Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə9/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   5   6   7   8   9   10   11   12   ...   87

 
21 
məhkəmədə  iddia  qaldırır.  Nəticədə  zərərin  əvəzindən  başqa  qeyri-
legitim gəlir də əldə edilir. 
o
  Böyük məbləğdə pul vəsaitlərinin yuyulması təkrarsığorta sektorunda da 
geniş  yayılmışdır.  Bir  sığortaçının  böyük  bir  şirkətin  risklərini 
sığortalayarkən  (həmin  şirkət  sığortaçı  tərəfindən  və  ya  sığortaçının 
təsisçiləri,  yaxud  səhmdarları  tərəfindən  təsis  olunmuş  şirkət  də  ola 
bilər) sığortalının həmin risklərin xaricdə olan digər sığortaçı tərəfindən 
təkrar  sığortalanmasını  tələb  etməsi  sığorta  bazarında  yayılmış 
praktikadır.  Bu  cür  əməliyyatların  PY  məqsədilə  həyata  keçirilib-
keçirilməməsinin  müəyyən  edilməsi  isə,  xüsusən  də  sığorta  bazarı  ilə 
peşəkar biliyi olmayan şəxslər üçün, çox çətin ola bilər. 
o
  Bəzi ölkələrin qanunvericiliyi ilə şəxsiyyəti açıqlamadan üçüncü şəxsin 
xeyrinə  də  sığorta  müqavilələri  bağlamaq  və  ya  sığortalanmış  əşyanın 
özgəninkiləşdirilməsi də mümkündür. Sığorta bazarında normal biznesin 
ə
laməti  sayılan  bu  cür  anonimlik  də,  yuxarıda  qeyd  etdiyimiz  kimi, 
uğurla nəticələnən PY üçün ən vacib prerikvizitlərdən
37
 biridir. 

  Leqallaşdırmanın bir başqa üsulu qiymətli  daş və  metalların alqı-satqısı 
da  ola  bilər.  Qiymətli  daş  və  metalların  digər  PY  alətlərindən  üstünlüyü 
ondadır  ki,  burada  böyük  dəyərlər  kompakt  şəkildə  (misal  üçün,  bir 
brilyantda)  bir  insanın  əlində  cəmlənə,  asanlıqla  digər  ölkəyə  aparıla  və 
istənilən  yerdə  öz  alıcısını  tapa  bilər.  Daha  sonra  satış  zamanı  onların 
haradan  gəlməsi  barədə  sual  verildikdə,  nənə-babadan  qaldığı  da  deyilə 
bilər.
38
 Həmin  pullar  əsasında  şirkətlər  təsis  edilə,  qiymətli  kağızlar  alına 
bilər,  bir  sözlə,  burada  söz  etdiyimiz  digər  sxemlər  üzrə PY  prosesi  daha 
da mürəkkəbləşə bilər. 

  Daşınmaz  əmlakın  alqı-satqısına  da  PY  sxemlərində  tez-tez  rastlanır. 
Daşınmaz əmlakın dəyəri ölkə bazarında, bir qayda olaraq, sabit qalır. Ona 
görə  də  alınmış  əmlakı  daha  sonra  satmaqla  həmin  miqdarda,  amma  bu 
dəfə artıq “təmiz” pulları almaq mümkün olacaqdır. 

  Pulu  yumaq  istəyən  şəxs  hər  hansı  qanuni  daşınmaz  əmlaka  və  ya 
ümumiyyətlə  əmlaka  sahibdirsə,  onu  fiktiv  müqavilə  əsasında  öz  faktiki 
                                          
37
 “Prerekvizit” – tələb olunan ilkin şərt.
 
38
 Bununla  belə,  qeyd  edilməlidir  ki,  qiymətli  metallarla  müqayisədə  qiymətli 
daşların əsl mənbələrinin müəyyən edilməsi daha asandır. 


 
22 
dəyərindən  daha  yüksək  qiymətə  fiktiv  alıcıya
39
 sata  bilər.
40
 Faktiki  və 
fiktiv qiymətlər arasında yaranmış fərq də yuyulmuş pulun miqdarını ifadə 
edəcəkdir. Bu cür PY-nin təkcə malların alqı-satqısı üzrə deyil, fiktiv olan 
hər növ müqavilə (o cümlədən lizinq, podrat və s.) üzrə həyata keçirilməsi 
mümkündür. 

  Təbii ki, ən geniş və klassik yuyulma prosesləri banklar vasitəsilə həyata 
keçirilir.  Yuxarıda  gətirdiyimiz  misallarda  da  bir  çox  əməliyyat  banklar 
vasitəsilə  həyata  keçirilə  bilər  və  bir  qayda  olaraq  keçirilir  də.  Lakin 
ş
irkətlər  təsis  edilmədən  və  ya  qiymətli  daş,  metallar,  yaxud  daşınmaz 
ə
mlak satılıb-alınmadan, yalnız bank əməliyyatları nəticəsində də yuyulma 
mümkündür. 
o
  Misal  üçün,  hər  hansı  bank  hesabına  (bu  hesab  xaricdə  də  ola  bilər) 
yatırılmış  müəyyən  məbləğdəki  pul  vəsaitini  girov  olaraq  göstərməklə 
digər xarici və ya yerli, yaxud da həmin bankdan kredit alına bilər. 
o
  Yuyulmanın  bir  başqa  üsulu  bir  neçə  anonim  hesabın  açılması  ilə 
mümkündür.  Misal  üçün,  eyni  şəxs  tərəfindən  açılmış  bir  neçə  anonim 
hesabdan  öz  adına  açılmış  bank  hesabına  pullar  daxil  edilə  bilər.
41
 Bu 
pulların  hansı  şəxslər  tərəfindən  göndərildiyini  müəyyən  etməyə 
çalışanda  isə  onların  guya  həm  biznes  üzrə  partnyorlarından,  həm  də 
kömək məqsədilə dostlar və ya qohumlardan gəldiyini iddia etmək olar. 
o
  Bank əməliyyatlarındakı anonimlik müxbir hesabları vasitəsilə də təmin 
edilə  bilər.  Müxbir  münasibətlərin  qurulması  ilə  banklar  fiziki 
mövcudluğu  olmayan  ölkələrdə  həm  özləri,  həm  də  müştəriləri  xeyrinə 
müxtəlif beynəlxalq əməliyyatları həyata keçirə bilərlər. Bu o deməkdir 
ki,  müxbir  hesabı  vasitəsilə  bankın  hansı  müştərilərinə  xidmət 
göstərildiyi,  demək  olar  ki,  müəyyən  edilə  bilməz,  respondent  bank 
                                          
39
Alıcı  həmin  əmlakı  onun  faktiki  dəyəri  üzrə  öz  vəsaitləri  ilə  alsa  da,  alqı-satqı 
müqaviləsində  qiymətin  daha  böyük  göstərilməsinə  razı  olur  (bunu,  təbii  ki, 
müəyyən “şirinlik”dən sonra edə bilər). 
40
 Son  vaxtlarda  maliyyə sektorundan keçən klassik PY  mexanizmi daha  çox ticari 
olmağa  meyil  göstərir  (Daha  ətraflı  bax:  FATF,  Best  Practices  Paper  on  Trade 
Based Money Laundering
, 20.06.2008). 
41
 PY ilə mübarizə kontekstində bir sıra ölkələrdə müəyyən məbləğdən (limit) yuxarı 
olan  bütün  əməliyyatlar  barədə  məlumat  müvafiq  səlahiyyətli  orqanlara  təqdim 
edilməlidir.  Pullarını  yumaq  istəyən  şəxslər  bunu  nəzərə  alaraq  bank  hesablarına 
limitdən bir qədər az məbləğdə pullarını yatırırlar. Ədəbiyyatda bu üsul “smörfinq” 
(ingiliscə “smurfing”) kimi tanınır. 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə