.G.Gasimova 

Institute of Soil Science and Agrochemistry of ANAS 

In article are studied the  problems of the soil which arise at wrong observance of agrotechnical and 

agromeliorative rules, and also loss of nutrients as a result of a salanization. An object of a research is chosen 

Kur-Araz lowland. It's known that the explored irrigated meadow-gray soils are badly provided with a 

humus. Signs of salinization and etc. have been found. 

KEYFİYYƏTİN YÜKSƏLDİLMƏSİ AQRAR SAHƏYƏ DÖVLƏT DƏSTƏYİNİN 

MƏQSƏDLƏRİNDƏN BİRİ KİMİ 

A.Z.MƏMMƏDLİ 

Bakı Mühəndislik Universiteti, magistr 

Məqalədə əhalinin yüksək keyfiyyətli ərzaqlıq buğda ilə təmin olunması, istehsalçılara dövlət dəstəyi 

və buğdanın yaxşılaşdırılması yolları sahəsində vəziyyət ümumiləşdirilmişdir. 

Açar sözlər: Buğda, keyfiyyət, subsidiya, ərzaq təhlükəsizliyi, yerli məhsul 

Ключевые  слова:  Пшеница,  качество,  субсидия,  продовольственная  безопасность,  местный 

продукт 


Key words: Wheat, quality, subsidy, food safety, local product 

Respublikada  əhalinin yüksək keyfiyyətli  ərzaq məhsulları ilə etibarlı  şəkildə  təminatı ölkə 

rəhbərliyinin daima diqqət mərkəzindədir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi iqtisadi, 

sosial və siyasi mahiyyət daşıyır. Bu baxımdan  Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 

25 avqust tarixli 3004 nömrəli Sərəncamı ilə  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında 

əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı  [1] təsdiq etməsi heç də 

təsadüfi deyildir. Ərzaq təhlükəsizliyi dedikdə  məhsulun mövcudluğu, keyfiyyəti ilə yanaşı ölkə 

əhalisinin sosial durumundan asılı olmayaraq bu məhsulun qiymət baxımından əlçatan olması kimi 

başa düşülür. Bu amillər bir-birinə  sıx bağlı olmaqla, ayrılıqda mövcud olmaları  ərzaq 

təhlükəsizliyini təmin etmir. Burada məhsulun keyfiyyətinə xüsusi əhəmiyyət verilir. 

Apardığımız araşdırmalar göstərir ki, son illərdə aqrar sahədə  həyata keçirilən tədbirlər 

nəticəsində  bəzi kənd təsərrüfatı  məhsullarının istehsalı üzrə özünütəminetmə 100 % həddində, 

bəziləri üzrə isə buna yaxındır. Lakin, ərzaqlıq buğda istehsalı sahəsində bu göstərici 2016-cı ilin 

ərzaq balansının məlumatlarına  əsasən cəmi 53 % təşkil etmişdir. Kənd Təsərrüfatı Nazirliyinin 

rəsmi internet saytından (http://www.agro.gov.az/)  əldə etdiyimiz məlumatlara görə buğda 

seleksiyası sahəsində  uğurlu addımlar atılmış, yüksək keyfiyyətli və bol məhsul vermək 

potensialına malik yeni sortlar yaradılmışdır. 2016-cı ildə buğda istehsalı 163,7 min ton və ya 9,7 

faiz artaraq 1851,4 min ton təşkil etmişdir [2]. Bununla yanaşı, bir il ərzində ölkəyə 295,0 milyon 

ABŞ dolları miqdarında 1599,6 min ton  buğda idxal edilmişdir ki, bu da təxminən ölkənin ərzaqlıq 

buğdaya olan illik tələbatı  həcmindədir. Bu göstərilənlər belə bir nəticəyə  gəlməyə  əsas verir ki, 

Azərbaycanda  ərzaqlıq buğda ilə özünütəminetmə  səviyyəsi çox aşağıdır və  məhsul istehsalının 

artırılması və istehsal edilmiş məhsulun keyfiyyətinin yüksəldilməsinin alternativi yoxdur.  

2007-ci ildən başlayaraq buğda istehsalçılarının maddi marağının artırılması  və buğda 

istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər [3] həyata keçirilməyə başlanıldı. Bura buğda 



:459-461 


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

460


 

istehsalçılarına istifadə etdikləri dizel yanacağı  və sürtkü materialına görə subsidiyanın verilməsi

mineral gübrələrin 70 % güzəştli qiymətlərlə satılması, alaq otlarına qarşı mübarizə  tədbirləri 

məqsədilə hər hektar sahəyə görə 10 AZN verilməsini, toxumun güzəştli qiymətlərlə satılmasını və 

digərlərini  aid etmək olar. Buğda idxalından asılılığı minimuma endirmək məqsədilə yüksək 

keyfiyyətli  ərzaqlıq buğda istehsalının artırılması sahəsinə birbaşa dövlət dəstəyi davamlı  şəkildə 

həyata keçirilir. Aparılmış araşdırmalar da göstərir ki, ölkəmizin taxıl və taxıl məhsulları üzrə 

beynəlxalq bazarlardan asılılığının minimumlaşdırılmasına nail olmanın yollarından biri kimi 

intensiv inkişafın alternativi yoxdur. İri buğda ixracatçısı olan Qazaxıstanda buğda əkini sahələrinə 

görə hər hektara 313 təngə (hər hektara 1 ABŞ dollarından da az) subsidiya verilir. Rusiyada buğda 

istehsalına hektara görə subsidiya ödənilmir. Burada güzəştli  şərtlərlə kredit verilməsi təcrübəsi 

daha geniş yayılmışdır. Apardığımız araşdırmalar göstərir ki, aqrar sahədə məhsul istehsalçılarına 

göstərilən dövlət dəstəyi  Azərbaycan modelidir. 

2015-ci ildən BMT-nın  Ərzaq və  Kənd Təsərrüfatı  Təşkilatının (FAO) üzvü  olan Elçin 

Süleymanovun məlumatlarına görə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və  Kənd 

Təsərrüfatı Təşkilatının məlumatlarına görə Azərbaycanda ticarət siyasəti kifayət qədər liberal olsa 

da, aqrar sahəyə dövlətin əhəmiyyətli maliyyə dəstəyi onun ÜTT olmasını yubadır [4].  Qeyd etmək 

lazımdır ki, birbaşa və dolayı dəstək istiqamətləri üzrə taxılçılıq sektoruna dövlət yardımının illik 

həcmi təxminən 100 milyon manatdan çoxdur.  

Apardığımız təhlillər nəticəsində  məlum olmuşdur ki, səpin materialı kimi yüksək 

reproduksiyalı, keyfiyyətli və bol məhsul verə bilmək potensialı olan sortlardan istifadə edilməsinə 

baxmayaraq, yerli buğda istehsalçıları tərəfindən istehsal edilən buğda hələ də yüksək keyfiyyətli 

un istehsalı üçün qəbul edilmiş standartların tələblərinə cavab vermir. 2016-cı il taxıl mövsümündə 

yerli un istehsalı müəssisələri tərəfindən cəmi 100 min tona yaxın un istehsalına şərti yararlı buğda 

tədarük edilmişdir. Un istehsalçılarının yerli buğdaya maraq göstərməməsinin əsas səbəbi isə dənin 

keyfiyyət göstəriciləri ilə izah edilir. Məhsulun keyfiyyətinin aşağı düşməsinə  səbəb olan amillər 

müxtəlifdir [5] və   bunlara becərmə texnologiyasına düzgün əməl edilməməsi, yetişməmiş dənlər, 

fuzarioz və digər göbələk xəstəlikləri ilə sirayətlənmə, ziyankar bağacıqla zədələnmə  və s. aid 

edilir. Azərbaycanda isə    məhsulun aşağı keyfiyyətdə olmasına daha çox buğda sahələrinin kiçik 

fermer təsərrüfatlarında yerləşməsi, becərmənin, xəstəlik, alaq otları  və ziyanvericilərə qarşı 

mübarizənin  düzgün aparılmaması, həmçinin iqlim amilləri səbəb olur. Məlumatlara görə [2] 2016-

cı ildə ölkəyə 167 min ton mineral gübrə idxal olunmuşdur ki, bu da taxılçılığın ümumi tələbatının 

21 faizini təşkil edir. Buğda becərilməsinə görə ayrılmış büdcə  vəsaitlərindən səmərəli istifadə 

mexanizminin yaradılması sahəsində ciddi işlər görülür. Lakin, nəticələr onu göstərir ki, bu sahədə 

qüvvədə olan qanunvericilik və normativ-hüquqi aktların təkmilləşdirilməsi, fermerlər arasında 

təbliğatın genişləndirilməsinə ehtiyac var. Həmçinin yüksək keyfiyyətli  ərzaqlıq buğda istehsal 

etmək üçün fermerlər dövlət dəstəyi ilə yanaşı öz vəsaitlərindən də istifadə etməlidirlər.   

ƏDƏBİYYAT 

1. ”2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair

Dövlət Proqramı”, Bakı şəhəri, 25 avqust  2008-ci il, № 3004.

2. “Taxılçılıq sahəsində mövcud vəziyyətin öyrənilməsi və taxıl təminatının yaxşılaşdırılması üzrə

təkliflərin hazırlanması ilə  əlaqədar Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası

Prezidentinin Administrasiyası rəhbərinin 2017-cil 8 fevral tarixli 27 nömrəli Sərəncamı.

3. «Buğda və  çəltik istehsalçılarının maddi marağının artırılması  və buğda və  çəltik istehsalının

stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları»nın təsdiq

edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli 181 nömrəli

Qərarı


4. Продовольственная  и  сельскохозяйственная  организация  Объединённых  Наций.  Ежегодное

заседание  Группы  Экспертов  по  вопросам  сельскохозяйственной    торговли  в  Европе  и

Центральной Азии (отчет). Минск, 8-9 октября 2015 года.

www.FAO.org/fileadmin/templates/est/meeting/Minsk 2015/Report_Minsk.




ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

461


 

5. Сельскохозяйственный Практикум. №2-2/2001, апрель-июнь.

http://www.fadr.msu.ru/rin/vestnic/vestnic2

6. (http://www.agro.gov.az/)



УЛУЧШЕНИЕ КАЧЕСТВО КАК ОДНА ИЗ ЦЕЛЕЙ ГОСУДАРСТВЕННОЙ ПОДДЕРЖКИ 

АГРАРНОМУ СЕКТОРУ 

А.З.Мамедли 

Бакинский Университет Инженеров, магистр  

В  статье  обобщена  ситуация  в  области  обеспечением  население  высококачественным 

продовольственным зерном, государственная поддержка производителям и пути улучшения зерна. 

IMPROVEMENT OF QUALITY AS ONE OF THE OBJECTIVES OF STATE SUPPORT TO THE 

AGRARIAN SECTOR 

A.Z.Mammadli 

Baku University of Engineers, Master's degree 

The article summarizes the situation in providing high quality food grains to the population, state 

support to producers and ways to improve grain. 



ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

462


 

“Müəllim” nəşriyyatında çap olunmuşdur. 

Çapa imzalanmışdır: 13.07.2017. Sifariş 58. 

Kağız format 60



84

1/8


. 57,75 ç.v. Sayı 130.  

Yüklə 6,84 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə