Mövzu: Topdan və pərakəndə mal satışında kommersiya işi



Yüklə 229,17 Kb.
tarix29.03.2018
ölçüsü229,17 Kb.
#35450

Mövzu: Topdan və pərakəndə mal satışında kommersiya işi.


Plan:
Giriş
1.Topdan və pərakəndə mal satışında kommersiya işinin mahiyyəti,əsas xüsusiyyətləri.
2.Respublika əmtəə bazarlarında topdan və pərakəndə ticarətin təşkilində kommersiya fəaliyyətinin müasir vəziyyəti.
3. Aeroport yarmarkası 483 nömrəli topdan və pərakəndə mağazasında (xırda anbar mağazası) mal satışı üzrə kommersiya işinin təşkili.


Nəticə və təkliflər.
Ədəbiyyat siyahısı.

Giriş

Ölkəmizdə əhalinin istehlak mallarına olan tələbinin ödənilməsi üçün ticarət şəbəkələri, o cümlədən topdan və pərakəndə satış müəssisələri yaradılmışdır. Əhalinin fasiləsiz olaraq mallarla təmin olunmasında topdan və pərakəndə ticarət şəbəkələrinin rolu və əhəmiyyəti əvəzedilməzdir. Məlumdur ki, ticarət yalnız xalq istehlakı mallarının əhaliyə çatdırılmasında iştirak etmir, eyni zamanda ticarət fəaliyyətinin nəticəsi xalq təsərrüfatında əmək məhsuldarlığının yüksəldilməsinə, adamların əhval-ruhiyyəsinə, sağlam mənəvi mühitə, cəmiyyət üzvlərinin asudə vaxtlarının artmasına və şəxsiyyətin hərtərəfli inkişafına şərait yaradır. Ticarətin qarşısında duran əsas məqsədlərdən biri topdan və pərakəndə ticarət şəbəkələrini genişləndirmək, iri ticarət müəssisələrinin sayını artırmaqdan ibarətdir. Bizim pərakəndə satış haqqında müəyyən təsəvvürümüz vardır. Belə ki, bizə hər gün pərakəndə satıcılar tərəfindən müxtəlif formada xidmətlər göstərilir. Lakin topdan satıcıların fəaliyyətinin görünməyən hissəsi haqqında az məlumatımız var. Bəzən topdan satışın rolunun əhəmiyyətsiz olduğunu qeyd edirlər. Deyirlər ki, nə üçün topdan satıcılardan istifadə olunur? Nə üçün təchizatçılar öz mallarını birbaşa pərakəndə ticarət müəssisələrinə və müştərilərə deyil, məhz topdan satıcıya satırlar? Məhz bu suallara cavab tapmaqla biz topdan ticarətin mahiyyətini və əhəmiyyətini bilərik. Bu baxımdan mövzu çox aktualdır.

“Topdan və pərakəndə mal satışında kommersiya işi” mövzusunu yazmaqda əsas məqsəd aşağıdakılardan ibarətdir:

- topdan və pərakəndə mal satışında kommersiya işinin mahiyyətinin,məzmununun

və rolunun nədən ibarət olduğu haqqında,

- topdan mal satışının metod və formaları haqqında,

- topdan və pərakəndə satış ticarətinin son dövrlərdə Respublikamızda inkişaf xüsusiyyətləri haqqında,

- bazarların mal təchizində topdan ticarətin rolu haqqında,

- pərakəndə mal satışı və onun metodları haqqında geniş şərh verməkdir.

Həmçinin bu kurs işində ölkəmizdə yerləşən topdan və pərakəndə ticarət müəssisələrinin müasir vəziyyəti və göstəriciləri haqqında təhlili göstəriləcək.

.


1. Topdan və pərakəndə mal satışında kommersiya işinin mahiyyəti,əsas xüsusiyyətləri.

Kommersiya fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün topdan və pərakəndə satışın öyrənilməsi və tədqiqi olduqca böyük əhəmiyyətə malikdir. Belə ki, kommersiya fəaliyyətinin əsasını satış təşkil edir. Topdan və pərakəndə satışın ayrı-ayrılıqda öyrənilməsi zəruri və kafi şərtdir.

Topdansatış ümumi mal dövriyyəsində nəzərəçarpacaq üstünlüyə malik olduğu üçün ilk öncə onun tədqiqi ilə məşğul olmaq lazımdır.Topdan mal satışı mal tədavülü prosesinin tərkib hissəsi olmaqla yanaşı,istehsalla ticarət və sair təsərrüfat sahələrinin müəssisələri arasında iqtisadi əlaqələr formasıdır. Bu mal satışı növü mal istehsalı sferasının başlanğıc mərhələsini və təsərrüfatlararası vəsilələri təşkil edir. Bazarlarda məhsullar heç də həmişə birbaşa,yəni istehsalçıdan istehlakçıya çatdırılmır.Onların əsas hissəsi iri partiyalarla aralıq ticarət vəsilələrinə,oradan da ticarət vasitəçilərinin iştirakı ilə son istehlakçılara çatdırılır.

Həmin aralıq vəsilələr vasitəçi kimi çıxış edən və ticarət-təsərrüfat vahidi olan topdansatış təşkilatı və ya müəssisəsidir.Beləliklə,tədavül dairəsində firmalar və müəssisələr arasında ayrı-ayrı,yaxud iri partiyalarla mal satınalmaq və mal satmaq üzrə vasitəçilik əməliyyarlarına topdan mal satışı(ticarəti) deyilir.Nəticə etibarı ilə malların tədavül prosesi topdansatış ticarəti ilə başlanır,son istehlakçıya çatdırılması qaydasıyla tamamlanır.Tədavül dairəsində topdansatış ticarətini zəruri edən başlıca şərtlər aşağıdakılardır:

a)bir tərəfdən şəxsi istehlak malları istehsal edən müəssisələrin iriləşməsi və dar ixtisaslaşması,digər tərəfdən isə pərakəndə satış ticarəti şəbəkəsində iriləşmə və dar ixtisaslaşma prosesinin çox ləng getməsi

b)istehsal vasitələri üzrə satıcı (istehsalçı) ilə son istehlakçı arasında çox hallarda vasitəçiliyin olması zəruriliyidir.

Topdan mal satışının rolu və əhəmiyyəti onun başlıca vəzifəsini yerinə yetirmək üçün həyata keçirdiyi bir sıra təsərrüfat funksiyaları ilə xarakterizə edilir. Bu funksiyalar aşağıdakı kimi qruplaşdırılır:

a)istehsala təsir göstərmək;

b)ticarət çeşidini kompleksləşdirmək və pərakəndə satış şəbəkəsini təchiz etmək;

c)dövlət və təsərrüfat məqsədləri üçün mal ehtiyatlarını bir yerə toplayıb saxlanmasını təmin etmək;

Topdansatış ticarəti istehsaldan, xüsusilə sənayenin ölkə boyu səpələnmiş müəssisələrindən alınıb topladığı malları istehsal çeşidindən ticarət çeşidinə çevirməklə, mal təchizatı sahəsində pərakəndə satış şəbəkəsi üçün əlverişli şərait yaradır.

Əmtəələrin topdan satışı üzrə kommersiya fəaliyyətinin mahiyyəti aşağıdakı əsas əməliyyatların yerinə yetirilməsindən ibarətdir.



  • Əmtəələrin topdanalıcılarının tapılması(satış bazarının müəyyənləşdirilməsi)

  • Əmtəələrin alıcıları ilə təsərrüfat əlaqələrinin yaradılması

  • Əmtəələrin topdan satış metodlarının seçilməsi

  • Topdan müəssisələr tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili

  • Əmtəə alıcıları ilə müqavilələrin yerinə yetirilməsi uçotunun təşkili

- Topdan müəssisələrin reklam-informasiya ilə təmini.

Əmtəələrin topdan alışı üzrə kommersiya işinin təşkili :

Əmtəələrin topdan alıcıların tapılması öz məqsədli bazarını müəyyənləşdirərkən artıq nəzərdə tutulur. Buna isə bölgənin mövcud məhsula olan tələb və təklifinin , rəqabət şəraitinin, əmtəənin rəqabət qabiliyyətliliyi səviyyəsini ( marka, satışdan sonra xidmətin keyfiyyəti, qiymət və s. ) , satış bölgəsini ( rayonunu, zonasını ) müəyyən etdikdən sonra bazarı seqmentləşdirərək ən əlverişli seqmenti seçmək lazımdır. Bu zaman, ilk əvvəl bazarın yalnız bir seqmentində fəaliyyət göstərmək daha məqsədəuyğundur. ( belə olduqda topdan firmanın şansları daha yüksək olur) Seqment seçimindən sonra öz əmtəənizin bu bazarda mövqelərini dəqiqləşdirmək lazımdır.

Əmtəələrin alıcıları ilə təsərrüfat əlaqələrinin yaradılması:

Təsərrüfat əlaqələrinin ən yaxşı forması əmtəə alqı-satqısı üzrə müqavilələrdir.

Sabit-qarşılıqlı münasibətlər şəraitində müqavilə münasibətləri təsərrüfat əlaqələrinin ən optimal forması hesab olunur.

Əmtəələrin topdan satış metodlarının seçilməsi:

Bazarda nəzərdə tutulan mövqenin müəyənləşdirilməsi malgöndərən firmanın yüksək mənfəət əldə etməsini və satışının arzuolunan həcmdə olmasını təmin etməlidir. Əmtəələrin topdan satışı pərakəndə satışdan fərqli olaraq əmtəələrin topdan alıcılara reallaşmasını nəzərdə tutur. Belə satışının nəticəsi topdan mal dövriyyəsinin müəyyən məbləğində öz əksini tapır. Topdan mal dövriyyəsi isə topdan müəssisənin ( firmanın fəaliyyətinin) əsas göstəricilərindən biridir.

Əmtəələrin topdan satışı iki formada həyata keçirilə bilər : tranzit və anbar.

Əgər mallar respublikalararası və sistemdaxili dövriyyədə qeyri-bazar istehlakçılarına göndərilərsə,bu zaman bir qayda olaraq,malların tranzit qaydada daşınması nəzərdə tutulur.Topdan ticarət təşkilat və müəssisələri tranzit formada mal satışını təşkil etməklə malların vaxtında və lazım olan miqdarda, çeşid və keyfiyyətdə göndərilməsi üçün pərakəndə ticarət təşkilatları və ya müəssisələri, həmçinin digər malalanlar qarşısında məsuliyyət daşıyır. Tranzit formada mal satışı dedikdə ,malların topdan ticarət bazasının anbarına daxil olmadan istehsal müəssisəsindən pərakəndə ticarət müəssisələrinə daxil olması nəzərdə tutulur. Tranzit formada mal satışı özünün bəzi müsbət cəhətləri ilə fərqlənir.Məsələn,malların tranzit formada satışı onların istehsal müəssisələrindən pərakəndə ticarətə hərəkətini sürətləndirir, vaxta qənaət edir,nəqliyyat-ekspedisiya əməliyyatlarının həcmini azaldır, topdan ticarətdə anbarlara olan tələbi aşağı salır və s. Bu cəhətləri nəzərə alaraq tranzit formanın tətbiq edildiyi ilk dövrlərdə ona müəyyən üstünlük verilib.Lakin tranzit formada mal satışının bəzi çatışmayan cəhətləri də vardır.Belə ki, topdan mal satışında tranzit formaya üstünlük verilməsi pərakəndə ticarətdə mal çeşidinin formalaşması prinsiplərinin pozulmasına,bu vəsilədə normativdən artıq mal ehtiyatlarının toplanmasına,pərakəndə ticarət müəssisələrində malların hərəkətinin ləngiməsinə,mal itkilərinin və saxlama xərclərinin müəyyən nisbətdə artmasına səbəb olur və s.

Hər bir topdan ticarət bazasının ticarət şöbəsi tranzit formada mal satışını təşkil edən zaman qabaqcadan,yəni müqavilə bağlanan zaman malalanlarla (pərakəndə ticarət təşkilat və ya müəssisələri ilə) və malverənlərlə (xüsusi istehsal müəssisələri ilə) göndəriləcək mal çeşidləri barədə razılığa gəlməlidir.Bu razılaşma sonradan malların tranzit qaydada göndərilməsinə dair naryad yazılması üçün əsas sayılır.Belə ki, naryad malverənlə bağlanmış müqavilə əsasında tərtib edilərək malverənə ,surəti isə bazanın mal alnı hesab olunan pərakəndə ticarət təşkilatlarına ,yaxud müəssisələrinə göndərilir.Naryad iki formada olur:məlumat və faktura.Məlumat hissəsində malalanın və malverənin bütün şərtləri və sərəncam göstərişləri ,yəni naryadı verən bazanın adı,naryadın hansı əsas üzrə verilməsi,malgöndərənin və malalanın adı,malların göndərildiyi və qəbul edildiyi dəmiryol stansiyası, tədiyyəçinin adıvə ünvanı, bankda hesablaşma hesabı , naryadı ödəmə müddəti, göndərmə üsulu, hesablaşma şərtləri və s. qeyd edilir. Faktura hissəsində malın adı, sayı, miqdarı,qiyməti , məbləği və s. göstərilir.

Topdan mal satışında malverənlərlə və malalanlarla hesablaşmanın xarakterindən asılı olaraq, tranzit mal satışı iki formada həyata keçirilir:

1)hesablaşmada iştirak etməklə və ya vəsait qoymaqla tranzit satış. Buna sabit tranzit satışı da deyilir.

2) hesablaşmada iştirak etmədən və ya vəsait qoymadan tranzit satış. Bu, təşkil edilmiş tranzit satış da adlanır.

Hesablaşmada iştirak etməklə və ya vəsait qoymaqla möhkəm tranzit satışda mallar pərakəndə ticarətə topdan ticarət bazasının naryadları üzrə istehsal müəssisələrindən və ya ayrı-ayrı malverənlərdən daxil olur. Bu halda topdan ticarət alınmış malın dəyərini malverənlərə özü ödəyir və alıcı ilə həmin mallar üzrə hesablaşma aparmaqla ticarət güzəştinin müəyyən hissəsinin öz xeyrinə götürür.

Hesablaşmada iştirak etməklə və ya vəsait qoymaqla tranzit formada mal satışı topdan bazanın tranzit dövriyyəsində nisbətən azlıq təşkil edir.Bu formada mal satışı əsasən sistemdaxili dövriyyədə tətbiq edilir.

Hesablaşmada iştirak etmədən və ya vəsait təşkil olunmuş tranzit formada mal satışında mallar pərakəndə ticarətə topdan ticarət bazasının naryadları əsasında malverənlərdən, xüsusilə, istehsal müəssisələrindən çatdırılır. Bu zaman topdan ticarət bazası malların dəyərinin malverənlərə ödənilməsi prosesində iştirak etmir. Topdan baza tərəflər arasında qarşılıqlı əlaqə yaratmaqla malların istehsaldan pərakəndə ticarətə çatdırılması işini təşkil edir. Bundan başqa təşkil edilmiş tranzit satışda topdan baza malverənlərlə pərakəndə ticarət arasında təsərrüfat əlaqəsi yaratmaqla onların operativ ticarət fəaliyyətini tənzimləyir.

Bazarların topdan mal dövriyyəsində anbar mal dövriyyəsi daha genişdir. Topdan mal satışının anbar forması dedikdə, ərzaq mallarının malverənlərdən, topdan ticarətin anbarlarından keçməklə pərakəndə ticarətə çatdırılması nəzərdə tutulur. Anbar formasında topdan mal satışında tranzit formadan fərqli olaraq, bu vəsilədə malların pərakəndə ticarətə hazır vəziyyətdə çatdırılması ilə əlaqədar bəzi ticarət-texnoloji proseslər yerinə yetirilir. Bu proseslərə malların növlərə ayrılması, markalanması, çeşidlənməsi, pərakəndə ticarətin tələbinə uyğun olaraq qruplaşdırılması və s. aiddir.

Topdan mal satışı prosesində anbar formasının mövcud olması bir sıra obyektiv amillərlə əlaqədardır. Bu amillərə istehsalın sürətli inkişafı, onun mal çeşidləri istehsalı üzrə dar ixtisaslaşması, istehsal müəssisələrinin ayrı-ayrı iqtisadi rayonlarda yerləşməsi, bəzi ərzaq məhsullarının istehsalı ilə istehlakının uyğun olmaması, pərakəndə ticarətdə iriləşmənin və dar ixtisaslaşmanın çox ləng getməsi və s. aiddir.Topdan ticarət müəssisəsi və onun anbarları pərakəndə ticarətlə istehsal müəssisələri arasında əlaqələndirici vəsilə olmaqla, ayrı-ayrı istehsal müəssisələrində istehsal edilən müxtəlif təyinatlı xalq istehlakı mallarını öz əlində cəmləşdirərək geniş çeşiddə normal mal ehtiyatı yaradır ki, bu da topdan ticarətin fəaliyyət göstərdiyi iqtisadi rayonda pərakəndə ticarətin fasiləsiz surətdə malla təchiz olunması üçün zəmin yaradır. Bu cəhətlər nəzərə alınaraq son illər pərakəndə ticarətin malla təchiz edilməsində anbar formasına müəyyən dərəcədə üstünlük verilmiş və bu prosesin təşkili üçün müəyyən tədbirlər keçirilmişdir. Anbar formasında topdan mal satışı pərakəndə ticarətlə topdan ticarət arsında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq həyata keçirilir.

Tədqiqatlar göstərir ki, hazırda dövlət ticarəti sistemində anbar formasının tətbiqi ilə topdan satışdamallar bir və ya iki vəsilə keçdikdən sonra istehsal müəssisələrindən pərakəndə ticarət müəssisələrinə mağazalara çatdırılır:




istehsal müəssisəsi






Topdan ticarət bazasının anbarı





mağaza

Malların bir və ya bir neçə vəsilədən keçməklə mağazalara çatdırılması, ilk növbədə həmin mağazaların anbarlara yaxın və ya uzaq olması ilə əlaqədardır. Hazırda anbar formasında mal satışının müxtəlif üsulları var:


  • alıcılar tərəfindən əmtəələrin şəxsi seçimi yolu ilə ;

  • yazılı, telefon, teleqraf, teletayp, telefaks sifarişləri ilə ;

  • maldaşıyan əmtəəşünaslar ( ekspeditorlar, kommivoyajerlər ) vasitəsilə və əmtəə nümunələrin nümayiş etdirilməsi yolu ilə.

  • Avtoanbarlar vasitəsilə

  • Poçt baratlarının köməyi ilə ;

Əmtəə satışının şəxsi seçim vasitəsi ilə aparılması,adətən mürəkkəb çeşidli məmulatlar üzrə həyata keçirilir.Bu satış üsulu yeni və alıcalara az məlum olan mallar üçün tətbiq edilir.Bu cür satış zamanı alıcı malları həm nümunələr üzrə, həm də özünün tələbinə uyğun olaraq seçib ala bilir.

Yazılı, telefon, teleqraf, teletayp, telefaks sifarişləri ilə malların satışı zamanı alıcı iştirak etmir, alıcı vaxt və vəsait sərfinə qənaət edir, bu yolla mal satışı operativ xaraketer daşıyır. Əmtəə nümunələri zalı – müasir bazarın kommersiya mərkəzi hesab olunur. Burada əsas əmtəə satışının təşkili ilə əlaqədar olan əsas işlər cəmlənmişdir : anbarlarda olan əmtəə nümunələri ilə alıcıları tanış etmək, yeni əmtəələrlə tanışlığın təşkili, satış üçün müvafiq sənədlərin tərtib olunması və əmtəələrin operativ uçotunun aparılması.Burada əmtəəşünaslar üçün təşkilati- texniki cəhətdən müvafiq surətdə təmin olunmuş iş yerləri ayrılır.

Bazar münasibətləri şəraitində topdan firmalar öz xüsusi mağazaları, anbarları vasitəsilə və ya avtomağazalardan istifadə etməklə əmtəələrin əhaliyə pərakəndə satışını da həyata keçirirlər. Bu hallarda topdan müəssisələr faktiki olaraq topdan – pərakəndə firmalara və ya ticarət evlərinə çevrilir.
Topdan ticarət müəssisələri tərəfindən müştərilərə xidmətlər göstərilməsinin təşkili : Bazar münasibətləri şəraitində yalnız əmtəə satışı topdan müəssisələrin əsas funksiyası kimi nəzərdən keçirilə bilməz. Topdan ticarətin səmərəliliyi topdan müəssisələrin öz müştərilərinə - əmtəə alıcılarına və malgöndərənlərə göstərdiyi xidmətlərin keyfiyyəti və kəmiyyəti ilə xarakterizə olunur.

Topdan müəssisələr alıcı-müştərilərə aşağıdakı xidmətləri göstərməlidirlər.



  • Tələb və təklifin qiymətləndirilməsi

  • İstehsal çeşidinin ticarət çeşidinə çevrilməsi ( markalanma, qablaşdırma, sortlaşdırma, çəki qablaşdırılması və s. )

  • Əmtəə ehtiyatlarının saxlanılması

  • Alışın kreditləşdirilməsi

  • Əmtəə kütləsinin cəmləşdirilməsi ( təmərküzləşməsi )

  • İnformasiya və konsaltinq xidməti və s.

Malgöndərən – müştərilərə münasibətdə topdan ticarətin xidmətləri bunlardan ibarətdir.

  • Kommersiya fəaliyyətinin mərkəzləşdirilməsi

  • Əmtəəyə mülkiyyət hüququnun ötürülməsi prosesinin dəstəklənməsi

  • Əmtəə hərəkəti prosesinin investisiya təminatı

  • Kredit ( kommersiya ) riskinin minimuma endirilməsi

  • Marketinq xidməti

Beləliklə topdan müəssisələrin gəlirləri əmtəələrin satışından – ticarət əlavələrindən və topdan ticarət xidmətlərinin haqqından ibarətdir.

Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işinin təşkili :

Pərakəndə satışa malların və xidmətlərin son istehlakçılara qeyri-kommersiya məqsədli şəxsi istifadəsi üçün birbaşa satışı ilə bağlı istənilən fəaliyyət aiddir.Bir çox qurumlar,istehsalçılar, topdan və pərakəndə satıcılar da pərakəndə satışla məşğul olurlar. Pərakəndə satış pərakəndə satış dükanları tərəfindən həyata keçirilir.Əmtəələrin pərakəndə satışı üzrə kommersiya işi aşağıdakı mərhələlərdən ibarətdir :

- mağazada satılan əmtəələrə alıcı tələbinin öyrənilməsi və proqnozlaş-sı



  • mağazalarda əmtəələrin optimal çeşidinin formalaşdırılması

  • pərakəndə ticarət müəssisələrinin reklam – informasiya fəaliyyəti

  • əmtəələrin pərakəndə satışının daha səmərəli metodlarının seçilməsi

  • alıcılara əlavə ticarət xidmətləri göstərilməsinin təşkili

Pərakəndə ticarət müəssisələri pərakəndə ticarətin özünəməxsus xüsusi spesifik üsul və metodlarını tətbiq etməklə əmtəələrin bilavasitə əhaliyə, yəni fiziki şəxslərə satırlar. Pərakəndə satışda əmtəələrin satışının aşağıdakı metodları tətbiq olunur:

  • Özünə xidmət : mütərəqqi metodlarla mal satışının əsas metodudur. Mal satışının bu metodunda alıcı ticarət zalında satışa qoyulmuş bütün mallara sərbəst yanaşır.Mağazanın işçi heyətinin köməyinə müraciət etmədən müstəqil olaraq mal seçilir, mağazanın çıxışında qoyulmuş hesablaşma qovşağında seçdiyi malın dəyərini ödəyir. Özünə xidmət pərakəndə ticarət müəssisələri pullarına qənaət etmək üçün “yerini tap-müqayisə et-seç” prosesi arzusunda olan müştərilərə bu metodla xidmət göstərir. Özünə xidmətdə satış prosesinə aşağıdakı əməliyyatlar daxildir:

1.Satılan əmtəələr,xidmətlər haqqında məlumatın təqdim olunması

2.Əmtəələrin seçilməsi üzrə alıcıya inventar zəmbilinin verilməsi

3.Əmtəələrin sərbəst şəkildə alıcı tərəfindən seçilməsi və hesablaşmaq üçün kassaya göndərilməsi

4.Seçilmiş əmtəələrin dəyərinin hesablanması və çekin alınması

5.Çek əsasında pulun ödənilməsi.


  • Ənənəvi metod vasitəsilə mallar satıcı tərəfindən alıcıya təqdim olunur, satıcının iş yeri alıcıdan piştaxta ilə ayrılır və hesablaşma satıcı tərəfindən aparılır.

  • Pərakəndə mal satışının xüsusi formaları – kreditlə mal satışı, komission qaydada mal satışı, ucuzlaşdırılmış mal satışı.

  • Malların açıq nümayişi və alıcıların əmtəələri sərbəst seçmək yolu ilə satış vaxtı alıcılar nümayiş zallarında olan əmtəələrə nəzər yetirərək və satıcıların məsləhəti ilə azad seçim edir. Əmtəələri piştaxtaların üzərinə, sentlərin üzərinə düzürlər və ya asılqandan asırlar.Satışın bu metodunda satıcının funksiyasına alıcıya məsləhət vermək,əmtəə seçimində ona kömək etmək,çəkmək,bükmək və alıcıya təqdim etmək daxildir.

  • Nümunələrlə satış:bu əmtəə nümunələrinin ticarət zalında nümayiş etdirilməsini və alıcıların onlarla müstəqil surətdə tanış olmasını nəzərdə tutur.Əmtəələr seçildikdən sonra alıcı onun haqqını ödəyir,satıcı nümunələrə uyğun əmtəələri alıcıya təqdim edir. Bu üsulda ehtiyatlar nümunələrdən ayrılıqda yerləşdirilir.

  • Əvvəlcədən verilmiş sifarişlər üzrə satış zamanı müəyyən müqavilələr və ya müqaviləsiz müəyyən həcmdə və müəyyən qiymətlə həyata keçirilən alqı-satqı metodu nəzərdə tutulur.Alıcı özünə lazım olan malı mağazanın sifariş qəbulu məntəqələrinə əvvəlcədən sifariş verir.Sifariş olunan mal müəyyən olunan vaxtda ya sifarişçinin evinə göndərilir, ya da sifarişçinin özünə verilir.Sifarişçi malın dəyərini ya əvvəlcədən, ya da malı alarkən verə bilər.Sifarişlərlə mal satışı mal dövriyyəsini artırmağa və əmək ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir.

Mağazalarda malların alınması, alıcılara mədəni-məişət xidməti göstərilməsi ilə əlaqədar olan xidmətlərə əlavə xidmət formaları deyilir. Əlavə xidmət iki qrupa bölünür:

1.Əlavə ticarət xidməti formaları

2.Əlavə mədəni-məişət xidməti formaları

Əlavə mədəni-məişət xidməti göstərilməsinə alınmış malların göstərilən ünvana daşınması, mal qablaşdırma stollarının təşkili və s. əlavə xidmətlər daxildir.Göstərilən xidmətin dəyərinin ödənilməsinə görə əlavə xidmətlər iki qrupa bölünür:Pullu əlavə xidmət və pulsuz əlavə xidmət formalarına.

Əlavə xidmət formaları mal satışı prosesini təkmilləşdirməyə, mağazalara alıcı axınını artırmağa,mağazaların pərakəndə mal dövriyyəsi planını yerinə yetirməyə,ticarət mədəniyyətini yüksəltməyə imkan verir. Əhaliyə göstərilən ticarət xidmətlərin geniş yığım mağazalara daha çox alıcıların cəlb olunmasına və əldə edilən gəlirlərin artırılmasına imkan verir.

Ümumiyyətlə kommersiya fəaliyyətinin inkişaf etdirilməsində topdan və pərakəndə ticarətin və onlar tərkib elementlərinin nəzərdən keçirilməsi bazar iqtisadiyyatı dövründə mənfəət artırılması və təkmilləşmək baxımdan məqsədəuyğundur.



2. Respublika əmtəə bazarlarında topdan və pərakəndə ticarətin təşkilində kommersiya fəaliyyətinin müasir vəziyyəti.
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası zamanı kommersiya fəaliyyətinin inkişafı üçün iqtisadiyyatın müxtəlif sektorlarında yeni bazar strukturlarının formalaşması üçün islahatlar aparmağı özünə borc bilmişdir. Belə ki, Azərbaycanda istehsalın daha da dərinləşməsi dövlətin iqtisadi siyasətində mühüm yer tutur. İndi ölkədə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın strukturunda köklü dəyişikliklər baş verir, yeni təsərrüfat strukturuna uyğun iqtisadii strukturlar, təsisatlar və iqtisadi münasibətlər formalaşır. Belə ki, 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən kiçik müəssisələr və kooperativlərin sayı və fəaliyyət dairəsi xeyli güclənmişdir. Respublikamızda kiçik və orta sahibkarlığa dövlət proqramının qəbulu kommersiya fəaliyyətinin inkişafına təkan vermişdir. (1997-2000). 1995-ci illə müqayisədə 1998-ci ildə bu sektorda çalışanların sayı 92%, 1999-cu ildə isə 41% artmışdır. 1999-cu ildə işçilərin orta aylıq əmək haqqı 150.3 min manat, o cümlədən sənayedə 145.6 min manat, tikintidə 274.9 min manat, nəqliyyat, anbar təsərrüfatı və rabitədə 207.2 min manat olmuşdur. Həmçinin ölkəmizdə fəaliyyət göstərən pərakəndə ticarət müəssisələrinin sayı və tərkib strukturunda da əhəmiyyətli dəyişikliklər baş vermişdir. Belə ki,ən son yəni, 2007-cı ilin yanvarının 1-nə olan məlumata əsasən hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı 147552, iri və orta müəssisələrin sayı 2698, əşya, ərzaq, qarışıq mallar bazarlarında və yarmarkalarda ticarət yerlərinin sayı 161,bazarlarda,yarmarkalarda ticarət yerlərinin sayı 64310 olmuşdur.( Aşağıdakı Cədvəl 1-ə nəzər salaq )

Cədvəl 1 : Pərakəndə ticarət müəssisələri


 

2001

2002

2003

2004

2005

2006

2007

Pərakəndə ticarət müəssisələrinin sayı -cəmi

20763

22390

23431

24120

26445

28752

30817

onlardan:

iri və orta müəssisələr

554

457

337

278

1828

2865

2698

Əşya, ərzaq və qarışıq mallar yarmarkalarının və bazarların sayı

201

194

190

185

185

176

161

Bazarlarda, yarmarkalarda ticarət yerlərinin sayı

43406

53500

57270

66636

67090

67260

64310

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin sayı

65960

85689

108540

120756

123497

144013

147552

2000-2006 ci illərdə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində: mülkiyyət formasına görə qeyri-dövlət mülkiyyət forması üzrə 5705.8 milyon manat olmuş ( 2005 ), pərakəndə ticarətin həcmi 5654.1 milyon manat, adambaşına düşən əmtəə dövriyyəsi isə 688.7 milyon manat olmuşdur. (Aşağıda kı Cədvəl 2-ə nəzər salmaqla bu göstəriciləri aydın görmək olar)




Cədvəl 2 : Pərakəndə əmtəə dövriyyəsinin əsas göstəriciləri ( milyon manatla )


Göstəricilər

2000

2001

2002

2003

2004

2005

2006

Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi

2119.9

2375.5

2688.5

3062

3729.9

4622.2

5760.3

o cümlədən:

pərakəndə ticarət

2101.5

2355

2663.7

3028.3

3677

4548.2

5654.1

iaşə

18.4

20.5

24.8

33.7

52.9

74

106.2

Adambaşına düşən əmtəə dövriyyəsi, manatla

267.4

297.3

333.9

377.4

455.6

558.8

688.7

Pərakəndə əmtəə dövriyyəsinin mülkiyyət formaları üzrə həcmi:

dövlət mülkiyyəti

36.5

37.4

39.4

41.2

47.1

51

54.5

qeyri-dövlət mülkiyyəti

2083.4

2338.1

2649.1

3020.8

3682.8

4571.2

5705.8

Azərbaycan ticari inkişafından, onun sahələri arasındakı inkişaf tempindən olan mövzumuzun yekununda qeyd etmək lazımdır ki, 1994-2006 cı illərdə dövlətimizin qəbul etdiyi və həyata keçirdiyi iqtisadi islahatlar bu göstəricilərin və inkişafın əldə olunmasına bariz təsirini göstərmişdir. Bazar münasibətləri şəraitində Azərbaycanda pərakəndə ticarət inkişaf etmiş bazar iqtisadiyyaıtı ölkələrinin təcrübəsinə istinad edir, belə ki, bu ölkələrdə böyük insan resursları cəmlənmiş, bu sahəyə geniş həcmdə maliyyə vasitələri cəlb olunur, elm və texnikanın son nailiyyətləri geniş geniş tətbiq olunur. Satışdan sonrakı xidmət genişlənir və təkminləşir. Xidmətin bu növünün payına ticarət formasının dövriyyəsinin 5 % - ə qədəri düşür. Texniki cəhətdən mürəkkəb məhsullara satışdan sonra xidmət göstərilməsi üzrə ixtisaslaşmış firmaların yaradılması geniş vüsət almışdır. Pərakəndə satış ticarət şəbəkəsi müəssisələrinin 80%-dən çoxu ki-çik və orta müəssisələrdir.Həm də bu müəssisələrin əksəriyyəti geniş çeşidli mallarla ticarət edir . Qarışıq və geniş çeşidli mallarla ticarət edən on minlərlə xırda müəssisələrin hər biri alıcıların tələbin uyğun mallarla özünü təchiz etmək məqsədilə,onlarca və yüzlərcə iri istehsalçı müəssisələri ilə əlaqəyə girməli,həm də həmin sənaye müəssisələrindən son dərəcə kiçik partiyalarla mal alıb daşımalıdır.Bu isə iqtisadi cəhətdən heç də sərfəli deyil.Son illərdə inkişaf edən kiçik müəssiələrin vəziyyətini aşağıdakı sxemdə nəzərdən keçirək :



Sxem 1 . Kiçik müəssisələr

30000
25000


20000
15000
10000
5000
0

1995 2000 2001 2002 2003 2004 2005 2006


Sxemdən goründüyü kimi kiçik müəssisələrin fəaliyyəti 2000- 2002-ci illərdə daha da yüksəlmişdir.Bu baxımdan da 2000-ci ildə kiçik müəssisələrin fəaliyyəti prosesini nəzərdən keçirsək daha da məqsədəuyğun olar :

Cədvəl 4 . Kiçik müəssislərin fəaliyyəti( 2000 – ci il )



Sahələr

Fəaliyyət göstərən müəssisələrin sayı

Onlarda işləyənlə-rin sayı

Orta ay-lıq əmək haqqı (manat)

Məhsulun (işin və xid-mətin)həcmi manat

Topdan və pəra-kəndə satış : avtomo-billərin,məişət malları-nın və şəxsi əşyaların təmiri

11062


23080

9,5

81827,4


Daşınmaz əmlakla əlaqədar əməllər,icarə və kommersiya fəaliy-yəti

6743

20638

65,4


41899,1

Bu dövrdə fəaliyyət göstərən kiçik müəssisələrin sayı 24254 idi . Bundan demək olar ki , yarısı – 11062 - si pərakəndə və topdan satış : avtomobillərin , məişət mallarının və şəxsi əşyaların təmiri olan müəs-sisələrin payına düşür .

2007 – ci ilin 10 ayı ərzində (yanvar – oktyabr ) ticarət şəbəkəsinin əhaliyə 6 mlrd. manatlıq və ya əvvəlki ilin ilk on ayı dövründəkindən 15 % çox geniş çeşidli müxtəlif istehlak malları satılmasıdır . Bunlar-dan 3,9 mlrd. ərzaq mallarına , 2,1 mlrd. manatı qeyri - ərzaq malları təşkil etmişdir və onların satışı 2006 – ci ilin ilk 10 ayı ilə müqayisədə müvafiq olaraq 13,1 və 19,1 % artmışdır . Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16,2 % - i hüquqi şəxslərin , 47,7 % - i mütəşəkkil təşkil olunmuş yarmarklar və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin , 36,1 % - i isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hesabına formalaşmışdır .



Cədvəl 5 . Pərakəndə əmtəə dövriyyəsininfiziki həcm indeksləri ( əvvəlki ilə nisbətən )



Göstəricilər

2000

2001

2002

2003

2004

2005

2006

Pərakəndə əmtəə döv-riyyəsinin həcmi

109,8

109,9

109,6

110,9

113

113,2

113,5


O cümlədən

Hüquqi şəxslər üzrə

104

103,1

101,3

102

105,5

103,6

102,4

Fiziki şəxslər üzrə

112,2

112,5

112,5

113,8

115,2

115,7

116,2

Ondan :




Kənd təsərrüfatı bazarları

106,8

108,7

105,8

101,2

110,3

111

109,8



Pərakəndə əmtə dövriyyəsinin ümumi həcmindən

Ərzaq malları

109

108,1

108,7

109,6

110,2

110,8

110,1

Ondan :

Spirtli içkilər

101,8

102,7

103,7

100,9

104,2

101,6

102,2

Qeyri-ərzaq malları

111,6

114

112,6

114,1

121,3

119,5

120,9

Pərakəndə əmtəə dövriyyəsinindən

Pərakəndə ticarət

109,8

109,9

109,5

110,7

112,6

113

113,2

İaşə

106,7

108,7

116,6

131,8

143

126,1

128,3

2007 – ci ilin 10 ayı ərzində (yanvar – oktyabr ) ticarət şəbəkəsinin əhaliyə 6 mlrd. manatlıq və ya əvvəlki ilin ilk on ayı dövründəkindən 15 % çox geniş çeşidli müxtəlif istehlak malları satılmasıdır . Bunlar-dan 3,9 mlrd. ərzaq mallarına , 2,1 mlrd. manatı qeyri - ərzaq malları təşkil etmişdir və onların satışı 2006 – ci ilin ilk 10 ayı ilə müqayisədə müvafiq olaraq 13,1 və 19,1 % artmışdır . Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 16,2 % - i hüquqi şəxslərin , 47,7 % - i mütəşəkkil təşkil olunmuş yarmarklar və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin , 36,1 % - i isə hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarların fəaliyyəti hesabına formalaşmışdır.


3.Aeroport yarmarkası N483-li topdan və pərakəndə mağazasında (xırda anbar mağazası ) mal satışı üzrə kommersiya işinin təşkili.
Kurs işinin axırıncı sualında hər hansı bir müəssisənin, yaxud ticarət şəbəkəsinin mal dövrüyyəsinin və satışının təhlili aparılacaq. Bunun üçün

Aeroport yarmarkasında 483 nömrəli anbarda yerləşən topdan və pərakəndə ticarət müəssisəsi götürülmüşdür. Göstərilən ticarət şəbəkəsində müxtəlif çeşiddə kişi

cins şalvarları, koftalar və ayaqqabılarının topdan və pərakəndə satışı təşkil olunur. Əvvəlcə mağazanın əsas göstəriciləri ilə tanış olaq:

Sxem 1. Ticarət zalının əsas göstəriciləri


Faydalı sahə ( m 2 )




Faydalı sahə ( m 2 )


Ümumi sahə ( m 2 )

Əsas sahə ( m 2 )

Köməkçi sahə (m 2 )

48.4






23.1

25.3

Sxemdən göründüyü kimi , mağazanın ümumi sahəsi 48.4 m2 dir. Bunun 23.1 m2 -i ticarət sahəsi yəni alıcılara xidmətlərin göstərildiyi yer, 25.3 m2 -i isə malların saxlandığı yeri təşkil edir. Ticarət sahəsi vitrinlərin yerləşdiyi sahədən, alıcıların hərəkət sahəsindən , divaryani avadanlığın yerləşdiyi sahə və satıcıların işləməsi üçün sahədən ibarətdir.

Anbarın sahibi Aydın Səmədovun dediyinə görə, bu mağazaya mallar Çin və Türkiyədən gətirilir. Mallar müxtəlif çeşiddə, müxtəlif ölçülərdə və stillərdə

vitrinlərə düzülür. Vitrinlərdə, əsasən, mallar açıq formada yerləşdirilir. Burada həm uşaqlar, həm də böyüklər üçün müxtəlif ölçüdə şalvarlar, kofta və ayaqqabılar tapmaq olar. Satılan mallar, əsasən, tanınan və məşhur firmaların mallarıdır. Bu firmalardan Dolce Gabbana, Jakron, VigossJeans, Armado kimi məşhur firmaları göstərmək olar. Satılan malların qiymətində fərq gözə çarpandır. Satıcılar malları satarkən qiyməti satış qiymətindən təxminən 25% baha deyirlər. Səbəb də odur ki, əksər alıcılar mal alarkən satıcılardan malın qiymətində güzəşt etmələrini istəyirlər. Satıcı da əlavə etdiyi 25% qiyməti alıcıya güzəşt kimi satılan malın dəyərindən çıxır. Qiymətdəki fərq digər bir amil də də özünü göstərir. Belə ki, Çindən gətirilən cins şalvar və koftaların qiyməti 20-25 Azn- dirsə, keyfiyyətcə ondan bir qədər üstün olan Türkiyə şalvar və koftaları 30-45 Azn -ə satılır. Ayaqqabların 22%-i Çindən, 31% Türkiyədən , qalan 47% -i isə respublikada yerləşən ayaqqabı istehsal edən müəssisələrinin payına düşür. Təəssüflər olsun ki, keyfiyyətcə o qədər də yaxşı olmayan öz ayaqqablarımızı Türkiyə ayaqqabısı adından 2 dəfə baha bizə satırlar. Bu mağazada satılan ayaqqabların qiyməti 15-45 Azn arasında dəyişir.


Mağazanın fəaliyyət mexanizmi aşagıdakı kimidir:


Sxem 2.Mağazanın fəaliyyəti



Mağazada işləyənlərin sayı ( nəfərlə)


Orta aylıq əmək haqqı ( manatla)


4


200-300

Göründüyü kimi , mağazada 4 nəfər işləyir, onlardan 2-si qız və 2-si oğlandır. Oğlanlardan biri anbarda, digəri isə kassada işləyir. Qızlar isə mal almaga gələn müştərilərə müxtəlif formada xidmət göstərirlər. Onların aylıq əmk haqqları orta hesabla 200-300 Azn olur.Buna da əsas səbəb mağazada satışın mövsümi xarakter daşımasıdır. Mağaza sahibi bəzi aylarda, o cümlədən avqust-sentyabr və noyabr- yanvar aylarında ( yay və qış sezonu ) mallara tələbatın artdığını bilib çevik hərəkət edir və bunun nəticəsində topdan və pərakəndə satışı yüksək səviyyədə olur .

Hər bir mağazanın tədavül xərcləri vardır. Bu mağazada digər mağazalar kimi işıq pulu, kommunal xərcləri, gəlir vergisi və s. ödəyir.Ay ərzində mağaza təxminən 35-40 Azn işıq pulu, kommunal xərclərə isə 35 Azn ödəyir.
Sxem 3. Mağazanın illik topdan və pərakəndə əmtəə dövrüyyəsi




İllik əmtəə dövrüyyəsi ( AZN-lə )


Satılan

əmtəə

növlərinin

adları



Pərakəndə satış üzrə



Topdan satış üzrə


1.cins şalvar


2.kofta


3.ayqqabı


ədədlə


manatla


ədədlə

manatla


10800

9706


6320


216000-234000


120590-140466

88400- 92245


97365

44485


27760


1752570

561200 - 630689

427680-441968

Cədvəldə göründüyü kimi mağaza il ərzində 10800 ədəd cins şalvarların, 9706 ədəd koftaların, 6320 ədəd isə ayaqqabıların pərakəndə satışını həyata keçirir. O cümlədən, uyğun olaraq 97365 , 44485 , 27760 ədəd topdan satışı həyata keçirib. Ümumilikdə mağazanın ümumi dövrüyyəsi 3273947 Azn təşkil edir . Mağazanın dövrüyyəsi ildən-ilə artmaqdadır. Bütün bunlar mağazanın inkişafını göstərir. Mağaza çalışır ki, daha keyfiyyətli , alıcıların zövqünə uyğun, ucuz qiymətə olan malları alıcılara təklif etsin .



Nəticə
Kurs işinin birinci sualında toopdan satışın mahiyyəti qeyd olundu. Məlum oldu ki, topdan satışın aşağıdakı üştün cəhətləri vardır:

-topdan satıcıların satış qabiliyyəti istehsalçılara aşağı qiymətlərlə bir çox kiçik müştərilərə öz mallarını satmaq imkanı verir

- topdan satıcılar malları seçə bilər və müştərilərin ehtiyacı olduğu çeşidləri təklif edə bilərlər. Bununla onlar müştəriləri artıq işdən azad edirlər

- topdan satıcılar malları partiya şəklində almaqla və hissələrə bölməklə müştərilərin puluna qənaət edirlər

- topdan satıcılar material ehtiyatlarını anbarlarında saxlamaqla müştərilərin

və təchizatçılarin saxlama xərclərini azaldırlar

- topdan satıcılar alıcıları daha tez təmin edə bilirlər. Çünki onlar müştəriyə təchizatçılardan daha yaxındırlar

- topdan satıcılar borc verməklə qabaqcadan sifariş vermək və vaxtında nəğd ödəməklə təchizatçıları maliyyələşdirə bilərlər

- topdan satıcılar ad götürmək, qiymət oğurluğu zərər , ziyan ,korlanma , xarab olma və s. kimi riskləri öz üzərinə götürür

- topdan satıcılar təchizatçıplara və müştərilərə rəqiblər, yeni məhsullar və qiymətlər barədə məlumat verirlər

- topdan satıcılar tez-tez pərakəndə satıcılara öz satış məmurlarına təlim keçməklə , dükanların nümayişi və yerləşdirilməsi, hesablama və material ehtiyatlarına nəzarət etməklə köməklik edirlər

İkinci sualda Respublikamızda hal-hazırda topdan və pərakəndə ticarət şəbəkələrində ticarətin həyata keçirilmə üsullarıhaqqında qeyd olundu.Bu nəticəyə gəlindi ki, hələ ölkəmizdə olan ticarət müəssisələri əhalinin artan tələbatına tam cavab vermir. Buna da əsas səbəb boşluqların olmasıdır. Ümid edirik ki, sahibkarların ticarətlə məşğul olmasına mane olan bir neçə səbəblər yaxın vaxtlarda öz həllini tapacaq.

Sonuncu üçüncü sualda konkret müəssisənin təhlili aparılır. Həmin müəssisənin mal dövrüyyəsi və satış üsulları qeyd edildi. İlbəil mal dövrüyyəsinin artdığını nəzərə alsaq müəssisələrin surətlə bu cür artımı gözəçarpan olacaqdır.

Ümid edirik ki, Respublikamızda “Sahibkarlığın inkişafı” haqqında olan qanunlar mövcud olan topdan və pərakəndə ticarət müəssisələrinin gələcəkdə daha da inkişaf etməsinə və azad rəqabət şəraitində günü- gündən artan istehlakçıların tələbatının ödənilməsinə kömək edəcək.



Sonda qeyd etmək istərdim ki, ölkəmizdə ticarətlə məşğul olan sahibkarlara dövlət tərəfindən müəyyən güzəştlər edilsə, idxal olunan mallara gömrük rüsumunu azaldılsa , onda sahibkarlarda stimul yaranan, əhalinin tələbatı tam və fasiləsiz ödənilər.

İstifadə olunan ədəbiyyatlar:
1.Azərbaycan Respublikasının Konstitusiyası.
2.Sahibkarlıq haqqında Azərbaycan Respublikasının qanunnu.
3. V. Niftullayev “Sahibkarlığın əsasları” Bakı 2000
4.Tofiq Məmmədov “Ərzaq mallarının topdan ticarətinin təşkili “Bakı1991
5.Amstronq / Kotler “Marketing: ilk addım “ Bakı 2005
6. İ.Ə. Feyzullabəyli “Ticarətin iqtisadiyyatı” Bakı 2006
7.M.Q. Ağamalıyev, M.M.Məmmədrzayev “Kommersiya fəaliyyətinin təşkili”

Bakı 2004
8. Mağazanın hesabbat materialları
9.Винаградова С.Н. “Коммерческой деятельность”Москва 1995
10. Ф. Г. Понкратов Коммерсическое деятельность учебник Москва1997
11. K.R. Paşayev , T.C.Məmmədov “Ticarətin idarə edilməsi “ Dərs vəsaiti Bakı-1981
12. В. И. Синицкин “ Основые коммерсической деятельнсти” Москва 1998
13.İnternetdən götürülmüş materiallar
14. İnternetde istifadə olunan saytların adları:

marketing.az

referat.ru

google.az

firsstep.com

azstat.org
Yüklə 229,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə