Microsoft Word mecmue-28-vuqar-end docx


ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017)



Yüklə 6,84 Mb.
Pdf görüntüsü
səhifə7/234
tarix24.04.2018
ölçüsü6,84 Mb.
#40006
1   2   3   4   5   6   7   8   9   10   ...   234

ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

16

 



 

 

 



 

 

 



 

CIMMYT-dən alınmış  qısa boylu, tez sünbülləyən, həyat tərzinə görə bioloji yazlıq olan 

nümunələrdə inkişaf fazalarının sürətlə getməsi, onların payız əkinlərində vegetasiya illərindən asılı 

olaraq tezliklə boruya çıxması  və nisbətən soyuq havalarda sünbülləməsi sünbülcüklərdə 

mayalanmanın normal getməməsinə  səbəb olur. Tipik payızlıq formalarda isə gec sünbülləmə 

(mayın II yarısı) hesabına dənin formalaşması və dolması fazalarının yaz-yay quraqlığının kəskin 

dövrünə təsadüf etməsinə və qısalmasına səbəb olaraq məhsuldarlığa ciddi təsir etmişdir. Çoxillik 

tədqiqatlara əsasən demək olar ki, vegetasiya illərindən asılı olaraq bəzi fərqlər olsa da payızlıq və 

fakultativ yumşaq buğda pitomniklərində sünbülləmə suvarma şəraitində (Abşeron, Tərtər) aprel 

ayının III (yanvarın 1-dən 115-120 gün) və may ayının I (yanvarın 1-dən 121-130 gün) 

ongünlüklərinə təsadüf edir. Bu dövr bitkilərdə böyümə və inkişafın və fizioloji proseslərin normal 

gedişi üçün əlverişli hesab olunur. Ona görə də aprel ayının III və may ayının I ongünlükləri aralığı 

Azərbaycan  şəraitində introduksiya olunmuş payızlıq və fakultativ yumşaq buğda sortnümunələri 

üçün optimal sünbülləmə müddəti hesab oluna bilər. 

 Ümumiyyətlə, ekoloji sınaqlar zamanı introduksiya olunmuş nümunələrin yalnız 20%-i 

yüksək məhsuldar olmuşdu. Məhsuldarlığına görə  fərqlənənlərin də  əksəriyyəti IWWIP 

pitomniklərdən seçilmiş nisbətən tez sünbülləyən, orta boylu, pas xəstəliklərinə qarşı davamlı 

payızlıq və fakultativ yumşaq buğda sortnümunələridir.  

 

Dəniz səviyyəsindən 760 metr yüksəklikdə yerləşən Qobustan rayonunun dəmyə şəraitində 



FAWWON-SA və IWWYT-SA pitomniklərindən seçilmiş perspektivli payızlıq və fakültativ 

yumşaq buğdaların sünbülləmə müddəti mayın I və II ongünlüklərinə (yanvarın 1-dən 124-139 gün) 

təsadüf edir. Orta və hündürboylu qrupa daxil olan, pas xəstəliklərinə davamlılıqları ilə seçilən 

perspektiv nümunələrin məhsuldarlıq göstəriciləri 4,6-7,7 ton/ha intervalında dəyişmişdir.  

Beynəlxalq mərkəzlərlə birgə aparılmış çoxillik tədqiqatlar nəticəsində 7 yumşaq buğda 

sortu (Əzəmətli 95, Nurlu 99, Qobustan, Tale 38, Qızıl buğda, Günəşli, Ləyaqətli 80) yaradılmış, 

rayonlaşmış, seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilmiş və patentləşdirilmişdir 

17 . 


Bu sortların respublikada əkin sahəsi 180 min hektardan artıqdır.Hər il Əkinçilik ET İnstitutunun 

15‐23rd 


FAWWON‐IR

141 (32,2%)

15‐23thFAWWON‐

SA

108 (24,7 %)



11‐19th IWWYT‐IR

65 (14,8%)

10‐18th IWWYT‐

SA

64  (14,6%)



13‐14th FAWWON

19  (4,33%)

9‐10th WWON‐IR

22  (5,02%)

8th WWON‐SA 

9  (2,05%)

10th YET‐IR

5  (1,14%)

9th EYT‐SA

2 (0,46%)

8th WWEERYT

3  (0,7%)



Şəkil 6. 1996-2016-cı illər aralığında IWWIP proqramı çərçivəsində  

alınmış müxtəlif təyinatlı pitomniklərdən seçilmiş  

perspektiv buğda nümunələri 



ƏETİ-nin elmi əsərləri məcmuəsi  XXVIII  (2017) 

17

 



təcrübə  təsərrüfatlarında, RAEİMM-lərdə  və özəl toxumçuluq təsərrüfatlarında bu sortların 600 

tona yaxın elit toxumları istehsal olunur və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında özəl və 

dövlət toxumçuluq təsərrüfatlarına verilir. 

 

Cədvəl 3.  Beynəlxalq pitomniklərdən seçilmiş yumşaq buğda sortları 

s/s Sortun 

adı Pitomnikin 

adı Nümunənin adı Rayonlaşmışdır 

Əkin sahələri, ha 

Əzəmətli 95  

16ESWYT-12 

Priniya 


2005 

40000 


Nurlu 99 

 

Kanz 


2005 

5000 


Qobsutan RBWON 

(SAA)-2 

Reg’s’//HD2206,HOZ 

k’s 

2007 


110000 

Tale 38 


2

nd

 WWONIR 227 



SPN/NAC//ATILLA 

2010 


26000 

Qızı buğda 7

th 

WON-SA-473 



SAULESKO 

41/sadova 1 

2014 200 

Günəşli RBWYT/FA-21 

Nee’s’/Sub’c’//sa’anine/al  2015 

50 


Ləyaqətli 80 

7

th

 WON-SA-465 



Mv  

17/3/8/TUI/MILAN/TUI 

2017 2,0 

 

Cəmi  



 



181252 

 

Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində yaradılmış Tale 38, Qızıl buğda və  Ləyaqətli 80 



yumşaq buğda sortları bilavasitə IWWIP proqramı çərçivəsində suvarma və yarım-quraq bölgələr 

üçün hazırlanmış pitomniklərdən (2

nd

 WWON-IR, 7



th

 WON-SA) seçilmişdir (Cədvəl 3). Müvafiq 

olaraq qrekum, lütessens və eritrospermum növmüxtəlifliklərinə aid olan bu payızlıq yumşaq buğda 

sortlarının respublikada əkin sahəsi 26000 hektardan artıqdır. Hər il bu sortların 115 tondan artıq 

elit toxumu istehsal olunur.  

Aşağıda IWWIP proqramı  çərçivəsində yaradılmış yumşaq buğda sortlarının qısa səciyyəsi 

verilir: 

Tale 38 yumşaq buğda sortu IWWIP proqramı çərçivəsində introduksiya olunmuş beynəlxalq 

pitomnikdə (2

nd

 WWON-IR-227) olan buğda genotiplərindən fərdi seçmə aparmaqla alınmışdır. 



Növmüxtəlifliyi qrekumdur. Sort yüksək arxitektonikaya malik olub, ortaboyludur (92-97 sm), 

vegetasiya müddəti 223-225 gündür. Suvarmada orta məhsuldarlığı 70,8 s/ha, potensial 

məhsuldarlığı 80-90 s/ha-dır. 1000 dənin kütləsi 44-49 qramdır, dəndə zülalın miqdarı 13,8-14,5%, 

kleykovinanın miqdarı 26-28%-dir. Sarı pasa orta davamlı, qonur pas və digər xəstəliklərə 

davamlıdır. Respublikanın əsasən suvarma bölgəsində becərilməsi tövsiyə olunur. Sort 2010-cu ildə 

rayonlaşmış, dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir. 



Qızıl buğda yumşaq buğda sortu IWWIP proqramı  çərçivəsində introduksiya olunmuş 

beynəlxalq pitomnikdə (7

th

 WON-SA-473) olan buğda genotiplərindən fərdi seçmə aparmaqla 



alınmışdır. Növmüxtəlifliyi lütessensdir. Sort ortaboyludur (99-110 sm), vegetasiya müddəti dağlıq 

və dağətəyi dəmyə bölgələrində 243-245 gündür. Orta məhsuldarlığı dəmyədə 48,3 s/ha, potensial 

məhsuldarlığı 50-60 s/ha-dır. 1000 dənin kütləsi 41-48 qram, dəndə zülalın miqdarı 14,1-15%, 

kleykovinanın miqdarı 28,0-36,2%-dir. Pas xəstəliklərinə orta davamlı, qışa və quraqlığa 

davamlıdır.  Əsasən respublikanın dağlıq və dağətəyi dəmyə bölgələrində becərilməsi tövsiyə 

olunur. Sort 2014-cü ildə rayonlaşmış, dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir. 



Ləyaqətli 80 yumşaq buğda sortu IWWIP proqramı  çərçivəsində introduksiya olunmuş 

beynəlxalq pitomnikdə (7

th

 WON-SA-465) olan buğda genotiplərindən fərdi seçmə aparmaqla 



alınmışdır. Növmüxtəlifliyi etritrospermumdur. Sort ortaboyludur (98-108 sm), vegetasiya müddəti 

dağlıq və dağətəyi bölgələrdə 242-246 gündür. Orta məhsuldarlığı  dəmyədə 54,2 s/ha, potensial 

məhsuldarlığı 50-60 s/ha-dır. 1000 dənin kütləsi 39-41 qram, dəndə zülalın miqdarı 14,6-15,1%, 

kleykovinanın miqdarı 30,0-34,0%-dir. Pas və unlu şeh xəstəliklərinə, qışa və quraqlığa davamlıdır. 

Əsasən respublikanın dağlıq və dağətəyi dəmyə bölgələrində becərilməsi tövsiyə olunur. Sort 2017-

ci ildə rayonlaşmış, dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir. 

 

 



Yüklə 6,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə