Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

1

Xudaverdi Qənbərov 



 

 

QURANİ-KƏRİMDƏ 

BİOLOJİ FİKİRLƏR 

Əlavələr olunmuş 2-ci nəşr 

 

 

 

 

 

 

Bakı - 2009 

 

 




 



Redaktor:  



Azərbaycan Milli Elmlər Akademiyasının  

akademiki  V.M.Məmmədəliyev  

 

Rəy verənlər:  

1. Biologiya elmləri doktoru, professor Q.T.Mustafayev  

2. Biologiya elmləri doktoru, professor E.A.Axundova 

 

 

 

Prof. Xudaverdi Qənbərov. Qurani-Kərimdə bioloji 

fikirlər. Bakı – 2009, 68 s. 

 

Kitabçada biologiya ilə bağlı bir çox elmi fikirlərin 1400 



il bundan əvvəl müqəddəs Qurani-Kərimdə verilməsi göstərilir. 

Bu fikirlər təkamül təlimi, embriologiya, klonlaşdırma, insan 

anatomiyası  və fiziologiyası, dermatologiya, genetika və 

botanikaya aid olan məsələləri əhatə edir. Burada bioloji fikirlər 

olan Quran ayələri, onların açıqlaması  və bu fikirlərin müasir 

elmi sübutları verilir.  

Kitab elmi işçilər, müəllimlər, dini təhsil alan tələbələr, 

habelə geniş oxucu kütləsi üçün faydalı ola bilər. 

 

 

 



 

 

2009



)

07

(



658

2001000000 −



Q

 

 



 

 

 



 

©

 «Bakı Universiteti» nəşriyyatı, 2001, 2009.

 

 

3



 

 

İKINÇI NƏŞRƏ  ÖN SÖZ 



 

Qurani-Kərim alimlər tərəfindən araşdırılıb öyrənildikcə 

tükənməyən,  əksinə daha da müəmmalı görünən, elmi kəşflər 

artdıqca, elmdə köklü dəyişiliklər və inqilabi sıçrayışlar baş 

verdikcə yenidən intəhasızlıq kəsb edən bir möcüzəvi kitabdır. 

Burada elmin müxtəlif sahələrinə dair bir çox ayələr 

mövcuddur. 

Hesab edirəm ki, alimlərin – fiziklərin, kimyaçıların, 

bioloqların, geoloqların və başqalarının  əsas vəzifələrindən biri  

də Qurani-Kərimdə olan ayələrin elmiliyini sübut edən müasir 

elmi dəlilləri toplamaq və onları bəşəriyyətin diqqətinə qabarıq 

şəkildə çatdırmaqdır.  Əlbəttə, hər bir alim öz işlədiyi elmi 

sahəsi ilə bağlı olan Quran ayələrini daha dürüst dərk edib, 

onun elmi dəlillərini daha dəqiq və mükəmməl şərh edə bilər. 

Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri 

doktoru Xudaverdi Qənbərovun bu səpgidə apardığı 

araşdırmalar çox zəhmət tələb edən bir iş  və çox təqdirəlayiq 

bir xidmətdir. Son dövrlərdə elmin sürətlə inkişafı insan zəkası 

üçün qaranlıq qalan Quran ayələrinə  tədricən aydınlıq gətirir. 

X.Qənbərovun 2001-ci ildə  nəşr olunmuş “Qurani-Kərimdə 

bioloji fikirlər” adlı kitabının 2-ci nəşrinə yaranmış 

ehtiyaclardan biri də  məhz son elmi yeniliklər olmuşdur. 

Şübhəsiz ki, biologiya sahəsində yeni elmi kəşflər üzə çıxdıqca 

bu kitabın yenidən işlənməsinə  və  əlavələr edilməsinə ehtiyac 

həmişə yaranacaq. Müəllifə öz axtarışlarında uğurlar diləyirəm. 

 

Akademik V.M.Məmmədəliyev 



 



BIRINCI NƏŞRƏ ÖN SÖZ 



 

Qurani-Kərim ecazkar bir ilahi kitab olub Allah 

tərəfindən insanlara qiyamət gününə  qədər gələcək bütün 

dövrlər üçün göndərilmişdir. Qurani-Kərim öz dərin qatlarında 

elmin bütün sahələri üzrə çoxlu səhih fikirlər ehtiva edir. 

Dünyanın bir çox tanınmış alimləri Qurani-Kərimdə olan bir 

çox fikirlərin elmi sübutlarını vermişlər və belə axtarışlar indi 

də davam etdirilir. 

Qurani-Kərimin müqəddəs ayələrində verilən fikirlərin 

mənaları ayrı-ayrı insanların təsəvvür etdiklərindən daha dərin 

və zəngindir. Buna görə də ayrı-ayrı alimlərin Qurani-Kərimin 

ayələri üzərində  işləməsi çox vacibdir. Bu nəinki müqəddəs 

ayələrdə olan mənaların dərk olunmasına xidmət edir, hətta 

yeni elmi kəşflər üçün zəmin yaradır.  

Bu baxımdan biologiya elmləri doktoru, professor 

X.Q.Qənbərovun "Qurani-Kərimdə bioloji fikirlər" adlı 

kitabçası çox faydalı və diqqətəlayiqdir. Müəllif Qurani-Kərim 

ayələrində mövcud olan bir çox bioloji fikirləri ayırd etmiş və 

müasir elmi ədəbiyyatda olan faktları axtarıb tapmaqla onların 

elmi sübutlarını vermişdir.  

Ayrı-ayrı  mənbələrdən Qurani-Kərimin ayələrində olan 

elmi, o cümlədən, bir çox bioloji fikirlərin müasir elmi sübutları 

məlumdur. Lakin X.Q.Qənbərovun tərtib etdiyi bu kitabça 

özünəməxsusluğu ilə seçilir. Belə ki, burada yalnız elmin bir 

sahəsinə, yəni biologiyaya aid məsələlər toplanılıb geniş oxucu 

kütləsinə çatdırılır. Digər tərəfdən, bioloji fikirlərin elmi 

sübutları öz orjinallığı ilə seçilir. 

Əlbəttə, burada Qurani-Kərimdə olan bütün bioloji 

fikirlərin verilməsini hesab etmək olmaz. Bu sahədə müəllifə öz 

axtarışlarını davam etdirməyi arzulayıram.  

 

Akademik V.M.Məmmədəliyev 

 

 

5



G İ R İ Ş 

 

Qurani-Kərim, müsəlmanların  əsas müqəddəs kitabı olub, 

dünya  ədəbiyyatının özünə  məxsus yeganə bir incisi hesab 

olunur. O, dünyanın inkişaf etmiş bir çox xalqlarının dilinə tər-

cümə olunmuş və bu ölkə xalqları öz inkişafında onun mənəvi 

və elmi dəyərlərindən istifadə edirlər. Bütün bəşəriyyət üçün, 

həm alimlər, həm də sadə insanlar üçün Quran, ilk növbədə 

əvəzedilməz bilik mənbəyidir.  

Son  əsrlərə  qədər Quran, müqəddəs dini bir kitab kimi 

məlum olmuşdur. Müasir elm inkişaf etdikcə, xüsusən 19-20-ci 

əsrlərdə elmin inkişafı böyük vüsət aldıqdan sonra onun həm də 

dərin bir elmi kitab olması sübuta yetirilmişdir. Elmin elə bir 

sahəsi yoxdur ki, Quranda ona toxunulmasın. Elmin bu və ya 

digər sahəsi ilə bağlı olan Quran ayələrini dərk etmək və onun 

doğruluğunu sübut edən dəlillər  əldə etmək üçün alimlər 

tərəfindən yüz illərlə tədqiqatlar aparılması tələb olunur. Buna 

görə də Quranın bəşəriyyət üçün əhəmiyyətini bütövlükdə dərk 

etmək və onu qiymətləndirmək ayrı-ayrı alimlərin öhdəsinə 

düşə bilməz.  

Quran ayələrinin açılması  və  dərk olunması üzərində 

fizika, kimya, biologiya, geologiya, coğrafiya, astronomiya, 

tarix, fəlsəfə, psixologiya və digər elm sahələrində çalışan 

alimlərin birgə  işləməsi (tədqiqatlar aparması) daha düzgün 

nəticələr verə bilər.  

Özünü müsəlman sayan hər bir alimin əsas vəzifələrindən 

biri də Quranın elmi kitab olduğunu, ilk növbədə, təsdiq etmək 

və onun, biliyi, dərin elmi əsaslara söykənən məişət 

münasibətlərinin və sağlamlığın yollarını insanlara öyrədən bir 

kitab olduğunu xalqa çatdırmaqdan ibarət olmalıdır.  

Diqqətinizə təqdim olunan bu kitabçada Quranın müxtəlif 

ayələrində müəllif tərəfindən dərk olunmuş bioloji fikirlər və 

bu fikirlərin müasir elmi sübutları verilir. Göstərilən məsələlər, 

ilk növbədə, yer üzərində  həyatın yaranması, təkamül təlimi, 



Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə