Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   2   3   4   5   6   7   8   9   ...   15

 

insanın mənşəyi, embriologiya, genetika, dermatologiya, 



botanika, insan anatomiyası və fiziologiyası sahələrinə aiddir.  

Gətirilən elmi sübutlar isə müəllifin  əldə edə bildiyi 

mövcud müasir elmi ədəbiyyata əsaslanır.  

Qeyd etmək lazımdır ki, Qurani-Kərimdə biologiyaya aid 

çoxlu (bu kitabçada toxunulmayan) başqa fikirlər də mövcud-

dur ki, onları adi müşahidəçilik yolu ilə  də  dərk etmək müm-

kündür. Bu yazıda yalnız o bioloji fikirlərə yer verilmişdir ki, 

onları yalnız 18-20-ci əsrlərə qədər (müasir elmi dəlillər olma-

dan) dərk etmək mümkün olmamış və bu səbəbdən bu fikirlərin 

dürüstlüyü inkar edilmiş və ya şübhə altına alınmışdır. 

Kitabçanın tərtib olunmasında öz qiymətli məsləhətlərini 

əsirgəməyən biologiya elmləri doktoru, professor E.Axundo-

vaya, professor Q.Mustafayevə, yazının redaktorluğuna razılıq 

verən akademik V.Məmmədəliyevə və çap işlərini öz öhdəsinə 

götürmüş Hacı Eyyub Heydərova dərin minnətdarlığımızı çat-

dırırıq. 

Kitabçanı diqqətlə oxuyub, qüsurlara aid olan qeydlərini 

müəllifə çatdıran oxuculara qabaqcadan minnətdarlığımızı 

bildiririk. 

 

 



7

TƏKAMÜL TƏLİMİNƏ AİD 

 

İlk həyat harada əmələ gəlib? 

 

Müasir elm tərəfindən sübut edilmişdir ki, həyat (yəni 

canlılar və onları  təşkil edən üzvi maddələr) qeyri-üzvi 

maddələrdən  əmələ  gəlmişdir. Bu fikri ilk dəfə 20-ci əsrdə 

nəzəriyyə şəklində irəli sürən rus alimi A.Oparin olmuşdur.  

Həyatın qeyri-üzvi maddələrdən (gildən)  əmələ  gəlməsi 

1400 il bundan əvvəl müqəddəs Qurani-Kərimin ayələrində 

açıq-aydın göstərilib. Lakin həyatın ilk dəfə harada (yerdə, 

yoxsa başqa planetlərdə)  əmələ  gəlməsi məsələsi müasir elm 

tərəfindən hələlik müəyyən olunmamışdır. Bununla belə müasir 

alimlər elə hesab edirlər ki, həyatın qeyri-üzvi maddələrdən 

əmələ  gəlməsi təkcə yerdə deyil, kainatın başqa yerlərində 

(digər günəş sistemi planetlərinin birində) də əmələ gələ bilər. 

Buna görə də bir çox alimlər həyatın yer üzünə kainatın başqa 

yerindən gəlməsini istisna etmirlər.  Bu  fikrin  tərəfdarları bio-

genez nəzəriyyəsini irəli sürmüşlər. Bu nəzəriyyə  həyatın yer 

üzünə başqa yerdən gəlməsini əsaslandırır.  

Bu məsələ barədə müqəddəs Qurani-Kərimin ayələrində 

belə deyilir:  

-

 



Əl-Bəqərə (2-ci) surəsi: 36-cı ayə – Şeytan onları azdırıb 

olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəm, Həvva və 

Şeytana) dedik: «Bir-birinizə düşmən kəsilərək yer üzünə 

enin! yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq 

və yaşayış vasitələri var»;

 

38-ci ayə – Biz dedik: «Hamınız buradan yer üzünə enin! 



Mənim tərəfimdən sizə bir yol göstərən (hidayət) gəldiyi 

zaman Mənim hidayətimə tabe olanlara heç bir qorxu 

yoxdur və onlar qəmgin olmazlar»

-



 

Əl-Əraf (7-ci) surəsi: 10-cu ayə – «Sizi yer üzündə 



yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri 

yaratdıq.

 Siz isə olduqca az şükür edirsiniz»; 




 

24-cü ayə – «Bir-birinizə düşmən olaraq yer üzünə enin! 



Yerdə sizin üçün bir müddət sığınacaq və dolanacaq 

vardır» 

dedi Allah; 

25-ci ayə – (Allah) dedi: «Orada yaşayacaq, orada öləcək 

və oradan çıxarılacaqsınız!»;

 

-



 

Taha (20-ci) surəsinin 123-cü ayəsi – Allah belə buyurdu: 



«Bir-birinizə düşmən kəsilərək hamınız Cənnətdən enin 

(yerə)!

  Məndən sizə doğru yol göstərən bir rəhbər 



gəldiyi zaman, hər kəs mənim haqq yolumu tutub getsə, 

nə yolunu azar, nə də bədbəxt olar».

 

Yuxarıda göstərilən Quran ayələrində ilk həyatın yer üzünə 



başqa yerdən gəlməsi barədə məlumat verilir.  

Müasir elm tərəfindən Qurani-Kərimin ayələrindəki 

fikirlərin elmiliyini sübut (təsdiq) olunması onu göstərir ki, 

burada verilən məlumatlar doğru-düzgün elmi fikirlərdir. Lakin 

Qurandakı  bəzi məlumatların elmiliyini sübut edəcək dəlillər 

hələlik əldə edilməyib və elm inkişaf etdikcə bu dəlillərin aşkar 

ediləcəyinə heç bir şübhə yoxdur.  

Qurani-Kərimdə olan əksər məlumatların elmiliyi 18-20-ci 

əsrlərdə sübut olunub. Şübhəsiz ki, elmi inkişafın çox böyük 

vüsət aldığı 21-ci əsrdə «həyatın yer üzünə kainatın digər 

yerindən (planetindən) gəlməsi» barədə Qurani-Kərimdə olan 

fikir öz müasir elmi təsdiqini tapacaqdır.  



 

«Və Allah sizi yerdən yaratmış,  

bitki tək bitirmiş sizi»

 

 



Hamıya məlumdur ki, canlıların  əsas xüsusiyyətlərindən 

biri onun üzvi maddələrdən təşkil olunmasıdır. Üzvi 

maddələrin varlığı həyatın varlığı deməkdir.  

Bəs bu üzvi maddələr (zülal və b.) ilk dəfə  nədən (və ya 

haradan) yaranıb? Bu suala müasir elm artıq birmənalı cavab 

verir. Müasir elmi təlimə görə həyat fiziki amillərin təsirindən 

qeyri-üzvi maddələrdən təkamül prosesində  əmələ  gəlmiş  və 

 

9



inkişaf etmişdir. Bu fikri ilk dəfə hipotez şəklində irəli sürən 

rus alimi A. İ. Oparin (1924-cu ildə) olmuşdur. Amerika alimi 

A. İ. Holdeyn də 1929-cu ildə A. Oparindən xəbəri olmadan, bu 

fikri irəli sürmüşdür.  

Sonralar (1953-cü ildə) ABŞ-da Çikaqo Universitetinin 

professoru S. Miller apardığı təcrübələri ilə sübut etdi ki, qeyri-

üzvi maddələrdən üzvi maddələrin əmələ gəlməsi mümkündür. 

O, amonyak, metan, su və hidrogen qazı kimi maddələrdən 

xüsusi (oksigensiz) şəraitdə süni yolla amin turşusu (üzvi 

maddə) almağa nail oldu.  

Millerdən sonra dünyanın bir çox alimləri bu təcrübəni öz 

tədqiqatları ilə bir daha təsdiq etdilər.  

Qurani-Kərimin aşağıdakı ayələrində deyilir:  

-

 



Əl-Hicr (15-ci) surəsinin 26-cı ayəsi – «Biz insanı quru 

gildən və qara palçıqdan yaratdıq»

-



 

Əl-Kəhf (18-ci) surəsinin 37-ci ayəsi – «Onunla söhbət 

edən yoldaşı isə belə dedi: Əvvəlcə səni küldən, sonra bir 

qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə 

salmış Allahı inkarmı  edirsən» 

-

 



Əl-Mumin (23-cü) surəsinin 12-ci ayəsi – «Biz həqiqətən 

insanı tərtəmiz bir gildən yaratdıq»

Bu ayələrdən aydındır ki, söhbət ilk canlıdan, yəni həyatın 



əmələ  gəlməsindən gedir. İnsan yer üzərindəki həyatın  ən ali 

formasıdır və yuxarıdakı ayələrdə «insan» dedikdə «həyat» 

nəzərdə tutulur. Göstərilir ki, ilk həyat gildən, küldən və qara 

palçıqdan yaranıb. 

Elmə  məlumdur ki, gil kimyəvi tərkibcə yalnız qeyri-üzvi 

maddələrdən təşkil olunub. Kül isə  hər hansı bir üzvi 

maddələrdən ibarət substrat (məsələn, bitki, insan və heyvan 

cəsədi) yandıqdan sonra yerdə qalan qarışığa deyilir. Bu qarışıq 

(kül) də yalnız qeyri-üzvi maddələr qarışığından ibarət olur.  

Əlbəttə, 1400 il bundan əvvəl Məhəmməd peyğəmbərin (s.a.s.) 

dövründə «qeyri-üzvi maddə» termini olmayıb və bu terminin 

yerinə gil, kül palçıq (yer) terminləri işlənib. Doğrudan da gil, 




Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə