Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə7/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   2   3   4   5   6   7   8   9   10   ...   87

 
17 
o
  Bundan savayı, pulu yuyan tərəfindən oxşar şirkətlər xaricdə, “ofşor”
25
 
deyilən  zonalarda  da  yaradıla  bilər.  Həmin  xarici  şirkətlərlə  pulu 
yuyanın  yerli  şirkətləri  arasında  müxtəlif  əsaslarla  pul  köçürmələri  də 
mümkündür,
26
 hətta  yerli  şirkətlərin  xarici  şirkətlərə  investisiya 
qoyuluşu,  yəni,  nizamnamə  kapitallarında  iştirakı  da  mümkündür. 
Hətta  xarici  şirkətin  yerli  şirkətin  nizamnamə  kapitalında  iştirakı  ola-
ola həmin xarici şirkətin nizamnamə kapitalında digər yerli şirkətin (və 
ya  bir  neçə  şirkətin)  paylarının  olması  da  mümkündür.  Nəzərə  alınsa 
ki,  bütün  bu  şirkətlər,  əslində,  bir  adamın  əlindədir  və  onların  bütün 
fəaliyyətləri  bir  adamın  sözü  ilə  idarə  olunur,  bütün  bu  sxemlərdə 
müvafiq  orqanların  PY  faktlarını  müəyyən  etməsi  qeyri-mümkün 
görünür. Əgər həmin şirkətlər, həqiqətən də, hansısa işgüzar fəaliyyətlə 
məşğul  olacaqlarsa,  onların  öz  qanuni  gəlirləri  də  olacaqdır;  bu  halda 
PY  faktlarına  şübhə  yaransa  da,  hansı  gəlirin  qanuni,  hansının  isə 
yuyulmuş  (leqallaşdırılmış)  olmasının  ayırd  edilmə  məsələsi  də  tam 
qəlizləşəcəkdir. 
                                          
25
  ngiliscə  “offshore  zone”  –  ədəbiyyatda  buna  həm  də  “vergiləndirilmədə
ğınacaq
”  və  ya “vergisiz liman” deyilir.  Ofşor zona sərbəst iqtisadi zonaların bir 
növüdür.  Bu  elə  bir  ərazidir  ki,  orada  sahibkarlıq  fəaliyyəti  üçün  münbit  valyuta, 
maliyyə və vergi rejimi, habelə bank və kommersiya sirrinin qorunub saxlanmasında 
yüksək səviyyəsi  müəyyən  edilir.  Bu  ərazilərdə  hər  cür  şirkəti,  o  cümlədən bankı, 
böyük kapitala, uzun vaxt aparan bürokratik sənədləşdirməyə  və ya hər hansı ciddi 
qeydiyyatın aparılmasına, yaxud müəyyən meyarlara uyğun olan fiziki mövcudluğa 
ehtiyac olmadan təsis etmək mümkündür. Belə ofşor şirkətlər, prinsip etibarilə, digər 
ş
irkətlərdən fərqlənməyəcəkdir. Bu şirkətlər təsərrüfat münasibətlərinin tamhüquqlu 
subyekti  olmaqla  rezident  nümayəndəliklərinə  və  xarici  filiallara  sahib  ola  bilər 
(Daha  ətraflı  bax:  http://en.wikipedia.org/wiki/Offshore;  Andrew  Adler-Herrera
Offshore Financial Centers in the Pre and Post-September 11th, 2001 International 
Regulatory  Context
,  Comparative  Business-Government  Strategies,  Professor 
Murphy, 16.12.2002; www.offshore4business.com) 
26
 Qanunvericiliyimizə əsasən, xaricə köçürülən pul vəsaitləri müqabilində ölkəmizə 
həmin  dəyərdə  mallar  idxal  olunmalı  və  ya  xidmətlər  göstərilməlidir  (Azərbaycan 
Respublikasında  rezident  və  qeyri-rezidentlərin  valyuta  əməliyyatları  rejimi 
haqqında Qaydalar
, m.2.2.2 və 2.2.3). Pulu yumaq istəyən şəxs xaricdə təsis etdiyi 
(və ya etmədiyi) şirkətlə xidmətlər göstərilməsi barədə hər hansı fiktiv və ya qeyri-
fiktiv  müqavilə bağlaya  bilər.  Həmin  müqavilə  və  xidmətlərin  görülmüş olduğunu 
təsdiqləyən fiktiv akt banka təqdim edilməklə müvafiq məbləğ xaricə köçürülə bilər. 
Bu  əməliyyatın  PY  ilə  əlaqədar  olmağa  dair  şübhə  yaratmaya  da  bilər.  Şübhələr 
yaransa da, onların yoxlanması və əsaslı olduğunu sübut etmək çətin olacaqdır.  


 
18 

  PY-ni  qiymətli  kağızlar  da  asanlaşdırır.  Yuxarıdakı  misallarda 
gördüyümüz  kimi,  bir-günlük  şirkətləri  təsis  etməklə  və  ya  mövcud 
ş
irkətin  səhmlərini  almaqla  elə  əməliyyatlar  aparmaq  mümkündür  ki,  pul 
axınının nə başlanğıcı, nə də sonu məlum olsun.  ndi isə təsəvvür edin ki, 
hansısa etibarlı, tanınmış  və  böyük  bir şirkətin  müəyyən  adsız səhmlərinə 
bir  cinayətkar  sahibdir;  burada  ancaq  fərziyyələrə  əsaslanaraq  PY-nin 
geniş vüsət aldığından danışmaq mümkün olacaqdır. 
o
  PY-ni qiymətli kağız sayılan yol çeklərinin tədavülü də asanlaşdırır. PY-
yə qarşı  mübarizə zəif  olan bir ölkədə yol  çeklərini əldə etməklə onları 
heç  bir  gömrük  bəyannaməsində  qeyd  etmədən  sərbəst  şəkildə  digər 
ölkəyə  aparmaq  və  orada  nağdlaşdırmaq  mümkündür.  Nağdlaşdırılmış 
bu  cür  vəsaitlər  bank  sektoruna  artıq  “qanuni”  vəsait  kimi  daxil  edilə 
bilər.  Çünki  həmin  vəsaitin  birbaşa  qanuni  mənbəyinin  nağdlaşdırılmış 
yol  çekləri  olduğunu  asanlıqla  sübut  etmək  olar.
27
 Oxşar  sxem  depozit 
sertifikatları ilə də həyata keçirilə bilər.
28
 
o
  Son  vaxtlar  veksellər,  çeklər,  opsion,  fyuçerslər  və  digər  qiymətli 
kağızların alqı-satqısı ilə də PY halları çoxalıb.
29
 Sadə bir misal gətirək. 
Bir  fiziki  şəxs  ofşor zonasında “A” şirkətini təsis  edir, bu  şirkət isə, öz 
növbəsində, həmin şəxsin yaşadığı ölkədə “B” şirkətini təsis edir. Fiziki 
şə
xslə  “A”  şirkəti  arasında  malların  alqı-satqısı  və  ya  xidmətlər 
göstərilməsi  üzrə  fiktiv  müqavilə  bağlanır.  Fiziki  şəxs  alıcı  olduğuna 
görə  “A”  şirkətinə  pul  yerinə  veksel  verir.  “A”  şirkəti  isə  bu  vekselin 
komitentin  hesabına  satılması  üçün  qiymətli  kağızlar  bazarının  peşəkar 
iştirakçısı  ilə  komissiya  müqaviləsi  bağlayır.
30
 Həmin  peşəkar  iştirakçı 
da bu vekseli nominal dəyərinə deyil, bu dəyərdən qat-qat aşağı qiymətə 
“B” şirkətinə satır. “B” şirkəti də bu vekseli fiziki şəxsə təqdim edəndən 
                                          
27
 Bax: FATFReport on Money Laundering Typologies, 02.2002 
28
 PY-yə  qarşı  mübarizə  kontekstində  qanunvericiliyimizdə  anonim  depozit 
sertifikatların  buraxılmasına  qadağa  qoyulmuşdur  (Banklar  haqqında  Qanun). 
Hesab  edirik  ki,  Mülki  Məcəlləsinin  ziddiyyətli  olan  1078-5-ci  maddə  bu  cür 
qadağadan əvvəl qüvvəyə mindiyinə görə nəzərə alınmalı deyildir. 
29
 ЦБ 
усилит
 
контроль
 
над
 
операциями
 
с
 
векселями

http://lawlinks.ru/view_data.php?id=156230 
30
 Misalımızda  komissiya  müqaviləsinə  görə  komisyonçu  (misalımızdakı  qiymətli 
kağızlar  bazarının  peşəkar  iştirakçısı)  komitentin  (misalımızdakı  “A”  şirkəti) 
tapşırığı  ilə  öz  adından,  lakin  komitentin  hesabına  vekselin  satılmasını  öhdəsinə 
götürür.  Ən  əsas  odur  ki,  komisyonçu  komitentin  icazəsi  olmadan  onun  adını 
açıqlamamalıdır (Daha ətraflı bax: AR MM, m. 808.1, 809.4). 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə