TəSDİq ediRƏM “Şirkətin adı” mmc-nin Direktoru B. Vəzifəyev “ ” 20 cu IL



Yüklə 48,04 Kb.
tarix17.11.2017
ölçüsü48,04 Kb.
#10852

TƏSDİQ EDİRƏM
Şirkətin adı” MMC-nin Direktoru
B.Vəzifəyev___________________
___” _________________ 20___-cu il

Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası

Ümumi Prosedur / Təlimatlar

BAKI 20___

Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası

Ümumi Prosedur / Təlimatlar
1. Məqsəd

«Şirkətin adı» MMC-də iş vaxtı işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququn həyata keçirilməsi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş əmək şəraitinin xüsusiyyətlərinin və digər normaların tətbiqinin təmin edilməsi, habelə Şirkətin əmlakına, işçilərinə və ətraf mühitə ziyan verilməsinin qarşısının alınması.
2. Əhatə

Bu prosedur «Şirkətin adı» MMC-nin bütün müvafiq şöbələri, bölmələri və digər struktur vahidlərini və bütün işçilərini əhatə edir.


3. Cavabdeh şəxslər.

Bu prosedurun müddəalarının həyata keçirilməsində ______________________________ şöbəsi cavabdehdir.


4. Ümumi müddəalar və tələblər

Bu prosedur «Şirkətin adı» MMC-nin (mətn üzrə “Şirkət” adlanacaq) ayrı-ayrılıqda bütün şöbə və bölmələrində iş vaxtı yerinə yetirilməsi zəruri olan ümumi təhlükəsizlik qaydalarını müəyyənləşdirir.


5. İcra

5.1. Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası şöbəsi

5.1.1. Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası (bundan sonra ƏM və TT) şöbəsi öz fəaliyyətini şirkətin digər şöbə və sahələri ilə qarşılıqlı həyata keçirir.

5.1.2. ƏM və TT şöbəsinin işçiləri fəaliyyətlərində Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili normativ hüquqi akt və sənədlərinə əsaslanır.

5.1.3. İş yerlərində zərərli və təhlükəli amilləri aşkar edir.

5.1.4. Risklərin analizi və qiymətləndirilməsi üçün komissiyanı təşkil edir.

5.1.5. Şirkətin bütün bölmələrində əməyin mühafizəsinin vəziyyətinə nəzarət edir.

5.1.6. Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir.

5.1.7. Əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsini, işçilərin biliklərinin yoxlanılmasını təşkil edir və bu işin cədvəlini hazırlayır.

5.1.8. Baş verə biləcək qəzaların qarşısının alınması və ya qəza zamanı hərəkət prosedurasını işləyib hazırlayır.

5.1.9. Layihələndirmə, tikinti-quraşdırma, bərpa-təmir işləri zamanı işlərin əməyin mühafizəsi baxımından standarta uyğunluğu haqqında rəy verir.

5.1.10. Aşkar olunan nöqsanların aradan qaldırılması haqqında şöbə və bölmə rəhbərlərinə icrası məcburi olan göstərişlər verir.

5.1.11. İşçilərin təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət edir.

5.1.12. İşə yeni qəbul olunan işçilərə giriş təlimatını keçirir.

5.1.13. ƏM və TT üzrə təlimatların işlənib hazırlanmasını təşkil edir və şöbə rəhbərləri tərəfindən bu təlimatların vaxtında keçirilməsinə nəzarət edir.

5.1.14. Fərdi mühafizə vasitələrinin alınması, saxlanılması və işçilərin onlardan düzgün istifadə edilməsinə nəzarət edir.

5.1.15. Sutkanın istənilən vaxtı şirkətin bütün obyekt və şöbələrində yoxlamalar həyata keçirir.

5.1.16. Baş vermiş bədbəxt hadisələrin uçotunu aparır, akt tərtib edir.

5.1.17. Yanğın təhlükəsizliyinin təmini üzrə işləri təşkil edir.Yanğınsöndürmə vasitələrinin, yanğın-texniki avadanlıqlarının alınması, quraşdırılması, daim saz və hazır vəziyyətdə olmasına nəzarət edir.

5.1.18. Sanitar-gigiyena qaydalarına riayət olunmasına nəzarət edir.



    1. Ofisə nəzarət




      1. Qəbul olunmuş işçi Əməyin mühafizəsi üzrə mütəxəssis tərəfindən giriş təlimatı, daha sonra Ofisə nəzarət bölməsinin müdiri tərəfindən ilkin təlimat keçdikdən sonra işə buraxılmalıdır.

      2. Təmizlənəcək sahəyə diqqət yetirilməli və yoxlanılmalıdır ki,

- işıqlandırmada olan çatışmamazlıqlar;

- təmizliyə əngəl olacaq əşyalar;

- qırılmış yaxud çılpaq naqillər;

olmasın.


      1. Döşəmə həmişə təmiz və quru olmalıdır. Töküntü və qırıntı, duru məhlul və yağ dərhal təmizlənməlidir.

      2. Xırda zir-zibili, tullantını və iti kənarlı qırıntıları birbaşa əllə təmizləmək qadağandır, şotka və süpürgədən istifadə etmək lazımdır. Döşəməni yaş üsulla silərkən əllərin zədəllənməməsi üçün taxta tutacaqlı silgidən istifadə edilməlidir.

      3. Mətbəxdə və tualetdə dağılmış maye rezin əlcəklə təmizlənməlidir.

      4. Təmizlik işi aparılacaq yer kifayət qədər işıqlandırılmalıdır. Qaranlıq sahədə iş görmək qadağandır.

      5. Anbarda döşəməni təmizləyərkən və yuyarkən yığılmış yüklər mümkün qədər kənara çəkilməli, hündürə yığılmış yüklərin aşma təhlükəsi görünərsə təmizlik işi dayandırılmalı, təhlükəli vəziyyət aradan qaldırıldıqdan sonra davam etdirilməlidir.

      6. Gündəlik təmizlik işləri sutka ərzində 1 dəfədən 4 dəfəyədək sabun-soda qarışıqlı su ilə görülməlidir.

      7. Döşəməni yumaq üçün xüsusi vedrədən istifadə edilməlidir. İsti su (600 artıq) qapaqlı vedrədə daşınmalıdır.

      8. Qapıların dəstəyi gün ərzində sabunlu-sodalı məhlul və ya 0,5% xlor məhlulu ilə silinməlidir. Qapılar həftədə 2 dəfə sabunla yuyulmalıdır.

      9. Həftəlik təmizlikdə mətbəx sahəsi, tualet, divarlar, müxtəlif stollar, 0,5% xlor məhlulu ilə silinməli, 30-40 dəqiqədən sonra sabunlu-sodalı məhllula yuyulmalıdır.

      10. Pəncərələrin çirklənməsindən asılı olaraq, lakin ayda 2 dəfədən az olmayaraq yuyulmalıdır.

      11. Əsaslı təmizlik işləri ayda bir dəfə aparılmalıdır. Divarlar və tavan tozdan təmizlənməli, pəncərələr sabunla yuyulmalıdır. Şkafların içərisi təmizlənməlidir.

      12. Hündürdə görüləcək işlərdə (divarları silmək, tavan, pəncərə və s.) etibarlı və saz vəziyyətdə olan kiçik sahəli pilləkən və nərdivanlardan istifadə olunmalıdır. Bu məqsədlə təsadüfi yeşik, çəllək və s. istifadə qadağandır.

      13. Xlor məhlulundan istifadə zamanı mütləq qoruyucu eynək, rezin əlcək və respiratordan istifadə olunmalıdır.

      14. Qadın işçilərə 10 kq-dan artıq kütlə qaldırmağa icazə verilmir.

      15. Tullantı və zibil ağzı qapaqlı metal qablara yığılmalı, təmizlik işi qurtardıqdan sonra təyin olunmuş yerə daşınımalıdır.

      16. Təmizlik zamanı açıq olan yaxud mühafizə edilməmiş elektrik qutusu və naqillərinə, rubilnikə, ştepsel çəngəlinə, çılpaq və ya izolə olunmamış məftillərə toxunmaq qadağandır.

      17. Avadanlıq və makinalarda elektrik cərəyanını ayırmadan təmizlik işləri aparmaq qadağandır.

      18. İşıqlandıma aparatlarını (çıraq, lampa, plafon) işləyən vəziyyətdə silmək qadağandır.




    1. Təhlükəsizlik şöbəsi

      1. Təhlükəsizlik işçilərinin funksiyasını yerinə yetirilməsi işinə 20 yaşına çatmış, müddətli hərbi xidmətdə olmuş, tibbi müayinədən keçmiş və hazırki prosedurun tələbləri ilə tanış olan şəxslər buraxılır.

5.5.2. Qəbul olunmuş işçi Əməyin mühafizəsi üzrə mütəxəssis tərəfindən giriş təlimatı, daha sonra Təhlükəsizlik şöbəsinin rəisi tərəfindən ilkin təlimat keçdikdən sonra işə buraxılmalıdır.

5.5.3. Təhlükəsizlik əməkdaşı fövqəladə vəziyyətlərdə müəyyən rəftarlara malik olmalı, öz vəzifələrini dəqiq yerinə yetirməli, yaranmış nöqsanları aradan qaldırmaq üçün diqqətli və hazır olmalıdır.



      1. Təhlükəsizlik əməkdaşı vəzifəsinə qəbul olunmuş şəxslər borcludurlar:

- Şirkət ərazisindəki bütün sahələrdə qayda-qanun və asayişin təmin olunmasına;

- Fövqəladə hallar və ya yanğın barədə məlumat alan kimi dərhal rayon yanğından mühafizə hissəsinə və ya mülki müdafiə şöbəsinə xəbər verilməsinə;

- Bədbəxt hadisə baş verərsə təcili rəhbərliyə xəbər verilməsi və hadisə yerini əgər işçilərin həyatı üçün heç bir təhlükə yaratmırsa və təkrar qəzaya səbəb olmazsa araşdırma qrupu gələnədək olduğu kimi saxlamağa;

- Zərərçəkənlərə zəhərlənmə, elektrik cərəyanından zərbə alma, şok olma və s. zamanı ilk yardım göstərmə qaydaları, həmçinin fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilməyə və zəruri hallarda tətbiq etməyə;

- Buraxılış məntəqəsinə gələn ziyarətçi və digər insanlarla nəzakətli, mədəni şəkildə davranmağa.


      1. Təhlükəsizlik əməkdaşı növbəyə başlayarkən yoxlamalıdır:

- rabitə vasitələrinin və xəbərdaredici nişanların, qoruyucu-yanğın siqnalizasiyası, yanğınsöndürmə və su ilə təmin etmə vasitələrinin, torpaq işləri olan yerlərdə xəbərdarlıq yazısı olan hasarların və gecə vaxtı işıqlandırıcı siqnalların olmasını və sazlığını;

      1. Obyektə nəqliyyatı buraxarkən əvvəl onu saxlamalı, aparılan məhsula baxış keçirməli və yoxlamalı, qapıları açıb xüsusi qarmaqlarla və ya fiksatorla bərkitməli, təhlükəsiz yerdə dayanmalıdır.

      2. Təhlükəsizlik əməkdaşlarına qadağan olunur:

- Kənar şəxslərin iş yerinə buraxılması;

- Postu nəzarətsiz qoymaq, obyektin hərəkət marşrutundan kənara çıxmaq;

- Nəqliyyat vasitələri hərəkət edən zamanı buraxılış vərəqələrini yoxlamaq;

- Uniformasız və ayaqqabısız işə çıxmaq;

- Təyin olunmamış yerdə siqaret çəkmək;

- Avtomatik idarəolunan darvazaları idarə etmək üçün kənar şəxsə icazə vermək;

- Növbə vaxtı yatmaq;


      1. Təhlükəsizlik əməkdaşı sanitar-gigiyena qaydalarına riayət etməli, saç, üz, dırnaq, uniforma hər zaman təmiz və səliqəli vəziyyətdə olmalıdır.

      2. Təhlükəsizlik şöbəsinin xidməti otaqlarında elektrik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır.

      3. Bütün təhlükəsizlik işçilərinə 3 ayda 1 dəfə olmaqla şöbə rəhbəri tərəfindən təkrar təlimat keçirilməlidir.


6. Yanğın təhlükəsizliyi

6.1. Bütün şöbə və bölümlərdə yanğın proflaktikası qaydalarına riayət edilməlidir.

6.2. Qadağan olunmuş yerlərdə siqaret çəkilməməli təyin olunmuş yerlərdə çəkilən siqaret tam söndürülməlidir.

6.3. Otaqlarda elektrik açarlarının həddindən çox yüklənməsinə yol verilməməli, istifadə edilən elektrik amperi qoşulmuş avadanlığın amperinə uyğun olmalıdır.

6.4. İzolasiyası olmayan elektrik çəngəlini cərəyana qoşulu saxlamaq qadağandır.

6.6. İş sahəsində açıq alovdan istifadə etmək, alışma riski olan maddələrin iş sahəsində saxlanması qadağandır.

6.7. İş vaxtı qurtardıqdan sonra kompyuter və digər avadanlıqlar söndürülməli, elektrik xəttindən ayrılmalı və bütün iş sahəsi diqqətlə nəzərdən keçirilməlidir.

6.8. Bütün işçilər iş yerindəki yanğından mühafizə vasitələrindən (yanğınsöndürən balon, yanğın kranı) istifadə qaydalarını öyrənməli, onların saxlanma yerlərini bilməli, ən yaxın yanğın çıxışı və yanğın zamanı evakuasiya planından xəbərdar olmalıdırlar.

6.9. Tərkibində benzin, neft və s. tez alışabilən maddələrin istifadəsi ilə sahələrin təmizlənməsi qadağandır.

6.10. Şirkətin məsul şəxsinin yazılı icazəsi olmayan iş yerində, kənar sahələrdə qaynaq işləri aparmaq olmaz.

6.11. Qığılcımın yaradabiləcəyi yanğının qarşısını almaq üçün qaynaq işləri aparılan quru taxta döşəməni dəmir vərəq və ya azbest ilə örtmək lazımdır. Qaynaqçı iş vaxtı mütləq yanında yanğınsöndürən balon saxlamalıdır.

6.12. Yanğını ilk görən şəxs məlumat verməli və ən yaxın yanğınsöndürmə balonu ilə yanğına müdaxilə etməlidir.

6.13. Yanğının daxili imkanlarla (yanğınsöndürmə vasitələri) söndürülə bilinməyəcəyi aydınlaşarsa dərhal rayon Yanğından Mühafizə Hissəsinə məlumat verilməli, YMH gəldiyində Şirkətin bütün yanğınla mübarizə imkanları onların sərəncamına verilməlidir.
7. Məsuliyyət

7.1. Bu prosedur təlimatda əks edilən tələblərə riayət olunmamasına görə şirkətin bütün işçiləri şirkət daxili sənədlər və mövcud qanunvericiliyə əsasən müvafiq məsuliyyət daşıyır.


8. Tövsiyə

8.1. ”Əməyin mühafizəsi haqqında” Qaydalar.



8.2. ”Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunu.

8.3. ”Yanğın təhlükəsizliyi haqqında“ Azərbaycan Respublikasının qanunu.
Yüklə 48,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə