Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə10/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   6   7   8   9   10   11   12   13   ...   87

 
23 
yalnız  müxbir  hesabı  açan  bankın  verdiyi  məlumatlara  arxalanmalı 
olacaqdır  (bu  məlumatlar  isə  səhv,  natamam  və  yoxlanılmamış  ola 
bilər).  Xidmət görən bank “şel bank”dırsa
42
,  məlumatların yoxlanılması 
daha da çətinləşəcəkdir. 
o
  Bank  əməliyyatları  həyata  keçirilərkən,  eyni  zamanda,  “fiktiv” 
şə
xslərdən
43
 (müştərilərdən)  də  istifadə  etmək  mümkündür.  Bu  cür 
şə
xslər (bunlara “peşəkar vasitəçilər
44
 də demək mümkündür) müəyyən 
haqq  müqabilində  pulu  yumaq  istəyən  şəxslər  üçün  öz  adına  bank 
hesabları da aça, müəyyən köçürmələri də həyata keçirə, kredit də ala və 
digər bank əməliyyatlarında iştirak da edə bilərlər. 
o
  Xaricdə  açılmış  bank  hesablarına  müxtəlif  digər  hesablardan  pulların 
köçürülməsi  ilə  də  PY  mümkündür.  Misal  üçün,  “peşəkar  vasitəçi” 
sayılan,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı  olan  broker 
tərəfindən  belə  hesablar  xaricdə  açıla  bilər.  Bununla  əlaqədar,  qeyd 
edilməlidir ki, bir çox ölkədə, o cümlədən ölkəmizdə də
45
 xarici şəxslər 
tərəfindən  açılmış  hesablardakı  vəsaitlər  sərbəst  şəkildə  repatriasiya 
edilə bilər. Bundan başqa, bu cür hesab xarici ölkənin “şel bank”ında da 
açıla  bilər.  Nəticədə  belə  hesabda  digər  hesablardan  yığılmış  vəsait 
repatriasiya  edilməklə  onun  mənbəyinin  müəyyən  edilməsi  xeyli 
çətinləşəcəkdir. Buradakı broker həm pulu yumaq istəyən şəxsin xeyrinə 
qanuni  fəaliyyət  göstərə  (bu  halda  o,  pulların  yuyulduğunu  bilməyə  də 
bilər),  həm  də  qiymətli  kağızlar  bazarındakı  müəyyən  dələduzluqları 
etməklə özü (və əlbir olan digər şəxslər) üçün pul yuya bilər. 
o
  Bank vasitəsilə təkcə kənar şəxslər tərəfindən deyil, həm də yalnız bank 
işçiləri  tərəfindən  pullar  yuyula  bilər.  Misal  üçün,  bankın  hər  hansı 
rəhbəri  tərəfindən  “fiktiv”  bir  firma  yaradılır.  Həmin  firma  ilə  bank 
arasında  banka  yeni  müştərilərin  cəlb  edilməsi  məqsədilə  müqavilə 
bağlanır. Belə ki, cəlb edilən hər bir yeni müştəriyə görə firma komisyon 
                                          
42
  ngiliscə –  “shell  bank”.  Şel bank fiziki  olaraq  mövcud  olmadığı  yurisdiksiyada 
qeydiyyata  alınmış  və  hər  hansı  nizamlanan  maliyyə  qrupu  ilə  heç  bir  bağlılığı 
olmayan bankdır (FATF Tövsiyələri, lüğət). 
43
 “ ngiliscə –  “front (straw)  man”. Belə şəxslər (hüquqi) şəxsin xeyrinə,  amma öz 
adından fəaliyyət göstərə bilər. 
44
  ngiliscə  –  “professional  intermediaries”.  Bax:  Bazel  Komitəsi,  Customer  due 
diligence
, b. 2.2.4 
45
 Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatları 
rejimi haqqında Qaydalar
, m.3.2.2.e 


 
24 
haqqı  alır.  Beləliklə,  firmanın  təşəbbüsü  ilə  gəlmiş  hər  bir  müştəriyə 
(bunlar bank rəhbərinin qohum-əqrəbası və ya digər “fiktiv” şəxslər ola 
bilər)  verilən kredit  və  ya  müştəri tərəfindən  qoyulan  depozitdən  başqa 
firmaya verilən komisyon haqları da yuyulur. 
o
  Kredit və depozit kartlarından başqa, banklar tərəfindən həm də ödəniş 
vasitəsi  kimi  qabaqcadan  ödənilmiş  depozit  kartları
46
 da  istifadəyə 
verilir.  Bu kartların  digər kartlardan  əsas fərqi və  üstünlüyü  ondadır ki, 
bunlar anonim açıla, eyni eyniləşdirmə nömrəsi ilə (dublikatlar) bir neçə 
şə
xsə  və  18  yaşa  çatmamış  şəxslərə  verilə,  habelə  yalnız  bir  maliyyə 
ə
məliyyatı  üçün  nəzərdə  tutula  bilər.  Təsəvvür  edin  ki,  internetdə 
gördüyünüz  10  dollarlıq  bir  kitabı  almaq  istəyirsiniz,  lakin  internetdə 
kredit  kartları  ilə  müxtəlif  dələduzluqlardan  ehtiyatlandığınıza  görə 
ə
linizdə  olan  1000  dollarlıq  kredit  və  ya  depozit  kartı  yerinə  yalnız  10 
dollarlıq  qabaqcadan  ödənilmiş  depozit kartından  istifadə edə bilərsiniz 
(bu  halda  riskiniz  10  dollarla  məhdudlaşacaqdır)  ( nternetlə  bağlı  PY 
riskləri barədə isə növbəti bəndə baxın). Digər tərəfdən, məktəbə gedən 
uşağınız  varsa  və  ona  verdiyiniz  cib  xərcinin  itiriləcəyindən  və  ya 
oğurlanacağından  narahatsınızsa,  yaxud  övladınız  xaricdə  təhsil  alırsa, 
bu  cür kartı  ona  verə bilərsiniz. Beləliklə,  xaricdə olan  və həmin kartın 
dublikatına  sahib  şəxsə  pul  köçürmək  üçün  yalnız  əsas  kartın  hesabına 
həmin  pulların  mədaxil  edilməsi  kifayət  edəcəkdir.  Bu  cür  hallar  da 
özündə PY riskini daşıyır. 

  PY-ni  geniş  şəkildə beynəlxalq  pulköçürmə  sistemləri,  poçt,  telefon  və 
elektron bankçılıq vasitəsilə də həyata keçirmək mümkündür; xüsusən də 
ə
gər  anonimlik  bu  sahələrdə  normal  bir  hal  sayılırsa.  Baxmayaraq  ki,  son 
vaxtlar PY-nin  hətta  mobil  telefonlar  vasitəsilə  həyata  keçirilməsi  riskləri 
artır,
47
 internetdə  istifadə  edilən  elektron  pullar  isə  PY-ni  daha  da 
asanlaşdırmaqdadır.
48
 Bildiyimiz kimi, internetdə  bir çox  qanuni  və  qeyri-
                                          
46
  ngiliscə – “prepayment debit card” və ya “prepaid debit card”; banklarımızda bu 
cür kartlar, həmçinin, “ilk kart” adı ilə buraxılır.  
47
 Ədəbiyyatda mobil telefonlarla həyata keçirilən ödənişlər “m-ödənişlər” (ingiliscə 
m-payments”)  kimi  tanınır.  M-ödənişlər  barədə  daha  ətraflı  bax:  Zoe  Lester,  M-
Payments:  Money  Laundering  goes  mobile
,  ACAMS  Today  jurnalı,  sentyabr-
oktyabr 2007 
48
 Elektron  pullar  və  internetlə  ödəniş  sistemləri  barədə  daha  ətraflı  bax:  FATF
Money Laundering and Terrorist Financing Vulnerabilities of Commercial Websites 
and  Internet  Payment  Systems
,  18.06.2008;  Kanadanın  Ədliyyə  Nazirliyi


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə