Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə27/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
108 
yalnız bu binada bir günlük istirahət etmək üçün, ya 
çəkdirdiyim səddin gölündə bir günlük qayıq sürmək 
üçün bunları tikdirmişdim. Mühəndisin bu sözləri nəinki 
bir alimin, hətta bir cahilin yanında da çox ağılsız 
görünməzmi? 
Əgər bu geniş aləmin yaradılışına ümumi şəkildə, 
insanın cismani və ruhani yaradılış  və formasına xüsusi 
şəkildə  nəzər salsaq, ölümün bəşər həyatının sonu ola 
bilməyəcəyini aydın görəcəyik. Çünki bu surətdə onun 
həyatı  və ona aid olan bu varlıq aləmi məntiqsiz və 
mənasız olacaq, eynilə o duluzçunun və mühəndisin 
mənasız əməli kimi. 
Varlıq aləmi həm  əzəmətinə görə, həm də  dəqiqlik 
baxımından bu həqiqəti isbat edir ki, bu aləm bizim 
təsəvvür etdiyimizdən də daha geniş  və  əsrarəngizdir. 
Eynşteyn “Nisbiyyət fəlsəfəsi” kitabında yazır: “Bizim 
varlıq aləminin böyük kitabından oxuduqlarımız cəmi bir 
səhifədən (ya bir neçə səhifədən) artıq deyil. Biz bu böyük 
elm dəryasının yalnız əlifbası ilə tanış olmuşuq.” 
Qurani-Kərimdə aləmin əbəs olmamasına bir neçə dəfə 
qısa şəkildə işarə olunur: 
Yoxsa sizi əbəs yerə yaratdığımızı  və (qiyamət günü 
dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağını-
zı güman edirdiniz?
1
 
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) 
buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! 
Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət 
                                                 
1
 Muminun surəsi, 115. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
109 
verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri 
qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə isə O Allah 
ölüləri diriltməyə qadir deyildirmi?!
1
 
Burada söhbət məadı inkar edənlərdən gedir. Əgər 
onların zənninə görə  hər  şey ölümlə bitsəydi, onda 
yaradılış mənasız olardı. 
Dördüncü dəlil. Ruhun qalması 
Ölümdən sonrakı həyat və məad məsələsi ilə yaxından 
bağlılığı olan və ölümlə  hər  şetin bitməyəcəyini göstərən 
dəlillərdən biri də ruhun qalmasıdır. 
Müstəqil olaraq (nəinki bədənin xüsusiyyətlərindən biri 
kimi) ruhun varlığını isbat etmək ölümdən sonra ruhun 
qalması  məsələsini aydınladır.  Əslində bunu isbat etmək 
məadı isbat etmək yolunda böyük bir addımdır. 
Bir məsələni qeyd etmək lazımdır ki, ruh mövzusu 
filosofların araşdırdıqları  ən qədim və  çətin bəhslərdən 
biridir. Heç kəs bu bəhsin hansı dövrdən başladığını deyə 
bilməz. Çünki tarixin göstərdiyi kimi beş min il bundan 
əvvəl misirlilərin (başqa qövmlər də ehtimal olunur) az-
çox bu mövzu ilə tanışlıqları olmuşdur. Hətta məşhur 
islam alimi Alusinin dediyinə görə, bu məsələdə indiyə 
kimi mindən çox nəzəriyyə irəli sürülmüş  və  hər kəs 
ruhun mahiyyəti barədə müxtəlif sözlər demişlər. 
Lakin belə  nəzərə  gəlir ki, insanın diqqətini bu 
mövzuya cəlb edən ilk amil yuxu məsələsidir. 
İnsan (hətta  ən qədim insanlar belə) yuxuda fərqli 
aləmlər, səhnələr müşahidə edib oyandıqları zaman 
                                                 
1
 Qiyamət surəsi, 36-40. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
110 
onların heç birinin real həyatda olmadığını görəndə belə 
düşünürdülər ki, yuxu halında bir cür, oyaq olanda isə 
başqa  şəklə düşən daxili bir qüvvəyə malikdirlər. Bu 
qüvvə  hətta insanın başqa bədən üzvləri fəaliyyət 
olmayan zamanlarda da hərəkət etməkdə 
və 
fəaliyyətdədir. Bu sirli qüvvə “ruh” adlandırıldı. 
Fəlsəfə artıq elm şəklini aldıqda bu fənnin bəhs etdiyi 
ilk məsələlərdən biri ruh oldu. Bir azdan görəcəyik ki, 
yuxu məsələsi elə ruhlar aləminə açılan qapının 
açarlarından biridir. Bundan başqa yuxu bizi iki 
istiqamətdən ruh məsələsinə daha yaxın edə bilər: Əvvəla 
insanın yuxuda gördüyü səhnələr (istər yozumu olsun, 
istər olmasın), ikincisi də yuxunun necəliyi və keyfiyyəti. 
Burada bəziləri yuxunun elə  də mühüm bir məsələ 
olmadığını güman edər və deyərlər ki, bu, elə realda 
gördüklərimizdir, bəzən vahiməli, bəzən xəyali və s. ola 
bilər. 
Bizim yuxunun hardan qaynaqlandığında işimiz 
yoxdur, yaxud keçmişə aiddir, ya gələcəyə. Söhbət 
burdadır ki, yuxu aləmində gördüyümüz bu əzəmətli 
səhnələrin, təbii ki, vücudumuzda bir yeri vardır. Bu, 
bizim beyin hüceyrələrimizdədir, yoxsa başqa bir geniş 
ərazi vardır? 
Məsələn, yuxuda görürük ki, böyük bir bağda 
oturmuşuq, ortada böyük bir hovuz vardır.  Ətrafda 
ağaclar və s. Keçmiş, ya gələcək olmasından asılı 
olmayaraq, istənilən halda bu mənzərə bir yerdə  həkk 
olunmalıdır. Bu, bizim beyin hüceyrələrimizdə çəkilir? Bir 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
111 
azdan görəcəyik ki, xeyir. Bu, heç də belə deyil. Demək 
başqa bir yer lazımdır ki, onun da adı ruhdur. 
Bir azdan görəcəyik ki, yuxu məsələsi bizi nə  qədər 
ruha aid məsələlərə yaxınlaşdıracaq. Məlum olacaq ki
keçmişdə olduğu kimi bu gün də yuxu məsələsi fəlsəfi, 
hətta təcrübi bir dəlil kimi öz elmi aktuallığını 
itirməmişdir. 
Ruhun müstəqilliyi 
İnsanın daş  və çübüq kimi ruhsuz varlıqlarla fərqli bir 
varlıq olduğunda  şübhəmiz yoxdur. Çünki biz çox 
rahatlıqla hiss edirik ki, bizim cansız varlıqlarla, hətta 
digər canlılarla fərqimiz vardır. Biz başa düşürük, 
təsəvvür edirik, qərar qəbul edirik, iradə sahibiyik, eşq və 
nifrət hiss edirik. Bitki və daşların isə belə hissiyyatı 
yoxdur. Bizimlə onların arasında əsas bir fərq vardır ki, o 
da “insani ruh”-dur. 
Nə materialistlər, nə də başqa bir dəstə heç vaxt ruh və 
psixikanı inkar etməmişlər. Buna görə  də onların hamısı 
psixologiya və psixoanalizm elmlərini müsbət qarşılamış 
və bir elm kimi tanımışlar. 
Ruhun cismlə olan əlaqəsi və və onların bir-birinə olan 
təsirindən söhbət gedirsə, buna “psixika” adını qoyuruq. 
Lakin cismi nəzərə almadan təkcə ruhun hal və 
keyfiyyətindən söhbət gedirsə, o zaman ona sadəcə “ruh” 
deyilir. 
İndi görək materialistlərlə metafizik və ruhani 
filosofların bir-birindən ayrıldığı nöqtə hansıdır.  İlahi və 
ruhani alimlərin  əqidəsi budur ki, insanın cismini təşkil 
edən maddələrdən başqa onun daxilində maddədən 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə