Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə4/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   2   3   4   5   6   7   8   9   ...   87

 
10 
Beləliklə,  bu  kitabda  PY-nin  məğzi,  anlayışı,  tərkib  hissələri,  həyata 
keçirilmə 
sxemləri, 
ictimai 
təhlükəsinin 
nədən 
ibarət 
olduğu, 
kriminallaşdırmada əhəmiyyətinin nə dərəcədə olduğu, ona qarşı mübarizənin 
məqsədəuyğunluğu,  bu  mübarizənin  effektivliyinin  dərəcəsi,  yolları,  bu 
sahədə  digər  ölkələrin  təcrübəsi  və  PY  problemi  ilə  bağlı  bir  sıra  digər 
prinsipial  və  texniki  suallara  cavab  verməyə  çalışmışıq.  Bu  məqsədlə 
kitabdakı  yazıları  iki  əsas  fəslə  ayırmışıq.  “Pulların  yuyulması”  adlı  birinci 
fəsildə  ictimai  bir  fenomen  olaraq  pulların  yuyulmasının  mahiyyəti, 
xüsusiyyətləri, təzahür formaları və cəmiyyətin digər mənfi bir fenomeni olan 
terrorizmin  maliyyələşdirilməsi  ilə  əlaqəsi  barədə  söhbət  açılır.  PY-yə  qarşı 
mübarizənin  dörd  əsas  istiqamətə  ayrıldığını  nəzərə  alaraq,  “Pulların 
yuyulmasına  qarşı  mübarizə
”  fəslini  də  müvafiq  olaraq  dörd  əsas  hissəyə 
bölmüşük: 1. PY-nin kriminallaşdırılması və əlaqədar prosessual hərəkətlər; 2. 
Səlahiyyətli  orqanların  rollarının  artırılması;  3.  Monitorinq  subyektləri 
tərəfindən tətbiq olunmalı tədbirlər; və 4. Beynəlxalq əməkdaşlıq. 
Bəri  başdan  deyim  ki,  kitabımız  geniş  oxucu  auditoriyası  üçün 
nəzərdə  tutulmuşdur.  Belə  ki,  həm  elmi  işlə  məşğul  olan  tələbə  və  müəllim 
heyəti,  həm qanunvericiliyimizin təkmilləşdirilməsinə töhfə verə bilən  və ya 
müvafiq  nəzarəti  həyata  keçirən  dövlət  orqanlarının  məmurları,  həm  PY  ilə 
bağlı  tədbirlərin  həyata  keçirilməsinə  görə  məsuliyyət  daşıyan  monitorinq 
subyektlərinin  əməkdaşları,  həm  də,  ümumiyyətlə,  PY  və  ona  qarşı 
mübarizənin  nə  olduğundan  ümumi  anlayışa  sahib  olmaq  istəyən  hər  kəs 
burada  verilən  məlumatlardan  və  edilən  təhlillərdən  əhəmiyyətli  dərəcədə 
yararlana  bilər.  Etiraf  etməliyik  ki,  kitabda  əks  olunan  bütün  məsələlərə 
yalnız  səthi toxuna bilmişik. Lakin onu  da  qeyd etməliyik ki,  burada verilən 
məlumatlar  öz-özlüyündə  məsələnin  təməl  daşı  rolunu  oynamaqla  yanaşı, 
eyni  zamanda,  həm  praktiki  suallara  konkret  cavab  verir,  həm  də  bir  sıra 
vacib mənbələrə istinadlarla zəngindir. 
Hər  bir  araşdırmanın  uğuru  daha  çox  onun  nəticəsində  konkret 
cavabların verilməsi ilə deyil, əvvəllər verilmiş  sualların daha dəqiq və daha 
düzgün  ifadə  edilməsi  ilə  ölçülür.  Bu  baxımdan,  ola  bilər  ki,  oxucular  bu 
kitabı  oxumazdan  qabaq  verdikləri  suallara  konkret  cavabları  almasınlar, 
lakin ümidvarıq ki, kitabımızı oxuduqdan sonra düzgün cavabın tapılmasında 
daha bir addım irəliləmiş olacaqlar. 
 
 


 
11 
Bir adam deyirsə ki, pul olanda həşey etmək olar, 
bil ki, həmin adamın pulu yoxdur, heç olmayıb da. 
 (E. Hou) 
II. Ç RKL  PULLARIN YUYULMASI 
1. Mahiyyəti 
Bir an içində özünüzü bir cinayətkar kimi təsəvvür edin... 
Sözün  düzü, adamın  özünü cinayətkar  kimi  hiss  etməsi  hər  zaman  o 
qədər  də  asan  olmaya  bilər.  Hərdən  adam  cinayət  törədəndə  belə,  ələlxüsus 
iqtisadi,  kiber  və  ya  ekoloji  cinayətləri  törətdiyi  halda  özünü  cinayətkar 
saymır, o ki qala bunu nəzəri cəhətdən təsəvvür etsin. 
Hər  nədirsə,  təsəvvür  edin  ki,  Siz  bir  tələbəsiniz  və  əksər  tələbələr 
kimi kasıb birisiniz. Bir çox ehtiyaclarınız və reklamların yaratdığı cazibədar 
təkliflərə “tələbatınız” vardır. Bu arada dostunuz dayısından qalmış bahalı bir 
avtomobilin  satılmasında  kömək  göstərməyinizi  xahiş  etməklə  bunun 
müqabilində Sizin də haqqınız olacağını vəd edir. 
Köməyinizlə  münasib  bir  müştəri  tapılandan  sonra  avtomobilin  alqı-
satqısı  həyata  keçirilir.  Dostunuz  vəd  etdiyi  kimi,  haqqınızı  verdiyi  zaman 
bildirir  ki,  əslində,  satılmış  avtomobil  oğurluq  mal  imiş.  Bəlkə  də  əqddən 
öncə  bunu  bilsəydiniz,  dostunuza  kömək  etməzdiniz,  amma  iş-işdən 
keçəndən  və  düçar  olduğunuz  vəziyyəti  nəzərə  alandan  sonra  dostunuzdan 
vəd  olunmuş  haqqı  alıb  törədilmiş  cinayət  barədə  hüquq-mühafizə 
orqanlarına  xəbər  vermirsiniz.  Bu  isə  bir  cinayətdir
7
 və  Siz  cinayətkar 
sayılacaqsınız  (təbii  ki,  məhkəmənin  müvafiq  hökmü  olarsa),  əldə  etdiyiniz 
pullar isə “çirkli pullar” hesab olunacaqdır. 
Pulla  ifadə  olunan  haqqınızı  (çirkli  pulları)  aldıqdan  sonra  Siz  onu 
xərcləmək,  ya  da  çoxaltmaq  istəyəcəksiniz.  Lakin  bu  zaman  bir  problemlə 
rastlaşa  bilərsiniz.  Dost-tanışlarınız  çəkdiyiniz  xərclərdən  əlinizdə  xeyli 
pulun  birdən  peyda  olduğunu  hiss  edib,  onları  haradan  aldığınızı  öyrənmək 
                                          
7
 Maşın çox bahalıdır və onun dəyəri AR Cinayət Məcəlləsinin (bundan sonra – CM
177-ci  maddəsində nəzərdə tutulmuş  “külli  miqdar”  məbləği  ilə  uyğundursa,  yəni, 
maşının oğurlanması ağır cinayət hesab olunsa, CM-in 307-ci  maddəsi əsasında bu 
ə
məl  cinayət  hesab  olunacaqdır.  Amma  nəzərə  almalısınız  ki,  Siz  təkcə  xəbər 
verilməməsinə görə deyil, həm də cinayət yolu ilə əldə edilmiş əmlakın satılmasında 
iştirak  etdiyinizə  görə  də  ittiham  edilə  bilərsiniz.  Halbuki  bu  da  mübahisəli 
məsələdir. 


 
12 
istəyəcəklər. Bəlkə də bunu ona görə istəmirlər ki, bu pulların düzgün, yoxsa 
ə
yri  yollarla  əldə  olunduğu  müəyyənləşdirilsin,  daha  çox  ona  görə  istəyə 
bilərlər  ki,  özləri  də  bu  pulları  qazanmaq  yollarını  öyrənsinlər.  Bir  də 
təsəvvür  edin  ki,  oğurlanmış  avtomobillə  əlaqədar  istintaq  başlandı  və  Siz 
artıq  şahid  qismində  avtomobili  oğurlayan  dostunuz  barədə  dindirildiniz. 
Vəziyyət  belə  olunca,  şübhənin  hər  an  Sizin  üzərinizə  də  düşə  biləcəyini 
nəzərə  alaraq  qazanılmış  pulların  mənbəyinə  dair  bir  hekayə  uydurmağa  və 
bunu  da  müəyyən  dəlillərlə  sübuta  yetirməyə  ehtiyac  hiss  edəcəksiniz.
8
 
Hekayələrdən biri o ola bilər ki, guya pullar Sizə xaricdə yaşayan qohumunuz 
tərəfindən  göndərilmişdir.  Hekayənizi  təsdiqləyəcək  sənədləri  əldə  etmək 
üçün  Siz  qohumunuz  yaşayan  xarici  ölkədə  açılmış  bir  bank  hesabına 
pulunuzu  köçürüb  daha  sonra  bu  pulların  yenidən  özünüzə  köçürülməsinin 
təmin  edilməsini  ağlınızdan  keçirə  bilərsiniz.  Əlinizdəki  çirkli  pulların 
cinayət  mənbəyinin  bu  cür  üsullarla  ört-basdır  edilməsi  də  PY  sayılır.
9
 
Qanunvericiliyimizin  prizmasından  baxdığımız  zaman  bu  misalda  “cinayə
barəsində  xəbər  verməmə
  cinayəti  cinayət-hüquqi  dildə  “predikativ 
cinayət

10
 kimi  tövsif  ediləcəkdir.  Halbuki  Sizin  pulların  yuyulması 
cinayətinizin başlanma anı maşın satılmasından əldə edilmiş  pulların cinayət 
yolu ilə əldə olunduğunu gizlətmək məqsədilə onlarla bank köçürmələri kimi 
müxtəlif  maliyyə  əqdlərinin  həyata  keçirilməsinə  başlanma  anıdır.  Əgər  Siz 
maşının  satılmasından  əvvəl  onun  oğurlanmış  olduğunu  bilsəydiniz,  o  halda 
                                          
8
 Beləliklə,  yadda  saxlanılmalıdır  ki,  hər  bir  cinayətkar  pulları  iki  əsas  ehtiyacına 
görə  “yuyur”.  Birincisi  özünün  törətdiyi  cinayətlə  əlaqəsi  olmadığını  göstərmək, 
digəri isə əldə etdiyi qanunsuz vəsaitləri rahat xərcləmək ehtiyaclarıdır. 
9
 Bununla belə, qeyd edilməlidir ki, bir  əməlin PY sayılıb-sayılmaması  məsələsinə 
poliqamik  nöqteyi-nəzərdən  baxıldıqda  fərqli  şərhlər  vermək  mümkündür.  rəlidə 
görəcəyimiz  kimi,  PY-yə  qarşı  mübarizəyə  dair  nəinki  beynəlxalq  standartlar  bir 
ölkənin milli qanunvericiliyindən, hətta beynəlxalq təcrübədən də fərqlənə bilər. PY 
tərifinin  sosial,  əxlaqi,  iqtisadi  və  hüquqi  yanaşmaları  üçün  daha  ətraflı  bax: 
E.Bağırzadə,  “ qtisadiyyatda  çirkli  pul  probleminin  bəzi  nəzəri-konseptual 
aspektləri
”,  (“Şəffaflığın  artırılması  və  korrupsiyaya  qarşı  mübarizədə  nəzarətin 
rolu və əhəmiyyəti
”  adlı beynəlxalq  elmi-praktik konfransın  materialları, Bakı, 18-
19.09.2008),  qtisadiyyat və audit jurnalı, 2008, s.270-277 
10
 “Predikativ  cinayətlər”  dedikdə,  çirkli  pulların  mənbəyi  olan  cinayətlər  başa 
düşülür.  Beynəlxalq  aləmdə  PY-yə  qarşı  mübarizənin  ilk  vaxtlarında  predikativ 
cinayətlərə yalnız narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi aid edilirdi. 
Son vaxtlarda isə predikativ cinayətlərə bütün növ cinayətlərin  aid olunması  meyli 
müşahidə edilir. Predikativ cinayətlər barədə daha ətraflı bax: aşağıdakı “Predikativ 
cinayətlər
” bölməsinə (s. 36). 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə