ALATORAN
XANCAN KƏRIMOV
Varlıq və Yoxluq
Arasında
Xancan Kərimov
Varlıq və Yoxluq Arasında
roman
Redaktor: Ceyhun Mirzəli
Ön qapaq rəsmi: Xancan Kərimov
Kompüter dizaynı: Turqut Qaraca
396 səh.
Qiyməti: 6 manat.
Çap tarixi: 17.05.17
ISBN: 978-9953-8066-5-9
© XancanKərimov
© Alatoran 2017
"Bizi nə vaxt məhv edəcəklər?"
- Faulkner
7
1
SƏSSIZLIYIN GURULTUSU
Bəzi dərdlərin çarəsi olmur, sadəcə adı olur o da bədbəxt-
lik. Həyatda bəzən elə anlar gəlir çıxır ki, öz həyatının içində
itib-batırsan. Tutduğun bütün qeydlərinin, bütün ürəyini isi-
dən nikbin ümidlərinin və planlarının içində yıxılıb qalırsan.
Keçmiş həsrət və peşmançılığı bir tərəfdən, gələcək təlaş və
qorxusu bir tərəfdən ürəyini məngənə kimi sıxır. Bütün dün-
yan başına yıxılır. Hardan başlamalı olduğunu bilmirsən və
kömək əli atacaq heç kimin yoxdur. Oturub ağlamaq istəyir-
sən. Onu da bacarmırsan. Özündən üzr istəyirsən. Darmadağın
olmuş ümidlərini qucağına alıb üşüməyin deyirsən. Bir yolunu
tapacam deyirsən. Ancaq nə edəcəyin barədə ən kiçik fikrin
belə yoxdur. Anaların aclıq günlərində balalarını məcbur qalıb
aldatdığı kimi özünü və ümidlərini aldadırsan. Qaranlıq gir-
daba girmiş ruhun pozulur və parçalanır. Ürəyindən sallanan
ağır daşlara hər gün yeni birisi əlavə olunur və onlara sarılıb
özünü ən yaxındakı çayın sularına buraxmaq istəyirsən. Sonra
qorxur, boğulmağın çox da yaxşı bir fikir olmadığını qərara
alır və bir də baxırsan ki araşdıraraq əzabsız intihar üsulları-
nın ustası olmusan. Ancaq hələ də həyatdasan. Çünki heç bir
ananın öz balalarını sağ qoyub ölməyəcəyi kimi heç bir in-
8
san da öz ümidlərini sağ qoyub ölmür. Bunu başa düşürsən
və yaratdığın bütün ümidlərini bir-bir öldürməyə başlayırsan.
Onlar ölməyincə sənə rahat yoxdur. Nə qədər yaxşı bir qatil ol-
duğunu zaman göstərəcək. Nadir hallarda analar öz balalarını
öldürəcək qədər qəddar olur.
Təkrar yaşama cəhdlərin müvəffəqiyyətsizlik və uğursuz-
luqla nəticələndikdən sonra bütün seçimləri götür-qoy edir və
yenidən qərara gəlirsən: Həyatda ən yaxşı seçim ölümdür, çün-
ki o heç vaxt peşman ola bilməyəcəyin tək seçimdir. Ancaq
bütün insanlar intihar asan olmadığı üçün bu ən yaxşı seçimi
göz ardı edir və elə yaşamağa çalışırlar.
Yaşamaq əziyyətinə dəymirdi, ən azından onun üçün. Və
o, artıq yorulmuşdu. İşindən yeni ayrılmışdı. Bir neçə ay bəs
edəcək qədər pulu var idi yığıb saxladığı. Təxminən üç aylıq
kira, qida və digər xırda şeylərə ancaq bəs edərdi. Üç ay için-
də ya yenə iş tapmalı, ya da ölüb getməliydi. Yaşamaq artıq
əziyyətinə dəymədiyi üçün ikinci seçim daha asan və cazibəli
gəlirdi ona sanki. Həyatının ağırlığını qaldıra bilmirdi, nə də
çıxış yolu tapa bilirdi. Şahmatdakı kimi zuqzvanqa düşdüyü-
nü düşünürdü, nə edirsən et matsan, məğlub olmusan və çıxış
yolun yoxdur. Buna görə də uzun müddətdir ki intihar planları
qururdu. Əlbətdə ki asan idi deyə düşündü. Ölüb gedəcəkdi,
vəssalam. Bütün dərdləri, ağrıları, çəkdiyi əziyyətlər, darıx-
maları, qısqanclıqları, keçmiş həsrəti və bütün insana ağrı
verən xüsusiyyətləri də onunla birlikdə çürüyüb gedəcəkdi.
İntihar bu qədər asan idimi doğrudan da? Deyildi. Ona görə
də uzun müddətdir tərəddüdlər və vəsvəsə içindəydi. Bu qə-
dər əzab çəkən insanların bu qədər il həyatda qalmasının da
başqa açıqlaması yox idi. Başqa bir məna verə bilmirdi. Ölüm
əslində insanın doğrudan da ən böyük düşmanıydı. Ona görə
yox ki o insanın həyatını bitirirdi, əksinə bu yaxşı tərəfi idi,
ona görə ən böyük düşmanı idi ki, çətin idi. Çox çətin idi, hə-
yatını bitirməklə həyatda qalmaq arasındakı bir əngəl idi. Var-
lıq və yoxluq arasındakı keçid. Sanki iki şəhəri bir-birindən
ayıran olduqca enli və içi timsahlarla dolu bir çay idi ölüm.
9
Keçmək üçün hər yaxınlaşanda qorxub geri qayıtdığın. San-
ki cəhənnəmdə yaşayırsan və səni cənnətdən ayıran enli bir
çay var. Keçə bilmir, yaxınlaşa bilmirsən. Çayın digər tərəfi
isə cənnət idi, bəli, cənnət. Yoxluq. Ən böyük cənnət deyilmi?
Yoxsan. Yox olursan. Heçlik. Varlığından azad olduğun tək an.
Ən müqəddəs qurtuluş. İnsanoğlunun ən böyük qurtuluşu yox
olmasıydı ona görə. İnsanın içindəki savaşı bitirəcək olan tək
şey ölüm idi. Yəni ölüm əslində insanoğlunun ən böyük dostu
idi deyə düşündü. İnsansa ondan qaçmaq üçün əlindən gələn
hər şeyi edirdi, bütün texnologiyasını, dava-dərmanını ölüm-
dən daha da uzaqlaşa bilmə düşüncəsi ilə yaradırdı.
İnsanlar yoxluğun dəyərini başa düşə bilmirlər. Genləri on-
lara əngəl olur və dərk edə bilmirlər. Ölümün necə gözəl çıxış
yolu olduğunu. İntiharın deyil, ölümün. İkisi ayrı-ayrı şeylər-
dir zira. Özünü öldürmək qorxunc səslənir və elədir də. Ancaq
xəbərin olmadan və əzabsız olaraq gələn ani ölüm ən böyük
xoşbəxtlikdir. Yoxsan və artıq nə ağrıların nə də istəklərin səni
incidə bilər. Yoxluq, yəni var olmama buna görə də ən böyük
nemətdir.
Ancaq insan beyni kimi mükəmməl bir bioloji mexanizm
“ailəmə məni dünyaya gətirdikləri üçün minnətdaram” kimi
cümlə qura bilər və bunu müdafiə edə bilərdi deyə düşünür-
dü. Cümlə başdan səhv və məntiqə zidd idi, zira varlıqla yox-
luq bir-biriylə müqayisə edilə bilməz. Ancaq iki mövcud şey
müqayisə edilə bilinər. Var olan həyat, yoxluqla necə müqa-
yisə edilə bilərdi? Bir insan ailəsinə onu dünyaya gətirdiyi
üçün necə minnətdar ola bilərdi əgər doğulmasaydı var olma-
yacaq və var olmadığını bilməyəcəkdisə belə? Biri səni yox-
dan var edir və sən ona minnətdar olursan. Absurddur. Ancaq
bəzi insanların beyin kimyası həyatda qalmaq üçün o qədər
münasib və möhtəşəmdir ki bu absurdluğu heç vaxt dərk edə
bilmirdilər.
O elə düşünmürdü. Daha doğrusu heç vaxt elə düşünmə-
mişdi özünü tanıyandan. Ölümü sevirdi. Sanki onunla uzaqdan
yaşadıqları bir sevgiləri var idi. İkisinin də fərqində olduğu,
Dostları ilə paylaş: |