Microsoft Word kitab-yeniforma-17. 12. 2009+UzQabi doc



Yüklə 3,42 Mb.
Pdf görüntüsü
səhifə15/87
tarix23.08.2018
ölçüsü3,42 Mb.
#64012
1   ...   11   12   13   14   15   16   17   18   ...   87

 
35 
qanunvericiliyimiz  “maliyyə  əməliyyatlarını  əqdlərin  bir  növü  kimi  nəzərdə 
tutduğu üçün dövlət orqanlarının və yerli özünüidarə orqanlarının aktlarının 
verilməsi,  habelə  onların  vəzifəli  şəxslər  tərəfindən  icra  edilməsi
”  cinayət 
nəticəsində  əldə  edilmiş  “pul  vəsaitlərindən  istifadə  edilməklə  törədilsə  də
maliyyə  əməliyyatları hesab edilməyəcəkdir
”. Digər tərəfdən,  müəllimimizin 
fikrincə,  maliyyə  əməliyyatlarına,  “həmçinin həcminə  görə  mühüm olmayan 
ə
qdlərin
” aid edilməsi də düzgün olmazdı.
75
 CM-in 14.2-ci maddəsini nəzərə 
alsaq,  müəllimimizin  son  fikrinə  müəyyən  dərəcədə  haqq  qazandırmaq  olar. 
Qeyd  edək  ki,  həmin  maddəyə  görə,  tərkibində  cinayətin  formal  tərkibi 
görünsə  də,  heç  kəsə  zərər  yetirilməsi  ilə  nəticələnməyən  hər  hansı  əməl 
cinayət hesab oluna bilməz. 
“Əmlakın  həqiqi  təbiətinin,  mənşəyinin,  olduğu  və  yerləşdiyi  yerin, 
hərəkətinin  və  ya  onunla  əlaqədar  hüquqların  gizlədilməsi  və  ya  ört-basdır 
edilməsi
”,  qanunvericiliyimizə  əsasən,  cinayət  tərkibinin  subyektiv  cəhətini 
təşkil  etsə  də,  öz-özlüyündə  cinayət  sayılmır.  Halbuki  beynəlxalq  sənədlərə 
ə
sasən bu əməllər də kriminallaşdırılmalıdır. 
“Əmlakın əldə olunması, ona  sahiblik  və ya ondan istifadə edilməsi” 
beynəlxalq 
standartlara 
görə 
kriminallaşdırılmalı 
olduğu 
halda 
qanunvericiliyimizə  əsasən  əmlakın  yalnız  “xeyli  miqdarda”  və  yalnız 
alınması”  və  “satılması”  kriminallaşdırılmışdır.  Belə  ki,  misal  üçün,  Siz 
xeyli  miqdardan” az  olan miqdarda  oğurlanmış  malı alsanız və  ya satsanız, 
yaxud  “xeyli  miqdarda”  olan  oğurlanmış  maldan  istifadə  etmək  üçün  qəbul 
etsəniz (onun oğurlanmış olduğunu bilə-bilə) CM-in 193, 193-1 və ya 194-cü 
maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilməzsiniz.
76
 
Bununla  belə,  sadalanan  əməllərin  törədilməsində  iştirakçılıq  və  ya 
birgə iştirakçılıq, ona cəhd, kömək, təhrik və ya onunla əlaqədar təşkilatçılıq 
edilməsi CM-in ümumi  hissəsinin altıncı və yeddinci fəsilləri, habelə 193-cü 
maddəsi ilə tam əhatə olunmuşdur. 
                                                                                                            
bağışlama)  olaraq başqasına  verilməsi”  kimi  başa  düşülməlidir  (F.Y.Səməndərov
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  Kommentariyası
,  Digesta  nəşr., 
2003,  s.468;  Həmçinin  bax:  Ю.И.Скуратов,  Комментарий  к  Уголовному 
Кодексу
 Российской Федерации
, изд. Норм-Инфра, 1999, s.412). 
75
 F.Y.Səməndərov
Azərbaycan 
Respublikası 
Cinayə
Məcəlləsinin 
Kommentariyası
, Digesta nəşr., 2003, s.640. 
76
 Bax: 74-ci istinad. 


 
36 
Ə
lavə  edə  bilərik  ki,  Strasburq  və  Varşava  konvensiyaları  dövlətlərə 
sözügedən  əməllərin  bir  sıra  digər  şərtlərlə  törədildiyi  halda  da 
kriminallaşdırılmasını tövsiyə edir. Belə ki, şəxs əmlakın cinayət yolu ilə əldə 
olunduğunu  güman  etməli  idisə  və  (və  ya)  şübhələnibsə,  gəlir  əldə  etmək 
(tamah)  və  (və  ya)  cinayət  fəaliyyətini  davam  etdirmək  məqsədilə  fəaliyyət 
göstəribsə,  cinayət  məsuliyyətinə  cəlb  olunmalıdır.
77
 Dövlətlərin  ixtiyarına 
buraxılmış  bu  tövsiyələr  PY-nin  qəsdən  deyil,  ehtiyatsızlıqdan  törədilməsi 
halını  da  əhatə  edə  bilər.  Bu  cür  məsələlər  qanunvericiliyimizdə  əhatə 
olunmamışdır. 
 
“Pecunia non olet”
78
 
C. Predikativ cinayətlər  
Bir  əməlin  PY  sayılması  üçün  varidatın  hansı  cinayətlərin  (və  ya 
beynəlxalq  praktikaya  əsasən  desək,  hansı  hüquqpozmaların)  törədilməsi 
nəticəsində əldə  olunduğunu  müəyyən  etmək də vacib  bir  məsələdir.
79
 Əgər 
Vyana  Konvensiyası  ilə  bu  cür  cinayətlərin  siyahısı  yalnız  narkotik  və 
psixotrop maddələrin alqı-satqısı, hazırlanması, dövriyyəsi və sair əməlləri ilə 
məhdudlaşmışdısa, sonrakı beynəlxalq sənədlərdə bu  siyahı  bütün, ələlxüsus 
ağır və xüsusilə ağır cinayətləri əhatə etmişdir.
80
 FATF Tövsiyələri əməllərin 
predikativ cinayət sayılması üçün minimum meyarları müəyyən etmişdir: 
Predikativ  hüquqpozmaların  ən  geniş  dairəsini  əhatə  etmə
məqsədilə dövlətlər bütün ağır hüquqpozmaların
81
 törədilməsi yolu ilə 
                                          
77
 Strasburq Konvensiyası, m. 6.3, Varşava Konvensiyası, m.9.3. 
78
 Latıncadan  “puldan  iy  gəlməz”  ifadəsi  ictimai  tualetlərdən  istifadəyə  vergilərin 
artırılması  barədə  mperator  Vespasianusa  aid  bəyanatdır  (Concise  Oxford 
Dictionary of Quotations, Oxford, 1986, s.262). Tanınmış bu aforizmi bu  günlərdə 
bu cür ifadə  etmək olardı: “Bu günlərdə puldan iy gəlməz, çünki onlar yuyulur...” 
(http://e-terror.ru/it2b2.view5.page15.html, 24.03.2009). 
79
 Bax:  Z.N.Hacılı,  Çirkli  pulların yuyulması  üzrə predikativ  cinayətlərə  dair  bəzi 
aspektlər
, Qanunçuluq hüquq jurnalı, №12, dekabr 2008. 
80
 Strasburq  Konvensiyası,  m.1,  Varşava  Konvensiyası,  m.1  –  predikativ  cinayətin 
tərifləri. 
81
 Tərcüməçidən:  burada  “ağır  hüquqpozmalar”  (ingiliscə  “serious  offences”) 
dedikdə,  ölkəmizin  qanunvericiliyi  kontekstində  ümumiyyətlə  “cinayətlər”  başa 
düşülməlidir (Bax: FATF, Methodology for Assessing Compliance  with the FATF 
40 Recommendations and the FATF 9 Special Recommendations
, 27.02.2004 (fevral 
2008-ci il tarixdə yeniləşmiş), s.12). 


Yüklə 3,42 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə