Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə8/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   4   5   6   7   8   9   10   11   ...   87

 
19 
və ödəniş etdikdən sonra əldə olunmuş pullar yuyulmuş sayılacaq, yəni, 
onların mənbəyinin “izi-tozu” qalmayacaqdır. 
o
  Müflisləşmə  zamanı iri şirkətlərin və ya bankların rəhbərləri tərəfindən 
də  qiymətli  kağızların  alqı-satqısı  ilə  dələduzluqlar  edilə  bilər.  Misal 
üçün, müflisləşmə güman edilən zaman bank rəhbərinin yaratdığı (və ya 
yaratmadığı)  “fiktiv”  bir  şirkətdən  likvid  olmayan  veksellər  alınır. 
Aydındır  ki,  firmaya  ödənilmiş  pullar  daha  sonra  bank  rəhbərinin 
sərəncamına keçəcək (daha doğrusu, artıq keçmiş olur), “boş” veksellər 
isə “havada” qalacaqdır.
31
 

  PY sığorta sektorunda da həyata keçirilir.
32
 
o
  Misal üçün, PY məqsədilə böyük məbləğə sığorta müqaviləsini o şərtlə 
bağlamaq  mümkündür  ki,  həmin  müqavilə  birtərəfli  qaydada 
pozulduqda  sığorta  haqqı,  ondan  müəyyən  faiz  tutulmaqla,  sığortalının 
(və ya digər şəxsin) xaricdə olan bank hesabına və hətta başqa valyutaya 
konvertasiya  edilməklə  köçürülsün.  Beləliklə,  bu  cür  pulların 
mənbəyinin izi getdikcə silinmiş olacaqdır. 
o
  Bəzən sığorta haqqı sığortaçıya bank vasitəsilə ödənilir. Bu halda sığorta 
haqqının  “təsadüfən”  ikiqat  artıq  ödənilməsi  halları  da  mümkündür. 
Artıq  ödənilmiş  məbləğlər  daha  sonra  sığortaçı  tərəfindən  ya  çek 
şə
klində,  ya  da  köçürmə  vasitəsilə  qaytarılır.  Qaytarılmış  bu  cür 
vəsaitlərin  mənbəyi  legitim
33
 kimi  görünür  (xüsusən  də  əgər  sığortaçı 
tanınmış və uzun fəaliyyətinə görə etibar qazanmış bir şirkətdirsə). 
o
  Sığortaçının agentləri ilə əlbir olub (və ya olmadan, dələduzluq yolu ilə) 
müəyyən bir əmlakı yüksək sığorta haqqı məbləği ilə sığortalamaq, daha 
sonra  isə  guya  sığorta  hadisəsi nəticəsində ödənilmiş  sığorta  haqqından 
                                          
31
 Yeri gəlmişkən, bu cür əməliyyatlara görə CM-in  210-cu maddəsi (“Müflisləşmə 
zamanı qanunsuz hərəkətlər
”) ilə  cinayət  məsuliyyəti nəzərdə tutulmamışdır (Daha 
ə
traflı  bax:  F.Y.Səməndərov,  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 
Kommentariyası
, Digesta nəşr., 2003, s.511). 
32
 Daha  ətraflı  bax:  Examples  of  money  laundering  and  suspicious  transactions 
involving  insurance
,  Appendix  to  the  IAIS  Guidance  paper  on  anti-money 
laundering and combating the financing of terrorism, oktyabr 2004 
33
 “Legitim”  ifadəsini  “leqal”  (qanuni)  ifadəsindən  fərqləndirmək  lazımdır.  Əgər 
leqal”  anlayışı  “mövcud  qanunvericiliyə  uyğun”  mənasına  gəlirsə,  “legitim” 
anlayışı “cəmiyyətin ümumi haqq-ədalət (əxlaq, təcrübədə qəbul edilmiş qaydalar) 
barədə fikrinə uyğun
” mənasına gəlir. 


 
20 
az  olan  məbləğdə
34
 zərərin  baş  verdiyini  bəyan  etmək  və  müvafiq 
sığorta  ödənişini  tələb  etmək  də  mümkündür.  Bu  sxem  həm  sığorta 
ş
irkəti, həm  də pulu  yuyan  şəxslər üçün əlverişlidir.  Sığorta təminatları 
sərfəli  şərtlərlə  satıldığına  görə  sığorta  agentlərinə  sığorta  şirkətinin 
rəhbərliyi tərəfindən hətta mükafatlar da verilə bilər. Belə də etmək olar 
ki,  bir  əmlakı  onun  öz  faktiki  dəyərindən  xeyli  yüksək  məbləğə 
sığortalayasan,  daha  sonra  onun  “gözlənilməz”  səbəblərə  görə  məhv 
olması  nəticəsində  həmin  sığorta  məbləği  həcmində  sığorta  ödənişi 
alasan.  Ümumiyyətlə,  sığorta  sektorunda  pulların  yuyulması  üçün  ən 
yayılmış  sxem də sığorta hadisəsini  baş  vermiş  kimi göstərməklə,  yəni, 
dələduzluq  nəticəsində,  sığorta  ödənişinin  alınması  ilə  həyata  keçirilir. 
Lakin  artıq  burada  ən  azı  dələduzluq  cinayətinin  tərkibini  də  görmək 
mümkündür.  Həmçinin  təsəvvür  edin  ki,  bir  şəxs  eyni  əşyanı  bir  neçə 
sığorta  şirkətində  sığortalayır,  bu  halda  həmin  şəxs  əşyaya  dəymiş 
zərərin əvəzini bir neçə dəfə artıq almaq imkanına malik olur.
35
 
o
  Sığorta  bazarında  geniş  yayılmış  sxemlərdən  biri  də  həyat  sığortasına 
aid sığorta siniflərinin tətbiqi ilə həyata keçirilir. Təsəvvür edin, bir neçə 
il  üçün  bağlanmış  həyat  sığortası  müqaviləsi  müəyyən  bir  müddətdən 
sonra  sığortalı  tərəfindən  birtərəfli  qaydada  pozulur.  Bu  halda  həmin 
müddət  ərzində  sığortaçıya  ödənilmiş  sığorta  haqları  sığortalıya  (və  ya 
digər  faydalanan  şəxsə)  geri  ödənilir.  Geri  ödənilmiş  pulların  mənbəyi 
nüfuzlu bir sığorta şirkəti kimi göründüyündən ciddi şübhələr yaranmaz. 
o
  Qeyri-legitim  gəliri
36 
qanuni  əsaslarla  qabaqcadan  planlaşdırmamış  da 
ə
ldə  etmək  olar.  Təsəvvür  edin  ki,  bir  şəxs  öz  əmlakını,  misal  üçün, 
maşını  sığortalayır;  müəyyən  bir  müddət  keçdikdən  sonra  başqasının 
təqsiri  üzündən  maşın  zədələnir.  Sığortalı  zərərin  əvəzini  almaq  üçün 
nəinki  sığorta  şirkətinə  müraciət  edir,  həm  də  təqsirli  şəxslə  əlaqədar 
                                          
34
 “Az  olan  məbləğdə”  ona  görə  ki,  sığortaçı  mənfəət  qazansa,  heç  kəsin  sığorta 
hadisəsinin həqiqətən baş verib-vermədiyini dərindən yoxlamaq istəyi olmasın. 
35
 Qanunvericiliyimizdə  (MM,  m.895.2)  “ikili  və  ya  çoxqat”  sığortalanma  halları 
etibarsız  sayılsa  da,  bu  halları  vaxtında  aşkar  edən  və  onların  qarşısını  alan 
mexanizmlərin olması da pis olmazdı. 
36
 Burada  “qeyri-qanuni  gəlir”  ifadəsini  işlətməkdən  o  məqsədlə  çəkinmişik  ki, 
həmin  gəlirin  qeyri-qanuni  kimi  müəyyən  edilməsi  ölkədən  ölkəyə  fərqlənə  bilər, 
lakin  onun  bütün  cəmiyyətlərdə  ədalətsiz  kimi  qəbul  edilməsi  üzrə  mübahisəyə, 
çətin ki səbəb olar.  


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə