Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə11/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   7   8   9   10   11   12   13   14   ...   87

 
25 
qanuni  yolla  pul  qazanmaq  mümkündür.  Həmin  pulları  elektron  pula 
çevirməklə  elə  internetdə  bir  çox  müxtəlif  maliyyə  əməliyyatları  həyata 
keçirilə  bilər.  Bu  pulların  mənbəyini  gizlətmək  üçün  heç  də  bank 
ə
məliyyatlarından  istifadəyə  ehtiyac  yoxdur.  Xidmətlərin  və  ya  müxtəlif 
proqram  təminatlarının  alqı-satqısı  pulların  mənbəyinin  gizlədilməsi  üçün 
kifayət  edə  bilər.  Əsl  pulları  elektron  pula  çevirməklə,  daha  sonra  bu 
pullarla  internetdə  fiktiv  maliyyə  əməliyyatları  həyata  keçirməklə  və 
nəhayət,  həmin  elektron  pulunu  yenidən  əsl  pula  dəyişdirməklə  (və  ya 
dəyişdirmədən  istifadə  etməklə)  pulu  yumaq  istəyən  şəxslər  istədikləri 
məqsədə nail ola bilərlər. 

  PY-nin  digər  bir  üsulu  həvalədir.
49
 Qeyd  edilməlidir  ki,  həmin  üsuldan 
daha  çox  bir  ölkədə  qeyri-leqal  yaşayan  milli  azlıq  istifadə  edir.  Bu  cür 
insanların  ölkədə  qazandığı  bütün  gəlirlər  qeyri-leqaldır,  hətta  cinayət 
nəticəsində  də  əldə  edilə  bilər.  Bu  təqdirdə,  misal  üçün,  ngiltərədə 
yaşayan və  vizasının vaxtı çoxdan keçmiş  bir hindli  müəyyən  bir  məbləği 
öz  ailəsinə  göndərmək  istədikdə,  təbii  ki,  banka  getməz.  O  öz  funt 
sterlinqlərini  yaxında  yerləşən  bir  hind  dükanına  verəcək,  çünki  həmin 
dükanın  yiyəsi eyni  zamanda  bu  cür  əməliyyatları  həyata keçirən  şəxsdir, 
həvalədardır. Həvalədar Hindistandakı məsləkdaşı ilə əlaqə saxlayıb xahiş 
edəcək  ki,  həmin  məbləğ  göstərilən  ünvana  dərhal  çatdırılsın.  ki 
məsləkdaş  arasında  yaranmış  borc  malların  göndərilməsi  ilə  və  ya 
Hindistanda marağı olan digər həvalədara satılması ilə daha sonra bağlana 
bilər.  Funt  sterlinqlərin  rupiyə  konvertasiyası  rəsmi  məzənnədən  daha 
sərfəli  “qara  bazar”  məzənnəsi  ilə  çevriləcəkdir  ki,  Hindistandakı 
həvalədar yaranmış fərqi xidməthaqqı kimi özünə götürsün. Nəticədə həm 
pulu  göndərən,  həm  də  pulu  alanlar  üçün  bütün  bu  xidmətlər  təmənnasız 
kimi görünəcəkdir. Beləliklə, növbəti gün hindlinin ailəsinə hind rupisində 
nağd pullar çatdırılacaqdır. Məsələ məsrəfsiz, sadə və tez həllolunandır.  
Hindistandakı  həvalədarda  həmin  məbləğ  olmasa,  məsələ  bir  az 
qəlizləşdiriləcəkdir.  Misal  üçün,  “A”  ölkəsində  yaşayan  həvalədara 
müəyyən  pul  məbləğini  “B”  ölkəsinə  köçürmək  tapşırılmışdır.  Bu 
                                                                                                            
Electronic Money Laundering: An Invironmental Scan
, 04.10.2002,  www.ww2.ps-
sp.gc.capublicationscrim_jusmoney_laundering_e.asp; 
www.projects.ex.ac.uk/ 
RDavies/arian/emoney.html, 31.08.08. 
49
 Bu cür üsuldan, eyni zamanda, TM-də də geniş istifadə edilir. Dünyanın müxtəlif 
yerlərində bu cür maliyyə xidmətləri “chop chop”, “chiti”, “hundi” və “stash house” 
kimi də tanınır. 


 
26 
tapşırıqla,  eyni  zamanda,  həmin  pulun  “B”  ölkəsinin  valyutasına 
konvertasiya  edilməsi  də  nəzərdə  tutulur.  “B”  ölkəsində  yaşayan 
həvalədarda  həmin  məbləğ  olsa,  onun  müvafiq  ünvana  çatdırılması  çətin 
olmaz. Lakin belə məbləğ olmaya da bilər. 
Təqribən  həmin  vaxt  ərzində  “B”  ölkəsinin  həvalədarına  bir  sahibkar 
müraciət edir.  O, “C”  ölkəsindən  aldığı  mallar  müqabilində  pulu  müvafiq 
valyutaya  konvertasiya  etməklə  satıcının  “C”  ölkəsindəki  bank  hesabına 
köçürülməsini xahiş edir. 
Bu  halda  həvalədarın  ikisi  də  kömək  üçün  Dubayda  fəaliyyət  göstərən 
vasitəçiyə
50
 müraciət  edir.  Həmin  vasitəçi  məbləğlərin  təqribən  eyni 
olduğunu  müəyyən  etdikdən  sonra  bu  əməliyyatları  həyata  keçirməyin 
yolunu göstərir. 
Belə ki,  “A” ölkəsindəki  həvalədar  öz  ölkəsinin  valyuta  birjasında “C” 
ölkəsinin  valyutasını  alaraq  vasitəçinin  “D”  ölkəsindəki  bank  hesabına 
köçürür.  “B”  ölkəsinin  həvalədarı  da  sahibkardan  “B”  ölkəsinin 
valyutasında  pulunu  aldıqdan  sonra  onları  “A”  ölkəsinin  həvalədarının 
göstərişi ilə müvafiq ünvana çatdırır (beləliklə, “A” ölkəsindəki həvalədar 
tapşırığı  yerinə  yetirmiş  olur).  Və  nəhayət,  vasitəçi  “A”  ölkəsinin 
həvalədarının göndərdiyi pulları “C” ölkəsinin hesabına köçürür (beləliklə, 
“B” ölkəsindəki həvalədar da tapşırığı həyata keçirmiş olacaqdır). 
Yuxarıda bu cür həvaləni qəliz adlandırmışıqsa da, etiraf edilməlidir ki, 
faktiki olaraq daha mürəkkəb həvalə əməliyyatları həyata keçirilir.
51
 

  Pulların  nağd  olaraq  ölkədən  çıxarılması  (və  ehtiyac  varsa,  daha  sonra 
onların  yenidən  ölkəyə  gətirilməsi  və  ya  bank  vasitəsilə  köçürülməsi), 
yəni,  gömrük  sərhədindən  keçirilməsi  yolu  ilə də  PY  mümkündür.  Misal 
üçün,  malın  öz  faktiki  dəyərindən  daha  az  dəyərdə  olduğunu  bəyan 
etməklə  idxal  edilməsi  nəticəsində  artıq  ödənilmiş  pullar  yuyulmuş 
olacaqdır.
52
 Bu  sxem  sadə  olsa  da,  daha  mürəkkəb  variantları  da 
mövcuddur. 
                                          
50
 Ümumiyyətlə  qeyd  olunmalıdır  ki,  peşəkar  xidmət  kimi  həvalənin  mərkəzi 
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri hesab olunur. 
51
 Bax:  qor Ponomaryov, Финразведчики всех стран объединяются в борьбе 
против
  древнейшей  системы  денежных  переводов
,  Национальный 
Банковский
 Журнал, №10(33), oktyabr, 2006. 
52
 Elə hallar da olub ki, bahalı növə aid mallar ucuz növ kimi göstərilmişdir (birinci 
növ  un  ikinci  növ  kimi  göstərilmişdir  və  s.).  Misal  üçün  bax:  Уголовное  дело  о 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə