Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   ...   7   8   9   10   11   12   13   14   15

 

52

ki, müxtəlif genetik metodlarla sübut olunub ki, insanın 



ömrünün uzunluğu gen ilə təyin olunur. 

İnsan ömrünün genetik müəyyən olunması faktını ilk dəfə 

1928-ci ildə amerikalı alim A. Bell söyləmişdir. F. Kolman 

(1957), D. Yarvik (1961), S. Beqley (1981) və başqaları insan 

ömrünün həm irsi (genetik) təyin olunduğunu, həm də ömrün 

uzunluğunu müəyyən edən genin cinsi xromosomlarda 

yerləşdiyini söyləmişlər. Bu da onu göstərir ki, uzunömürlülük 

nəsildən-nəsilə keçən əlamətdir.  

R. Perl 1934-cü ildə göstərmişdir ki, uzunömürlülük 

dominant (üstün, üzə  çıxan)  əlamətdir və buna görə  də 

uzunömürlü olan valideynlərin uşaqları da uzunömürlü olurlar. 

L. Qriberq (1979) göstərir ki, uzunömürlü adamlarda bir çox 

xəstəliklərə qarşı irsi (genetik) davamlılıq vardır. Bu fakt 

ömrün uzunluğunun genetik təyin olunduğunu bir daha sübut 

edir.  

Alimlər eyni zamanda hesab edirlər ki, insanın ömrünü 



təyin edən genin potensialının tam həyata keçməsində müəyyən 

şəraitin və həyat tərzinin də rolu böyükdür. 

Beləliklə, 7-ci əsrdə Qurani-Kərimdə insan əlamətlərinin 

(xassələrinin) genetik olması  və  nəsildən-nəslə (irsən) 

ötürülməsi, eləcə də ömrün uzunluğunun qabaqcadan irsi olaraq 

təyin olunmuş bir vaxt olması barədə məlumatlar söylənilir. Bu 

məlumatların dürüstlüyü 19-cu əsrin sonu və 20-ci əsrdə 

alimlər tərəfindən sübut edilmişdir.  

 

53

BOTANİKAYA AİD 



 

«… Bütün meyvələrdən cüt-cüt yaradan…» 

 

Müasir elmə  məlumdur ki, bütün canlılar, o cümlədən 



bitkilər erkək və dişi olmaqla cütdürlər.  

Çiçəkli bitkilərdə bircinsli və ikicinsli çiçəklər mövcuddur. 

Bitkinin çiçəyində həm erkəkcik, həm də dişicik varsa, bunlara 

ikicinsli çiçəklər deyilir (şək. 15). Məsələn, alma, armud, gilas, 

alça və başqaları ikicinsli çiçəyə malik bitkilərdir. Bəzi 

bitkilərin çiçəyində yalnız erkəkcik və ya yalnız dişicik olur. 

Belə çiçəklərə bircinsli çiçəklər, bitkilərə isə bircinsli çiçəyə 

malik bitkilər deyilir.  

Bircinsli çiçəyə malik bitkilər birevli və ikievli olmaqla iki 

qrupa bölünürlər. Həm dişicikli, həm də erkəkcikli çiçəkləri bir 

fərd 

 

Şəkil 15. Çiçəyin quruluşu 



1.

 

Dişicik 



2.

 

Erkəkcik 



3.

 

Ləçəklər 



4.

 

Kasa yarpaqları 



 

                        5. Çiçək yatağı 




 

54

(bitki) üzərində olan bitkilər birevli bitkilər adlanır. Məsələn, 



qarğıdalı, xiyar, ağcaqayın bitkiləri. Erkəkcikli çiçəyi bir 

fərddə, dişicikli çiçəyi digər fərddə olan bitkilərə isə ikievli 

bitkilər deyilir. Məsələn, çətənə, çinar və söyüd bitkiləri.  

Bütün bitkilərin erkək-dişi olması barədə Qurani-Kərimin 

Ər-Rəd (13-cü) surəsinin 3-cü ayəsində deyilir: «Yeri döşəyən, 

orada möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən 



cüt-cüt (erkək-dişi) yaradan,

 gecəni gündüzlə örtüb bürüyən 

Odur.  Şübhəsiz ki, bunda düşünən insanlar üçün neçə neçə 

dəlillər vardır.»  

Daşlar üzərində həkk olunmuş şəkillər əsasında demək olar 

ki,  Ərəb kahinləri hələ bizim eradan əvvəl xurma ağaclarını 

süni surətdə tozlandırmışlar. Belə  çıxır ki, onlar bitkilərin iki 

cinsli olmasını bilmişlər. 

Lakin, bitkilərin heyvanlar kimi iki cinsə malik olması haq-

da ilk elmi məlumat 1694-cü ildə Tyubingendə R.K.Kamerarius 

tərəfindən çap olunmuşdur. Bununla belə, bu məsələyə alimlər 

uzun müddət  şübhə ilə yanaşmışlar. Bu məsələyə aydınlıq 

gətirmək üçün Peterburq Akademiyası 1759-cu ildə xüsusi 

mükafat ayırdı və konkurs elan etdi. Bu mükafatı 1760-cı ildə 

fransız alimi K.Linney aldı. O, bitkilərin ikicinsli olmasını 

təcrübələrlə bir daha sübut etdi. 

 

Həşəratla tozlanma barədə 

 

Elmə məlumdur ki, əlvan çiçəkyanlığına (ləçəklərə) malik 



çiçəkləri olan bitkilər həşəratla tozlanırlar. 1914-cü ildə alman 

alimi Friş göstərib ki, arılar rənglərə çox həssas olub 4 rəng 

seçə bilirlər. Müqayisə üçün deyək ki, insan 60 rəng tonunu 

(çalarını) ayırd edə bilir. Arılar uzaqdan rəngi, yaxınlıqdan isə 

çiçəyin iyini hiss edirlər. Arı bitkilərin çiçəklərindəki nektarla 

(şirə ilə) qidalanır və bunun üçün də o, növbə ilə bir çiçəkdən 

digərinə qonur (şək. 16). Bu zaman onun ayaqlarına və  ağız 

apparatına yapışmış bir çiçəyin tozcuğu digər bir çiçəyin 

 

55

dişiciyinə düşür. Buna elmdə tozlanma deyilir. Tozlanmanı 



arılardan başqa kəpənəklər, böcəklər, milçəklər və başqa 

həşəratlar, hətta bəzi quşlar apara bilirlər. Tozlanma 

prosesindən sonra mayalanma gedir. Çiçəkli bitkilərdə 

mayalanmanı 1898-ci ildə rus alimi S. Navaşin  ətraflı 

öyrənmişdir.  

 

 



Şəkil 16. Çiçəkli bitkilərin həşəratla tozlanması 

 

Arının çiçəkli bitkilərin mayalanmasındakı rolu barədə Əl-



Nəhl (16-cı) surəsinin aşağıdakı ayələrində deyilir: 

-

 



68-ci ayə – «Rəbbin bal arısına belə vəhy etdi: Dağlarda, 

ağaclarda və (insanların) qurduğu yerlərdə (evlərin, 

damında, bağlarda) özünə yuva tik»;

 

-



 

69-cu ayə – «Sonra bütün meyvələrdən ye və  Rəbbinin 



sənə göndərdiyi yolla rahat get! (O arıların) 

qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli  

(ağ, sarı, qırmızı) bal çıxar.  Şübhəsiz ki, bunda da 

düşünüb dərk edənlər üçün bir ibrət vardır!».

  

 



«Biz küləyi mayalandırma olaraq göndərdik» 

 



Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə