Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə5/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   2   3   4   5   6   7   8   9   ...   87

 
13 
predikativ  cinayətlər  cinayət  barəsində  xəbər  verməmə  ilə  yanaşı,  onun 
oğurlanmış  olduğunu  bilə-bilə  satılması
  da  hesab  olunacaqdı
11
;  bu  təqdirdə 
isə  PY  cinayətini  onu  satdığınız  andan  etibarən  törətməyə  başlayıb-
başlamadığınız  mübahisə  predmeti  ola  bilərdi.  Belə  ki,  qanunvericiliyimiz 
baxımından,  iddia  edilə  bilər  ki,  CM-in  194-cü  maddəsi  kontekstindəki 
“əmlakın  alqı-satqısı”  CM-in  193-1-ci  maddəsi  kontekstindəki  “maliyyə 
ə
məliyyatı  və  ya  digər  əqd
”  sayılmadığına  görə,
12
 misalımızdakı  maşının 
satılması  öz-özlüyündə  PY  sayılmayacaqdır,
13
 hətta  sübut  olunsa  da  ki, 
maşının  satılmasında  onun  oğurlanmış  olduğunun  gizlədilməsi  məqsədi 
güdülmüşdür.
14
 Məsələyə  beynəlxalq  normalar  prizmasından  baxıldıqda  isə, 
görünür  ki,  əmlakla  əlaqədar  hər  hansı  əməliyyat,  o  cümlədən  alqı-satqı  da 
PY-nin  predmetini  təşkil  edə  bilər.
15
 Beləliklə,  son  misalımızda  beynəlxalq 
normalar  kontekstində,  Siz  maşının  satılmasından  əvvəl  onun  oğurlanmış 
olduğunu  bilsəydiniz,  onu  satdığınız  (sata  bilmədiyiniz  halda  isə  satmağa 
cəhd etdiyiniz) andan etibarən PY cinayətini törətməyə başlayacaqdınız. 
Oxşar  mübahisə  dostunuzla  əlaqədar  yaranır.  Yəni,  onun  tərəfindən 
oğurlanmış maşının satılmasının pulların yuyulması (və ya daha dəqiq desək, 
“əmlakın yuyulması”) sayılması sual altındadır. Çünki dostunuzun da maşının 
satılmasında  əsl  məqsədi  pul  qazanmaqla  yanaşı,  maşının  oğurlanmış 
olmasını  gizlətməkdir.  Yuxarıda  bəhs  etdiyimiz,  milli  qanunvericiliklə 
                                          
11
 O şərtlə ki, bu məsələ qanunvericiliyimizə uyğun olaraq ələ alınsın – CM, m.194. 
Ümumiyyətlə,  qeyd  olunmalıdır  ki,  qanunvericiliyimizdəki  PY  anlayışının 
beynəlxalq tələblərə uyğunluğundan danışanda CM-in 193-1 maddəsi ilə yanaşı 193, 
194-cü və ümumi hissəsindəki digər müvafiq maddələr də hallanmalıdır. 
12
 Əks  halda  194-cü  maddənin  tətbiqi  yalnız  193-1-ci  maddənin  tətbiqindən  sonra 
mümkün  olacaqdır.  Nəzərə  alınsa  ki,  193-1-ci  maddənin  cəzası  194-cü  maddədən 
daha  sərtdir,  onda  194-cü  maddənin  193-1-ci  maddə  ilə  əhatə  olunduğunu  hesab 
etmək  məqsədəuyğun  olmayacaqdır.  Bu  barədə  daha  ətraflı  mülahizələrimizi 
aşağıdakı “Predikativ cinayətlər” bölməsində irəli sürəcəyik (s. 36). 
13
 Yəni, 193-1 maddəsi əsasında məsuliyyəti yaratmayacaqdır. 
14
 Bu barədə mülahizələrimizi daha irəlidə davam etdirəcəyik. 
15
 Vyana  Konvensiyası,  m.3.1.c.i;  Palermo  Konvensiyası,  m.6.1.b.i;  Cinayət 
fəaliyyətindən  əldə  edilən  gəlirlərin  leqallaşdırılması,  aşkar  olunması,  götürülməsi 
və  müsadirə  edilməsi  haqqında  Konvensiya  (bundan  sonra  –  Strasburq 
Konvensiyası
),  m.6.1.c.  Bu  münasibətlə  xüsusilə  qeyd  olunmalıdır  ki,  bütün  bu 
konvensiyaların əsas məqsədi nəzərdə tutulmuş əməllərin  PY və ya digər ifadələrlə 
adlandırılması  deyil,  onların  dövlətlərin  qanunvericiliklərinə  uyğun  olaraq 
kriminallaşdırılmasıdır.  Bu  baxımdan,  qanunvericiliyimizin  beynəlxalq  standartları 
arasındakı uyğunsuzluq praktiki cəhətdən çox nəzəri xarakter daşıyır. 


 
14 
beynəlxalq  normalar  arasındakı  uyğunsuzluq  dostunuzla  əlaqədar  da  deyilə 
bilər.  Yalnız  bir  şeyi  əlavə  etmək  olar  ki,  beynəlxalq  standartlara  əsasən, 
ölkələr  öz  qanunvericiliyinin  fundamental  prinsiplərinin  tələblərinə  əsasən, 
predikativ cinayəti birbaşa törədən şəxsə PY-ni aid etməyə də bilərlər.
16
 Onu 
da qeyd edək ki, bu misalımızda dostunuz baxımından predikativ cinayətlərə, 
həmçinin, maşının oğurlanması da aid ediləcəkdir. 
ndi isə  yuxarıdakı  ssenarini  davam  etdirməklə  təsəvvür  edək  ki,  Siz 
ə
linizdəki  pulların yuyulma  üsullarını ağlınızdan keçirəndə ehtimal edirsiniz 
ki,  Sizə  qarşı  şübhə  daha  da  artsa  və  açılmış  istintaqa  artıq  təqsirləndirilən 
şə
xs  qismində  cəlb  olunsanız,  uydurulmuş  hekayənin  yalan  olması  asanlıqla 
aşkarlana  bilər.  Çünki  istintaq  zamanı,  məhkəmənin  qərarına  əsasən,  ötən 
dövr  ərzində  bank  əməliyyatlarınız  barədə  bütün  məlumatların  açıqlanması 
mümkün  ola  bilər.  Bu  cür  ehtimalı  nəzərə  alaraq,  Siz  daha  öncə  ağlınızdan 
keçirdiyiniz sadə bank əməliyyatlarının yerinə və ya onlara əlavə olaraq daha 
da  qəliz  üsulları  axtarmağa  başlayacaqsınız.  Misal  üçün,  xaricdəki 
qohumunuza pulunuzu bank vasitəsilə deyil, nağd olaraq sərhəddən və yaxud 
poçt  vasitəsilə  göndərə  bilərsiniz.
17
 Nəticədə  üsullar  nə  qədər  qəlizləşirsə, 
pulların mənbəyinin müəyyən edilməsi də bir o qədər çətin olur. Başqa sözlə 
desək,  pullar  nə  qədər  çox  yuyulur,  Sizə  qarşı  ittihamların  boş  çıxması 
ehtimalı da o qədər çoxalır. 
Yuxarıda  fərz  etdiyimiz  əməllər  PY-yə  qarşı  beynəlxalq  səviyyədə 
mübarizənin  aparılmasına,  bəlkə  də,  ciddi  təkan  verməzdi.  Ancaq  bu 
günlərdə qloballaşan dünyada mütəşəkkil və xüsusilə ağır cinayətlərin izlərini 
gizlətmək  üçün  həyata  keçirilən  çoxsaylı  maliyyə  əməliyyatları  məsələnin 
ciddiliyinə xüsusi əhəmiyyət verilməsinə səbəb olmuşdur.
18
 
 
                                          
16
 FATF,  t.1;  Strasburq  Konvensiyası,  m.6.2.b.  Bu  barədə  mülahizələrimizi  daha 
irəlidə davam etdirəcəyik. 
17 
Nəzərə alınmalıdır ki, qanunvericiliyimizlə poçt vasitəsilə sikkələrin, banknotların 
və  ya  yol  çeklərinin  göndərilməsi  qadağandır  (Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  “Poçt  göndərişlərində  göndərilməsi  qadağan  olunan  malların  və 
əş
yaların Siyahısı
”nın və “Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv 
edilməsi  Qaydaları
”nın  təsdiq  edilməsi  barədə  Qərarı,  №  191,  09.12.2004,  bənd 
1.12).  Bununla  belə,  qiymətli  kağızların  və  elektron  pul  daşıyıcılarının  (kredit, 
depozit, telefon, nəqliyyat və s. kartların) göndərilməsi qadağan edilməmişdir. 
18
 Tarix boyunca PY-yə qarşı mübarizənin əhəmiyyət qazanması barədə daha ətraflı 
mülahizələrimizi aşağıdakı “Ortaya çıxmasının tarixi zərurəti və tarixi” bölməsində 
irəli sürəcəyik (s. 49). 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə