Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   ...   7   8   9   10   11   12   13   14   15

 

48

iradəsizliyi və çox zəifliyi ilə tanınmış olan Fransa kralı 11-ci 



Luinin baş barmağının birinci bəndi çox kiçik olub. 

 

 



Şəkil 13. İnsanın barmaq izlərinin növləri 

 

 



 

Şəkil 14.  İnsan əlinin xətləri və barmaq falanqalarının 

görünüşü 

Beləliklə, insan barmaqlarının izi bütün adamlarda fərqli 

olduğu elm tərəfindən 20-ci əsrin  əvvəlində tam sübuta 

yetirilməsinə baxmayaraq, bu fikir 1400 il bundan əvvəl 

müqəddəs Qurani-Kərimdə verilmişdir. 

 

49



GENETİKAYA AİD 

 

«…Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onları 

özlərinə şahid tutaraq…» 

 

Müqəddəs Qurani-Kərimin Əl-Əraf (7-ci) surəsinin 172-ci 



ayəsində deyilir: (Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman 

Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb 

onları özlərinə (bir-birinə)  şahid tutaraq:

 «Mən Sizin 

Rəbbiniz deyiləmmi?» - soruşmuşam, onlar da: «Bəli, 

Rəbbimizsən!» - deyə cavab vermişlər. (Belə bir şahidliyin 

səbəbi) qiyamət günü: «Biz bundan qafil idik». 

Bu ayədə  «Adəm oğlullarının bellərindən nəsillərini 



çıxarıb onların özlərinə  şahid tutarıq»

 ifadəsində atadan 

(valideynlərdən) övladlara (nəsillərə) əlamətlərin irsən keçməsi 

fikri verilmişdir.  

Əlamətlərin doğrudan da irsi olaraq valideynlərdən yeni 

nəslə ötürülməsini ilk dəfə 1884-cü ildə K. Negeli, O. Kertoviç, 

E. Strasburger və A. Veysman göstərmişlər. Belə ki, 

spermatoziod (kişi cinsi hüceyrə) yumurta hüceyrəsi (qadın 

cinsi hüceyrə) ilə birləşib mayalandıqdan sonra rüşeym  əmələ 

gəlir. Spermatozoid atanın, yumurta hüceyrəsi isə ananın 

irsiyyət maddəsini (irsi məlumatları) rüşeymə ötürür. 

Rüşeymdən  əmələ  gələn yeni orqanizm (nəsil) hər iki 

valideynin genetik xassələrinə malik olur.  

Erkək və dişi cinsi hüceyrələr birləşdikdən sonra onların 

nüvəsi bir-birinə qarışır. Nüvənin tərkibində irsiyyət 

maddəsinin (idioplazmanın) olmasını 1888-ci ildə T. Boveri 

göstərmişdir. Nüvədə irsiyyət maddəsinin xromosomdan ibarət 

olması isə 1900-cü ildə  kəşf olunub. İsveçrə alimi R. Mişer 

dezoksiribonuklein turşusunu (DNT) 1868-ci ildə kəşf etməsinə 

baxmayaraq, Amerika alimləri O. Everi, K. Makleod və M. 

Makkarti DNT-nin irsi məlumatlar daşımasını xeyli sonra sübut 

etdilər.  




 

50

İrsiyyət amillərini ifadə etmək üçün U. Betson 1906-cı ildə 



genetika anlayışını, 1909-cu ildə isə V. Yohansen gen terminini 

elmə daxil etdi. Alimlərin fikrincə gen DNT-nin irsi informa-

siya daşıyan ən kiçik bir hissəsidir. İnsanın bütün xüsusiyyətləri 

haqqında məlumat ayrı-ayrı genlərdə yerləşir. 

İnsanın genetikası ingilis alimi F.Qaltonun 1876-1909-cu 

illərdə apardığı  tədqiqatlar sayəsində yaranmışdır. O, insanın 

bir çox xüsusiyyətlərinin valideynlərdən uşaqlara irsi keçməsini 

öyrənmişdir. F.Qalton və rus alimlərindən N. Koltsov, A. Sere-

brovski və Y. Filipçenko insanın bəzi mənəvi xassələrinin 

(keyfiyyətlərinin) də irsi keçməsini öyrənmişlər. 

Artıq elm sübut edib ki, hər bir  insanın fərdi (rüşyem 

əmələ gələndən sonrakı) inkişafı genetik və ictimai proqramlar 

üzrə gedir. Genetik proqram insanın xassələrinin formalaşması 

(inkişafı) üçün əsasdır. Məsələn, insanın boyunun hündürlüyü 

(uzunluğu) genlər vasitəsilə  təyin olunur. Lakin boyun 

uzunluğu genetik təyin olunmuş  həddə çatmaq üçün boy hor-

monunun (samototropinin) orqanizmdə sintez olunması vacib-

dir (hormonun sintezi də genetik təyin olunur). Afrikada 

yaşayan Buqimen və Piqmey tayfalarının boyu 150 sm-dən 

yuxarı olmur. Baxmayaraq ki, onların orqanizmində boy hor-

monu normal sintez olunur. Deməli, boyun uzunluq həddi ge-

netik təyin olunmuş (genlərdə  həkk olunmuş) həddən yuxarı 

qalxa bilmir. Hər bir nəsil üçün, hətta hər bir fərd üçün bu hədd 

genetik, yəni irsən təyin olunub.  

 

 

«… O, vaxtı müəyyən edilmiş bir yazıdır…» 

 

Qurani-Kərimin beş surəsinin ayələrində göstərilir:  



-

 

Ali-İmran (3-cü) surəsinin 145-ci ayəsi – «Allahın izni ol-



mayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən 

edilmiş bir yazıdır.

 Dünya mənfəətini istəyən şəxsə, dünya 

 

51

mənfəətindən, savabı istəyən  şəxsə isə axirət savabından 



verərik. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq»; 

-

 



Ən-Nisa (4-cü) surəsinin 78-ci ayəsi – «Harada olursunuz 

olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi 

haqlayacaq.

 Onları (yəhudilərə  və münafiqlərə) bir xeyir 

yetişdikdə: «Bu, Allahdandır» - deyərlər, bir pislik üz 

verdikdə isə: «Bu səndəndir» - söyləyərlər, (onlara) de: 

«Hamısı Allah tərəfindəndir». Bu camaata nə olub ki, az 

qala söz də anlamırlar!»; 

-

 

Əl-Əraf (7-ci) surəsinin 34-cü ayəsi – hər bir ümmətin 



(əzəldən müəyyən edilmiş)  əcəl (ölüm) vaxtı vardır. 

Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanır, 

nə də tələsərlər;

 

-



 

Yunus (10-cu) surəsinin 49-cu ayəsi – (Ya Məhəmməd!) 

De: «Allahın istədiyindən başqa, mən özümə  nə bir xeyir, 

nə  də bir zərər verə bilərəm.  Hər ümmətin (əzəldən 



müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, 

məhv olma, tənəzzülə  uğrama,  əzaba, müsibətə düçar 

olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat 

belə nə yubanar, nə də tələsərlər»;

 

-



 

Əl-hicr (15-ci) surəsinin 5-ci ayəsi – «Heç bir ümmət 



əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər».

 

Bu ayələrdə açıq-aşkar göstərilir ki, insanın ömrünün 



uzunluğu qabaqcadan təyin olunmuş bir vaxtdır. İnsan bunu nə 

uzada, nə də qısalda bilər.  

Müasir elmi faktlara görə də insan ömrünün uzunluğu irsi 

olaraq genlərdə yazılmış bir məlumatdır. Bu məlumatı insan 

dəyişə bilməz. Bir çox alimlərin fikrincə ömrün uzunluğu növü 

xarakterizə edən  əlamətdir. Bu əlamət təkamül prosesində 

genetik olaraq bərkidilmiş (yazılmış) və  fərdi inkişafda özünü 

biruzə verir. Məşhur amerikalı genetik T.Dobrjanski yazır ki, 

insanın ölümü (ömrü)  onun genotipi ilə (gendə həkk olunmuş 

məlumatla) müəyyən olunur. Hal-hazırda insan ömrünün 

uzunluğunda genetik amilin rolu heç bir şübhə doğurmur. Belə 



Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə