Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   ...   7   8   9   10   11   12   13   14   15

 

44

DERMATOLOGİYAYA AİD 



 

“… O dəriləri başqasıyla əvəz edəcəyik” 

 

Müqəddəs Qurani-Kərimin Ən-Nisa (4-cü) surəsinin 56-cı 



ayəsində deyilir: «Ayələrimizi inkar edənləri oda atacağıq. 

Onların dəriləri yanıb bişdikcə,  əzab (həmişə) dadsınlar 

deyə, o dəriləri başqası ilə  əvəz edəcəyik. Allah yenilməz 

qüvvət, hikmət sahibidir».

 

Bu ayədə dermatologiyaya (dəri haqqında elmə) aid məlu-



mat vardır. Göstərilir ki, insan dərisi bişdikdə və yandıqda ağrı 

və başqa  əzab hissləri duyulmur (itir). Deməli, orqanizmə 

ətrafdan olan təsirlər nəticəsində yaranan əzab (ağrı, yanma, 

donma və s.) hissləri dəri vasitəsilə duyulur.  

Dermatologiya sahəsində çalışan alimlər dərinin quruluşu 

və funksiyalarını  ətraflı öyrənmişlər. Məlumdur ki, insan 

bədənini örtən dəri 3 qatdan ibarətdir. Birincisi, üst nazik qat 

olan epidermisdir. İkincisi, onun altında yerləşən derma qatıdır. 

Üçüncüsü, birləşdirici toxumadan ibarət olan ən qalın qatdır. 

Bu qatda tər vəziləri, piy vəziləri, kapillyarlar, piy toxuması və 

reseptorlar yerləşir (şək. 12). 

Dərinin funksiyaları aşağıdakılardır: 

-

 

dəri bütün toxumaları  və orqanları mexaniki zədədən 



qoruyur. Orqanizmə yad maddələrin, xəstəlik törədən mikrob-

ların keçməsinə mane olur. Günəşdən gələn ultrabənövşəyi 

şüaların zərərli təsirindən müdafiə olunmaq üçün tünd 

piqment (melanin) buraxır; 

-

 

dəridə raxit xəstəliyinin qarşısını alan «D» vitamini əmələ 



gəlir.  

-

 



dəri bədən temperaturunun sabit saxlanılmasında iştirak edir; 

-

 



dəri ifrazat işi də görür, tər vəziləri vasitəsilə suyun və 

duzların artıq hissəsi orqanizmdən çıxarılır; 

-

 

dəridə  təzyiqi, ağrını, soyuğu, istini qəbul edən müxtəlif 



reseptorlar vardır. Bu reseptorların sayəsində insan özünü 

 

45



yaralanmadan, yanıqdan, donmadan qoruyur. Dəri hissiy-

yatı itdikdə orqanizm ətraf mühitdən heç nə hiss etmədən 

zədələr alır. Dəri hissiyyatı orqanizmin ətraf mühitlə qar-

şılıqlı əlaqəsində mühüm rol oynayır.  

 

 

 



Şəkil 12. İnsan dərisinin sxematik quruluşu 

I.

 



Epidermis 

II.


 

Əsil dəri 

III.

 

Dərialtı toxuma 



1.

 

Buynuzlaşmış hüceyrələr qatı 



2.

 

Canlı hüceyrələr qatı 



3.

 

Reseptorlar 



4.

 

Piy vəzisi 



5.

 

Tər vəzisi 



 

Reseptorlar ətraf mühitin təsirindən yaranan qıcıqları qəbul 

edə bilən sinir uclarıdır. Onların dəridə yerləşməsini ilk dəfə 

1834-cü ildə E.Veber göstərmişdir. T.Bliks 1882-ci ildə 

müəyyən etmişdir ki, hər bir hissiyatın öz reseptorları vardır. 

Məsələn, istini qəbul edən, soyuğu duyan, ağrıları hiss edən və 




 

46

s. reseptorlar. Bütün bu reseptorların hamısı dəridə yerləşir. Hər 



bir növ reseptorun miqdarı da fərqlidir. Məsələn, dəridə soyuğu 

hiss edən reseptorlar istini hiss edən reseptorlardan çoxdur. 

Dərinin 1 sm

2

 sahəsində 12-13 ədəd soyuğu və 1-2 ədəd istini 



hiss edən reseptorlar yerləşir. 

Ağrını hiss edən reseptorlar 20-ci əsrin əvvəllində A. Frey 

tərəfindən ətraflı öyrənilib. O, göstərmişdir ki, dəridə ağrı hiss 

edən nöqtələr (reseptorlar) digərlərinə nisbətən miqdarca 

üstünlük təşkil edir. Məsələn,  əlin üst hissəsinin 1 sm

2

 



sahəsində iki yüzə qədər ağrı hiss edən reseptorlar yerləşir. 

Cərrahi  əməliyyatlar zamanı  ağrını hiss etməmək üçün 

müxtəlif kimyəvi maddələrin köməyi ilə  bədənin lazım olan 

nahiyyəsini keyləşdirirlər. Bu maddələr məhz dəridə olan 

reseptorların işini tomozlayır və xəstə, əməliyyat zamanı ağrını 

hiss etmir.  

Beləliklə, 1400 il bundan əvvəl yazılmış Qurani-Kərimdə 

əzabı (ağrını, yanığı  və s.) hiss edən nöqtələrin (reseptorların) 

dəridə yerləşməsi barədə  dəqiq elmi məlumatlar 19-cu əsrdə 

müasir alimlər tərəfindən bir daha sübuta yetirilmişdir. 

 

«Bəli, Biz onun barmaqlarını  

da düzəltməyə qadirik!» 

 

Müqəddəs Qurani-Kərimin Əl-Qiyamə (75-ci) surəsinin 4-



cü ayəsində deyilir: «Bəli, Biz onun barmaqlarını da 

(barmaq sümüklərini də, barmaqların uclarını da) 

düzəltməyə qadirik!»

Bu ifadə insanın barmaqlarında hər bir şəxs üçün özünə 



məxsus olan əlamətlərin (izlərin) olması barədə məlumat verir. 

Bu  əlamətlər həyatdan getmişlərin, hazırda yaşayanların və 

bundan sonra həyata gələcək insanların hamısında fərqlidir.  

Barmaqların uclarında bu qədər fərqi yaratmaq ancaq Allaha 

məxsusdur.  İnsan öldükdə  və o dünyada onu yenidən 

 

47



diriltdikdən sonra onun barmaq izlərinə qədər dəqiqliklə bərpa 

ediləcəyi göstərilir.  

İnsan barmaqlarının ucundakı  dəridə izlərin (xətlərin) bü-

tün insanlarda fərqli olduğunu ilk dəfə 1686-cı ildə anatom 

M.Malpiki, sonralar isə 1823-cü ildə Y. Purkine söyləmişlər.  

İngilis alimi F. Qalton 1900-1909-cu illərdə insanın 

barmaq izlərini öyrənmək sahəsində geniş  tədqiqatlar aparmış 

və barmaq izlərinə görə insanları bir-birindən fərqləndirmə 

(tanıma) metodunu təklif etmişdir.  İngiltərədə cinayətkarları 

aşkar etmək üçün bu üsuldan ilk dəfə istifadə olunmuşdur.  

İnsanın (barmaqların, ovucun, dabanın və s.) dərisindəki 

xətləri öyrənən elmə dermatoqlifika (yunanca «derma» – dəri, 

«qlife» – xətçəkmə deməkdir) deyilir. Dermatoqlifika artıq 

sübut edib ki, yer üzərində barmaq izləri oxşar (eyni) olan iki 

adam yoxdur.  

Şotlandiya polisi E. Henri ömrünü barmaq izlərinin dəqiq 

öyrənilməsinə  həsr etmiş  və bir daha göstərmişdir ki, hər bir 

şəxsin barmaqlarının izi ancaq onun özünə  məxsusdur. Yəni 

heç vaxt başqasında təkrar olunmur.  

Barmaq izlərini öyrənən sahə daktiloskopiya adlanır. Hal-

hazırda dünyanın bütün ölkələrində daktiloskopiyanın köməyi 

ilə hər hansı bir müqəssiri və ya cinayətkarı asanlıqla müəyyən 

etmək olur. Daktiloskopiya təkcə cinayətkarların üzə 

çıxarılmasında deyil, hətta insanın psixologiyasının aşkar 

olunmasında da rol oynayır. Müasir daktiloskopiya əsasında 

beş növ barmaq izinin mövcud olduğu aşkar edilib. Hər bir növ 

barmaq izinin isə saysız-hesabsız formaları mövcuddur. Məhz 

bu formalar əsasında hər bir şəxsi digərindən fərqləndirmək 

olur (şək. 13). 

Beş növ barmaq izləri isə insanın psixologiyasının  əsas 

cəhətlərini özündə  əks etdirir. Məsələn, baş barmağın birinci 

bəndi (falanqası) böyükdürsə, bu, iradənin çox güclü olmasını 

göstərir (şək. 14). Məlumdur ki, Qalileyin, Dekartın, Nyutonun

Volterin baş barmaqları belə formaya malik olub. Lakin 




Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə