Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə6/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   2   3   4   5   6   7   8   9   ...   87

 
15 
Ağılla pul xərcləmək üçün sadəcə iki şey lazımdır. 
Sizcə, bunlar nələrdir...?
19
 
2. Çoxcəhətliyi 
PY  sxemləri  yuxarıda  dediyimizdən  daha  qəliz  və  mürəkkəb  olub, 
böyük həcmdəki
20
 varidatla
21
 bağlı bir neçə ölkənin bir sıra müxtəlif maliyyə 
və  qeyri-maliyyə  təsisatları  vasitəsilə  həyata  keçirilə  bilər.
22
 Qeyd  edək  ki, 
sənədləri saxtalaşdırmaqla və  ya digər cinayət  xarakterli əməlləri törətməklə 
həyata  keçirilən  PY  üsulları  saysız-hesabsız  ola  bilər.  Lakin  pulları  yuyan 
                                          
19
 Cavab – pul və ... ağıl (Stas Yanovskiy). 
20
 Ona  görə  böyük  ki,  az  vəsaitlərin  gizlədilməsinə,  bir  qayda  olaraq,  ehtiyac 
yaranmır. 
21
 Qanunvericiliyimizdə  cinayət  nəticəsində  əldə  olunmuş  hər  hansı  əmlak 
(daşınar/daşınmaz,  maddi/qeyri-maddi),  pul  vəsaitləri  və  ya  hər  hansı  hüquqları 
təsdiq  edən  sənədləri  nəzərdə  tutmaq  istədikdə  qısaca  “pul  vəsaitləri  və  ya  digə
ə
mlak
” ifadəsindən istifadə olunur. Zənnimizcə, əgər pul vəsaitləri əmlak sayılırsa, 
belə ki, həmin ifadədən bunu ancaq bu cür başa düşmək olar, bu halda ifadədən “pul 
vəsaitləri
”ni çıxarıb tək “əmlak” sözünü saxlamaq lazım olacaqdır. Yalnız bu halda 
da  “əmlak”  məfhumu  təkbaşına  istifadə  edilərkən  onun  içində  həm  də  “pul 
vəsaitləri
”nin nəzərdə tutulduğunu anlamaq çətin olur. Eynilə həmin ifadənin yerinə 
yalnız “gəlir” ifadəsi işlənsə, bu təqdirdə burada həm də “əmlak” nəzərdə tutulması 
ş
übhə  altında  olacaqdır.  Bu  baxımdan,  Azərbaycan  dilinin  zənginliyini 
məhdudlaşdırmamaq 
məqsədilə 
varidat” 
ifadəsinin 
istifadəsinin 
daha 
məqsədəuyğun olduğunu görürük. 
22
 Misallar üçün bax. Калинин А.П., Экономическая преступностьотмывание 
и
  вывоз  денег  за  рубеж
,  http://law.edu.ru/script/matredirect.asp?matID=1123213, 
15.06.2008;  Освальдо  Кукуцца,  Отмывание  денег  и  мировая  экономика, 
http://www.archipelag.ru/geoeconomics/osnovi/geoeconomics/clear-out/, 
15.08.2008;  Виталий  Шапран,  Наталья  Шапран,  Схемы  отмывания,  о 
которых
  знают  в  FATF
”  http://www.forextimes.ru/article/a14722.htm,  19.03.05; 
Александр
  Шварев,  Технология  денежной  стирки.  В  камере  собрались 
интеллигентные
  люди...
,  http://www.vremya.ru/2000/97/5/38.html,  07.08.2000; 
Роман
  Шлейнов, Акции «Газпром»a можно купить  в обход  президентского 
указа
?
,  http://2001.novayagazeta.ru/nomer/2001/08n/n08n-s11.shtml,  05.02.2001; 
Таможенная
  служба  хочет  отсудить  у  Bank  of  New  York  астрономическую 
сумму
 
– 
22,5 
млрд
 
долларов

http://www.newsru.com/finance/17may2007/bony.html,  18.05.2007;  Bank  of  New 
York 
за
  38  млн 
долларов
 
уладил
 
дело
  об  отмывании  денег

http://www.newsru.com/finance/09nov2005/bony.html,  09.11.2005;  В  Европе 
прошла
 
крупнейшая
 
операция
 
против
 
российской
 
мафии

http://www.newsru.com/world/11jun2002/mafia2.html, 11.06.2002 


 
16 
həmişə  elə  yol  seçir  ki,  PY  zamanı  mümkün  qədər  az  qanun  pozuntusu 
törətsin,  bunun  üçün  isə  baş  sındırmağa  ehtiyac  vardır.  Aşağıda  da,  əsasən, 
məhz bu cür sxemlərdən (fiktiv
23
 əməllərdən) bəhs  edəcəyik. Amma yenə də 
vurğulamalıyıq  ki, aşağıdakı  misallar  bütün  mümkün variantları əhatə etmir. 
Pulları yumaq istəyənlər üçün onu da qeyd etməliyik ki, aşağıdakı sxemlərin 
uğurlu  tətbiqi  yalnız  PY-yə  qarşı  mübarizənin  olmadığı  və  ya  zəif  olduğu 
ölkə və ya ərazilərdə mümkün ola bilər. 

  Əlində böyük həcmdə qeyri-qanuni pulu olan şəxslər öz vəsaitlərini bəraət 
etdirmək  üçün,  bir  qayda  olaraq,  qanuni  biznes  fəaliyyətini  başlamaq 
məcburiyyətində  qalırlar.  Misal  üçün,  pulu  yuyan  şəxs  qanuni,  amma 
fiktiv bir şirkəti yaratmaqla və beləliklə, hər ay vergi orqanlarında həmin 
ş
irkətin fəaliyyəti nəticəsində getdikcə qazanılan yüksək gəliri göstərməklə 
və vergi ödəməklə əlindəki qeyri-qanuni vəsaitləri leqallaşdırır.
24
 
o
  Vəsaitlərin  mənbəyini  daha  da  ört-basdır  etmək  məqsədilə  bir  neçə 
digər  şirkət  də  yaradıla  və  ya  mövcud  şirkətlərin  payları  alına  bilər. 
Həmin  şirkətlər  arasında  bir  sıra  alqı-satqı  və  ya  xidmətlərin 
görülməsinə  dair  fiktiv  müqavilələr  əsasında  vəsaitlərin  hərəkəti  də 
mümkündür. 
                                          
23
 “Fiktiv”  ifadəsini  “saxta”  ifadəsindən  fərqləndirmək  lazımdır.  Əgər  birincisi 
qanuni,  amma  qeyri-qanuni  məqsəd  daşıdığını”  nəzərdə  tutursa,  ikincisi  “tam 
olaraq qeyri-qanuni
” mənasına gəlir. 
24
 Şirkətin  fəaliyyəti  nəticəsində  əldə  edilən  gəlir  həcminin  şirkət  tərəfindən 
göstərilmiş  xidmətlərə  uyğun  olub-olmamasını  müəyyənləşdirmək  daha  çətin 
olduğundan  yaradılan  şirkətlər,  bir  qayda olaraq,  malı istehsal  edənlər  deyil, kafe, 
restoran,  mehmanxanalar  və  bu  qəbildən  olan  digər  xidmət  göstərən  və  nağd 
vəsaitlərlə işləyən şirkətlər olur. 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə