AzərbAycAn 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ



Yüklə 216,78 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix06.05.2018
ölçüsü216,78 Kb.
#42812
  1   2   3   4   5


AzərbAycAn

20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ 

də tam inteqrasiyanı dəstəkləyən siyasətə ehtiyacı var

26 mart 20

14

www.internal-displacement.org



Bu inzibati binada 22 ildir ki yaşayan 12 məcburi köçkün ailəsi qayıtmaq ümidini 

itirmişdir. Zaqatala, Azərbaycan (Foto: IDMC/N. Walicki, may 2013)

Dağlıq Qarabağ üzərində Ermənistan ilə 

münaqişə nəticəsində 90-cı illərdə evlərini 

tərk etmiş 597000 məcburi köçkün üçün qayğı 

və müdafiənin əsas təminatçısı Azərbaycan 

hökuməti qalmaqdadır. Hökumət son 20 il 

ərzində məcburi köçkünlərin problemlərinə 

əhəmiyyətli vəsait sərf etmişdir. Həmçinin, 

məcburi köçkünlük barədə məlumatlılılıq 

artırılmış, məlumat yığılmışdır, məcburi 

köçkünlərin hüquqları barədə məmurlar 

təlimləndirilmiş, köçkünləri müdafiə edən yeni 

qanunlar, siyasət və proqramlar qəbul edilmişdir. 

Bəzi köçkünlərin hüquqları hətta onların yerli 

qonşularından daha üstün şəkildə təmin olunur.

Daha yaxşı yanaşma o olar ki, məcburi 

köçkünlərə ehtiyaclarına əsasən yardım 

göstərilsin və məskunlaşdıqları yerlərdə tam inteqrasiya olunmasına kömək olunsun. Hökumətin hazırki 

siyasəti köçkünlüyün müvəqqəti olması və qayıdışın mümkün olmasına qədər sürəcəyi mövqeyə əsaslanır. 

Məcburi köçkünlərin əksəriyyəti qayıtmaq arzusundadır, lakin münaqişənin sülh yolu ilə həlli perspektivi hələ 

də uzaq olduğuna görə, onları vəziyyəti artıq müvəqqəti sayıla bilməz. Hökumətin qayıdışa üstünlük verməsi 

onu məcburi köçkünlərin qayıdışı gözlədikləri müddətdə hüquqlarının tam bərpası və özünə əminlik və 

inteqrasiyasının təmin edilməsindən çəkindirməməlidir. Həmçinin BMT Təhlükəsizlik Şurasının işğal olunmuş 

ərazilərin azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamənin həyata keçirilməsi üçün əməli tədbirlərin 

görülməsi lazımdır və bunun nəticəsi olaraq işğalın sona çatması məcburi köçkünlərin öz torpaqlarında 

inteqrasiyaya cəlb olunmasını sürətləndirə bilər.

Hökumətin göstərdiyi əhəmiyyətli yardıma baxmayaraq, məcburi köçkünlərin müdafiəsində mövcud olan 

boşluqlara qeyri-adekvat yaşayış şəraiti, çətin dolanışıq, gender əsaslı zorakılıq, ayrı təhsil, uşaqlara qarşı 

ayrıseçkilik və məcburi köçkünlərin onlara aid olan qərarların qəbul edilməsində az iştirak etməsi aiddir. 

Məcburi köçkünlərin sosial-iqtisadi vəziyyəti barədə yenilənmiş və hərtərəfli məlumat bazası olmadığına 

görə, neçə məcburi köçkünün hələ də bu problemlərlə üzləşdiyini dəqiq demək çətindir. 

Məcburi köçkünlər üzrə Azərbaycanın növbəti dövlət proqramı 2015-ci ildən başlanır. Bu, məcburi 

köçkünlərlə məsləhətləşmək, onların ehtiyaclarını qiymətləndirmək və ən çox ehtiyacı olanlara yardımın 

göstərilməsini planlaşdırmaq üçün ideal bir fürsət yaradır. Köçkünlərin vəziyyətinin öyrənilməsi onların 

köçkün düşməsi ilə bağlı olan ehtiyaclarının hələ də nə dərəcədə mövcud olmasını aşkar etmək və 

növbəti dövlət proqramı çərçivəsində yardımın bu ehtiyaclara uyğun planlaşdırılmasına imkan verərdi. 

Bu cür tədqiqatın nəticələri həmçinin dövlət və BMT-nin 2015-ci ildən sonrakı inkişaf proqramlarının 

prioritetləşdirilməsi və həyata keçirilməsi üçün də faydalı olardı.



Xəritə: IDMC

Daha çox xəritələr üçün: www.internal-displacement.org

Xəzər Dənizi

NAXÇIVAN MUXTAR 

RESPUBLIKASI

DAĞLIQ-QARABAĞ 

MUXTAR VILAYƏTI

RUSIYA

GÜRCÜSTAN

ERMƏNISTAN

İRAN

Lənkəran


Gəncə

Laçın


Ağdam

Ağcabədi


Bərdə

Sabirabad

Sumqayıt

Naxçıvan 

Xankəndi

Bakı

0

50000



100000

150000


200000

Hökumət tərəfindən tikilmiş qəsəbələr

Qarışıq yerlər

Qohumlarla

Yataqxanalar

Ictimai binalar

Zəbt olunmuş mənzillər və evlər

Təhsilə aid olan binalar

Beynəlxalq təşkilatlar tərəfindən tikilmiş evlər

Fermalar, torpaq evləri, yol-boyu

Sanatoriyalar, istirahət evləri, turist bazaları

Yarıtikili binalar

Fin evləri

- - - -

Məcburi köçkünlərin sayı

Məcburi köçkünlərin məskunlaşdığı yaşayış yerləri

?

Azərbaycanda məcburi köçkünlük

Mart 2014

75 km


0

Muxtar Respublikanın (MR) Mərkəzi

Muxtar Vilayətin (MV) Mərkəzi

Beynəlxalq sərhəd

Muxtar vilayətin sərhədi

Paytaxt


50000+ MK

100000+ MK

25000+ MK

10000+ MK

Mənbə: Azərbaycan hökuməti, sentyabr 2013; 

             Beynəlxalq Böhran Qrupu, fevral 2012

Mənbə: Azərbaycan hökuməti, sentyabr 2013

Şəhər


MK-in tərk 

etdiyi yerlər

Bu xəritədə göstərilən sərhədlər və adlar IDMC

tərəfindən rəsmi qəbul olunduğunu işarə etmir.



Azərbaycan: 20 ildən artıq keçdikdən sonra, məcburi köçkünlərin hələ də tam inteqrasiyanı dəstəkləyən 

siyasətə ehtiyacı var

26 mart 20

14

3



www.internal-displacement.org

Tarixçə

Münaqişə nəticəsində yaranan köçkünlük

Azərbaycanda məcbüru köçkün problemi ölkənin 

Qərbində, dağlıq və münbit ərazidə yerləşən Dağlıq 

Qarabağ muxtar regionu üzrə Ermənistan ilə 

münaqişənin nəticəsində yaranmışdır. Münaqişənin 

kökləri XX əsrin əvvəllərinə gedib çıxsa da, 

münaqişə 1988-ci ildə Dağlıq Qarabağda millətçi 

meylləri yenidən baş qaldırdıqdan və Yerevandakı 

Sovet hökuməti ərazinin Ermənistana birləşməsinə 

razılıq verdikdən sonra başlandı. Bunun nəticəsi 

olaraq 1988-1991-ci illərdə Ermənistan ərazisindən 

250000 Azərbaycanlı deportasiya olundu. Nəticədə 

Etnik gərginlik gücləndi və hər iki tərəfdən şiddətli 

hücumlara gətirib çıxartdı, 1991-ci ildə iki ölkə 

müstəqillik əldə etdikdən sonra onların arasında 

tam miqyaslı müharibə başlandı. 1992-ci ildə 

Dağlıq Qarabağ heç bir başqa dövlət tərəfindən 

tanınmamış müstəqillik elan etdi. 

1994-cü ildə atəşkəs barədə razılıq hərbi 

əməliyyatlara rəsmi olaraq son qoydu, və o vaxtdan 

bəri Ermənistan Dağlıq Qarabağı və onu əhatə 

edən 7 rayonu bütövlüklə və ya qismən nəzarət 

altında saxlayır. Atəşkəs əldə olunana qədər, 

təxminən 700000 nəfər Azərbaycanda, 30000 

nəfər isə Dağlıq Qarabağın özündə köçkün düşdü 

(NRC, 30 aprel 2008, IDMC-nin arxivində; 

ICG



11 oktyabr 2005). Münaqişə indiyə kimi öz həllini 



tapmayıb və sülh danışıqlarında 2011-ci ildən 

bəri irəliləyiş yoxdur (

de Waal

, 22 yanvar 2014). 



Məcburi köçkünlər işğal barədə milli tarixçənin əsas 

hissəsinə çevrilmişdir ki, onlar ərazini tərk etməyə 

məcbur edilmişlər və qayıtmaq hüquqları əllərindən 

alınmış kimi təqdim olunur (

Wistrand

, fevral 2013; 

European University Institute

, 2013).


Azərbaycan ilə Ermənistan arasındakı münaqişə 

çox vaxt dondurulmuş kimi təsvir olunsa da, əslində 

o cəbhə xətti boyunca davam edir. 1994-cü ildə 

atəşkəs razılığı vasitəsilə müəyyən olunmuş 260 

kilometrlik təmas xəttiinin hər iki tərəfində 20000-

dən artıq hərbçi yerləşdirilib ki, bu da onu çox 

güman ki Avropanın ən hərbləşdirilmiş zonasına 

çevirir (de Waal, 2013; 

Saferworld and Conciliation 

Resources

, may 2012). Atışmalar müntəzəm olaraq 

baş verir, və vasitəçilik səylərinin dalana dirəndiyi 

və hər iki tərəfin sürətlə silahlandığı bir şəraitdə 

onlar daha da güclənir və geniş yer alır (

ICG

, 26 


sentyabr 2013; 

Conciliation Resources

, 20 oktyabr 

2013). Təmas xəttinə nə sülhməramlı qüvvələr, nə 

də beynəlxalq qüvvələr nəzarət edir, lakin ATƏT-in 

beynəlxalq müşahidəçiləri ayda iki dəfə monitorinq 

aparır. 

Təbii təhlükələr nəticəsində yaranan köçkünlük 

Azərbaycan həmçinin su daşqını və zəlzələ, daha 

az dərəcədə quraqlıq, torpaq sürüşməsi, qar uçqunu 

və sel kimi təbii fəlakətlərə məruz qalır ki, bunlar da 

köçkünlüyə səbəb ola bilər (

UNICEF və UNISDR

dekabr 2011, səh. 47; 



IFRC

, 31 iyul 2013; 

Oxu.az



5 iyul 2013; 



Day.az

, 3 iyul 2013; 

Zoi Environment 

Network


, 2011). Azərbaycan rəsmiləri təsdiq edir 

ki, ölkənin 9,5 milyon əhalisinin təxminən 50% 

zəlzələyə məruz qalan ərazidə yaşayır (

Trend


, 18 

iyun 2012). Dünyanın ən iri təbii qapalı su hövzəsi 

olan Xəzər dənizinin səviyyəsinin qalxıb-enməsi 

mövsumi yağıntı miqdarlarının dəyişməsinə və 

torpaq sürüşmələri, qar uçqunları, çay daşqınları 

və sellərin yaranmasına səbəb ola bilər ki, bu da 

hazırlıq görülmədiyi halda fəlakət və köçkünlüyə 

gətirib çıxarda bilər (

UNISDR və Dünya Bankı 

2009, səh. 30). 



Ən son təbii fəlakətlər 2012 və 2010-cu illərdə baş 

vermişdir. Şimal-qərbi Azərbaycanda 2012-ci ildə 

baş vermiş zəlzələ nəticəsində 7000-dən artıq 

ev dağılmış və ya zədələnmişdir ki, nəticədə eyni 

sayda ailə çadır və digər sığınacaqlara evakuasiya 

olundu (


IFRC,

 23 may 2012; 

IFRC

, 22 dekabr 



2012). 2010-cu ildə güclü yağışlar Azərbaycanın 

mərkəzi və cənubi zonalarda Kür ətrafında 40 

rayonda daşqına səbəb oldu və Sabirabad 

rayonunda 24 000 nəfərə, cəmi isə 70 000 nəfərə 

ziyan dəydi. 20 000-dən çox evi su basdı, onlardan 

2 300 təmir olunmaz vəziyyətə düşdü, 60 000 ha 

kənd təsərrüfatı torpağı su altında qaldı (

CRED


may 2012, 

IFRC

, dekabr 2010). Bu fəlakətlər 



Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün 


Yüklə 216,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə