Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 

26

                                             2. Spermatozoidlər 



 

Əmələ  gələn yeni hüceyrə «ziqot» adlanır və o, ilk rü-

şeymin başlanğıcıdır. Spermatozoidin rolu təkcə yumurta hü-

ceyrəsini qıcıqlandırmaq yox, həm də atanın irsi məlumatlarını 

rüşeymə ötürməkdir. Nəticədə, hər iki valideynin irsi məlu-

matları rüşeymə ötürülür. 



 

«… O, sizi analarınızın bətnində  

üç zülmət içində yaranışdan-yaranışa  

salaraq yaradır…» 

 

İlahi kitab olan Quranda mayalanmış yumurta 



hüceyrəsinin, yəni ilk rüşeymin harada yerləşməsi və qorun-

ması barədə də dəqiq məlumat verilir.  

-

 

Əl-Muminun (23-cü) surəsi, 13-cü ayə – «Sonra onu (in-



sanı) nütfə (rüşeym) halında etibarlı bir yerdə (ana 

bətnində) yerləşdirdik»

-



 

Əz-Zümər (39-cu) surəsi, 6-cı ayə – «Allah sizi tək bir 

nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən 

həmtayını (Həvvanı) yaratdı. O, heyvanlardan (erkək və dişi 

olmaqla) səkkiz cift (baş)  əmələ  gətirdi.  O, sizi 

analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və 

qarın) içində yaranışdan-yaranışa salaraq

 

-



 

yaradır.

 Bu, sizin Rəbbiniz olan Allahdır, hökm onundur, 

ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə 

döndərilmisiniz? (imandan necə dönürsünüz?). 

19-20-ci  əsrlərdə müasir elm tərəfindən sübut edildi ki

yumurta hüceyrəsi spermatozoidlə mayalandıqdan sonra 

uşaqlığa düşür və onun selikli qişasına yapışır. Burada inkişaf 

etməkdə olan rüşeym 3 qatla (divarla) əhatə olunub qorunur: 1) 

Rüşeym qılafı (rüşeymi bilavasitə əhatə edən pərdə); 2) Uşaqlıq 

divarı; 3) Ananın qarın divarı (şək. 4). 

 

27

Beləliklə, insan rüşeyminin  əmələ  gəlməsi barədə düzgün 



elmi sübutların alimlər tərəfindən 19-20-ci əsrlərdə  əldə olun-

masına baxmayaraq, 1400 il bundan əvvəl Qurani-Kərimdə 

rüşeymin  əmələ  gəlməsi, onun harada yerləşdirilməsi və 

qorunması barədə dəqiq elmi məlumatlar verilir.  

 

Şəkil 4. Ana bətnində yerləşən döl (inkişaf etmiş rüşeym) 



 

«O, insanı laxtalanmış qandan yaratdı» 

 

Müasir dövrdə elmə  məlumdur ki, mayalanmadan sonra 



əmələ  gələn insan rüşeyminin ana bətnində inkişafı 3 əsas 

mərhələdən ibarətdir. Birincisi, ilk 7 gün ərzindəki inkişaf. 

İkincisi 2-8-ci həftələr  ərzində olan inkişaf. Üçüncüsü, 9-cu 

həftədən başlayaraq ta doğulana qədər olan döl dövrü.  

İnsan rüşeyminin inkişafı barədə ilk müasir təsəvvürlər 18-

ci  əsrdə yaranmağa başlamışdır. Peterburq Akademiyasının 

akademikləri K. Volf (1759-cu ildə) və K. Ber (1828-ci ildə) öz 

fundamental elmi nəticələri ilə preformizm (ilk rüşeymdə bütün 

orqanların qabaqcadan hazır  şəkildə mövcud olması) 

nəzəriyyəsinin  əksinə olan epigenez nəzəriyyəsinin  əsasını 




 

28

qoydular. Epigenez nəzəriyyəsinə görə ilk rüşeymdə orqanlar 



mövcud olmur. Rüşeymin inkişafı dövründə müxtəlif 

mərhələlərdə ayrı-ayrı orqanlar yaranır və  nəhayət, tam 

orqanizmə çevrilir. 

Uzun müddət insan embrionunun inkişafını öyrənməklə 

məşğul olan Kanadalı alim Keyt Mor 20-ci əsrin ortalarında 

göstərmişdir ki, yumurta hüceyrəsi mayalandıqdan sonra əmələ 

gələn ilk rüşeym (buna elmdə ziqot deyilir) bir hüceyrədən 

ibarət olur. Bu hüceyrə uşaqlığa düşərək onun divarına (selikli 

qişasına) yapışır. Yalnız müasir elektron mikroskopun köməyi 

ilə müəyyən etmək mümkün olmuşdur ki, ziqot uşaqlığın di-

varına yapışmış  və oradan asılı halda qalmış bir damla qana 

bənzəyir. Burada ilk rüşeymin inkişafı parçalanma yolu ilə ge-

dir və çoxlu hüceyrələrdən ibarət bir şara çevrilir. Bu mərhələ 

blastula adlanır və onu ilk dəfə 1853-cü ildə F. Keber müəyyən 

etmişdir. Daha sonra divarı birqat hüceyrələrdən ibarət bu şar 

bir tərəfdən içəri çökərək ikiqat hüceyrə  yığımına çevrilir. Bu 

mərhələ qastrula adlanır (şək. 5). Sonrakı dövrlərdə bu iki 

hüçeyrə qatı arasında üçüncü hüceyrə qatı yaranır və rüşeym 3 

qat hüceyrələr yığımından ibarət olur (şək. 6).  

 

Şəkil 5. Mayalanmış yumurta hüceyrəsinin parçalanma yolu ilə 



çoxalaraq inkişafı 

1.

 



Mayalanmış yumurta hüceyrəsi 

2.

 



Yumurta hüceyrəsinin parçalanması 

 

29



3.

 

Blastula mərhələsi 



4.

 

Qastrula mərhələsi 



 

Şəkil 6. Üç qat hüceyrələrdən ibarət olan rüşeymin köndələn 

kəsiyi (müxtəlif mərhələdə). 

1.

 



Ektoderma 

2.

 



Endoderma 

3.

 



Mezoderma 

 

Bütün bu mərhələlərdə rüşeym uşaqlığın divarına yapışmış bir 



parça əti xatırladır. 

Rüşeymin sonrakı inkişafı dövründə sümüklər və  əzələlər 

əmələ  gəlir. Bu mərhələdə o, artıq yumuşaq  ətə  bənzəmir və 

nisbətən bərk, sümüyə malik bir quruluşa malik olur.  

Müqəddəs Qurani-Kərimin Əl-Muminun (23-cü) surəsinin 

ayələrində rüşeymin inkişafının bu mərhələləri barədə belə 

deyilir:  

-

 



12-ci ayə – «Biz, həqiqətən insanı tər-təmiz gildən yaratdıq»; 

-

 



13-cü ayə – «Sonra onu (Adəm övladını) nütfə halında 

möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik»;

 

-



 

14-cü ayə – «Sonra nütfəni laxtalanmış qana çevirdik, 



sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir 

parça  əti sümüklərə döndərdik, sonra sümükləri  ətlə 

örtdük və daha sonra onu bam-başqa bir məxluq olaraq 


Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə