Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə2/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   2   3   4   5   6   7   8   9   ...   87

 

i. Daxili nəzarət sistemi...........................................................110 
ii. Risk-əsaslı yanaşma ............................................................113 
iii. Şübhəli əməliyyatların ifşa edilməsinin texnikası ...............121 
1)  lkin şübhələrin təsdiqlənməsi üçün görüləəlavə 
eyniləşdirmə tədbirləri
...................................................121 
2) Əməliyyatın şübhəli olub-olmamasına dair qərarın qəbul 
edilməsi
..........................................................................129 
D. Beynəlxalq əməkdaşlıq ................................................................132
 
 
IV. SON SÖZ...........................................................................................140 
 
 
S YAHI I ..................................................................................................143 
S YAHI II.................................................................................................148 
S YAHI III ...............................................................................................150 
CƏDVƏL I ...............................................................................................153 
 
FATF-ın 40 Tövsiyəsi ...............................................................................157 
FATF-ın 9 Xüsusi Tövsiyəsi .....................................................................199 
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə 
haqqında Azərbaycan Respublikasının Qanunu .........................................204 
 
ABREV ATURALAR VƏ QISALTMALAR ...........................................222 
ST FADƏ ED LM Ş ƏSAS MƏNBƏ VƏ ƏDƏB YYAT S YAHISI .....224 
 


 

ÖN SÖZ 
 
“Çirkli  pulların  yuyulması”  söz  birləşməsi  bizim  hüquqi  və  iqtisadi 
lüğətimizə  yeni  daxil  olmağa  başlasa  da,  əslində  qloballaşan  dünyada  uzun 
müddətdir ki, ən çox təhlükə yaradan cinayətlərdən biri hesab olunur. 
Qeyri-qanuni  yolla  pul  vəsaitlərinin  əldə  edilməsi  və  onların 
toplanması  əslində  istənilən  cəmiyyətin  siyasi,  iqtisadi,  ictimai  və  sosial 
həyatına  ciddi  zərbə  vurur.  Odur  ki,  cəmiyyətdə  sosial  ədalət  prinsipinin 
bərqərar olunmasını istəyən vətəndaş həm qeyri-qanuni yolla pul vəsaitlərinin 
və  digər  varidatın əldə edilməsinə, həm də onun leqallaşdırılmasına  qarşı  öz 
imkanları  və  səlahiyyətləri  daxilində  amansız  mübarizə  aparmalıdır.  Əlbəttə 
ki,  bunun  üçün  insanların  ilk  növbədə,  qeyri-qanuni  yolla  əldə  edilən  pul, 
onun  leqallaşdırılması  yolları  barədə  maarifləndirilməsinə  böyük  ehtiyac 
vardır. Bu  sahədə maarifləndirilmə dedikdə  mən  heç də  hər bir  şəxsin çirkli 
pulların  yuyulmasına  qarşı  mübarizə  aparmalı  olduğunu  nəzərdə  tutmuram. 
nsanları  bu  sahədə  maarifləndirməklə  biz  bir  tərəfdən  cinayətkar  qruplar 
tərəfindən qeyri-qanunu yolla əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın 
leqallaşdırılması  üçün  onlardan  istifadə  olunmasını  minimumlaşdıra,  digər 
tərəfdən  də  vətəndaşları  belə  qeyri-qanuni  hərəkətlərdən  müəyyən  qədər 
çəkindirə bilərik. Maarifləndirmə istiqamətində indiyədək müəyyən addımlar  
atılmışdır;  2001-ci  ildən  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 
banklara  Volfsberq  prinsiplərinin tətbiqini tövsiyə  etməyə, 2002-ci  ildən isə 
Azərbaycan  Bank  Tədris  Mərkəzi  bank  əməkdaşları  üçün  davamlı  olaraq, 
“Pulların  yuyulmasına  qarşı  mübarizə  tədbirləri”  mövzusunda  təlim  kursları 
aparmağa başlamışdır. 
Bütövlükdə  cəmiyyətin  qeyri-qanuni  yolla  pul  vəsaitlərinin  əldə 
edilməsi  və  onların  yuyulmasına  qarşı  maarifləndirilməsi  üçün  geniş  oxucu 
dairəsini əhatə edəcək, məsələnin mahiyyəti və ciddiliyini asan başa düşülən 
tərzdə  izah  edə  biləcək  kitaba  böyük  ehtiyac  var  idi.  Bununla  bağlı  hesab 
edirəm ki, hazırkı kitabın ərsəyə gətirilməsi ilə də bu  missiyanın öhdəsindən 
layiqlə gəlinmiş və nümunəvi vətəndaş mövqeyi ortaya qoyulmuşdur. 
Kitab,  qeyri-qanuni  yolla  pul  vəsaitlərinin  əldə  edilməsi 
mənbələrindən tutmuş  ona qarşı mübarizə üzrə beynəlxalq normalar  və yerli 
qanunvericiliyə qədər bir çox məsələləri özündə əks etdirir. 
Müəllif  kitabda  qeyri-qanuni  yolla  əldə  edilmiş  pul  vəsaitlərinin 
terrorizm  ilə  əlaqəsini  geniş  işıqlandırmaqla,  bunun  adi  bir  cinayət  hadisəsi 


 

deyil, bugünkü dünyanı daha çox narahat edən geniş-əhatəli və qlobal cinayət 
olmasının mahiyyətini oxucuya çatdırır. 
Artıq  5  ildən  artıqdır  ki,  bu  mövzuda  təlim  kursları  aparan  bir  şəxs 
kimi deyə bilərəm ki, kitabda beynəlxalq normalara və müxtəlif ölkələrin bu 
sahədəki  qanunvericiliyinə,  habelə  mövzu  üzrə  müxtəlif  müəllif  və  digər 
araşdırıcıların  materiallarına  çox  yerində  istinad  edilmiş,  konkret  təkliflər 
irəli sürülmüşdür. 
Qeyri-qanuni  yolla  pul  vəsaitlərinin  və  digər  varidatın  əldə 
edilməsinin,  habelə  onun  yuyulmasının  ictimai  bir  bəla  olmasını,  qüvvədə 
olan  qanunvericiliyə əsasən  bu  bəlaya  qarşı  mübarizə üçün  hüquq-mühafizə 
orqanlarının,  maliyyə  sektorunun  və  ümumilikdə  ictimai  məsuliyyətinin 
artırılmasının,  habelə  pulların  yuyulmasının  cinayət  kimi  tanınmasının 
zəruriliyini  nəzərə  alaraq,  bu  mövzunun  hüquqi  və  iqtisadi  yönümlü  təhsil 
ocaqlarında  tədris  olunmasını,  əlinizdəki  kitabın  bir  dərs  vəsaiti  kimi 
istifadəsini tövsiyə etməklə yanaşı müəllifə bu sahədə araşdırmalarını davam 
etdirməyi arzulayıram. 
 
Hörmətlə, 
 
Azərbaycan Bank Tədris 
   Mərkəzinin Direktoru                          Cavanşir ABDULLAYEV 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə