Microsoft Word matn-x. Qanbarov doc


yaratdıq. Yaradanların  ən gözəli olan Allah nə  qədər



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

 

30

yaratdıq. Yaradanların  ən gözəli olan Allah nə  qədər 



uludur!».

 

-



 

Əl-Ələq (96-cı) surəsinin 2-ci ayəsi – «O, insanı 



laxtalanmış qandan yaratdı».

 

Keyt Mor göstərmişdir ki, rüşeymin inkişafının 21-ci gü-



nündən başlayaraq orqanlar əmələ  gəlməyə başlayır.  İnkişafın 

26-cı günündə rüşeym elə bir mərhələdə olur ki, onun bir çox 

orqanları  əmələ  gəlmiş, yəni formalaşmış  və bir çox orqanları 

isə hələ əmələ gəlməmiş (formalaşmamış) olur (şək. 7). 

Rüşeymin inkişafının bu mərhələsi barədə Qurani-Kərimdə 

belə deyilir:  

-

 

Əl-Həcc (22-ci) surəsinin 5-ci ayəsi – «Ey insanlar! 



Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, bi-

lin. Biz sizi gildən, sonra nütfədən, sonra laxtalanmış 

qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (for-

malaşmış) və düşməmiş (formalaşmamış) bir parça ətdən 

yaratdıq ki, sizə (qüdrətimizi) göstərək. İstədiyimizi ana 

bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq 

olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına 

yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz vəfat edir, ki-

miniz də ömrün elə bir rəzil vaxtına çatdırılır ki, vaxtilə 

bildiyini bilməz olar (Ey insan!) Sən yer üzünü qupquru 

görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, 

hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər». 

 

31



 

Şəkil 7.  Dörd həftəlik insan rüşeyminin görünüşü. 

A – Böyüdülmüş şəkildə olan rüşeym;  

B – Təbii ölçüdə (6,5 mm) olan rüşeym. 

Rüşeymin inkişafının 42-ci günündə (6 həftədən sonra) 

artıq bütün orqanlar yaranmış (formalaşmış) olur (bu dövrdə 

onun ölçüsü çox kiçik – 12 mm olur). Rüşeym tam insan 

şəklinə düşür və dölə çevrilir (şək. 8).  

 



 

32

Şəkil 8. Altı həftəlik insan rüşeymi. 



A – böyüdülmüş şəkildə olan rüşeym. 

   B – Təbii ölçüdə (12 mm) olan rüşeym. 

 

Bu barədə Qurani-Kərimin  Əl-Səcdə (32-ci) surəsinin 



ayələrində göstərilir: 

-

 



7-ci ayə -  «O, yaratdığı  hər  şeyi gözəl yaratdı, insanı 

yaratmağa gildən başladı»;

 

-



 

8-ci ayə – «Sonra onun nəslini nütfədən – bir qətrə zəif 



sudan əmələ gətirdi»;

 

-



 

9-cu ayə – «Sonra onu düzəldib insan şəklinə saldı  və 



ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək 

verdi.

 Siz az şükür edirsiniz!» 

(Qeyd:  Məhəmməd peyğəmbərin (s.a.s.) sünnəsində 

(hədisində) göstərilir ki, hamiləliyin 42-ci günündə rüşeymin 

bütün orqanları yaranır və o, tam insan şəklinə düşür). 

Beləliklə, 18-20-ci əsrlərdə elm tərəfindən sübut edildi ki, 

insan rüşeyminin inkişafı mərhələlərlə, bir şəkildən digər şəklə 

düşə-düşə gedir. İlk dövrdə o, bir damla qana, sonra bir parça 

ətə  bənzəyir. Sonra sümüklər  əmələ  gəlir və rüşeym sümüklü 

əti xatırladır. Nəhayət rüşeym, bütün orqanları formalaşmış 

insan  şəklinə düşür. Bu elmi fikirlərin 1400 il bundan əvvəl 

müqəddəs Qurani-Kərimin ayələrində açıq-aydın verildiyinin 

şahidi oluruq.  

 

İsa Peyğəmbər dünyaya necə gəlib? 

 

Qurani – Kərimin (19-cu) surəsinin ayələrində belə deyilir:  



-

 

19-cu ayə – «Cəbrail: Mən sənə yalnız təmiz, məsum bir 



oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçiyəm - 

dedi».  

-

 



20-ci ayə – «Məryəm dedi: Mənim necə oğlum ola bilər 

ki, mənə indiyədək bir insan əli toxunmamışdır. Mən 

zinakar da deyiləm»

 



33

-

 



21-ci ayə – Cəbrail dedi: «Elədir, lakin Rəbbin buyurdu ki, 

bu mənim üçün asandır.  Biz onu insanlar üçün 



(qüdrətimizə  dəlalət edən) bir möcüzə, (sənə  və 

möminlərə isə) dərgahımızdan olan bir mərhəmət kimi 

edəcəyik. Bu əzəldən olunmuş bir hökmdür»

-



 

22-ci ayə – Məryəm artıq (Cəbrailin üfürməsi ilə İsaya) 



hamilə qaldı

  və onunla birlikdə uzaq bir yerdə (xəlvətə) 

çəkildi.  

Bu ayələrdən aydındır ki, Məryəm kişi tərəfindən 

mayalanma olmadan hamiləyə qalır. Hamıya məlumdur ki, 

bütün heyvanlarda və insanda rüşeymin (balanın)  əmələ 

gəlməsi üçün erkək qamet (spermatozoid) dişi qameti 

(yumurtanı) mayalamalıdır.  Əks halda yumurtadan bala əmələ 

gəlmir. Bu elmə çoxdan məlum olan faktdır. Bu faktı əldə əsas 

tutaraq bir çoxları elə hesab edir ki, Quranın 19-cu surəsinin 

22-ci ayəsində göstərilən, yəni Məryəmin kişi ilə  əlaqəsi 

olmadan (Cəbrailin üfürməsi ilə) hamiləyə qalması  rəvayətdir 

və mümkün olan iş deyil, həqiqətdən uzaqdır.  

Doğrudan da rüşeymin inkişafının başlanğıc anı 

spermatozoidin yumurta hüceyrəsi ilə birləşməsidir. 

Spermatozoid yumurta hüceyrəsinə daxil olduqdan sonra ona 

aktivləşdirici təsir göstərir, yəni onun inkişafına səbəb olur. 

Dicər tərəfdən spermatozoid həm də yumurtaya erkəyin 

(atanın) xromosomunu daxil edir. Lakin bir çox canlılarda 

mayalanma olmadan yumurtanın inkişaf edib balaya çevrilməsi 

təbiətdə mövcuddur. Buna elmdə partenogenez deyilir. 

Partenogenez – yunanca «parthenos» və «genea» sözlərindən 

ibarət olub «qızlıq inkişaf» deməkdir. Bu üsulla çoxalma 

mənənələrdə, arılarda, molyuskalarda (ilbizlərdə) müşahidə 

olunur. Bu canlılarda mayalanmamış yumurtadan erkək fərdlər

mayalanmış yumurtadan isə dişi fərdlər əmələ gəlir.  

Təbiətdə partenogenez bəzi onurğalı heyvanlarda da gedir. 

M.Olsen 1954-cü ildə hind toyuqlarında mayalanmamış 

yumurtadan balaların çıxmasını göstərib. Bu halda balaların 



Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə