Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   ...   7   8   9   10   11   12   13   14   15

 

56

Bir çox bitkilərdə  əlvan çiçəkyanlığı  və xoş  ətirli iy 



olmadığı üçün (məsələn: qoz, fındıq, qarğıdalı, buğda və arpa 

bitkiləri) onlar arıların və başqa həşəratların diqqətini cəlb edə 

bilmirlər. Belə bitkilərin tozlanması külək vasitəsilə gedir (şək. 

17). Bu bitkilərin erkəkcikli çiçəklərində külli miqdarda 

tozcuqlar (erkəkciklər)  əmələ  gəlir və bu tozcuqlar külək 

vasitəsilə dişicikli çiçəyin dişiciyinin ağzına düşərək onu 

tozlayır. Nəticədə mayalanma prosesi gedir.  

 

 



Şəkil 17. Əlvan çiçək yanlığına malik olmayan qarğıdalı 

bitkisinin çiçəkləri. 

 

Bu barədə Qurani-Kərimin Əl-Hicr (15-ci) surəsinin 22-ci 



ayəsində deyilir: «Biz küləyi mayalandırma olaraq 

göndərdik,

 göydən yağmur endirib su verdik. Yoxsa onu yığıb 

saxlayan siz deyilsiniz!». 

Beləliklə, 1400 il bundan əvvəl Qurani-Kərimin ayələrində 

bitkilərin erkək-dişi (erkəkcikli-dişicikli) olması  və onların 

bəzilərinin tozlanıb mayalanması arının (həşəratların) iştirakı 

ilə getdiyi, bəzilərində isə bu prosesin külək vasitəsilə  həyata 

 

57



keçdiyi barədə məlumatlar verilir. Bu faktların elmi əhəmiyyətə 

malik olması isə 19-20-ci əsrlərdə sübut edilmişdir.  




 

58

DİN VƏ ELM BARƏSİNDƏ BƏZİ MÜLAHİZƏLƏR 

 

Qurani-Kərimin bəşəriyyət tərəfindən qəbul olunması 



tarixinə  nəzər yetirdikdə  məlum olur ki, son əsrlərə  qədər o, 

özündən  əvvəlki səmavi kitablardan daha dolğun olan 

müqəddəs dini bir kitab kimi tanınmışdır.  

Lakin, müasir elm inkişaf etdikcə, xüsusən 19-20-ci 

əsrlərdə elmin inkişafı böyük vüsət aldıqdan sonra, Quranın 

həm də  dərin və  dəqiq elmi kitab olduğu sübuta yetirilmişdir. 

Müasir dövrdə elmi fikirlər (məsələlər) kimi qəbul edilən çoxlu 

Quran ayələri 19-20-ci əsrlərə  qədər sırf dini məsələlər 

sayılırdı. Deməli, müasir elm tərəfindən ayələrin elmiliyi sü-

buta yetdikcə Quranın insanlar tərəfindən qəbul edilən elmilik 

dərəcəsi artır. Başqa sözlə, sırf dini əhəmiyyətli sayılan ayələrin 

artıq həm də elmi əhəmiyyətə və ya sırf elmi əhəmiyyətə malik 

olduğu aşkar edilir və elmi əhəmiyyəti aşkar olan ayələrin sayı 

getdikcə artır. Elmiliyi alimlər tərəfindən hələlik aşkar oluna 

bilinməyən ayələr isə  sırf dini ayələr kimi qalmaqda davam 

edir.  


Hal-hazırki dövrdə Quran ayələrinin dini və elmilik 

dərəcəsi hələlik tarazlaşmayıbsa da bunun gələcəkdə (bəlkə də 

21-22-ci  əsrlərdə) baş verməsi labüddür. Bu tarazlaşma baş 

verdikdən sonra elmiliyi sübut olunmuş ayələrin sayı  sırf dini 

ayələri tədricən üstələyəcək və son nəhayətdə, Quranın bü-

tövlükdə elmi kitab olduğu aşkar olunacaq.  

Buradan belə bir sual meydana çıxır ki, din özü elm dey-

ilmi? 


Quran ayələrinə nəzər yetirdikdə məlum olur ki, onlar çox 

qısa tezis və ya nəticələrdir. Onların hansı biliklərə  və ya 

təcrübələrə əsaslandığı bizə hələlik məlum olmadığından onun 

elmiliyi inkar edilir və  sırf dini ayə kimi qəbul edilir. Müasir 

elm tərəfindən  elmiliyi sübut olunduqdan sonra ayənin elmi 

əsasa məlik olduğu aşkar olur.  

 

59

Din və elmin əslində vahid bilik mənbəyi olması fikri 



özünü, çox güman ki, tezliklə doğruldacaq və alimlər tərəfindən 

qəbul ediləcək. 

Bəşəriyyət tarixində dinin və elmin inkişafını sxematik 

olaraq 18-ci şəkildəki kimi göstərmək olar. İlk bilik insanlara 

din tərəfindən və ya dini fikirlər  şəkildə  məlum olmuşdur. 

Müəyyən dövrdən sonra insanlar (bilikli adamlar) biliyin 

mahiyyətini (mexanizmini) dərk etmək istəyinə malik olmuşlar. 

Mövcud biliklərin  əksəriyyətinin mexanizmini dərk etmək 

mümkün olmadığı (yəni o biliklərin mahiyyəti açılmadığı) üçün 

onları dini və ya qeyri-elmi hesab etmişlər. Bir çox bilikləri isə 

insanlar öz həyat təcrübələrində yoxlamaq imkanına malik ol-

muş və onların mahiyyətini dərk etmişlər.  

 

 

Şəkil 18. Bəşəriyyət tarixində din və elmin inkişafının 



sxematik təsviri. 

 

Mahiyyəti dərk oluna bilən məlumatlar elmi bilik və 



mahiyyəti dərk oluna bilinməyənlər isə dini hesab edilmişdir. 


 

60

Beləliklə, biliklər elmi və dini olmaqla iki yerə ayrılmış, 



nəticədə elm dindən şaxələnərək ayrılmışdır. Bu ayrılma elmin 

inkişafının ilk mərhələlərində çox kəskin və ziddiyyətli 

olmuşdur.  

Elm inkişaf etdikcə bir çox dini biliklərin elmi əsasa malik 

olduğu sübut edilmiş  və belə sübutların sayı artdıqca elmin 

dindən uzaqlaşma sürəti azalmağa başlamış, sonra bir müddət 

parallel mövcud olmuşlar. 18-20-ci əsrlərdə elmin güclü 

inkişafı ilə bağlı olaraq bu sübutların sayı xeyli arttmış  və 

nəticədə elmin dinə yaxınlaşması prosesi başlamışdır. Elmin 

din ilə vahid bilik mənbəyi kimi tam birləşməsi yaxın 

gələcəkdə baş verməsə  də, uzaq gələcəkdə bunun baş 

verməsinə heç bir şübhə qalmır.  

Qurani-Kərimin bir çox ayələrində elmə yüksək qiymət 

verilir və bir çox quran ayələrinin yalnız elmi yolla dərk oluna 

biləcəyi göstəriilr. Bu ayələrdən bir neçəsini göstərməyi vacib 

sayırıq: 

-

 

Ali –İmran (3-cü) surəsiinn 7-ci ayəsi – “Ya Məhəmməd, 



Sənə Kitabı (Quranı) nazil edən odur. Onun bir hissəsi 

möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə 

mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli 

olmayan) ayələrdir.

 Ürəklərində  əyrilik (şək-şübhə) 

olanlar fitnə-fəsad salmaq istədikləri kimi məna vermək 

məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki 



onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz. 

Elmdə qüvvətli olanlar isə “Biz onlara iman gətirdik, 

onların hamısı  rəbbimiz tərəfimizdəndir” – deyərlər. 

Bunları ancaq ağıllı adamlar dərk edərlər”. 

 

-



 

Taha (20-ci) surəsinin 114-cü ayəsi – “Həqiqi hökmdar olan 

Allah ucadır! Həm də (ey Peyğəmbərim! (Cəbrail 

tərəfindən) sənə tamam-kamal vəyh olunmadan əvvəl 

Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Mənim elmimi 

artır!”

 – de”. 


 

61

-



 

Ən-Kəbut (29-cu) surəsinin 43-cü ayəsi – “Biz bu məsələri 

insanlar üçün çəkirik. Onları yalnız bilənlər anlayarlar”. 

-

 



Əz-Zumər (39-cu) surəsinin 9-cu ayəsi – “Məgər axirətdən 

qorxan, rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah 

da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən 

(müti bəndə kafirlə birdirmi)? De: “Heç bilənlərlə 



bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın 

ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət 

alar!”.

 

İslam dininin əsasını qoyan Məhəmməd peyğəmbərimiz 



(s.a.s.) öz kəlamlarında da elmə yüksək qiymət vermişdir. Bu 

kəlamlardan bəzilərini xatırlayaq:  

-

 

Biliyi ilə xalqı faydalandıran bir alim, yetmiş il ibadət edən 



adamdan xeyirlidir. 

-

 



Alimlə ibadət edənlər arasında yetmiş dərəcə var. 

-

 



Alimlərin sərf etdiyi mürəkkəb,  şəhidlərin tökülən qanı ilə 

tutuşduruldu, alimlərin mürəkkəbi çəkidə ağır gəldi. 

-

 

Biliklə az ibadət etmək, biliksiz çox ibadət etməkdən xe-



yirlidir. 

-

 



Alim, müsəlmanlığın divarındakı daşa bənzər. Allah bir 

ümmətin içindən bir alimin canını aldımı, müsəlmanlığın 

divarında bir deşik açmış olur, elə bir deşik ki, o, 

qiyamətədək qapanmır. 

-

 

Yazıqdır o adam ki, bir şey bilmir, yazıqdır o adam ki, 



bildiyinə əməl etmir. 

-

 



Adəm övladları ömürlərini nə  qədər ki, elmə, biliyə  sərf 

edirlər, cavan qalırlar. 

-

 

Bilik  əldə etməyə çalışın, çünki bilik möminin dostudur, 



həlimliyin məsləhətçisidir, ağlın bələdçisidir,  əməlinə, 

işinə-gücünə istiqamət verəndir, xoş rəftarın babasıdır. 

-

 

Bilik qazanmaq üçün bir gün çalışmaq, üç ay oruc 



tutmaqdan xeyirlidir. 

-

 



Bilik  əldə etməyə çalışan adam təhsilindən  əl çəkmədən 

dünyadan köçüb gedirsə şəhid hesab olunur. 




Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə