Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   ...   7   8   9   10   11   12   13   14   15

 

38

yac duymuram. Lakin, qeyd etmək istəyirəm ki, Amerika 



Birləşmiş Ştatlari, Almaniya, Fransa və Yaponiya kimi inkişaf 

etmiş ölkələrdə insanın klonlaşdırılması rəsmi surətdə qadağan 

edilib. Avropa Şürasının üzvi olan 43 dövlətdən 24-ü, 12 Yan-

var  1998-ci il tarixdə insanın klonlaşdırılması ilə baglı olan 

tədqiqatlar aparmağı qadağan edən protokol imzalamışlar. 

Birləşmiş Millətlər Təşkilatı 19 fevral 2005-ci il tarixdə 

klonlaşdırmanın bütün variantlarını qadağan edən qanun-

vericilik aktı  qəbul etmiş  və hesab etmişdir ki, bu, insanın 

ləyaqətinə, onun həyatının müdafiə olunmasına ziddir. 

 

 



39

İNSAN ANATOMİYASI VƏ 

FİZİOLOGİYASINA AİD 

 

“…Biz onun kəkilindən yapışıb sürükləyəcəyik.” 

 

Müqəddəs Qurani-Kərimin  Əl-Ələq (96-cı) surəsinin 



ayələrində deyilir: 

-

 



13-cü ayə – “(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin 

namaz qılmağına mane olan kimsə Quranı) yalan sayır 

və (imandan) döndərirsə”;

 

-



 

14-cü ayə – “Məgər bilmir ki, Allah (onun bütün 



əməllərini) görür”;

 

-



 

15-ci ayə – “Yox! Yox! Əgər (küfrünə) son qoymasa, and 



olsun ki, Biz onun kəkilindən yapışıb sürükləyəcəyik!”;

 

-



 

16-cı ayə – “Özü də yalançı, günahkar kəkilindən”

Kəkil insanın saçının alın payında olan hissəsidir. Quran 

ayəsində  “… yalançı, günahkar kəkil…” deyildikdə yalanın 

və günah işlərin (yəni insanın müxtəlif əməllərinin) beynin alın 

payı tərəfindən törədildiyi (nəzarəti) göstərilir. 

Müasir elmi faktlara görə insanın baş beyinqabığı 14 milyar-

da qədər hüceyrələrdən təşkil olunub. Baş beyinqabığında çoxlu 

qırışlar və  şırımlar var. Bunlar beynin səthini xeyli artırır. Üç 

dərin şırımla baş beyinqabığı dörd paya bölünür: alın payı, təpə 

(və ya əmgək) payı,  ənsə payı  və gicgah payı. Birinci mərkəzi 

şırım alın və  təpə paylarını ayırır.  İkinci  ənsə-təpə  şırımı  ənsə, 

təpə və gicgah payları arasından keçir. Üçüncü lateral şırım isə 

gicgah payını alın və təpə paylarından ayırır (şək. 9). 

Baş beyinqabığı tam bir vəhdət halında işləyir və insanın 

psixi fəaliyyətinin maddi əsasını  təşkil edir. Yaddaş, nitq, 

təfəkkür və davranışın idarə edilməsi kimi psixi funksiyalar bö-

yük yarımkürələr qabığı ilə bağlıdır. Görkəmli rus fizioloqu 

İ.P.Pavlov və ondan sonra gələn bir çox alimlər, məsələn, 

İ.S.Beritaşvili, M.N.Livanov, N.V.Qalikov, K.Nobak (C.No-

back) və başqaları 1920-1950-ci illərdə müəyyən etmişdir ki, 



 

40

baş beyin yarımkürələrinin ayrı-ayrı sahələri (paylar və nahiy-



yələr) müəyyən funksional əhəmiyyət daşıyırlar. Yəni hər bir 

payın öz funksiyası var. 

 

 

 



Şəkil 9. Baş beyinin sxematik quruluşunun  yandan görünüşü. 

 

Alın payı beyin yarımkürələrinin yaxşı inkişaf etmiş payı 



sayılır və insan beyninin ümumi sahəsinin 29%-ni təşkil edir. 

Bu payda nitqin əsas mərkəzi yerləşir. Onun ən ön hissəsi isə 

şəxsiyyətin keyfiyyətinin, yaradıcılığının və 

əlavə 


məşğuliyyətinin formalaşmasında iştirak edir. Hesab olunur ki, 

alın payı həm də təcavüz mərkəzidir.  

Bir sözlə, baş beyin qabığının alın payı insanın hansı əməl 

sahibi olmasını təmin edir. Onun yaxşı və ya pis olması, məhz 

bu payın nəzarəti altından gedir. Yəni insanın törətdiyi bütün 

əməllərə alın payı nəzarət edir və bu əməlləri törədir.  

7-ci əsrdə Qurani-Kərimdə yazılan bu fikrin dürüstlüyü 20-

ci  əsrin birinci yarısında müasir alimlər tərəfindən sübut 

edilmişdir.  

 

 

 

41



“Gözlər onu (görüb) dərk etməz” 

 

Gözün quruluşunun və funksiyasının müasir elm tərəfindən 



ətraflı öyrənilməsi göstərir ki, o, fotokameraya bənzəyir. Onun 

ön hissəsi işıq şüalarını qəbul edən və fokuslaşdırıb torlu qişaya 

ötürən şəffaf linzalardan ibarətdir (şək. 10). 

 

 



Şəkil  10. Gözün sxematik quruluşu. 

 

Müəyyən edilmişdir ki, insan dölünün embrional inkişafı 



dövründə gözün torlu qişası sinir borusundan (bu mərhələdə 

insan beyni sinir borusu şəklində olur) əmələ  gəlir. Bu sinir 

borusundan həm baş beyin, həm də onurğa beyni formalaşır. 

Deməli, gözün torlu qişası beyin toxumasından (sinir 

hüceyrələrindən) əmələ gəlir.  

Gözün torlu qişasının submikroskopik (çox incə) quruluşu 

öyrənilib. O, öz quruluşunun mürəkkəbliyinə görə də baş beyin 

yarımkürələrinin quruluşunu xatırladır. Onun qalınlığı 0,14 mm 

olub bir-biri ilə bağlı olan 3 sırada düzülmüş sinir 

hüceyrələrindən (neyronlardan) ibarətdir (şək. 11).  




 

42

 



Şəkil  11. Gözün torlu qişasının quruluşu. 

I – birinci (işığa həssas) neyronlar 

II – ikinci neyronlar 

III – üçüncü neyronlar 

1.

 

Piqmentli hüceyrələr 



2.

 

Çöpcüklər (və ya çöplər) 



3.

 

Kolbacıqlar 



4.

 

İşığa həssas hüceyrələrin (neyronların) cisimləri 



5.

 

Ulduzvari hüceyrələr (və ya neyronlar) 



6.

 

Bipolyar neyronlar 



7.

 

Neyron lifləri 



İşıq  şüası gözə düşən kimi billurdan keçib göz almasının 

daxili qişası olan torlu qişaya düşür. Torlu qişada gözün 

reseptorları (çöpcüklər və kolbacıqlar) yerləşir. Torlu qişada 

işıq, sinir impulslarına çevrilir və bunlar görmə sinir ilə baş 

beyinə-böyük yarımkürələr qabığının görmə nahiyyəsinə 

ötürülür. 

20-ci  əsrin ikinci yarısında sübut olunub ki, işıq  şüası 

gözün torlu qişasına düşən kimi göz onu hiss edir, yəni qıcıq 

 

43

baş beyinə  hələ ötürülməmiş göz işığı görür. N. Xartlayn 



əməkdaşları ilə birgə sübut edib ki, torlu qişa işığa (və ya işıq 

qıcığına) ayrı-ayrı reseptorların yığımı kimi deyil, yalnız bütöv 

bir mürkkəb fizioloji sistem kimi cavab verir. Torlu qişanın 

işığa reaksiyavermə qanunauyğunluqları sinir mərkəzlərinin 

işinin qanunauyğunluqlarına oxşardır. Bütün bu faktlar onu 

göstərir ki, gözün torlu qişası baş beynin ayrı-ayrı bölmələri 

kimi dərk etmək qabilyyətinə malikdir. Deməli, köz təkcə 

görmək yox, həm də öz beyni (torlu qişa) hesabına dərk edə 

bilir.  

Qurani-Kərimin  Əl-Ənam (6-cı) surəsinin ayələrində 

göstərilir ki:  

-

 



102-ci ayə – “O Allah Rəbbinizdir! Ondan başqa heç bir 

tanrı yoxdur. Hər  şeyi yaradan odur. Buna görə  də yalnız 

ona itaət edin. O, hər şeyə vəkildir”; 

-

 



103-cü ayə – “Gözlər onu görüb dərk etməz. O, gözləri 

dərk edər. O, lətifdir (cisimlikdən uzaqdır) və  hər  şeydən 

xəbərdardır”. 

Quran ayəsində gözün dərk etmək qabiliyyəti barədə olan 

ifadə gözün beynə (beyin toxumasına) malik olmasını göstərir. 

Belə ki, dərk etmək qabiliyyəti yalnız beynə  məxsus olan 

xassədir.  

Beləliklə, gözün öz beyninə malik olmasının alimlər 

tərəfindən 20-ci əsrdə sübut olunmasına baxmayaraq, bu barədə 

ilk elmi məlumat 1400 il bundan əvvəl Qurani-Kərimdə verilir.  



 


Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə