1
İSLAM ŞƏRİƏTİNDƏ
SAĞLAMLIQ VƏ
UZUNÖMÜRLÜLÜK...
ELMİ VƏ TİBBİ
SÜBUTLARLA
Müəllif: Mehdi Tahiri
2
Kitabın adı:.....İslam şəriətində sağlamlıq və uzunömürlülük
Müəllif :.................................................................... Mehdi Tahiri
Tərcümə edənlər:.......................Elnur Yusifov, Adil Əhmədov
Redaktor:........................................................................ N. Əliyev
Kompüterdə yığan:.................................................M.Əhmədova
Naşir:........................................................................”Əsre-rəhayi”
Çap növbəsi:...................................................Birinci, 2008, Payız
ISBN:<<<<<<<<<<<<<<..<<.964-978-2760-48-5
3
Ön söz
Əlinizdəki bu kitab müxtəlif məqsədlərlə yazılmışdır.
Bunlardan bəzilərinə işarə edirik.
A.14 əsr bundan öncəki din və elmi nailiyyətlər.
Bir çoxları qərəzli olaraq və bəzən də məlumatsızlıq
üzündən, belə düşünürlər ki, on dörd əsr bundan
qabaqkı din hazırkı dövrün mütərəqqi elmləri ilə
ayaqlaşa və bütün bu texnologiyanı, çeşidli kəşfləri
nəzərə alaraq, bəşəriyyətin ehtiyaclarını təmin edə
bilməz. İslam Peyğənbəri (s), həmin şəriəti, olarlar və
olmazları (vacib və qadağaları) elm və texnologiyadan
xali olan bədəvi xalq üçün gətirmiş, çağdaş dünya isə,
elm dünyasıdır. Bu kitabın yazılmasında məqsədlərdən
biri də, dini vaciblərin minlərlə cismani elmi faydalarının
və dində yasaq əməllərin zərərlərinin kiçik bir hissəsini
diqqətinizə çatdırmaqdır. İnanıram ki, bu mütalidən
sonra, dinin necə deyərlər müasir elmdən geri qalmaması,
onunla ayaqlaşmasına dair mühakimə yürüdəcəksiniz.
14 əsrdən sonra tədqiqatçılar öz labaratoriyalarında
mütəmadi, geniş sınaq və analizlərlə yeni-yeni kəşfləri
əldə edir və hər tərəfə car çəkərək özlərini öyürlər; bu
yeniliyi elmi şah əsər kimi müxtəlif mediyada rəqiblərinə
göstərirlər; lakin bir şeydən xəbərsizdirlər ki, bütün bu
yeniliklər, kəşflər, 14 əsr bundan öncə İslam dinində
vacib və haram şəklində bəyan edilmişdir. Eləcə də din
rəhbərlərinin hədislərinin bir çoxunun sirrinə, açmasına
yüz illər sonra, bəzilərinə qiyamət günü varacaq, bir
hissəsini isə ümumiyyətlə anlamayacaqlar.
4
B. Dindaşlarımızın İslam şəriətinə inancı
Tədqiqatçıların əldə etdiyi nailiyyətlər islamsevərlər
tərəfindən mütaliə edildikdə, İslam şəriətinə inancları və
bağlılıqları daha da artar və şəriəti sual altına aparan
şəxslərlə disput zamanı, lazımı arqumentləri gətirməkdə
əlləri dolu olar və halal və harama riayət etməyən
şəxsləri işlərindən çəkindirməkdə daha müvəffəq olarlar.
C. Dininiz yoxdursa, azad insanlar olun.
Bu, Aşura günü İmam Hüseynin (ə) düşmənlərə
söylədiyi tarixi cümlədir. "Əgər dininiz yoxdursa, (heç
olmasa) dünyada azad insanlar olun (kişi kimi yaşayın),
öz çirkin əməllərinizdən əl götürün". Mən bu qiymətli
sözün əsasında, İslam və hər hansı bir dinə mənsub
olmayan şəxslərə xitabən deyirəm: dininiz yoxdursa,
İslamla bir işiniz yoxdursa, heç olmasa öz sağlamlığınızı
düşünün və səhhətiniz üçün də olmuş olsa, İslamın əmr
və qadağalarına riayət edin.
Sonda bir neçə məqama toxunmaq istəyirəm.
Birinci məqam:
Bu yazı yalnız bir sıra şəri hökmlərin cismi zərər və
xeyirlərini vurğulamaq əzmindədir və şəriətdə yatmış bir
çox ruhi, psixoloji, iqtisadi, ictimai, ailəvi, axirətlə ilgili
zərərləri bəyan etmək əzmində deyil.
İkinci məqam:
Şəri hökümlərin bütün xeyirlərinin bəyan edilməsini
iddia etmirəm. Bu yazı, günümüzə qədər həyata keçmiş
minlərlə elmi kəşfin kiçik bir hissəsini əks etdirir, tam
şübhəsiz ki, yüzlərlə fayda burada gətirilməmiş və eləcə
5
də şəri hökümlərin gələcək nəslin əli ilə ixtira ediləcək
xeyli sayda mənfəətləri kəşf edilməmişdir.
Üçüncü məqam:
Vaciblər və müstəhəblər üçün qeyd edilən mənfəətlər,
eləcə də haram və günahlar üçün sadalanan zərərlər, bu
hökümlərin şəriətdə qoyulmasının tam və qəti səbəbi
deyil, əslində onun min dəlilinin biri sayıla bilər.
Həmçinin, hətta o hökümlərin səbəbi də sayılmaya bilər.
Bu baxımdan, deyilməməlidir ki, fülan günahdan fülan
zərəri dəf etdik deyə, demək o günahı həyata keçirə
bilərik. Misal olaraq, donuz ətininin yeyilməsində (onun
ətini yemək haramdır) bir sıra zərərlər qeyd etmişik.
Müasir elmin tərəqqi edərək bu zərərləri donuz ətindən
götürə bilməsini fərz etsək, bu donuz ətini yeməyin
halala çıxması kimi mənimsənilməməlidir. Çünki, əvvəla:
donuz ətininin yeyilməsinin haram olmasının səbəbi
yalnız onun cismani zərərləri deyil, ola bilsin ki, burada
psixoloji, ruhi və s. faktorlar da dəxildir. İkinci bir
tərəfdən: ola bilsin ki, elm 100 il bundan sonra, donuz
ətininin yeyilməsinə dair tədqiqatçıların bu günə kimi
xəbərdar olmadıqları zərəri üzə çıxarsın. Necə ki, keçən
illərə qədər bu zərərlərin bir çoxu onlara bəlli deyildi.
Dördüncü məqam:
Sağlamlığın önəmi, yaradılışın məqsədini uca Allaha
qovuşmaq və bu mənəvi yolu qət etmək üçün güclü və
sağlam bədənə ehtiyaclı olduğumuzu bildiyimiz zaman
üzə çıxır
1
. Xəstə bədənlə isə, bu yolu qət etmək, ya qeyri-
1
"Qəvvi əla xidmətikə cəvarihi" (İlahi sənin xidmətin yolunda bədənimi
qüvvətləndir), "Kumeyl" duası.
Dostları ilə paylaş: |