Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə16/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   12   13   14   15   16   17   18   19   ...   87

 
37 
ə
ldə  olunan  gəlirlərin  yuyulmasına  görə  cinayət  məsuliyyəti  tətbiq 
etməlidir. Predikativ hüquqpozmalar bütün hüquqpozmalara və ya ağır 
hüquqpozmalara,  yaxud  predikativ  hüquqpozmaya  görə  tətbiq  olunan 
azadlıqdan məhrumetmə cəzasının müddətinə şamil edilən həddə (hədd 
yanaşması),  eləcə  də  predikativ  hüquqpozmaların  siyahısına  və  ya  bu 
yanaşmaların məcmusuna istinad olunmaqla müəyyən edilə bilər. 
Hədd  yanaşmasını  tətbiq  edən  dövlətlər  üçün  predikativ 
hüquqpozmalar,  ən  azı,  milli  qanunvericiliklə  ağır  hüquqpozmalara 
aid edilən bütün hüquqpozmaları və ya törədilməsinə görə ən azı bir il 
müddətinə 
azadlıqdan 
məhrumetmə 
cəzası 
nəzərdə 
tutulan 
hüquqpozmaları  əhatə  etməlidir.  Hüquq  sistemləri  hüquqpozmalara 
görə  minimal  hədd  müəyyən  edən  dövlətlər  üçün  isə,  predikativ 
hüquqpozmalar  dedikdə,  törədilməsinə  görə  ən  azı  altı  ay  azadlıqdan 
məhrumetmə  cəzası  nəzərdə  tutulan  bütün  hüquqpozmalar  baş
şülməlidir. 
Tətbiq  edilən  yanaşmadan  asılı  olmayaraq,  hər  bir  dövlət  ən  azı 
əyyə
olunmuş 
hüquqpozmalar 
kateqoriyaları
82
 üzrə 
hüquqpozmaları predikativ olaraq müəyyən etməlidir.

83
 
Bizim  qanunvericiliyimiz  prizmasından  baxıldıqda,  bir  tərəfdən  iddia 
edilə  bilər  ki,  predikativ  cinayətlərə  heç  bir  hədd  və  ya  meyardan  asılı 
olmadan  CM-də  nəzərdə  tutulmuş  bütün  cinayətlər  aid  edilmişdir.  Bu  cür 
qənaətə  CM-in  193-1-ci  maddəsini  nəzərə  aldıqda  gələ  bilərik.  Digər 
tərəfdən,  haqlı  olaraq  iddia  edilə  bilər  ki,  CM-in  194-cü  maddəsi 
kriminallaşdırılmalı əməli “xeyli miqdarda” çərçivəsinə salır. Bu o deməkdir 
ki,  misal  üçün,  terrorizmin  törədilməsindən  və  ya  narkotik  maddələrin 
satışından  əldə  olunmuş  əmlak  xeyli  miqdardan  azdırsa,  qabaqcadan  vəd 
etmədən  onun  bilə-bilə  alınması  və  ya  satılması  CM-in  194-cü  maddəsi 
ə
sasında cinayət  məsuliyyətinə  səbəb  olmayacaqdır.
84
 Əgər  iddia  edilirsə  ki, 
xeyli miqdardan
 az olan əmlakın bilə-bilə alınması  və ya  satılmasına  CM-in 
193-1-ci  maddəsi  çərçivəsində  baxılmalıdır,  bu  halda  həmin  maddə  üzrə 
(194-cü  maddə  ilə  müqayisədə)  daha  ciddi  cəzanın  müəyyən  edilməsi 
                                          
82
 Bu  kateqoriyalara  aid  edilən  hüquqpozmaların  siyahısı  və  qanunvericiliyimizə 
ə
sasən, onlara uyğun gələn cinayətlər siyahısı üçün bax: aşağıda “Siyahı I”. 
83
 FATF Tövsiyələri, t.1. 
84
 Qeyd  edək  ki,  bu  halda  qanunvericiliyimizlə  inzibati  məsuliyyət  nəzərdə 
tutulmuşdur (AR  nzibati Xətalar Məcəlləsi, m.234). 


 
38 
məqsədəuyğun  olmayan  kimi  qiymətləndiriləcəkdir.  Əgər  iddia  edilirsə  ki, 
194-cü  maddə  193-1-ci  maddə  ilə  tam  əhatə  olunur  və  cəza  cinayətlərin 
məcmuyu  üzrə  təyin  edilməlidir,  o  təqdirdə  194-cü  maddənin  CM-də 
ümumiyyətlə  yer  alması  ağlabatan  sayılmayacaqdır.  Çünki  bu,  həm  də  o 
demək  olacaqdır  ki,  194-cü  maddə  heç  bir  halda  təkbaşına  tətbiq  oluna 
bilməz.  Ümumiyyətlə,  cinayətlərin  məcmuyu  üzrə  təyin  edilməsi  o  halda 
məqsədəuyğun  olar ki,  cinayətlərin  tərkibi  fərqli  olsun;  əks  halda  “ne  bis  in 
idem
” prinsipi
85
 pozulmuş olacaqdır. 
Digər  tərəfdən,  nəzəriyyəyə  görə,
86
 qiymətli  kağızların,  metalların  və 
ya  daşların,  silahın,  pornoqrafik  və  ya  radioaktiv  materialların  qanunsuz 
dövriyyəsi,  o  cümlədən  alqı-satqısı  üçün  CM-də  digər  maddələrlə
87
 nəzərdə 
tutulmuş  məsuliyyət 194-cü maddə ilə əhatə olunmamalıdır. Bununla demək 
istədiyimiz  o  deyildir  ki,  PY-nin  kriminallaşması  məhdudlaşacaqdır, 
vurğulamaq  istədiyimiz    odur  ki,  sözügedən  maddələrin  tətbiqi  zamanı 
müvafiq  orqanlar,  o  cümlədən  məhkəmə  tərəfindən  hamı  üçün  vahid 
yanaşmadan  istifadə  edilməyə  də  bilər  –  eyni  tərkibli  əmələ  görə  bəzi 
hallarda bir neçə maddə əsasında, bəzi hallarda isə təkcə bir maddə əsasında 
cəza  təyin  edilə  bilər.  Bu  da  cinayət  hüququnun  məqsədlərinə  və  ədalətlilik 
prinsipinə ziddir. 
Hər nədirsə, bu gün üçün nəzərdə tutulmuş zərərin miqdarından başqa, 
193-1-ci və 194-cü maddələrindəki əməlləri bir-birindən fərqləndirən ən əsas 
ünsür  odur  ki,  birinci  maddədə  nəzərdə  tutulmuş  məqsəd  ikincidə  nəzərdə 
tutulmur.  Yəni,  yuxarıda  çəkdiyimiz  misalda  olduğu  kimi,  “dostunuz” 
oğurladığı  maşını  satdığı  zaman  öz  maddi  ehtiyaclarını  ödəməkdən  başqa, 
həm  də  maşının  oğurlanmış  olduğunu  gizlətmək  məqsədini  güdmüş  olsaydı 
və  bu  da  sübuta  yetirilsəydi,  həmin  şəxs  hər  iki  maddəyə  əsasən  cinayət 
məsuliyyətinə  cəlb  olunacaqdı.  Əməlində  maşının  oğurlanmış  olduğunu 
gizlətmək  məqsədi sübuta  yetirilməzsə,  həmin  şəxs  yalnız 194-cü  maddə ilə 
cəzalandırılacaqdır.  Yuxarıda  da  dediyimiz  kimi,  məqsədin  olması  barədə 
nəticə  obyektiv  faktiki  hallardan  çıxarıla  bilər.
88
 Sözügedən  misalımızda 
                                          
85
 Hüquqda eyni əmələ görə iki dəfə cəza verilməməsi prinsipidir (misal üçün, CM
m.8) 
86
 Волженкин  Б.  В.,  Экономические  преступления,  "Юридический  центр 
Пресс
" nəşr., 1999, s.114-115. 
87
 CM-in 204, 213, 226, 228 və 242-ci maddələri. 
88
 Bu  barədə  daha  ətraflı  mülahizələrimizi  yuxarıdakı  “Tərifi”  bölməsində  irəli 
sürmüşük (s. 31). 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə